Türkiyə İsrail ilə ticarəti tam dayandırıb .....                        Hikmət Hacıyev Avropa rəsmisini qəbul etdi .....                        OTAYLI-BUTAYLI FOLKLORUMUZ – MİLLİ KİMLİYİMİZİN PASPORTUDUR .....                        Mirzoyan Kuleba ilə danışıqlar apardı .....                        Təcridxanaya dolmanın içərisində narkotik keçirmək istədi .....                        İcazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - Açıqlama .....                        Ceyhun Bayramov ASEAN PA-nın Baş katibi ilə görüşdü .....                        Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsini məlumatlandırdı .....                        "Avroviziya"da Fələstin bayrağı qadağan edildi .....                       
4-06-2023, 22:28
Varşavada hökumət əleyhinə etiraz aksiyası keçirildi


Varşavada hökumət əleyhinə etiraz aksiyası keçirildi

Polşanın paytaxtı Varşavada hökumət əleyhinə etiraz aksiyası keçirilib. Yürüşə “Vətəndaş Platforması” müxalifət partiyası rəhbərlik edib. Məlumata görə, yürüşdə 500 min insan iştirak edib. 38 milyonluq ölkənin Krakov və digər şəhərlərində böyük izdiham toplaşıb. Aksiyada “Həmrəylik” hərəkatının lideri, keçmiş prezident Lex Valesa, “Vətəndaş Platformasının” lideri, keçmiş baş nazir Donald Tusk da iştirak edib.
4-06-2023, 22:28
Varşavada hökumət əleyhinə etiraz aksiyası keçirildi


Varşavada hökumət əleyhinə etiraz aksiyası keçirildi

Polşanın paytaxtı Varşavada hökumət əleyhinə etiraz aksiyası keçirilib. Yürüşə “Vətəndaş Platforması” müxalifət partiyası rəhbərlik edib. Məlumata görə, yürüşdə 500 min insan iştirak edib. 38 milyonluq ölkənin Krakov və digər şəhərlərində böyük izdiham toplaşıb. Aksiyada “Həmrəylik” hərəkatının lideri, keçmiş prezident Lex Valesa, “Vətəndaş Platformasının” lideri, keçmiş baş nazir Donald Tusk da iştirak edib.
4-06-2023, 22:10
Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu


Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Bu gün saat 18:25 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülüb.
4-06-2023, 21:40
Erməni silahlı dəstələrinin təxribat cəhdi baş tutmadı


Erməni silahlı dəstələrinin təxribat cəhdi baş tutmadı

Saat 12:20 radələrində qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
4-06-2023, 21:33
İlin sonuna qədər sülh müqaviləsi bağlana bilər - Qriqoryan


İlin sonuna qədər sülh müqaviləsi bağlana bilər - Qriqoryan

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi bağlamaq imkanının olduğunu bildirib. Bu barədə o, Ermənistan İctimai Televiziyasının efirində danışıb. “Danışıqlar çox intensiv gedir. Əgər biz bu intensivliyi qoruyub saxlaya bilsək və beynəlxalq birlikdən güclü yardım olsa, o zaman ilin sonuna qədər sülh müqaviləsinin bağlanması ehtimalı var”, - deyə Qriqoryan vurğulayıb. Onun sözlərinə görə, Ermənistan tərəfi mümkün qədər tez sülh sazişi bağlamaqda qərarlıdır.
4-06-2023, 21:20
Bişkekdə keçirilən yarışda güləşçilərimiz 4 medal qazandı


Bişkekdə keçirilən yarışda güləşçilərimiz 4 medal qazandı

Qırğızıstanın paytaxtı Bişkekdə güləş üzrə reytinq seriyasının üçüncü mərhələsi başa çatıb. Yarışın sonuncu günündə 5 sərbəst güləşçimiz mübarizə aparıb. Onlardan dördü mükafatçılar sırasında yer alıb. Turnirdə 74 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Cəbrayıl Qadjiyev təsnifat mərhələsində misirli Amr Hussen (3:2), səkkizdəbir finalda isə Bəhreyni təmsil edən Maqomedrasul Asluevlə (5:4) gərgin keçən qarşılaşmalarda sevinən tərəf olub. Yığmamızın üzvü daha sonra gürcüstanlı Otari Baqauridən (4:1) güclü olmaqla adını yarımfinala yazdırıb. Tacikistanlı Maqomet Yevloyevlə gərgin keçən görüşdə sonuncu xal prinsipinə əsasən, (3:3) qələbə qazanan güləşçimiz finala adlayıb. Bu çəki dərəcəsində mübarizə aparan digər güləşçilərimiz mübarizəyə səkkizdəbir finaldan başlayıb. Turan Bayramov çinli Fenq Lu (7:0), Xadjimurad Qadjiyev isə qazaxıstanlı Darxan Yessengali (10:0) üzərində böyük hesablı qələbə əldə ediblər. T.Bayramov dörddəbir finalda türk Olimpiya və ikiqat dünya üçüncüsü, üçqat Avropa çempionu Soner Demirtaşı 10:5 hesabıyla, X.Qadjiyev isə monqolustanlı Suldxuu Olonbayarı tam üstünlüklə məğlub edərək yarımfinala yüksəliblər. Finalın bir addımlığında yığmamızın üzvləri üz-üzə gəliblər. Komanda yoldaşına 7:4 hesabı ilə qalib gələn T.Bayramov finalda iştirak hüququ qazanıb. Xadjimurad Qadjiyev bürünc medal uğrunda Soner Demirtaşla qarşılaşıb və təcrübəli rəqibini 12:7 hesabı ilə məğub edərək üçüncü yeri tutub. Finalda isə Turan Bayramov və Cəbrayıl Qadjiyev güləşiblər. Gərgin keçən qarşılaşmadan 2:1 hesablı qələbə ilə ayrılan T.Bayramov qızıl, C.Qadjiyev isə gümüş medal qazanıblar. Millimizin üzvü Abubakr Abakarov (86 kq) ilk görüşdə monqolustanlı Bat Byambasuren üzərində inamlı qələbə qazanıb – 7:0. A.Abakarov dörddəbir finalda qırğızıstanlı Nurtilek Karipbayevi 5:0 hesabı ilə üstələyərək yarımfinala vəsiqə qazanıb. Güləşçimiz qazaxıstanlı Azamat Dauletboku da (3:2) məyus edərək finala yüksəlib. Ancaq A.Abakarov zədələndiyi üçün Bəhreyni təmsil edən Maqomed Şaripovla həlledici görüşə çıxmayıb və gümüş medalla kifayətlənib. Beləliklə, sərbəst güləşçilər yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. Qeyd edək ki, turnirdə I kateqoriyalı hakim Elman İsmayılov ədaləti qoruyub.
4-06-2023, 19:53
Güclü külək Gəncəyə sel gətirdi


Güclü külək Gəncəyə sel gətirdi

Gəncəyə güclü külək əsib, ardınca şəhərə sel gəlib. Sel şəhərdə avtomobillərin hərəkətində çətinliklər yaranıb. Bildirilir ki, hazırda yağış davam edir. Məlumata görə, Daşkəsən, Gədəbəy və Göygöl rayonlarının dağ kəndlərinə dolu düşüb və təsərrüfata ciddi ziyan dəyib.
4-06-2023, 19:03
Serbiya prezidentindən iddia: “Hər gün 200 dəfə ölümlə hədələnirəm”


Serbiya prezidentindən iddia: “Hər gün 200 dəfə ölümlə hədələnirəm”

Serbiya prezidenti Aleksandar Vuçiç hər gün 200 dəfə ölümlə hədələndiyini iddia edib. Bu barədə o, jurnalistlərə açıqlamasında deyib. Vuçiç bildirib ki, ölüm hədələrindən ölkənin daxili işlər naziri Bratislav Qasiç də məlumatlıdır. “Qaşiç bilir ki, hər gün təkcə mənə qarşı 200-dən çox birbaşa ölüm hədəsi gəlir”, - o qeyd edib. Vuçiç əlavə edib ki, təhdidlərin çox olmasına baxmayaraq, bunlara dözmək onun bir prezident kimi borcudur.
4-06-2023, 18:24
İsveç narahatlıqları aradan qaldırmaq üçün mühüm addımlar atır - Stoltenberq


İsveç narahatlıqları aradan qaldırmaq üçün mühüm addımlar atır - Stoltenberq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqi Dolmabaxça sarayında qəbul edib. NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin NATO-ya töhfələr verdiyini deyib. İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra: "Türkiyənin haqlı narahatlıqlarının fərqindəyik, İsveç bu narahatlıqları aradan qaldırmaq üçün mühüm addımlar atır", - deyə açıqlama verib. "Türkiyənin NATO-nun Kosovodakı varlığına əlavə əsgər göndərmə qərarına görə minnətdaram. Biz Ərdoğanla Türkiyə, İsveç və NATO arasında 12 iyun həftəsində yenidən görüş olması barədə razılığa gəldik", - NATO baş katibi qeyd edib.
4-06-2023, 16:10
Rusiya Ukraynada hərbi əməliyyatını sona qədər aparmalıdır - Peskov


Rusiya Ukraynada hərbi əməliyyatını sona qədər aparmalıdır - Peskov

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Ukraynada hərbi əməliyyatı sona qədər aparmalı olduğunu, alternativin olmadığını deyib. Kremlin rəsmi nümayəndəsinin sözlərinə görə, Kiyevə Qərb silahlarının, o cümlədən uzaqmənzilli raketlərin tədarükü “məcburi gərginlik spiralında növbəti dönüşə” gətirib çıxaracaq. “Bu, yəqin ki, bir daha bizi daha toplanmış, daha güclü, daha səfərbər olmağa, başlanmış işi davam etdirməyə məcbur edir”, - deyə Peskov vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!