Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
29-03-2023, 14:00
Qazaxıstanda parlamentə sədr müəyyən olundu


Qazaxıstanda parlamentə sədr müəyyən olundu

Qazaxıstanda hakim "Amanat" Partiyasının sədri Erlan Koşanov parlamentin aşağı palatasına sədr seçilib. Onun namizədliyini deputat Baktıkoja İzmuxambetov irəli sürüb. Bildirilib ki, deputatlar Erlan Koşanovun namizədliyi ilə bağlı gizli səsvermə üçün bülletenin təqdim edilməsi haqqında qərar qəbul ediblər. Qeyd olunub ki, Hesablama Komissiyası gizli səsvermə keçirərək nəticələrini müəyyən edib və Erlan Koşanovun namizədliyi yekdilliklə dəstəklənib. Albert Rau və Daniya Yespayeva isə Qazaxıstan parlamentinin aşağı palatasının vitse-spikerləri seçiliblər.

29-03-2023, 13:55
Serbiyadan Ukraynaya humanitar yardım


Serbiyadan Ukraynaya humanitar yardım

Serbiya hökuməti Ukraynaya humanitar yardım göndərib. Bu barədə Aİ-nin Serbiyadakı nümayəndəliyindən bildirilib. "Humanitar yardım 4 yük maşınından ibarətdir. Yük maşınlarında 19 müxtəlif elektron cihaz, Serbiyanın Ukrayna xalqı ilə bölüşmək qərarına gəldiyi elektrik infrastrukturunun detalları var. Rusiyanın Ukraynaya təcavüzü çoxsaylı problemlər yaradıb və bu gün 17 milyondan çox ukraynalının bu və ya digər formada buna ehtiyacı var”, - deyə qeyd olunub. Serbiyanın baş naziri Ana Brnabiç də yardımdan danışıb: “Serbiya Ukrayna əhalisi ilə həmrəy olduğunu bildirir və bu ölkədə dinc əhaliyə və mülki obyektlərə qarşı bütün hücumları və beynəlxalq hüquqa zidd hər hansı güc tətbiqini pisləyir”. Bundan əvvəl Serbiyanın iqtisadiyyat naziri Rade Başta Rusiyaya qarşı tez bir zamanda sanksiyaların tətbiqinə çağırıb və Serbiyanın bundan imtina etdiyi üçün böyük təzyiq altında olduğunu izah edib.
29-03-2023, 13:53
Terror aktı Azərbaycana mesaj göndərmək cəhdidir.


Millət vəkilimiz Fazil Mustafaya qarşı törədilən terror aktı Azərbaycana mesaj göndərmək cəhdidir. Bu sui-qəsdi sifariş edənlər Azərbaycanda narahatlıq, çaxnaşma yaratmağa çalışırlar. Bu hadisə yalnız DTX-nın yarandığı günə yox, İsraildə Azərbaycan səfirliyinin açıldığı günə də təsadüf edir. Artıq bu hadisəni törədənləri həmən anlayırsan ki, kimlərdir.
Bu sözləri açıqlamasında Əbədi Birlik Gənclər İctimai Birliyinin sədri, Qlobal Sülh Səfiri Şahin Əliyev bildirib.
O sözlərinə belə davam edib:
“Azərbaycan xalqı qorxmaz, mübariz xalqdır. Bu təxribatlar bizi nə təşvişə salar, nə də haqlı yolumuzdan yayındırar. Əminəm ki, bundan əvvəlki terror hadisələrində olduğu kimi yenə də Azərbaycan hüquq-mühafizə orqanları millət vəkilimizə qarşı sui-qəsd edən şəxsi tez bir zamanda de-şifrə edəcəkdir.
Cənab Prezidentimiz İlham Əliyevin ətrafında maksimum birləşib birlik nümayiş etdirərək xarici agentura şəbəkəsini sındıra, onu yox edə biləcəyik. Dövlətimizin təhlükəsizliyinə və milli maraqlarına qarşı hərəkət edən, Vətəninə xainlik edən şəxslər ən qatı tədbirlərlə həbs olunacaq. Azərbaycan xalqının əzmini bütün dünya Qarabağ müharibəsində gördü, bu birliyi və qorxmazlığı indi də dövlətimizin və xalqımızın maraqlarına qarşı çıxan şəxslərə göstərməliyik. Heç kimə güzəştdən söz gedə bilməz. Azərbaycanda yaşayıb, başqa ölkələrə işləyir, onların maraqlarına xidmət edirsə onlara heç bir güzəşt edilə bilməz. İçimizdəki casuslar tez bir zamanda ifşa olunacaqlar”,- deyə o qeyd edib.
29-03-2023, 13:53
Mühacirət edən İran vətəndaşlarının sayı artıb


Mühacirət edən İran vətəndaşlarının sayı artıb

İran əhalisi arasında mühacirət edənlərin sayında artım müşahidə edilir. Bu barədə "Iran International" nəşri yazıb. Bildirilir ki, İran əhalisi siyasi və iqtisadi qeyri-sabitlikdən xilas olmaq üçün ölkədən mühacirət edirlər. Nəşrin məlumatına görə, İran əhalisinin ən çox mühacirət etdiyi ölkə Birləşmiş Ərəb Əmirlikləridir (BƏƏ). İrandan bu ölkəyə 450 min nəfər köçüb. ABŞ, Kanada, Almaniya və Böyük Britaniya da İran əhalisinin ən çox köç etdiyi ölkələr arasındadır. İranlıların ən çox mühacirət etdiyi ölkələrdən biri də Türkiyədir. Bu ölkədə yaşayan iranlıların sayı son 7 ildə 5 dəfə artaraq 155 min nəfərə çatıb. Bundan başqa, Oman İran əhalisinin yeni mühacirət istiqamətinə çevrilib. Xüsusilə tibb işçilərinin Omana köç etdiyi bildirilir. İrandan olan 30,000 həkim, tibb bacısı və feldşer Omana köç edib. Məlumata görə, gənc əhali arasında miqrasiyanın əsas səbəbləri “nəyəsə təsir etmək imkanının olmaması”, “ölkədə lazımsızlıq hissi” və “gələcək üçün perspektivlərin olmaması”dır.
29-03-2023, 13:49
Güllələnən deputat ikinci dəfə əməliyyat olundu


Güllələnən deputat ikinci dəfə əməliyyat olundu

“Ötən gün yaşadığı evin qarşısında güllə yarası alan Milli Məclisin deputatı Fazil Mustafa müalicə aldığı tibb müəssisəsində ikinci dəfə əməliyyat olunub”. Bu fikirləri "Report"a açıqlamasında deputatın müavini Əjdər Əliyev məlumat verib. O bildirib ki, Fazil Mustafanın çiynindən aldığı yara ciddi olduğundan ikinci əməliyyat lazım olub: “Hazırda onun səhhəti qaydasındadır”. Qeyd edək ki, dünən axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa terror aktına məruz qalıb. Deputat ayaq və çiyin nahiyəsindən güllə yarası alıb.
29-03-2023, 13:45
Putin bu "qələbəni" "satacaq" - Zelenski


Putin bu "qələbəni" "satacaq" - Zelenski

"Baxmut işğal olunsa, Putin bu "qələbəni" "satacaq" və beynəlxalq dəstək almağa çalışacaq". Bunu Ukrayna prezidenti Volodimir Zelenski "Associated Press"ə müsahibəsində deyib. "Baxmutda uzun sürən döyüşdə qalib gəlməsək, o zaman Putin Ukraynaya təzyiq göstərməyə çalışacaq, ölkəni qəbuledilməz güzəştlərə getməyə məcbur edəcək. Ölkə daxilində də təzyiq artacaq. Tərəfdaşlar, xüsusən də ABŞ yardımı dayandırsa, Ukrayna qalib gəlməyəcək. Vaşinqtondakı siyasi qərarların müharibəyə təsirinə diqqət etmək lazımdır", - deyə Ukrayna prezidenti qeyd edib. O, Çin lideri Si Tsinpini Ukraynaya dəvət edib. Zelenski onu görməyə və danışmağa hazır olduğunu bildirib. "Ukrayna çox böyük ölkəyə, böyük düşmənə, böyük orduya, amma ürəyi kiçik olan orduya qarşı kiçik qələbələr sayəsində qalib gələcək", - deyə Zelenski əlavə edib.
29-03-2023, 13:37
Qazaxıstan höküməti istefaya getdi


Qazaxıstan höküməti istefaya getdi

Qazaxıstan hökuməti parlamentin aşağı palatasının yeni tərkibinin seçilməsi ilə əlaqədar istefa verib. Bu barədə "Kazinform" məlumat yayıb. Prezident Kasım-Jomart Tokayev Nazirlər Kabinetinin yeni tərkibi təsdiq olunana qədər hökumətə öz vəzifələrini icra etməyi tapşıran fərman imzalayıb.
29-03-2023, 10:54
Deputatın həmkarları güllələnməsinə rəy bildirdi


Deputatın həmkarları güllələnməsinə rəy bildirdi

Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd olub. O, evinin yaxınlığında güllələnib. Fazil Mustafanın vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur. Butov.az deputatın güllələnməsinə ictimai-siyasi xadimlərin reaksiyasını təqdim edir:
Milli Məclisin deputatı Etibar Əliyev özünün sosial şəbəkə hesabında yazıb: "Dəyərli Fazil bəyə atılan güllə hər birimizə atılan güllədir…"
Deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev yazıb: "Deputat həmkarım Fazil Mustafaya edilən sui-qəsdin sifarişçi və icraçılarını şiddətlə pisləyirəm. Son günlər Azərbaycanda siyasi sabitliyi pozmaq və məkrli düşmənçilik planlarını həyata keçirmək üçün cəhdlər çoxalıb. Bu cəhdlərin qarşısı qətiyyətlə alınacaq. Hüquq-mühafizə orqanları 24 saat keşikdədir və cinayətkarları bir neçə saat ərzində zərərsizləşdirə biliblər. Yenə də belə olacaq. Düşmən dövlətlər və daxilimizdə olan xainlər, agentlər ölkəmizi sarsıda bilməyəcəklər. Xalqımızın səyi və siyasi həmrəylik mühitində düşmənlərimizə qalib gələcəyik. Fazil bəyə acil şəfalar diləyirəm. Bu cür xain terrorlar xalqımızın və dövlətimizin iradəsini sındıra bilməz. Hamımız bir olmalı və xainləri xar etməliyik!"
Milli Məclisin deputatı Qənirə Paşayeva: "Hüquq mühafizə orqanlarımız gərəkən tədbirləri görəcək, cinayətkarlar tezliklə tapılıb, haqq etdikləri cəzanı alacaqdır. Hörmətli Fazil bəyin ictimai-siyasi fəaliyyətinə yaxından bələd olanlar onun hansı dəyərləri müdafiə və təbliğ etdiyini, xurafata qarşı açıq mətnlə mübarizə apardığını yaxşı bilir. İnşallah tezliklə sağlamlığına qovuşar və qaldığı yerdən mübarizəsinə davam edər! Yastığı yüngül olsun!"
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid: "Bu hadisələrin sifarişçilərinin dövlətimizə qarşı inamsızlıq, cəmiyyətdə xof, qorxu yaratmaq istəyi aydın məsələdir. Bəzilərinin o dəqiqə emosionallıqdan , yaxud qəsdən dövlətimizi zəiflikdə qınaması düşmənin niyyətini yelpikləməkdir. Yaxın tariximizdə belə hadisələrin olmadığını demək də məlumatsızlığın nəticəsidir; son vaxtlar baş verənlərdən də betər terror hadisələrinin şahidi olmuşuq. Hamısının da arxasında dövlətimizə təzyiq göstərmək , iradəsini sındırmaq istəyənlərin nəfəsi duyulub. Necə məkrli düşmənlərlə üz-üzə olduğumuzu dərk edib, həmrəyliyimizi, birliyimizi qorumalı, dövlətimizin müdafiəsində sıx durmalıyıq. Tanrı Dövlətimizi qorusun!"
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev: "Millət vəkilinə atəş açılması ağır hadisədir. Hüquq-mühafizə orqanları tez bir zamanda cinayətkarın tapılması istiqamətində tədbirlər həyata keçirəcək. Bu cinayətin üstü açılacaq və hadisəni törədən layiqli cəzasın alacaq. Azərbaycanın ictimai-siyasi həyatında qorxu mühiti yaratmaq istəyən qüvvələr var. Bu, iyrənc bir terror aktıdır. Amma əslində bu, indidən qəzəb doğurur. Hansısa millət vəkilini, dövlət adamını, jurnalistləri və başqa təbəqədən olan şəxsləri belə hadisələrlə qorxutmaq olmaz".
Ümid Partiyasının sədri İqbal Ağazadə: "Fazil Mustafaya şəfalar diləyir, cinayətkar(lar)ın dərhal həbsini və hücumun motivini araşdırmağı hüquq-mühafizə orqanlarından tələb edirik".
Deputat Bəhruz Məhərrəmov: "Deputat Fazil Mustafaya yönəlik şərəfsiz və qorxaq silahlı hücum motivindən asılı olmayaraq iyrənc terror aktıdır və birmənalı şəkildə pislənməlidir. Cinayəti törətməkdə şübhəli bilinənlərin ən qısa zamanda yaxalanacağı və ədalət mühakiməsinə təhvil veriləcəyi şübhə doğurmur. Atəş açıb daha sonra siçan kimi gizlənməyə yer axtaran qorxaq məxluqlar və onların sahibləri bu ləyaqətsiz əmələ görə ən ağır formada cavab verəcəklər. Bir Fazil Mustafa ölər, yüzü doğular, bu cür iyrənc metodlarla, murdar təxribatlarla qalib dövləti, müzəffər xalqı və Təbrizli-Bakılı bütöv Azərbaycanı kimsə sarsıda bilməz!"
Milli Məclisin deputatı Ceyhun Məmmədov: "Həmkarım Fazil Mustafaya Allahdan acil şəfa diləyirəm. Əminəm ki, hüquq mühafizə orqanları bu məşum cinayəti törədənləri ən qısa vaxtda tapıb məsuliyyətə cəlb edəcəklər".
Deputat İlham Məmmədov: “Bizim də hadisə ilə bağlı geniş məlumatımız yoxdur. Aldığımız məlumata görə, çiynindən və ayağından yaralanıb. İnşallah, ümid edirik ki, bu yaralar yüngül olar, tezliklə ayağa qalxar. İstintaq aparıldıqdan sonra hər şey bilinəcək ki, hadisə necə olub”.
28-03-2023, 23:50
Güllələnən deputat xəstəxanaya yerləşdirildi


Güllələnən deputat xəstəxanaya yerləşdirildi

Xəbər verdiyimiz kimi, Bakıda silahlı hücuma məruz qalan deputat Fazil Mustafa xəstəxanaya aparılıb. Deputat 1 saylı Şəhər Klinik Xəstəxanasında əməliyyata götürülüb. Hazırda onun vəziyyəti qənaətbəxşdir, həyatı təhlükəsi yoxdur. Milli Məclisin deputatları, Fazil Mustafanın yaxınları və jurnalistlər hazırda xəstəxanadırlar. Əməliyyatdan sonra deputatın son vəziyyəti barədə mediaya açıqlama veriləcəyi bildirilir. Qeyd edək ki, bu gün axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa qarşı sui-qəsd olub. O, evinin yaxınlığında ayaq və çiyin nahiyəsindən güllələnib.



28-03-2023, 23:47
Deputata sui-qəsdlə bağlı cinayət işi açıldı


Deputata sui-qəsdlə bağlı cinayət işi açıldı

Milli Məclisin deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı prokurorluq tərəfindən cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda Baş prokurorun birinci müavini, Bakı şəhər prokuroru və istintaq-əməliyyat qrupu hadisə yerindədir. "Media nümayəndələrindən Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmədən hadisə barədə məlumatların yayılmaması xahiş olunur", - Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!