Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
31-03-2023, 16:16
ABŞ 2 il müddətində İrana təzminat ödəyəcək


ABŞ 2 il müddətində İrana təzminat ödəyəcək

BMT-nin ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi ABŞ-ın İranın aktivlərini dondurmaqla beynəlxalq hüququ pozduğuna qərar verib. Qərara əsasən, Vaşinqton tehrana təzminat ödəməli olacaq. Bununla bağlı qərarı məhkəmənin sədr müavini, erməni əsilli Kiril Gevorqyan elan edib. "Hakimlər ABŞ-ın İranla “Dostluq, iqtisadi əlaqələr və konsulluq hüquqları” haqqında 1955-ci il müqaviləsinin bir sıra bəndlərinin üzərinə götürdüyü öhdəlikləri pozduğu qənaətinə gəliblər. Bunu nəzərə alaraq, Birləşmiş Ştatlar qərarın dərc edildiyi tarixdən etibarən 24 ay ərzində İrana təzminat ödəməyə borcludur”, - Gevorqyan vurğulayıb. Təzminat İran Mərkəzi Bankının 1,57 milyard dollardan çox məbləğdə dondurulmuş vəsaitlərini əhatə edir. İran Beynəlxalq Ədalət Məhkəməsinin qərarını alqışlayıb. Diqqətə çatdırılıb ki, ABŞ İranın aktivlərinin bir hissəsinin qeyri-qanuni dondurulmasına görə Tehrana təzminat ödəməlidir. Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel yazılı açıqlamasında qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ABŞ rəsmilərini məyus edib.
31-03-2023, 16:12
Rusiya üçün heç nə dəyişmir, əməliyyatlar davam edir - Peskov


Rusiya üçün heç nə dəyişmir, əməliyyatlar davam edir - Peskov

"Kreml Belarus prezidenti Aleksandr Lukaşenkonun
Ukraynada atəşkəs elan etmək təklifi ilə bağlı bəyanatından xəbərdardır, lakin Rusiya Federasiyası üçün heç nə dəyişmir, əməliyyatlar davam edir". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Avropa İttifaqında müzakirə olunan Ukraynaya “sülhməramlı qoşunların” göndərilməsi ideyası ciddi yanaşılsa, son dərəcə təhlükəlidir. Bu gün hərbi əməliyyatlar Rusiya Federasiyasının qarşısında duran məqsədlərə çatmaq üçün yeganə vasitədir. "The Wall Street Journal"ın jurnalistinin saxlanma şəraiti ilə bağlı ətraflı məlumat məxfidir, bununla FTX məşğul olur. Ukraynada nüvə silahının yerləşdirilməsinə çağırışlar Rusiyanın gözardı edə bilməyəcəyi hipotetik təhlükə yaradır. Trampın ittihamı Kremlin şərh verməyəcəyi prosesidir, ABŞ-ın daxili məsələsidir", - deyə o bildirib. "Putin bu gün Moskva vaxtı ilə saat 14.00-dan sonra Rusiya Federasiyası Təhlükəsizlik Şurasında yeni xarici siyasət konsepsiyasını müzakirə edəcək. XİN başçısı Sergey Lavrov isə hesabat verəcək. Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasında sədrliyi statusunun verdiyi bütün hüquqlardan istifadə ediləcək", - sözçü əlavə edib.
31-03-2023, 16:07
Prezident yol tikintisiylə bağlı sərəncam imzaladı


Prezident yol tikintisiylə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev “Zaqatala rayonunun Yevlax–Zaqatala–Gürcüstanla dövlət sərhədi (150 km)–Əliabad–Bəhmətli–Kürdəmir–Lahıc avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, on doqquz min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Yevlax–Zaqatala–Gürcüstanla dövlət sərhədi (150 km)–Əliabad–Bəhmətli–Kürdəmir–Lahıc avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.10-cu yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,7 milyon manat ayrılıb.
31-03-2023, 16:04
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında aprelin 1-də havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağıntının gecə və səhər yarımadanın bəzi yerlərində arabir intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3°-dək isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında sabah havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 10-14° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
31-03-2023, 16:02
Xocavənddə silah-sursat aşkarlandı


Xocavənddə silah-sursat aşkarlandı

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad edilmiş ərazilərdəki tərk edilmiş hərbi mövqelərdən silah-sursatın və partlayıcı vasitələrin toplanması istiqamətində tədbirlər davam etdirilir. Bu barədə DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Xəbərə görə, Xocavənd RPŞ-nin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər nəticəsində 2 pulemyot, 1 avtomat, 1 snayper tüfəngi, 1 ov tüfəngi, 2 qumbara və digər döyüş sursatları götürülərək aidiyyəti üzrə təhvil verilib.


31-03-2023, 12:59
Rusiya Krımı ölkəyə birləşdirməyə məcbur oldu - Lukaşenko


Rusiya Krımı ölkəyə birləşdirməyə məcbur oldu - Lukaşenko

"Ukraynada qoşunları yenidən toplamaq hüququ olmadan atəşkəs elan etmək lazımdır. Ukraynada nizamlanma üzrə danışıqlar bu gün başlamalıdır".
Belarusun rəsmi "BelTA" agentliyi xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Lukaşenko deyib. "Qərb ölkəni məhv etmək üçün Belarus ərazisini işğal etməyə hazırlaşır. Son onilliklərin qaynar münaqişələri Qərbin bütün dünyanı özünə tabe etmək üçün yorulmaz istəyi ilə başlayıb. Müstəqil Belarusun tarixində suverenliyin saxlanması məsələsi heç vaxt bu qədər kəskin olmamışdı. Ukrayna xalqına sülh lazımdır, lakin bu istək Qərbdə heç kimi maraqlandırmır. ABŞ icazə verməyincə Ukraynadakı qırğın bitməyəcək. Qərb Minsk danışıqlarında əldə etdiyi vaxtdan Ukraynanı hərbiləşdirmək üçün istifadə etdi. Haradasa yeni münaqişə başlasa, dünya Ukraynanı unudacaq", - deyə Lukaşenko söyləyib. "Rusiya Krımı ölkəyə birləşdirməyə məcbur oldu", - o əlavə edib.
31-03-2023, 12:55
Erməni deputatlar arasında dava düşdü


Erməni deputatlar arasında dava düşdü

Ermənistan parlamentinin deputatları arasında dava düşüb. Hadisə parlamentin Dövlət hüququ daimi komissiyasının qapalı iclasında “Beynəlxalq hüquqi məsələlər üzrə nümayəndə haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi baş verib. "Hraprak" nəşrinin məlumatına görə, iclasda iştirak edən müxalifət və iqtidar təmsilçiləri arasında dava olub. İnsident müxalif deputat Artsvik Minasyan və komitə rəhbəri Vladimir Vardanyan arasında yaşanıb. Deputat Aqnesa Xamoyan yerli mətbuata açıqlamasında məlumatı təsdiqləyib, lakin detalları açıqlamayıb. İnsidentlə bağlı polisə məlumat verilib. Deputat Artsvik Minasyan iş üzrə polis idarəsinə çağırılıb. Erməni KİV-ləri yazıb ki, dava zamanı Vladimir Vardanyan xəsarət alıb. Şahidlərin sözlərinə görə, üz nahiyəsi qan içində olan Vardanyan xəstəxanaya aparılıb.
31-03-2023, 12:53
Mehriban Əliyevadan Mart Soyqırımı paylaşımı


Mehriban Əliyevadan Mart Soyqırımı paylaşımı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib. Paylaşımda deyilir: Xalqımıza qarşı törədilmiş cinayətləri unutmayacağıq və tariximizin təhrif olunmasına heç vaxt imkan verməyəcəyik! Allah bütün şəhidlərimizə rəhmət eləsin!

31-03-2023, 12:47
Lənkəranda tank əleyhinə mina aşkarlandı


Lənkəranda tank əleyhinə mina aşkarlandı

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisindən 8 ədəd “TM-62” markalı tank əleyhinə mina tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Həmin minalar DİN-in Daxili Qoşunların əməkdaşları tərəfindən zərərsizləşdirilib.
31-03-2023, 12:43
Ordumuzun artilleriya bölmələrinə döyüş təlimi keçirilib


Ordumuzun artilleriya bölmələrinə döyüş təlimi keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Təlimdə qısa müddət ərzində yerdəyişmə edərək atəş mövqelərinin tutulması, minaatan və artilleriya qurğularının döyüş vəziyyətinə gətirilməsi üzrə fəaliyyətlər məşq etdirilib. Praktiki atışların icrası zamanı təyin edilmiş hədəflər yüksək dəqiqliklə məhv edilib və qarşıya qoyulan tapşırıqlar uğurla icra olunub. Təlimin keçirilməsində əsas məqsəd atəş vasitələrindən düzgün istifadə etməklə tapşırıqların vaxtında və dəqiq icra edilməsi üçün şəxsi heyətin praktiki vərdişlərinin artırılması, eləcə də komandir heyətinin bölmələri idarəetmə bacarıqlarının təkmilləşdirilməsidir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!