Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                        “Nidanın Gücü, Gücün Nidası!”: Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı .....                        Azərbaycanda neçə "Tesla" avtomobili var? - QİYMƏTLƏR .....                        Sabahın hava proqnozu .....                        Qubadlı və Cəbrayılda modul tipli xəstəxanalar tikiləcək .....                        34 il sonra Xankəndidə Yeni il - FOTO .....                       
17-03-2023, 14:41
Bu il üçün əhalinin sayı açıqlandı


Bu il üçün əhalinin sayı açıqlandı

2019-cu ildə keçirilən əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı bu il fevralın 1-nə 10 131 373 nəfər təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, əhalinin 54,6 %-ni şəhər, 45,4 %-ni kənd sakinləri, 49,8 %-ni kişilər, 50,2 %-ni isə qadınlar təşkil edir.
17-03-2023, 14:35
İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirilib


İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirilib

İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirilib. İranda itkin düşmüş Azərbaycan vətəndaşı Fərid Səfərli ilə bağlı rəsmi Tehrandan informasiya tələb olunub. Yaxınlarının iştirak etdiyi piket iştirakçıları "Fəridi qaytarın!", "Biz məlumat istəyirik!", "Fəridi azad edin!", "Fəriddən xəbər verin!" və s. şüarlar səsləndiriblər. Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli fevralın 20-də İrana səfərə getdikdən sonra martın 4-dən bəri ondan xəbər alınması mümkün olmayıb. Məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb.
17-03-2023, 14:32
Şirvan şəhəri ilə Bakı arasında elektrik qatarları istifadəyə veriləcək


Şirvanla Bakı arasında elektrik qatarları istifadəyə veriləcək

Şirvan şəhəri ilə Bakı arasında elektrik qatarları istifadəyə veriləcək. Bu barədə Milli Məclisdə müzakirəyə çıxarılan Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub. Hesabatda bildirilir ki, bu istiqamətdə tələb olunan elektrik qatarlarının və vaqonların alınmasına dair bənd Nazirlər Kabinetinin 2022-ci il 9 dekabr sərəncamı ilə təsdiq edilmiş Tədbirlər planında nəzərdə tutulub.
17-03-2023, 14:29
Baş nazir Qarabağa köçürülmə prosesiylə bağlı açıqlama verdi


Baş nazir Qarabağa köçürülmə prosesiylə bağlı açıqlama verdi

Cənab Prezidentin birbaşa iştirakı və rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə xidmət edir. Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov bildirib. Baş nazir vurğulayıb ki, Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərdə müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər görülüb. Yadda qalan tarixi hadisələrdən biri işğaldan azad olunmuş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılmasıdır. Birinci mərhələdə 66 ailənin (326 nəfər), indiyə qədər isə 86 ailənin (420 nəfər) Ağalıya köçürülməsi təmin olunub. Cari ilin sonuna qədər laçınlıların birinci qrupunun yerləşdirilməsi planlaşdırılır. Zabux və Sus kəndlərində 296 ailənin məskunlaşması nəzərdə tutulur. Bu günlərdə Talış kəndinə ilk 20 ailənin köçürülməsi həyata keçirilir", - deyə Əli Əsədov qeyd edib.
17-03-2023, 14:25
Köçürülənlərin nəticələri ləğv olunacaq - DİM


Köçürülənlərin nəticələri ləğv olunacaq - DİM

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə abituriyentlərə müraciət edib. O, ali təhsil müəssisələrinə sənəd qəbulunun başa çatması və buraxılış imtahanlarına həsr olunmuş mətbuat konfransında deyib ki, abituriyentlər qaydaları pozmasın. “Kimsə kimdənsə köçürübsə, onun da nəticələri ləğv olunacaq. İmtahana gələrkən əlavə vasitələr gətirməyin. Bununla siz heç nəyə nail ola bilməyəcəksiniz", - M.Abbaszadə vurğulayıb.
17-03-2023, 14:20
Pekin Ukrayna böhranı ilə bağlı obyektiv mövqe tutacaq - XİN


Pekin Ukrayna böhranı ilə bağlı obyektiv mövqe tutacaq - XİN

"Si Tsinpinin Rusiyaya səfəri iki ölkə arasında münasibətlərin inkişafına yeni təkan verəcək, qarşılıqlı inam və anlaşmanı daha da gücləndirəcək". Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb. Həmçinin bildirilib ki, Pekin Ukrayna böhranı ilə bağlı obyektiv mövqe tutacaq və danışıqların irəliləyişində konstruktiv rol oynayacaq. Çin sədri Si Tsinpinin Rusiyaya səfər tarixi də məlum olub. Səfərin 20-22 mart tarixlərində baş tutacağı açıqlanıb.
17-03-2023, 14:16
Çalışırıq ki, imtahan otaqlarında bir-birini tanıyanlar olmasın - DİM


Çalışırıq ki, imtahan otaqlarında bir-birini tanıyanlar olmasın - DİM

"Biz çalışırıq ki, imtahan otaqlarında bir-birini tanıyanlar olmasın". Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. "Ancaq sosial şəbəkələrdə bəzi abituriyentlər bir-birilə əvvəlcədən tanışlıq yaradır. Biz isə onlara sosial şəbəkədə müdaxilə edə bilmərik. Nə üçün bunlar qınanmır? Telefonu keçirmək üçün müəllimlər tapşırıq verir. "Telegram"da, bəzi kurslarda qanunsuz çağırışlar edilir", - DİM sədri bildirib. Məleykə Abbaszadənin sözlərinə görə, əvvəllər imtahan zalına hansısa alətləri, bıçaq və qumbara keçirmək istəyənlər olub: "Biz kriminal xronikanı heç vaxt şişirtməmişik. Çünki hüquq mühafizə orqanları prosesə nəzarət edir və belə hallar olanda aradan qaldırılır".
17-03-2023, 07:44

Mikayıl Müşfiq poeziyası yaşayır və yaşayacaq

Mikayıl Müşfiq-115


Mikayıl Müşfiq poeziyası yaşayır və yaşayacaq
(1908-1938)
Əsərlərində Vətəni, gözəlliyi, məhəbbəti tərənnüm edən M. Müşfiq qısa, lakin mənalı bir ömür yaşamışdır. M. Müşfiqin simasında ədəbiyyatımız parlaq bir şəxsiyyəti qüdrətli sənətkarı, romantik ruhlu şeirlər, poemalar müəllifi olan istedadlı bir şairi itirdi. 30-cu illərin repressiyası zamanı coşğun təbiətli şair saxta ittihamlarla həbs olunaraq 1938-ci ilin yanvar ayının 6-da güllələnmişdir.
Mikayıl Mirzə Əbdülqədir oğlu İsmayılzadə (Müşfiq) 1908-ci ilin iyun ayının 5-də Bakı şəhərində müəllim ailəsində anadan olmuşdur.
Atası Mirzə Əbdülqədir Vətən balalarının oxumasına can yandıran maarifçi idi. O müəllimliklə yanaşı yaradıcılıqla da məşğul olurdu, şeirlər yazırdı.
Nənəsi Qızqayıt Mikayılın zəngin xalq yaradıcılığı ilə tanış olmasında mühüm rol oynayır ona nağıllar, atalar sözləri, bayatılar söyləyirdi.
M.Müşfiq ibtidai təhsil alır. Sonra Bakı darülmüəllimində oxuyur və Azərbaycan Dövlət Pedaqoji İnstitunun dil və ədəbiyyat şöbəsini qurtarır. Müəllimlik etməyə başlayır.
Xəlqilə titrəyən, xəlqilə gülən,
Vətənçin yaşayan, vətənçin ölən,
Səmimi bir insan nə bəxtiyardır!

misralarında Müşfiq özünün səmimi insan və vətəndaş şairlərdən biri olduğunu təsdiqləyir. Xalqımız Vətəni üçün yaşayan vətən üçün ölən səmimi bir insan olan Mikayıl Müşfiqin xatirəsini əziz tutur qəlbində yaşadır.
Şairin ilk şeiri 1926-cı ildə mətbuatda dərc olunur. “Bir gün” adlanırdı ilk şeiri. İlk kitabı “Küləklər” adlanırdı və 1930-cu ildə çap olunmuşdur.
Sonra Müşfiqin “Vuruşmalar”, “Günün səsləri”, “Şəngül, Şüngül, Məngül”, “Kəndli və ilan” və başqa kitabları nəşr olunur.
Şairin “Çağlayan” adlı kitabı da çapa hazırlanmış, müəllifin ən yaxşı şeir və poemaları bura daxil edilmişdi. Ancaq kitabın nəşrini görmək M.Müşfiqə qismət olmur...
M.Müşfiqin poeziyası mövzü baxımından zəngin və rəngarənqdir: İnsanpərvərlik, qadın azadlığı, ailə gözəlliyi, analıq şərəfi, övlad məhəbbəti, vətənpərvərlik, insanların arzu və istəkləri... Mövzu məhdudluğu yoxdur. Əməyi sevmək onu həmişə əziz tutmaq insanın nəcib sifətlərindəndir. Şairə görə “hər şeyin anası, qaynağı” olan torpağı da “hər addımda dəyişdirən” insanın əməyi, alın təri və əməlləridir.
Şairin qısa, ancaq məhsuldar yaradıcılığında poemaları da əsas yer tutur.
“Buruqlar arasında”, “Çoban”, “Əfşan”, “Sındırılan saz”, “Azadlıq dastanı” poemaları epik əsərlərdir.
Şair poeziyasında qoşma, gəraylı, bayatı, məsnəvi, beşlik və s. şifahi xalq şeirinin, eləcə də klassik poeziyanın janrlarının çoxunu işlətmişdir.
M.Müşfiq Qərb şeirinin janrı olan sonetə də biganə qalmamış, yeri gəldikcə sonetlər də yazmışdır.
M.Müşfiq poeziyasında qəribə cazibə qüvvəsi var:
Yazmaram ürəyim sizi anmasa,
Sizin eçqinizlə alovlanmasa;
Burdaca el durub məndən sordu ki:
Gözdən yaş çıxarmı ürək yanmasa?

Qönçə açılarmı, bahar olmasa?
Şölə titrəyərmi, rüzgar olmasa?
Bu nəğmə ruhumdan qoparmı bilməm,
Mənə ilham verən dostlar olmasa?

Səmimiyyətlə doludur bu misralar. Şair cəsarətli idi, vətəndaş şair idi. Həm də uzaqgörən idi. Tarın konservatoriyada tədris olunması qadağan olunanda M.Müşfiq məşhur “Tar” şeirini yazdı:
Oxu, tar, oxu tar!...
Səsindən ən lətif şeirlər dinləyim.
Oxu, tar, bir qadar...
Nəğməni su kimi alışan ruhuma
çiləyim.
Oxu, tar!
Səni kim unutar?
Ey geniş kütləmin acısı, şərbəti-
alovlu sənəti.
“İnqilab və mədəniyyət” jurnalı özünün 1929-cu il ikinci nömrəsindəki “Tar konservatoriyadan çıxarıldı” sərçövhəli xəbərində: “Azərbaycan Dövlət konservatoriyasını qüvvətləndirmək məqsədilə AXMK bir çox qərar qəbul etmişdir. Bu qərarlara görə məcburi dərs kursu olan tarın öyrənilməsi konservatoriyanın bütün dərəcələrində tədris planlarından götürülür və konservatoriya yanında olan şərq orkestrosu ləğv olunur “yazanda Müşfiq “Tar” şeirində yazırdı:
Çoxları üzünə durdular,
Könlünü qırdılar
... Üstündən bir qara yel kimi əsdilər,
Səsini kəsdilər.
Daşlandı çəkənlər nazını
Beləcə qırdılar aşığın sazını.

Milli musiqi alətlərimizi göz bəbəyi kimi qorumaqla yanaşı M. Müşfiq maarif müəllim nüfuzu, səfil həyat keçirən uşaqların himayəyə alınaraq, məktəblərə cəlb olunması, onun düzgün tərbiyə olunması, sənət və sənətkar həyat eşqi, tənhalıq, təmiz və saf məhəbbət haqda da yazmışdı: “Bir də baxsan mənə şeirində belə bənd var:
Baxışın qəlbimi incitmişdir,
Bu baxışdan, bu duruşdan əl çək.
Bir də baxsan mənə, iş bitmişdir,
Bir də baxsan mənə, fikrim dönəcək.

Emosional, musiqili, şairanə ifadə! Qısqanclıq haqda da yazılıb, yazılır və yazılacaq. “Yenə o bağ olaydı”! şeirinə nəzər salaq:

Yenə o bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan dalğalara dolaydım,
Dalıb ilham alaydım.
Əndamını həvəslə qucaqlarkən dalğalar,
Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Məni hirsim boğaydı:
Cumub alaydım səni dalğaların əlindən...


M.Müşfiqin lirik qəhrəmanı da sevdiyini qısqanır, dalğalara qısqanır.
M.Müşfiq poeziyasında aforistik ifadələr kimi səslənən elə mənalı misra və beytlər var ki, bunların daşıdığı poetik fikir oxucular tərəfindən yaxşı və sevinclə qəbul olunur. Belə aforistik misra və beytləri oxuyanda bədii sözün kəsərinə çox inanırsan:
Həyat ondan küsənləri incidər.
Bədbəxt bu dünyada tək yaşayandır.
Heyf, ömür qısa, arzu genişdir,
Kim bu qayğı ilə titrəməmişdir?
Zaman bir dərədir axıb dolanır,
Bəzən durulursa, bəzən bulanır.


...Tar”ı “Zəfər səsləri”, “Gecə çeşməsi” şeirlərini tam heca vəznində yazılan şeirlər kimi götürmək olmur, zahiri görünüşünə, misralarda hecaların qeyri-bərabərliyinə görə bu şeirlər sərbəstə oxşasalar da, sərbəst də deyillər. Bəs onda bu şeirlər hansı vəzndə yazılmışdır?
Bu Müşfiq vəznidir, Müşfiq icalığıdır. Heca ilə sərbəsti yaxınlaşdıran bir vəzndir.
Müşfiqə qədər heca vəznində və sərbəst vəzndə yazılan əsərlər arasında belə nümunələrə təsadüf olunmayıb.
M.Müşfiq sözü məharətlə yerində işlədir:
Atamız dünyadan eh dedi getdi,
Tez sönən ömrünə meh dedi getdi.
Gül əkdi, vay dərdi cahan bağından,
Tökdüyü yaşlara şeh dedi getdi.


M.Müşfiq uşaqlar üçün də şeirlər yazmışdır. “Coğrafiya”, “Məktəbli sərqisi”, “Zəhra üçün” şeirləri diqqəti cəlb edir..
Vaxtilə M.Müşfiqin şagirdi olmuş tibb elmləri doktoru Zəhra Salayeva 5-ci sinifdə oxuyarkən sevdiyi müəllimlərinə xatirə üçün avtoqraf yazdırarmış.
11 mart 1934-cü ildə Müşfiq dərsə gələrkən Zəhra utana-utana ona da belə bir xahişlə müraciət edir. Müşfiq albomu gözdən keçirərək:
-Yaxşı, qızım, sən get sinif jurnalını gətir, mən də səninçin bir şey yazaram,-deyir.
Zəhra müəllimlər otağından jurnalı gətirənəcən şair də bir neçə dəqiqənin içində həmin şeiri yazır:
Uca dağlardan atlan,
Hər çətinliyə qatlan,
Bir quş kimi qanatlan
Göylərə yüksəl, qızım!...

M.Müşfiq poeziyası həmişə yaşardır. O yaşayır və yaşayacaq.

Şixəmməd Seyidməmmədov,
Azərbaycan Dövlət Pedaqoji Universitetinin
Quba filialının “Təbiət elmləri” kafedrasının baş müəllimi.

17-03-2023, 00:09
Qazaxıstan Türk Fonduna 100 milyard tenge investisiya yatırmağı planlaşdırır


Qazaxıstan Türk Fonduna 100 milyard tenge investisiya yatırmağı planlaşdırır

Qazaxıstan Türk İnvestisiya Fonduna 100 milyard tenge investisiya yatırmağı planlaşdırır. Bu barədə ölkənin "Zakon.kz" nəşri yazıb. Bildirilib ki, Qazaxıstan Milli İqtisadiyyat Nazirliyi bununla bağlı qərar qəbul edib. Nəşr diqqətə çatdırıb ki, fondun yaradılması regiondaxili ticarətə, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə və logistikanın genişləndirilməsinə töhfə verəcək. Xatırladaq ki, bu gün Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə Türk İnvestisiya Fondunun yaradılması haqqında saziş imzalanıb.
17-03-2023, 00:07
Türk Dövlətləri Təşkilatı çərçivəsində Mülki Müdafiə Mexanizmi yaradılır


Türk Dövlətləri Təşkilatı çərçivəsində Mülki Müdafiə Mexanizmi yaradılır

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Mülki Müdafiə Mexanizmi yaradılacaq. Bu barədə TDT Zirvə görüşünün nəticələrinə dair mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib. Onun sözlərinə görə, bu Mexanizm TDT ölkələrinin müvafiq qurumları arasında əməkdaşlığı daha da gücləndirəcək. Qeyd edək ki, bu gün keçirilən Zirvə görüşünün sonunda qəbul edilən bəyannamədə Mülki Müdafiə Mexanimzinin yaradılması barədə müddəa mövcuddur. Ankara Bəyannaməsində bildirilir ki, baş verə biləcək mümkün fəlakətlər və fövqəladə hallar zamanı ehtiyacların səmərəli, əlaqələndirilmiş və vaxtında həll edilməsi üçün TDT-nin milli fəlakətlərin idarə edilməsi qurumları arasında əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər və bu xüsusda Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Sazişin Türk Dövlətləri Təşkilatının Qazaxıstan Respublikasının Türkistan şəhərində keçiriləcək 10-cu Zirvə görüşünədək imzalanması üçün aidiyyəti qurumlara tapşırıq verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!