Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
8-03-2023, 19:20
Maaşımdan başqa heç bir gəlirim olmayıb - Akşener


Maaşımdan başqa heç bir gəlirim olmayıb - Akşener

Türkiyənin müxalif İYİ Partiya sədri Meral Akşener "Millət İttifaqı"nı tərk etməsi və daha sonra geri dönməsi ilə müşayiət olunan 2 günlük zaman kəsiyində baş verənlərdən danışıb. "HaberTürk"də jurnalist Fatih Altaylının verilişinə qonaq olan Akşener ittifaqı tərk etməsi ilə bağlı açıqlama verdiyi brifinqdəki nitqinin sərt olmasına aydınlıq gətirib. "Sərt idi və sərt olmalı idi. O mətni mən özüm yazmışam. 28 ildir aktiv siyasətlə məşğulam. Sərt olaraq ifadə edilsə də, konkret olmasına diqqət yönəltdim. Çox konkret idi, bəli. Qədərindən artıq konkretlik insanları əsəbiləşdirə bilər", - deyə o söyləyib. Akşener Kılıçdaroğlunun hiddətlənərək ayağa qalxması məsələsinə də toxunub. "Heç kim ayağa qalxmamışdı. Amma gərginlik yaşanmışdı. Mən fikrimi açıq və net söyləmişdim. Davutoğlu və Babacan araya girib ortalığı sakitləşdirdi. Amma Temel bəyin də "Sizdən çəkdiyimiz bəsdir" deməsi də həqiqətə uyğun deyil. O yaş qrupundan olan insanlar səbr məsələsində peşəkarlaşıblar. Kemal bəyi də səbrli insan kimi tanıyıram... 5 nəfər imzaladı, o formada da elan oluna bilərdi. Sonra bir "nəfəs alaq" dedik. Getdim dostlarla məsləhətləşməyə. Belə qərar çıxdı. Hər kəs üçün ən yaxşısı oldu", - deyə İYİ Partiya sədri ittifaqı tərk etməzdən əvvəlki son toplantının təfərrüatlarını açıqlayıb. (Qeyd edək ki, bu barədə ilk açıqlamasında Akşener Kılıçdaroğlunun onun bələdiyyə sədrlərinin namizədliyinin də müzakirə olunması barədə təklifindən hiddətlənərək ayağa qalxdığını və vəziyyətin gərginləşdiyini demişdi. Ali Babacanın müavini isə onu təkzib edərək bu cür hadisə baş vermədiyini bəyan etmişdi). Partiya sədri CHP-HDP yaxınlaşmasına da münasibət bildirib: "Səmimi deyirəm. Türkiyədə hər partiyanın bir-biri ilə əlaqələrinə digər partiyalar sayğı göstərməlidir. Biz bu günə qədər bunu etmişik. Amma iddia olunduğu kimi guya o masada HDP-nin də var olması gerçək deyil. Dialoq isə başqa şeydir. CHP HDP ilə görüşə bilər, amma bizim olduğumuz masaya əsla gətirə bilməz. Nazir alış-verişi kimi bir məsələ də mümkün deyil. "Sizin səs faizinizlə HDP-nin səs faizi fərqlidir, sizə gülə-gülə, sağ olun" desəydilər, masadan qalxardıq". Akşener Ərdoğana yaxın iş adamlarından pul aldığı üçün ittifaqı tərk etməsi ilə bağlı iddiaları təkzib edib: "Pul məsələsinə gəlsək, əgər mən Ərdoğanın çevrəsindən və ya başqa bir Allah qulundan belə bir məsələ ilə bağlı 1 lirə, 5 lirə pul almışamsa, dünyanın ən şərəfsiz insanıyam. Maaşımdan başqa heç bir gəlirim olmayıb mənim. Hər şeyim də açıqdır. Bu günə qədər Ərdoğan mənimlə danışmaq üçün heç nə etməyib. Mənim də onunla gizli bir görüşüm olmayıb. Hətta zəlzələ vaxtı necə görüşdüyümüzü də televiziya vasitəsilə danışdım".
Qeyd edək ki, İYİ Partiya Kılıçdaroğlunun vahid namizədliyinə qarşı çıxış edərək "Altılı Masa"nı tərk etmişdi. Daha sonra Ankara və İstanbul bələdiyyələrinin sədrlərinin vitse-prezident təyin olunması şərti ilə ittifaqa geri qayıdan Akşener CHP sədrinin namizədliyinə razılıq verib. 6 mart tarixində "Millət İttifaqı"nın toplantısından sonra Kamal Kılıçdaroğlu vahid namizəd elan olunub.

8-03-2023, 10:09
Əziz müəllimim təbrik edirəm!


Əziz müəllimim təbrik edirəm!

Qadındır hər evin yanan çırağı,
Hər güclü kişinin arxa dayağı,
Qadınsız həyatın yoxdur marağı,
Qadınlar bayramınız mübarək olsun!

Əziz müəllimim Aynur Hüseynova, sizi 8 mart Beynəlxalq qadınlar bayramı münasibətilə təbrik edirəm. Mən Avtandil çox şadam ki, sizin kimi savadlı, dürüst, mərhəmətli və cəfakeş bir müəllimin şagirdiyəm. Çox sağ olun!
Hər zaman şagirdlərinizə dəstək olduğunuz üçün minnətdarlığımı bildirirəm.
7-03-2023, 23:31
Kanadadan Ukraynaya mina təmizlənməsi üçün 3 milyon dollarlıq yardım


Kanadadan Ukraynaya mina təmizlənməsi üçün 3 milyon dollarlıq yardım

Kanada Ukrayna ərazisinin minalardan təmizlənməsi üçün Kiyevə 3 milyon Kanada dolları (təxminən 2,2 milyon ABŞ dolları) ayırıb. Bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb. "Bu maliyyə Ukraynada mühüm bərpa və yenidənqurma səylərini dəstəkləyəcək", - açıqlamada deyilir. Bildirilir ki, yeni dəstək ukraynalıları müharibənin nəticələrini aradan qaldırmaq üçün lazım olan alətlərlə təmin etməyə kömək edəcək.
7-03-2023, 23:27
Gürcüstan Prezidenti ABŞ-a səfərini ləğv etdi


Gürcüstan Prezidenti ABŞ-a səfərini ləğv etdi

Gürcüstan Prezidenti Salome Zurabişvili ABŞ-a səfərini ləğv edib. Bu barədə Gürcüstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, o, Tbilisidəki mitinqlərə görə Nyu-Yorka getməkdən imtina edib. Prezident ölkədə yaranan vəziyyətlə əlaqədar əhaliyə müraciət edəcək.
7-03-2023, 23:18
Gürcüstan parlamentinin qarşısını etirazçılar bürüdü


Gürcüstan parlamentinin qarşısını etirazçılar bürüdü

Gürcüstan parlamentinin binası qarşısında gərgin vəziyyət hökm sürür. Parlamentin binası önündə keçirilən aksiya zamanı polislə etirazçılar arasında insident baş verib. Polis etiraçıların parlament binasına daxil olmasında imkan verməyib. Etirazçılara qarşı su şırnağı və gözyaşardıcı qazdan istifadə olunub. İnsident nəticəsində xəsarət alanların olduğu bildirilir. Hazırda Tbilisidə gərginlik davam edir.
7-03-2023, 23:15
Paşinyan ABŞ müşaviri ilə Laçın yolundakı vəziyyəti müzakirə edib


Paşinyan ABŞ müşaviri ilə Laçın yolundakı vəziyyəti müzakirə edib

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-ın
Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononla görüşüb. Bu barədə Ermənistan hökuməti məlumat yayıb. Görüş zamanı Laçın yolundakı vəziyyət müzakirə olunub. Bundan əlavə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə toxunulub.
7-03-2023, 22:47
Gürcüstanda qəbul olunan qanun etirazlara səbəb olub


Gürcüstanda qəbul olunan qanun etirazlara səbəb olub

Gürcüstan parlamenti qalmaqallı “xarici agentlər” haqqında qanun layihəsini ilk oxunuşda qəbul edib. Bu barədə parlamentin sədri Şalva Papuaşvili məlumat verib. 76 deputat qanun layihəsinin lehinə, 13-ü əleyhinə səs verib. Vətəndaş cəmiyyəti nümayəndələri və müxalifət parlament önündə aksiyaya başlayıb. Gürcüstandakı ABŞ səfirliyi bu günü "demokratiyanın qara günü" adlandırıb. Qeyd edək ki, qalmaqallı qanun layihəsi Gürcüstan parlamentində etirazlara səbəb olub. Qanun layihəsinə əsasən, gəlirlərinin 20 faizdən çoxunu xarici mənbələrdən əldə edən media subyektləri və qeyri-hökumət təşkilatları xarici təsir agentləri kimi qeydiyyatdan keçməli olacaqlar. Gürcüstan müxalifəti, prezident, ABŞ Dövlət Departamenti, Avropa İttifaqının Xarici Xidməti, Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı və BMT-nin Gürcüstandakı ofisi qanun layihəsini tənqid edib.
7-03-2023, 20:28
İlham Əliyev Timor-Leste Demokratik Respublikasının prezidentiylə görüşüb


İlham Əliyev Timor-Leste Demokratik Respublikasının prezidentiylə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Timor-Leste Demokratik Respublikasının Prezidenti Jose Ramos Horta ilə görüşüb. Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
- Sizi bir daha salamlayıram. Səfərə gəldiyiniz üçün təşəkkür edirəm. Bu, həqiqətən də tarixdə ilk dəfədir ki, Timor-Lestenin Prezidenti Azərbaycana səfər edir. Əminəm ki, bu, ölkələrimiz arasında dostluq əlaqələrinin, səmərəli əməkdaşlığın və tərəfdaşlığımızın uğurlu davamını təmin edəcək mühüm addımdır. Bununla yanaşı, Qoşulmama Hərəkatının bu yaxınlarda keçirilmiş Zirvə toplantısında ölkənizin yüksək səviyyədə təmsil olunması ilə bağlı minnətdarlığımı bildirmək istəyirəm. Bu toplantı olduqca uğurlu idi və üzv dövlətlər arasında həmrəyliyi bir daha nümayiş etdirdi. Azərbaycanın sədrliyinə və bizim üzv dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi və onların maraqlarının müdafiəsinə yönəlmiş təşəbbüslərimizə verilən dəstəyə görə də minnətdarlıq bildirmək istərdim. Ölkələrimiz bir-birindən uzaqda yerləşir, lakin hesab edirəm ki, bu, müxtəlif sahələrdə əməkdaşlığa mane olmamalıdır. Bir halda ki, siyasi müstəvidə əməkdaşlıq mövcuddur, biz digər sahələrdə imkanları nəzərdən keçirməliyik. Əlbəttə ki, Sizin Azərbaycana səfəriniz qarşılıqlı maraq doğuran geniş məsələlərin müzakirəsi üçün fürsət yaradır. Cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz. Sizə Azərbaycanda xoş vaxt keçirməyi arzu edirəm. Timor-Leste Prezidenti Jose Ramos Horta deyib:
- Zati-aliləri, mənimlə Azərbaycanda, iştirak edəcəyim Forumla bağlı görüşdüyünüzə görə sağ olun. Mən əvvəllər bu Foruma dəvət edilmişdim, lakin müəyyən səbəblərdən səfərə gələ bilmədim. Bu dəfə isə həqiqətən də bu səfəri həyata keçirmək arzusundaydım. İstədim həm Forumda iştirak edim, həm də rəhbərliyinizlə tərəqqi və inkişafa nail olan və haqqında çox oxuduğum Azərbaycan ilə şəxsən tanış olum. Belə bir fürsətə görə təşəkkür edirəm. Timor-Leste Demokratik Respublikasının Prezidenti Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin yüksək qiymətləndirildiyini deyib, Hərəkatın Bakıda təşkil edilən son Zirvə görüşünün uğurla keçirildiyini vurğulayıb. Prezident İlham Əliyev ölkəmizin Qoşulmama Hərəkatına sədrliyinə göstərdiyi dəstəyə görə Timor-Lestenin Prezidentinə minnətdarlığını bildirib. Görüşdə qaz, sərmayələr, gübrə istehsalı, təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Jose Ramos Horta Azərbaycanın təhsil müəssisələrində ölkəsindən olan tələbələrə təqaüd ayrılması ilə bağlı imkanlara baxılması üçün dövlətimizin başçısından xahiş edib. Azərbaycanın təhsil potensialı haqqında məlumat verən Prezident İlham Əliyev xarici tələbələr, o cümlədən Qoşulmama Hərəkatına üzv dövlətlərdən olan tələbələr üçün təhsil təqaüdlərinin ayrıldığını qeyd edərək bu məsələyə də baxılacağını bildirib.

7-03-2023, 20:23
Fransa XİN-dən ölkəmizə qarşı növbəti qərəzli mövqe


Fransa XİN-dən ölkəmizə qarşı növbəti qərəzli mövqe

Təəssüf ki, Fransa Xarici İşlər Nazirliyi növbəti dəfə bölgəmizdə baş verən təxribatları şərh edərkən qərəzli və əsassız mövqe nümayiş etdirməkdə davam edir. Bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin mövzu ilə bağlı sualını cavablandırarkən bildirib. "Fransa tərəfi beynəlxalq hüququn norma və prinsiplərinə, üzvü olduğu BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və Üçtərəfli Bəyanat uyğun olaraq Azərbaycanın suveren ərazilərindən qeyri-qanuni erməni silahlı qüvvələrinin çıxarılmasına çağırış əvəzinə, qanunsuz erməni silahlı birləşmələrini “polis” kimi təqdim etməsi və dolayısı yolla onların Azərbaycan ərazilərində təxribatlarına haqq qazandırması qəbuledilməzdir. Fransa tərəfi anlamalıdır ki, Ermənistan tərəfinin Laçın yolunda etirazları bəhanə gətirərək alternativ yollardan istifadə etməklə qeyri-qanuni hərbi fəaliyyəti davam etdirməyə cəhd göstərməsi beynəlxalq öhdəliklərin kobud şəkildə pozulmasıdır. Bir daha xatırladırıq ki, ərazilərimizin 30 illik işğalına son qoyulmasından sonra Ermənistan tərəfinin davam edən təxribatlarının qarşısının alınması, öhdəliklərinə zidd olaraq Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələri ilə mübarizə, o cümlədən silah, sursat və minaların Azərbaycanın suveren ərazilərinə daşınmasına və istifadə edilməsinə imkan verilməməsi məqsədilə bütün zəruri addımları atmaqda qərarlıdır və bu ölkəmizin suveren hüququdur", - XİN rəsmisi qeyd edib.
7-03-2023, 20:19
İranın XİN rəhbəri Türkiyəyə səfər edəcək


İranın XİN rəhbəri Türkiyəyə səfər edəcək

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyəyə səfər edəcək. Bu barədə Türkiyə XİN-dən bildirilib. Martın 8-də baş tutacaq səfər zamanı Abdullahian Ankarada türkiyəli həmkarı ilə görüşəcək, eyni zamanda zəlzələnin baş verdiyi Adıyamana baş çəkəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!