Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
3-06-2023, 16:06
Ərdoğanın andiçmə mərasimi keçirildi


Ərdoğanın andiçmə mərasimi keçirildi

Yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın bu gün andiçmə mərasimi keçirilib. Mərasim Türkiyə Böyük Millət Məclisində keçirilib. Ərdoğanı parlamentin müvəqqəti spikeri MHP sədri Dövlət Bağçalı qarşılayıb. O, parlamentin kürsüsündə and içib və daha sonra Türkiyə himni səsləndirilib. Türkiyə Prezidenti daha sonra Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacaq.
3-06-2023, 14:11
Şuşa aşkarlanan insan skeletlərinin kimə aid olmasıyla bağlı açıqlama


Şuşada aşkarlanan insan skeletlərinin kimə aid olmasıyla bağlı açıqlama

İyunun 2-də Dövlət Komissiyasından Şuşa həbsxanası yaxınlığında təsərrüfat işləri həyata keçirilərkən insan qalıqları aşkarlanması barədə məlumat daxil oldu. Bundan sonra biz Şuşaya ezam edildik və burada Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid insan skeleti qalıqları aşkara çıxardıq. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi, Xocavənd-Füzuli arxeoloji ekspedisiyasının rəisi Akif Quliyev söyləyib. “Yəqin ki, yaxın zamanda bu ərazidə tədqiqat işləri həyata keçiriləcək. Biz burada nə qədər insana aid skeletin olduğunu ondan sonra dəqiq deyə biləcəyik”, - deyə A.Quliyev qeyd edib.
3-06-2023, 14:11
Şuşa aşkarlanan insan skeletlərinin kimə aid olmasıyla bağlı açıqlama


Şuşada aşkarlanan insan skeletlərinin kimə aid olmasıyla bağlı açıqlama

İyunun 2-də Dövlət Komissiyasından Şuşa həbsxanası yaxınlığında təsərrüfat işləri həyata keçirilərkən insan qalıqları aşkarlanması barədə məlumat daxil oldu. Bundan sonra biz Şuşaya ezam edildik və burada Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid insan skeleti qalıqları aşkara çıxardıq. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi, Xocavənd-Füzuli arxeoloji ekspedisiyasının rəisi Akif Quliyev söyləyib. “Yəqin ki, yaxın zamanda bu ərazidə tədqiqat işləri həyata keçiriləcək. Biz burada nə qədər insana aid skeletin olduğunu ondan sonra dəqiq deyə biləcəyik”, - deyə A.Quliyev qeyd edib.
3-06-2023, 13:24
Şuşa şəhərində kütləvi məzarlıq aşkar edildi


Şuşa şəhərində kütləvi məzarlıq aşkar edildi

Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərində kütləvi məzarlıq aşkar edilib. Kütləvi məzarlıq Şuşa həbsxanasının ərazisində tapılıb. Bu, bir daha onu göstərir ki, Şuşa həbsxanasında azərbaycanlılar qanunsuz saxlanılıb və onlara ağır işgəncələr verilib, orada amansız zorakılıqlar törədilib. Aşkarlanan bu məzarlıq da həmin hadisələrin bariz nümunəsidir. Xatırladaq ki, daha əvvəl Başlıbel, Edilli, Fərrux ərazilərində də kütləvi məzarlıqlar aşkar edilmişdi.



3-06-2023, 13:14
Ukraynada PUA istehsalı genişləndirilir


Ukraynada PUA istehsalı genişləndirilir

Ukraynada pilotsuz uçuş aparatları (PUA) istehsalı genişləndiriləcək. Bu barədə Ukrayna ordusunun PUA zabiti Valeriy Borovik CNN-ə açıqlamasında bildirib. O qeyd edib ki, Ukraynadakı müdafiə zavodu ilə müqavilə imzalanıb. Proqnozlara görə, Ukraynada ayda 50 deyil, 1000-dən çox PUA istehsal ediləcək. Şirkətin hazırladığı “Vidsyiç” pilotsuz uçuş aparatı 40 km uçuş məsafəsinə malikdir və 2-3 kq ağırlığında döyüş başlığı daşıya bilir.
3-06-2023, 13:07
İlham Əliyev İndoneziyayla bağlı Anlaşma Memorandumunu təsdiqlədi


İlham Əliyev İndoneziyayla bağlı Anlaşma Memorandumunu təsdiqlədi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İndoneziya Respublikasının İşçi Qüvvəsi Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, 2022-ci il dekabrın 14-də Bakı və Cakarta şəhərlərində imzalanmış “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İndoneziya Respublikasının İşçi Qüvvəsi Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiqlənib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sənədin müddəalarının həyata keçirilməsini təmin edəcək. Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İndoneziya hökumətinə bildiriş göndərəcək.
3-06-2023, 12:55
Prezident İsraillə əməkdaşlığa dair sazişi təsdiqlədi


Prezident İsraillə əməkdaşlığa dair sazişi təsdiqlədi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş” təsdiqləyib. Dövlət başçısı bununla bağlı fərman imzalayıb. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi sazişin müddəalarının həyata keçirilməsini təmin edəcək. Azərbaycan Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İsrail Dövləti Hökumətinə bildiriş göndərəcək. Qeyd edək ki, saziş 2023-cü il aprelin 19-da Bakı şəhərində imzalanıb.
3-06-2023, 12:37
Əli Əsədov ipoteka kreditiylə bağlı qərarın ləğvini təsdiq etdi


Əli Əsədov ipoteka kreditiylə bağlı qərarın ləğvini təsdiq etdi

Nazirlər Kabineti “Nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə 11 oktyabr 2017-ci il tarixli qərarını ləğv edib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, “Nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 11 oktyabr tarixli 422 nömrəli Qərar ləğv edilib.
3-06-2023, 12:23
İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin Prezidentini qəbul etdi


İlham Əliyev Beynəlxalq Olimpiya Komitəsinin Prezidentini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Baxı qəbul edib. Dövlətimizin başçısı Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Baxa Bakıda keçirilən taekvondo üzrə 26-cı dünya çempionatında iştirakına və dəstəyinə görə minnətdarlığını bildirdi, bunun əməkdaşlığın genişləndirilməsi işinə xidmət etdiyini dedi. Tomas Bax paytaxtımızda keçirilən bu idman yarışında iştirak etməkdən məmnunluğunu ifadə etdi. Söhbət zamanı çoxlu sayda ölkəni təmsil edən idmançıların iştirak etdikləri taekvondo üzrə 26-cı dünya çempionatının Azərbaycanda keçirilməsinin önəminə toxunuldu. Görüşdə Azərbaycan ilə Beynəlxalq Olimpiya Komitəsinin uzun illər səmərəli əməkdaşlıq həyata keçirdiyi və ölkəmizin bu beynəlxalq qurumun fəal iştirakçısı olduğu qeyd edildi, Azərbaycanın beynəlxalq idman təşkilatları ilə uğurlu qarşılıqlı fəaliyyəti vurğulandı. Söhbət zamanı ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıldı, Azərbaycanın dünya əhəmiyyətli çoxsaylı idman tədbirlərinin yüksək səviyyədə təşkil edildiyi məkana çevrildiyi bildirildi, paytaxtla yanaşı, regionlarda da müasir idman infrastrukturunun yaradıldığı qeyd olundu. Tomas Bax 2015-ci ildə Bakıda keçirilən birinci Avropa Oyunlarını məmnunluqla xatırladaraq qeyd etdi ki, o, hələ də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi Oyunların açılış mərasiminin xoş təəssüratları altındadır. Sonda Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti dövlətimizin başçısına Olimpiya Evi Mükafatını təqdim etdi. Mükafat dünyanın ən dayanıqlı binalarından biri olan Beynəlxalq Olimpiya Komitəsinin Lozannadakı yeni baş qərargahını əks etdirir. Göyərçin formasında, dam örtüyündə günəş panelləri olan bina Beynəlxalq Olimpiya Komitəsinin dayanıqlılıq və sülhə sadiqliyini tərənnüm edir.


3-06-2023, 12:06
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında iyunun 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əsasən gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!