Türkiyə İsrail ilə ticarəti tam dayandırıb .....                        Hikmət Hacıyev Avropa rəsmisini qəbul etdi .....                        OTAYLI-BUTAYLI FOLKLORUMUZ – MİLLİ KİMLİYİMİZİN PASPORTUDUR .....                        Mirzoyan Kuleba ilə danışıqlar apardı .....                        Təcridxanaya dolmanın içərisində narkotik keçirmək istədi .....                        İcazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - Açıqlama .....                        Ceyhun Bayramov ASEAN PA-nın Baş katibi ilə görüşdü .....                        Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsini məlumatlandırdı .....                        "Avroviziya"da Fələstin bayrağı qadağan edildi .....                       
14-06-2023, 23:19
Fransa Ermənistana yeni zirehli texnikalar verəcək


Fransa Ermənistana yeni zirehli texnikalar verəcək

Fransa Ermənistana 50 ədəd "VAB MK 3" model zirehli transportyor verəcək. Bu barədə "Sputnik Armeniya" nəşri Avropada Proqnozlaşdırma və Təhlükəsizlik İnstitutunun (IPSE) direktoru Emmanuel Dupuisa istinadən məlumat yayıb. Zirehli texnikanın nə vaxt tədarük ediləcəyi hələlik açıqlanmır. Məlumata görə, İrəvanın “Bastion” və “Şerpa” zirehli maşınlarının alınması imkanları da nəzərdən keçirilir. Nəşr qeyd edir ki, Fransanın İrəvandakı səfirliyinə hərbi attaşe təyinatından sonra iki ölkə arasında hərbi əməkdaşlıq daha da intensivləşəcək.
14-06-2023, 22:53
Almaniyada ilk dəfə Milli Təhlükəsizlik Strategiyası qəbul edildi


Almaniyada ilk dəfə Milli Təhlükəsizlik Strategiyası qəbul edildi

Almaniyada ilk dəfə Milli Təhlükəsizlik Strategiyası qəbul edilib. Sənəd 76 səhifədən ibarətdir. Strategiyada bildirilir ki, Almaniyanın təhlükəsizlik siyasətinin əsas vəzifəsi ölkənin sülh və azadlıq şəraitində yaşamağa davam etməsini təmin etməkdir. "Bunun üçün biz NATO və Avropa İttifaqına sarsılmaz sadiqik və Bundesveri gücləndiririk ki, o, ölkəni və ittifaqı qorumaq olan əsas missiyasını yerinə yetirə bilsin", - sənəddə qeyd olunur. Sənəddə, həmçinin Avropa İttifaqının genişlənməsindən və bu kontekstdə Ukrayna, Moldova və Gürcüstanın üzvlüyündən bəhs edilir. “Məqsədimiz sülhsevər, azad və vahid Avropadır. Biz Avropa İttifaqının gələcək nəsillər üçün öz təhlükəsizliyini və suverenliyini təmin edən geosiyasi oyunçu olmasını istəyirik. Almaniya federal hökuməti Qərbi Balkan dövlətləri, Ukrayna, Moldova və gələcəkdə Gürcüstanın qəbulu yolu ilə Avropa İttifaqının inteqrasiyasını, birliyini və genişlənməsini dəstəkləyir”, - sənəddə deyilir. Strategiyada o da vurğulanır ki, Aİ-nin genişlənməsinə hazırlaşmaq üçün təşkilat daxilində islahatlar aparmaq lazımdır.
14-06-2023, 22:34
Serbiya Kosovanın 3 polis əməkdaşını həbs etdi


Serbiya Kosovanın 3 polis əməkdaşını həbs etdi

Serbiya xüsusi təyinatlıları Kosova polisinin 3 əməkdaşını həbs edib. Bu barədə Serbiya Daxili İşlər Nazirliyi məlumat yayıb. Şübhəlilərin silahlı olduğu, yanlarında xəritə və naviqasiya vasitələrinin aşkar edildiyi deyilir. Onlar Serbiyada sabitliyi pozmaq və münaqişəni qızışdırmaqda ittiham olunur. Kosovanın Baş naziri Albin Kurti polislərin Serbiya tərəfindən oğurlandığını bildirib. “Oğurlanma Kosovanın şimalındakı Tresave/Bare bölgəsində baş verib", - məlumatda qeyd edilib.
14-06-2023, 21:09
Prezident Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi


Prezident Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tviterdəki hesabında 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib. Butov.az paylaşımı təqdim edir:

14-06-2023, 20:22
Güləşçimiz qitə çempionu oldu


Güləşçimiz qitə çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Turan Daşdəmirov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında final görüşünə çıxıb. 45 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı həlledici qarşılaşmada rusiyalı Rustem Abatsiyevi sınağa çəkib. Rəqibinə 7:4 hesabı ilə qalib gələn Daşdəmirov qitə çempionu olub.
14-06-2023, 19:41
Yeni tədris ilində şagirdlərin sayı 46 min nəfər artacaq


Yeni tədris ilində şagirdlərin sayı 46 min nəfər artacaq

Növbəti tədris ilində şagirdlərin sayı 46 min nəfər artacaq. Bu barədə elm və təhsil nazirinin müavini İdris İsayev məlumat verib. O qeyd edib ki, Azərbaycanda məktəblərdə təhsil alan şagirdlərin sayı 2,2 milyonu ötəcək. "Ali təhsil pilləsində dövlət sifarişli yerlərin sayının artırılmasına xüsusi önəm veririk. Biz çalışırıq ki, ali təhsil alanların sayını artıraq. Bu proses davam edəcək”, - o deyib.
14-06-2023, 19:15
"Neftçi" klubunun yeni formaları təqdim olundu


"Neftçi" klubunun yeni formaları təqdim olundu

"Neftçi" klubu yeni formalarını təqdim edib. Bu barədə klub sosial şəbəkə hesabında video paylaşıb. Formalar istehsalçı firma tərəfindən xüsusi olaraq "Neftçi" üçün dizayn edilib.
Qeyd edək ki, yeni formalar ənənəvi ağ-qara, sarı və sarı-qara rənglərdə olacaq.

14-06-2023, 17:55
Ayxan Hacızadə Fransa XİN-in bəyanatına münasibət bildirdi


Ayxan Hacızadə Fransa XİN-in bəyanatına münasibət bildirdi

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmət idarəsinin rəisi Ayxan Hacızadə Fransa xarici işlər naziri Katrin Kollonanın bəyanatına münasibət bildirib. XİN sözçüsü "Twitter" paylaşımında Katrin Kolonnanın Azərbaycanın Qarabağ regionundakı ermənilərin hər iki istiqamətdə sərbəst hərəkətinə məqsədyönlü şəkildə göz yumduğunu deyib. “Görünür, Fransanın xarici işlər nazirinin “blokada” ilə bağlı bəyanatında Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin hər iki istiqamətdə sərbəst gediş-gəlişinə məqsədyönlü şəkildə göz yumulur. Bu, tərəfsizliyə dair iddia ilə aşkar ziddiyyət təşkil edir", - Ayxan Hacızadə qeyd edib.
14-06-2023, 17:23
Heydər Əliyevin yubileyi ilə bağlı bəyanat qəbul edildi


Heydər Əliyevin yubileyi ilə bağlı bəyanat qəbul edildi

Azərbaycan Respublikası Milli Məclisinin iyunun 14-də keçirilən xüsusi iclasında xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar bəyanat qəbul edilib. Butov.az bəyanatın tam mətnini təqdim edir:
“Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi bu il dövlət səviyyəsində tədbirlər ilə qeyd edilir. Böyük siyasi və dövlət xadiminin Vətən və millət qarşısında misilsiz xidmətləri dərin minnətdarlıq duyğuları ilə xatırlanır.
Bütün həyatını Azərbaycanın inkişafına, qorunmasına və istiqlalına həsr edən, onu zamanın burulğanlarından xətərsiz çıxarmağa nail olan Heydər Əliyev qədim tariximizin ən böyük şəxsiyyətlərinin ön cərgəsində dayanmaq haqqı qazanmışdır. Xalqımızın yaradıcılıq enerjisini, zəkasını, əzmini və iradəsini öz fəaliyyətində təcəssüm etdirən Ulu Öndər təkcə dövləti idarə etməyin deyil, həm də vətəni necə sevmək lazım olduğunun parlaq nümunələrini göstərmişdir.
Ötən əsrin 60-cı illərinin sonlarında və 90-cı illərinin əvvəllərində Heydər Əliyevin hakimiyyətə hər iki gəlişi ölkəmizin və xalqımızın həyatında çox ağır sınaqlar dövrünə təsadüf etmişdir. Hər dəfə də Heydər Əliyev ona bəslənən ümidləri doğruldaraq həqiqi milli lider olduğunu sübuta yetirmişdir.
1969-cu ildə Heydər Əliyev Azərbaycanın siyasi həyatına gələcəyi görmək və yaratmaq bacarığına malik qüdrətli rəhbər kimi daxil oldu, cəmiyyət tərəfindən prinsipial, qətiyyətli, iradəli və etibarlı bir insan kimi qəbul edildi. Onun respublikaya ilk dəfə rəhbərlik etdiyi 13 il ərzində Azərbaycanda dövlət quruculuğunun bütün tarixi ərzində əldə olunmayan sürətli inkişaf yolu keçildi, sənaye və kənd təsərrüfatı nəhəng addımlarla irəliləməyə başladı. Elmin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın, digər yaradıcılıq sahələrinin inkişafına qayğı və diqqət artırıldı. Mühüm sosial dəyişikliklər həyata keçirildi, əhalinin həyat tərzi dəyişdi. Azərbaycan keçmiş ittifaqın qabaqcıl respublikaları sırasına çıxdı, cəmiyyətdə yeniləşmə, gələcəyə inam hissi bərqərar oldu.
Milli-mənəvi sərvətlərin qorunmasına və artırılmasına, milli mənlik şüurunun oyanmasına və güclənməsinə yönələn düşünülmüş tədbirlər görüldü. Xalqımızın qədim tarixi təbliğ edilməyə başlandı, 1978-ci ildə qəbul olunmuş Konstitusiyada Azərbaycan dilinə dövlət dili statusu verildi.
Heydər Əliyev Azərbaycan SSR-in əsasında inkişaf etmiş yetkin, müstəqil bir dövlətin cizgilərini formalaşdırırdı. Zəngin iqtisadi potensial yaradılması ilə yanaşı, yüksək ixtisaslı milli kadrların, o cümlədən hərbi mütəxəssislərin hazırlanmasına ümdə əhəmiyyət verilirdi.
1982–1987-ci illərdə Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən Heydər Əliyev Azərbaycan xalqını layiqincə təmsil etmişdir. İttifaqın bir sıra nazirlik və komitələrinin fəaliyyətinə nəzarət edən rəhbər şəxs kimi o, dövlət əhəmiyyətli məsələlərin həllində böyük uğurlar qazanmışdır.
Bununla yanaşı, Ulu Öndər Azərbaycanın inkişafı ilə bağlı məsələləri diqqət mərkəzində saxlayırdı. Onun təşəbbüsü ilə SSRİ rəhbərliyi Azərbaycanın iqtisadi inkişafı üçün böyük əhəmiyyətə malik bir sıra qərarlar qəbul etmişdi. Azərbaycanda mərkəzdən maliyyələşdirilən bir çox iri layihələr həyata keçirilmişdi.
Heydər Əliyevin Sovet İttifaqının liderlərindən biri olması Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan qüvvələrin qarşısında ən böyük maneə idi. 1987-ci ilin oktyabr ayında Ulu Öndərin Sovetlər Birliyinin rəhbərliyində yüksək vəzifələrdən uzaqlaşdırılması ilə Azərbaycanın faciələrinin əsası qoyuldu.
Heydər Əliyevin məcburi istefasından iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi ilə bağlı məsələ qaldırdılar. Azərbaycana qarşı ərazi iddiaları irəli sürülməsinə və Ermənistan Respublikasında azərbaycanlılara qarşı etnik təmizləmə aparılmasına haqq qazandırmaq üçün 1988-ci ilin fevralında SSRİ və Ermənistan xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Sumqayıt şəhərində irimiqyaslı təxribat törədildi.
1990-cı ilin yanvarında fərsiz rəhbərlərin milli xəyanəti və sovet imperiyasının dəhşətli cinayəti nəticəsində xalqımız günahsız qurbanlar verəndə Heydər Əliyev heç bir təqib və təzyiqdən çəkinməyərək, ailə üzvləri ilə birlikdə Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gəldi, bəyanat verərək haqq səsimizi dünya ictimaiyyətinə çatdırdı. Ulu Öndər xalqımıza qarşı silah tətbiq edilməsinə qəti etirazını bildirərək, 20 Yanvar cinayətinin mahiyyətini və səbəblərini, bu faciəni törədən qüvvələrin niyyətlərini açıq şəkildə göstərdi.
Bu hadisədən bir neçə ay sonra Heydər Əliyev xalqının yanında olmaq üçün ittifaq və respublika rəhbərliyinin törətdiyi müxtəlif maneələrə baxmayaraq, Bakıya qayıtdı, burada qalmağa imkan verilmədiyinə görə doğulduğu şəhərə – Naxçıvana getdi. Azərbaycan və Naxçıvan parlamentlərinin deputatı, muxtar respublikanın Ali Məclisinin sədri seçildi. Naxçıvan əhalisi ilə birlikdə ağır blokada şəraitində yaşayıb işlədi, muxtar respublikanın müdafiəsini möhkəmləndirmək üçün qətiyyətli tədbirlər görərək, Azərbaycanın bu qədim bölgəsini erməni işğalından qoruyub saxladı.
Ulu Öndərin rəhbərliyi ilə Naxçıvan Azərbaycanın həqiqi dövlət müstəqilliyinə gedən yolda bayraqdar rolunu öhdəsinə götürdü və bu rolu uğurla yerinə yetirdi. Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi qəbul edildi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı.
1992-ci ilin noyabr ayında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsi və Heydər Əliyevin partiyaya sədr seçilməsi Azərbaycanın müasir siyasi sisteminin formalaşması baxımından önəmli bir hadisə oldu. Tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası qısa müddətdə cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi elan edildikdən sonra ölkəmiz son dərəcə mürəkkəb problemlərlə qarşılaşıb çox çətin vəziyyətə düşmüşdü. Yeni yaranan dövlət quruluşunun siyasi, sosial və iqtisadi təməlini möhkəmləndirməyə, dəyişən şəraitə uyğun idarəçilik mexanizmləri hazırlamağa qadir siyasi rəhbərliyin olmaması zəruri dövlət quruculuğu vəzifələrini yerinə yetirməyə imkan vermirdi.
1993-cü ilin əvvəllərində hakimiyyət tam iflic vəziyyətinə düşmüşdü. Ovaxtkı iqtidarın səriştəsizliyi və acizliyi üzündən hərc-mərcliyin dövlət həyatının bütün sahələrinə sirayət etməsindən, ölkədə hökm sürən başıpozuqluqdan, hakimiyyət uğrunda didişmədən, əslində, milli ordunun olmamasından istifadə edən təcavüzkar Ermənistan Respublikası bir-birinin ardınca torpaqlarımızı işğal edirdi.
1980-ci illərin sonlarında Ermənistandakı ata-baba torpaqlarından qovulan 250 minə yaxın azərbaycanlının ardınca işğal edilmiş bölgələrdən 700 mindən çox soydaşımız da yerindən-yurdundan didərgin salınmışdı. Sürətlə gedən dağılma prosesinin məntiqi nəticəsi kimi, 1993-cü ilin ortalarında ölkəmiz real vətəndaş müharibəsi təhlükəsi, separatçılıq meyilləri ilə üz-üzə dayanmışdı. Azərbaycan parçalanmaq, bir dövlət kimi məhv olmaq fəlakətinin lap yaxınlığında idi.
Azərbaycan dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır məqamda xalqın təkidli tələbi ilə Heydər Əliyevin ali hakimiyyətə qayıtması Azərbaycan üçün hazırlanmış planları alt-üst etdi. Ulu Öndərin dövlət rəhbərliyinə qayıdışı sayəsində Azərbaycan uçurumun bir addımlığından geri döndü, xalqımızın mənliyi və ləyaqəti müdafiə olundu.
Azərbaycan Respublikasının həqiqi dövlət müstəqilliyinin tarixi məhz Qurtuluş Günündən başlanır. Çünki Ulu Öndərin dediyi kimi, “Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir”. Bu gün tam inamla söyləmək olar ki, əgər o vaxt ölkədə baş verən hadisələrə Heydər Əliyevin şəxsi müdaxiləsi olmasaydı, Azərbaycan dövlətinin varlığına çoxdan son qoyulmuşdu.
Heydər Əliyevin böyük siyasətə qayıdışı yolunda ilk addım 1993-cü il iyunun 15-də onun Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçilməsi olmuşdur. Ümummilli Liderimiz Prezident seçilənədək dörd aya yaxın parlamentə rəhbərlik etmişdir.
Heydər Əliyevin Azərbaycan parlamentinin sədri vəzifəsində fəaliyyəti ölkəmizdə qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırdı və onun peşəkar nümayəndəli orqan kimi formalaşması istiqamətlərini müəyyən etməyə imkan verdi. Milli Məclis mürəkkəb ictimai-siyasi problemləri müzakirə və həll etməyə qadir olan hakimiyyət orqanına çevrildi.
Heydər Əliyev siyasi iradəsi və qətiyyəti, çevik və dərin ağlı, müdrikliyi və yaradıcı düşüncəsi, zəngin təcrübəsi, ona inam bəsləyən xalqından aldığı dəstək sayəsində Azərbaycan dövlətinin qarşısında dayanan taleyüklü problemlərin həllinə nail oldu. Azərbaycan Respublikası XX əsrin əvvəllərində cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin aqibətini yaşamaq və məhv olmaq təhlükəsindən qurtuldu. Sonralar ölkənin qanunvericilik orqanının xalqın arzu və istəklərini nəzərə alaraq, Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü Milli Qurtuluş Günü kimi dəyərləndirməsi bu həqiqətin daha bir təsdiqi idi.
Ulu Öndərin xilaskarlıq missiyasında ən mühüm addımı ölkəni dağılmaq və parçalanmaq həddinə gətirib çıxarmış dövlət və hakimiyyət böhranını aradan qaldırması, vətəndaş müharibəsi təhlükəsinin, dövlət çevrilişi və terror cəhdlərinin qarşısını alması oldu.
Müstəqilliyimizin ilk illərində səriştəsiz siyasi və hərbi rəhbərlik xarici hərbi təcavüzü dəf edə bilən silahlı qüvvələrin yaranmasına imkan verməmişdi. Ulu Öndər torpaqlarımızı müdafiə etməyə qadir olan milli ordunun formalaşdırılmasını ən vacib vəzifələrdən biri kimi irəli sürdü. Bu istiqamətdə qəti tədbirlərin həyata keçirilməsi döyüş əməliyyatları zonasında dönüş yaratdı və 1994-cü ilin may ayında cəbhə xəttində atəşkəs elan olundu.
Ölkə daxilində möhkəm ictimai-siyasi sabitlik yaradıldı. Azərbaycan dövlətinin yeni neft strategiyası müəyyən edildi. Xarici neft şirkətləri ilə çoxsaylı sazişlər imzalandı. Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin çəkilişinə başlandı. Xarici tərəfdaşların yatırdığı milyardlarla dollar məbləğində investisiya Azərbaycan iqtisadiyyatının inkişafına əlavə təkan verdi. Təbii sərvətlərdən götürülən gəlirlərin toplanmasını, səmərəli idarə edilməsini və gələcək nəsillər üçün saxlanmasını təmin etmək məqsədi ilə beynəlxalq səviyyəli maliyyə qurumu olan Dövlət Neft Fondu yaradıldı.
Neft sənayesinin dirçəlməsi iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına da şərait yaratdı. Bazar iqtisadiyyatı prinsipləri tətbiq olundu, iqtisadi islahatlar, o cümlədən torpaq islahatı, özəlləşdirmə aparıldı. Həyatın bütün sahələrində tənəzzülə son qoyuldu, ölkəmiz dinamik inkişaf yoluna çıxdı.
Dövlətimizin elmi təhlilə əsaslanan, müasir dünyanın reallıqları üzərində qurulan hərtərəfli və dolğun xarici siyasət konsepsiyası formalaşdırıldı və ardıcıl həyata keçirilməyə başlandı. Ölkəmizin dünyaya inteqrasiyası reallığa çevrildi. Azərbaycan Respublikası nüfuzlu beynəlxalq təşkilatların bərabərhüquqlu üzvü oldu. Dünyanın əksər dövlətləri ilə dostluq münasibətləri yaradıldı.
Yeni Konstitusiyanın hazırlanıb ümumxalq səsverməsi yolu ilə qəbul olunması ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, hakimiyyət bölgüsünə və demokratik təsisatların yaranmasına yol açdı, qanunun aliliyi təmin olundu, demokratik seçki mexanizmi bərqərar edildi, yeni siyasi partiyalar fəaliyyətə başladı.
Ölkədə əsaslı siyasi, hüquqi və sosial islahatlar həyata keçirildi. Şərq və müsəlman aləmində ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsi və bir sıra digər tədbirlər dövlətimizin beynəlxalq nüfuzunu daha da artırdı.
Milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin, ədəbiyyatın və incəsənətin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərinə çevrildi. Milli dövlətçilik ideologiyası və idarəçilik fəlsəfəsi formalaşdırıldı. Azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə milli həmrəyliyin yaradılması istiqamətində əməli addımlar atıldı.
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızla əlaqələrin inkişaf etdirilməsi, diaspor təşkilatlarının yaranmasına kömək göstərilməsi dövlət siyasətinin tərkib hissəsinə çevrildi. Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi ənənə halını aldı.
Bu möhtəşəm işlərin gerçəkləşdirilməsində Milli Məclis həmişə Ümummilli Liderimizin yanında olmuş, onun uzaqgörən daxili və xarici siyasətini fəal surətdə dəstəkləmişdir.
Ulu Öndər parlamentə daim böyük diqqət və qayğı göstərmişdir. 1995-ci il noyabrın 24-də Heydər Əliyev birinci çağırış Milli Məclisin ilk iclasında iştirak etmiş, qanunvericilik orqanının üzvlərinə öz xeyir-duasını vermişdir. Sonrakı dövrdə də Ulu Öndər parlamentin bir sıra iclaslarında iştirak və çıxış etmişdir.
Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclis tərəfindən qəbul edilən çoxsaylı qanunvericilik aktları dövlətimizin müasir beynəlxalq standartlara uyğun möhkəm hüquqi bazasının formalaşmasını təmin etmişdir.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi otuz beş ilə yaxın dövr ərzində böyük bir siyasi məktəb yaratmış, xalqa xidmət etməyin yollarını silahdaşlarına və siyasi davamçılarına aşılamışdır. Bu baxımdan Heydər Əliyevin amalları təkcə dünənə və bu günə deyil, həm də gələcəyə ünvanlanmışdır.
Ümummilli Liderimizin müəyyənləşdirdiyi inkişaf strategiyasını zamanın çağırışlarına və tələbatına uyğun şəkildə davam etdirmək naminə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət Azərbaycanı geniş bir bölgədə söz sahibi olan güclü dövlətə çevirmişdir. Getdikcə daha da artan imkanlarımız qarşıya qoyulan hər bir mürəkkəb vəzifəni uğurla yerinə yetirməyə imkan yaradır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəhəng layihələr qlobal iqtisadiyyatda mühüm rol oynayır.
Azərbaycanda bərqərar olmuş etibarlı siyasi rəhbərlik amili cəmiyyət və dövlət həyatının bütün sahələrində böyük nailiyyətlərin təməlini təşkil edir. Ulu Öndərin ən böyük arzusu həyata keçirilmiş, 44 günlük Vətən müharibəsində qələbə sayəsində əzəli və tarixi torpaqlarımız erməni işğalından qurtarılmış, dövlətimizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olunmuşdur. Azərbaycan Bayrağını azad Qarabağda və Şərqi Zəngəzurda dalğalandıran xalqımız işğalçılar tərəfindən viran qoyulmuş yaşayış məntəqələrimizi bərpa edib gülüstana çevirərək, qurucu xalq olduğunu da dünyaya nümayiş etdirir.
Heydər Əliyevin ölməz ideyaları Azərbaycanın qüdrətinin təməlində dayanan əsas amillərdən biridir. Ümummilli Liderimizin müəyyən etdiyi yol Azərbaycanı xoşbəxt gələcəyə, xalqımızı firavanlığa və səadətə aparır. Nə qədər ki Azərbaycan var, Heydər Əliyev yaşayacaq, Ulu Öndərin ideyaları dövlətimizə və xalqımıza yeni-yeni qələbələr qazandıracaqdır”.
14-06-2023, 17:02
Ağsuda taxıl sahəsi yandı - FHN hadisə yerinə cəlb olundu


Ağsuda taxıl sahəsi yandı - FHN hadisə yerinə cəlb olundu

Ağsuda taxıl sahəsi yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN “112” qaynar telefon xəttinə Ağsu rayonunun Kələğaylı kəndi yaxınlığında taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, taxıl sahəsində baş vermiş yanğının küləkli havanın təsiri ilə qısa müddətdə genişlənərək yaxınlıqdak digər əkin sahələrinə keçməsi ehtimalı yüksəkdir. Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri ve təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək, genişlənərək digər taxıl sahələrinə keçməsinə imkan verilməyib. Yanğın nəticəsində təxminən 4,5ha biçilməmiş, 1ha biçilmiş taxıl sahəsi və 400m² sahədə kol-kos yanıb, 4 ədəd elektrik dirəyi isə qismən yanıb. Ətrafdakı taxıl sahələri və hava elektrik xətləri yanğından mühafizə olunub.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!