Əlli bir ildən sonra çöysüyən həsrət .....                        Naxçıvanın 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib .....                        AZAL təyyarəsinin "qara qutu"ları bu ölkəyə göndərilir - RƏSMİ .....                        Suriyada seçkilər nə vaxt keçiriləcək? .....                        “Rusiya ilə bağlı bu nüans çox vacibdir” - Fərid Şahbazlı .....                        "Mançester Siti"nin növbəti qələbəsi .....                        Əfqanıstan da Azərbaycana başsağlığı verdi .....                        Suriyadakı səfirliyimiz yenidən fəaliyyətə başlayır .....                        Təyyarə qəzasında həlak olan sərnişin Şəmkirdə dəfn edildi .....                       
28-05-2023, 13:40
Ərdoğan da xanımıyla birlikdə səsvermədə iştirak etdi


Ərdoğan da xanımıyla birlikdə səsvermədə iştirak etdi

Türkiyənin hazırkı dövlət başçısı, “Cümhur İttifaqı”nın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğan prezident seçkilərinin ikinci turunda səsvermədə iştirak ediblər. Ərdoğan İstanbul Üsküdarda yerləşən Saffet Cebi adına orta məktəbdə səs verib. Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin II turu keçirilir. Mayın 14-də keçirilən ilk turda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib. Prezident seçkilərinin II turunda seçicilər “Cümhur İttifaqı”nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqın”ın namizədi Kamal Kılıçdaroğlu arasında seçim edəcək. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq.
28-05-2023, 13:25
Qarabağ bölgəsində yaşayan ermənilər üçün də bir dərs olmalıdır - Prezident


Qarabağ bölgəsində yaşayan ermənilər üçün də bir dərs olmalıdır - Prezident

Aprelin 23-də sərhəddə qoyulan sərhəd-buraxılış məntəqəsi bu gün Qarabağ bölgəsində yaşayan ermənilər üçün də bir dərs olmalıdır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bildirib. “Əfsuslar olsun, onlar bu günə qədər kiməsə arxalanırlar ki, kimsə gələcək onları xilas edəcək, kimsə gələcək Azərbaycanla müharibə aparacaq. Bunlar hamısı cəfəngiyatdır. İkinci Qarabağ müharibəsi zamanı biz güclü iradə göstərmişik və əgər o vaxt heç kim bizə qarşı kənardan müdaxiləyə cürət etmədisə, bu gün bütün bu torpaqlara yenə də sahib olandan sonra kim gəlib ermənilərin yerinə bizimlə vuruşacaq”, - deyə dövlətimizin başçısı qeyd edib.
28-05-2023, 13:11
Seçkilərin nəticəsinin millətimiz üçün xeyirli olacağına ümid edirəm - Sinan Oğan


Seçkilərin nəticəsinin millətimiz üçün xeyirli olacağına ümid edirəm - Sinan Oğan

“Bu seçkilərin nəticəsinin ölkəmiz və millətimiz üçün xeyirli olacağına, həmçinin buna töhfə verəcəyimizə ümid edirəm”. Bu sözləri Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğan prezident seçkilərinin ikinci turu üzrə səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib. S.Oğan bildirib ki, bu seçkilər həm də insanlara qərarlarına görə təzyiq etməyin, onların demokratik hüquqlarını əllərindən almağa çalışmağın hansı problemlərlə nəticələnə biləcəyini göstərmək baxımından çox vacibdir: “Odur ki İYİ Parti sədri Meral Akşenerə, prezidentliyə keçmiş namizəd Muharrem İnceyə qarşı təzyiqləri qınadığımı bir daha diqqətə çatdırıram. Bu seçki digər seçkilərdən fərqli olaraq təzyiq kampaniyasının nə qədər zərərli olduğunu göstərdi”. Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin II turu keçirilir. Mayın 14-də keçirilən ilk turda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib. Prezident seçkilərinin II turunda seçicilər “Cümhur İttifaqı”nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqın”ın namizədi Kamal Kılıçdaroğlu arasında seçim edəcək. Səsvermə prosesi saat 08:00-da başlayıb, 17:00-da başa çatacaq.
28-05-2023, 13:02
Mustafa Şəntop prezident seçkilərinin ikinci mərhələsində iştirak etdi


Mustafa Şəntop prezident seçkilərinin ikinci mərhələsində iştirak etdi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop prezident seçkilərinin ikinci turunun səsverməsində iştirak edib. Şəntop İstanbulda səs verib. Səsvermədən sonra jurnalistlərin suallarını cavablandıran M.Şəntop seçkilərin hər kəs üçün uğurlu olmasını arzulayıb: “Seçkilərin nəticəsinin xalqımız üçün xeyirli olmasını diləyirəm. İnanıram ki, nəticələr Türkiyənin gələcəyi üçün uğurlu olacaq. Türkiyə xalqınının şəffaf, demoktratik seçkilərlə bağlı təcrübəsi var”. Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin II turu keçirilir. Mayın 14-də keçirilən ilk turda Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifətin lideri Kemal Kılıçdaroğlu 44,88 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,17 faiz səs toplayıb. Səsvermədə seçicilərin 88,92 faizi iştirak edib. Prezident seçkilərinin II turunda seçicilər “Cümhur İttifaqı”nın namizədi, hazırki prezident Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqın”ın namizədi Kamal Kılıçdaroğlu arasında seçim edəcək.
28-05-2023, 12:51
Qarabağa hərəkət tam nəzarət altındadır - İlham Əliyev


Qarabağa hərəkət tam nəzarət altındadır - İlham Əliyev

Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü prinsipi əsas tutularaq sülh müqaviləsi imzalanmalıdır. Biz lazımi addımlar ataraq bu gün Qarabağda Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazilərdə istədiyimizə nail olmuşuq. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə səsləndirib. Aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qoyulması ilə ərazi bütövlüyü məsələlərinin birdəfəlik həll olunduğunu söyləyən dövlətimizin başçısı deyib: “Onsuz da İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa edilmişdir. Ancaq sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır”.
28-05-2023, 12:38
Danışıqlar masasında güclü mövqeyə sahib olan bizik - İlham Əliyev


Danışıqlar masasında güclü mövqeyə sahib olan bizik - İlham Əliyev

Artıq Ermənistan bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra faktiki olaraq sülh müqaviləsi üçün hər hansı bir ciddi maneə qalmayıb. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bildirib. Dövlətimizin başçısı əminliyini ifadə edib ki, yaxın gələcəkdə, - əgər yenə də Ermənistan saxtakarlıq etməsə və yenə də öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər. “İmzalansa, çox yaxşı, imzalanmasa da, hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat və təhlükəsizlik şəraitində yaşayacağıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
28-05-2023, 12:27
Ermənistan yaralarını hələ də sağalda bilmir - Prezident


Ermənistan yaralarını hələ də sağalda bilmir - Prezident

İkinci Qarabağ müharibəsi şanlı tariximizdir. Ermənistan o acı məğlubiyyətin ağrılarını, yaralarını hələ də sağalda bilmir. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə səsləndirib. Dövlətimizin başçısı deyib: “Bu gün bizim yaşadığımız reallıq məhz İkinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində əldə edilmiş nəticələr əsasında formalaşıb”.
28-05-2023, 12:19
Ermənistan torpaqlarımızdan öz xoşu ilə çıxmaq istəmirdi - Prezident


Ermənistan torpaqlarımızdan öz xoşu ilə çıxmaq istəmirdi - Prezident

Siz də, bütün Azərbaycan xalqı da, bütün dünya ictimaiyyəti də yaxşı bilirdi və bilir ki, Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə çıxmaq istəmirdi, işğal edilmiş torpaqlardan çıxmaq istəmirdi. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə söyləyib. Ermənistanın, sadəcə olaraq, görüntü naminə, beynəlxalq vasitəçiləri aldatmaq, beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün beş rayonu qaytarmağa hazırdır olduqları, Laçın və Kəlbəcərin isə onların əlində həmişəlik qalması ilə bağlı təklif irəli sürdüyünü xatırladan dövlətimizin başçısı qeyd edib: “Biz isə heç vaxt bununla razılaşa bilməzdik. Mən hər zaman deyirdim ki, ərazi bütövlüyümüz tam bərpa edilməlidir. Bu gün müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində biz buna nail olmuşuq. Biz düşməni döyüş meydanında məğlub etmişik”.
28-05-2023, 12:00
Həmrəyliyimizin əbədi olmasını arzu edirik - Səlcuq Bayraktar


Həmrəyliyimizin əbədi olmasını arzu edirik - Səlcuq Bayraktar

“Həmrəyliyimizin əbədi olmasını arzu edirik”. Bu sözləri “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar twitter hesabında yazıb. Bayraktar Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib: “Qardaş ölkəmiz Can Azərbaycanın Müstəqillik Günü mübarək olsun”.
28-05-2023, 11:44
Qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun - Cahit Bağçı


Qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun - Cahit Bağçı

“Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı”. Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı twitter hesabında yazıb. Səfir Müstəqillik Günü münasibətilə Azərbaycanı təbrik edib: “Qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2023    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!