Türkiyə İsrail ilə ticarəti tam dayandırıb .....                        Hikmət Hacıyev Avropa rəsmisini qəbul etdi .....                        OTAYLI-BUTAYLI FOLKLORUMUZ – MİLLİ KİMLİYİMİZİN PASPORTUDUR .....                        Mirzoyan Kuleba ilə danışıqlar apardı .....                        Təcridxanaya dolmanın içərisində narkotik keçirmək istədi .....                        İcazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - Açıqlama .....                        Ceyhun Bayramov ASEAN PA-nın Baş katibi ilə görüşdü .....                        Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsini məlumatlandırdı .....                        "Avroviziya"da Fələstin bayrağı qadağan edildi .....                       
1-06-2023, 20:20
SOCAR türk şirkəti ilə Anlaşma Memorandumu imzaladı


SOCAR türk şirkəti ilə Anlaşma Memorandumu imzaladı

İyunun 1-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) arasında İnsan Resurslarının İnkişafına dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə SOCAR-dan məlumat verilib. Görüşdə Anlaşma Memorandumunun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd olunduğu 2023-cü ildə imzalanmasının ölkələrimiz arasında möhkəm dostluq və qardaşlıq, yüksək səviyyəli strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürü olduğu vurğulanıb. Görüş çərçivəsində TPAO nəzdində fəaliyyət göstərən Zonguldak peşə məktəbində 10 azərbaycanlı tələbənin təhsil almasından məmnunluq ifadə edilib, bu xüsusda qarşılıqlı təcrübə mübadiləsi və birgə təlimlərin təşkili ilə rəqabətədavamlı insan kapitalının gücləndirilməsinin hədəfləndiyi vurğulanıb. Ölkəmizdə ilk xarici sərmayədarlardan biri olan TPAO şirkətinin ötən illər ərzində SOCAR-la “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan”, “Cənubi Qafqaz Boru Kəməri” kimi strateji əhəmiyyətli layihələrdə uğurla tərəfdaşlıq etdiyi, SOCAR-ın ən böyük sərmayələrinin qardaş Türkiyəyə yatırıldığı, birgə icra edilən layihələrin hər iki ölkənin dayanıqlı iqtisadi inkişafına, regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verdiyi bildirilib. Memorandum TPAO Akademiyası və SOCAR tərəfindən təşkil edilən təlimlərdə hər iki şirkətin əməkdaşlarının qarşılıqlı iştirakının təmin edilməsi, uzunmüddətli təcrübə proqramlarının təşkili, alternativ enerji, dekarbonizasiya, davamlı inkişaf, tədqiqat, innovasiya, həmçinin inzibati sahələrdə birgə layihə və tədbirlərin keçirilmə imkanlarının araşdırılmasını nəzərdə tutur.
1-06-2023, 20:14
CHP idarə heyətinin bütün üzvləri iclasdan sonra istefa verdi


CHP idarə heyətinin bütün üzvləri iclasdan sonra istefa verdi

Türkiyənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyasının (CHP) idarə heyətinin iclası keçirilib. İclas 4.5 saat davam edib. Məlumata görə, iclasda prezident seçkilərinin nəticələri dəyərləndirilib, eyni zamanda CHP-nin yol xəritəsi müzakirə edilib. İclasdan sonra idarə heyətinin üzvlərinin hamısı istefa verib.
1-06-2023, 20:06
Yenidən keçiriləcək beştərəfli görüşün tarixi müəyyənləşdi


Yenidən keçiriləcək beştərəfli görüşün tarixi müəyyənləşdi

Azərbaycan, Ermənistan, Almaniya, Fransa və Aİ liderlərinin daha bir beştərəfli görüşü keçiriləcək. Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel məlumat verib. O qeyd edib ki, görüş bu il oktyabrın 5-də İspaniyada keçiriləcək 3-cü Avropa Siyasi Birliyi sammiti çərçivəsində baş tutacaq. “Prezident Əliyev və Baş nazir Paşinyanı, Kansler Şolts və Prezident Makronu İspaniyada keçiriləcək növbəti Avropa Siyasi Birliyi sammiti çərçivəsində bir daha dəvət etmək niyətindəyik”, - Mişel deyib.
1-06-2023, 19:54
Prezidentin Paşinyanla yenidən görüşəcəyi tarix açıqlandı


Prezidentin Paşinyanla yenidən görüşəcəyi tarix açıqlandı

Bugünkü danışıqlar çox məhsuldar keçdi. Bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Almaniya kansleri Olaf Şolts və Fransa dövlət başçısı Emmanuel Makronla görüşdən sonra deyib. O qeyd edib ki, danışıqlar iyulun 21-də Brüsseldə keçiriləcək görüşə yaxşı hazırlıq oldu. Mişelin sözlərinə görə, tərəflər münasibətlərin normallaşması üzərində intensiv işləyir və bu formatda görüşü İspaniyada təkrarlamağı planlaşdırırlar.
1-06-2023, 17:48
İraqda məhbusluq müddəti bitən qadınlar Azərbaycana gətirildi


İraqda məhbusluq müddəti bitən qadınlar Azərbaycana gətirildi

Azərbaycan Respublikasının hökuməti tərəfindən aparılmış müvafiq əlaqələndirmə işi, habelə ölkəmizin aidiyyəti dövlət qurumlarının mərhələli və koordinasiyalı tədbirləri nəticəsində İraq Respublikasında məhbus həyatı sürmüş və hazırda cəza müddəti bitmiş 3 nəfər qadın Azərbaycan Respublikası vətəndaşı ölkəmizə gətirilib. XİN-dən verilən məlumata görə, növbəti mərhələdə daha 2 nəfər cəza müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının ölkəmizə gətirilməsi nəzərdə tutulur. Hazırda İraq Respublikasında həbsdə saxlanılan Azərbaycan Respublikasının qadın vətəndaşlarının mərhələli şəkildə ölkəmizə gətirilməsi istiqamətində müvafiq işlər davam etdirilməkdədir. Bununla əlaqədar olaraq, İraq Respublikasının aidiyyəti dövlət qurumlarına müvafiq müraciətlər ünvanlanıb. Qeyd edək ki, Azərbaycan hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində indiyə qədər sözügedən qadın vətəndaşlarımızın 288 nəfər övladı Azərbaycana artıq geri gətirilib.
1-06-2023, 16:32
Şarl Mişel Zelenski ilə görüşdü


Şarl Mişel Zelenski ilə görüşdü

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Moldovanın paytaxtı Kişineuda “Avropa siyasi birliyi” 2-ci zirvə toplantısı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Bu barədə Mişel twitter hesabında yazıb. O görüşü Avropa üçün güçlü həmrəylik kimi qiymətləndirib: “Təhlükəsizlik və beynəlxalq hüquqa hörmət üçün birgə səylərimizi davam etdirəcəyik”.
1-06-2023, 16:19
Rusiya Ukraynanı tam ələ keçirməyəndə səvhə yol verdi - Lukaşenko


Rusiya Ukraynanı tam ələ keçirməyəndə səvhə yol verdi - Lukaşenko

"Rusiya 2014-cü ildə Ukrayna Silahlı Qüvvələrinin döyüşə hazır olmadığı bir vaxtda Ukraynanı tam ələ keçirməyəndə səhvə yol verdi". Bu fikirləri Belarus Prezidenti Aleksandr Lukaşenko səsləndirib. Onun fikrincə, Rusiya Federasiyası Ukraynanı tamamilə ələ keçirməli idi. "2014-2015-ci illərdə Ukraynanın nə ordusu, nə də hazırlığı var idi. Bəlkə də yeganə səhvimiz o idi ki, belə məqamda məsələni həll etməmişik. Hamı bunu hansısa sülh yolu ilə həll etmək istəyirdi. Ukrayna bu müddət ərzində döyüşə hazır silahlı qüvvələr yaratdı", – Lukaşenko qeyd edib. Belarus Prezidenti vurğulayıb ki, Ukrayna məsələsini illər öncə Krımla birlikdə həll etmək lazım idi.
1-06-2023, 16:13
Messi Fransanın PSJ klubundan ayrılır


Messi Fransanın PSJ klubundan ayrılır

Argentinalı ulduz futbolçu Lionel Messi Fransanın PSJ klubundan ayrılır. Məlumatı klubun baş məşqçisi Kristof Qaltye təsdiqləyib. O, Messinin mövsümün sonunda komandanı tərk edəcəyini bildirib. "Futbol tarixinin ən böyük oyunçusu ilə məşq keçmək imtiyazına sahib oldum. Leonun "Klermont"la oyunu onun bu klubda son oyunu olacaq", - Baş məşqçi deyib. Messinin hansı kluba keçəcəyi məlum deyil. Mətbuatda yayılan məlumata görə, Səudiyyə Ərəbistanının "Əl-Hilal" futbol klubu ona iki illik müqavilə təklif edib. Bundan əlavə, argentinalı futbolçuya "Barselona"dan da təklif gəlməsi barədə məlumatlar yayılıb.
1-06-2023, 16:01
Fransada baş vermiş silahlı hücum insan ölümü ilə nəticələndi


Fransada baş vermiş silahlı hücum insan ölümü ilə nəticələndi

Fransanın Nantua şəhərində yerləşən kafedə təxminən 30 yaşlı kişi insanlara atəş açıb. Bu barədə "Franceinfo" nəşri yazıb. Bildirilir ki, atışma nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb. Nəşrin məlumatına görə, atəş açan şəxs hadisə yerindən qaçaraq yaxınlıqdakı küçədə yerləşən evlərdən birində barrikada qurub. Hadisə səhər saatlarında baş verib. Atışma zamanı 19 yaşlı şəxs həlak olub, digər 31 yaşlı kişi mədəsindən yaralanıb və xəstəxanaya yerləşdirilib. Daha iki zərərçəkənə yerindəcə tibbi yardım göstərilib.
1-06-2023, 15:49
Mehriban Əliyevadan 1 İyunla bağlı paylaşım


Mehriban Əliyevadan 1 İyunla bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib.
Butov.az paylaşımı təqdim edir: “Balaca soydaşlarımızı səmimi qəlbdən təbrik edir, bütün balalara möhkəm cansağlığı və xoşbəxt həyat arzulayıram!”.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!