Türkiyə İsrail ilə ticarəti tam dayandırıb .....                        Hikmət Hacıyev Avropa rəsmisini qəbul etdi .....                        OTAYLI-BUTAYLI FOLKLORUMUZ – MİLLİ KİMLİYİMİZİN PASPORTUDUR .....                        Mirzoyan Kuleba ilə danışıqlar apardı .....                        Təcridxanaya dolmanın içərisində narkotik keçirmək istədi .....                        İcazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - Açıqlama .....                        Ceyhun Bayramov ASEAN PA-nın Baş katibi ilə görüşdü .....                        Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsini məlumatlandırdı .....                        "Avroviziya"da Fələstin bayrağı qadağan edildi .....                       
12-06-2023, 23:45
Ərdoğanın şərəfinə ziyafət təşkil olundu


Ərdoğanın şərəfinə ziyafət təşkil olundu

İyunun 12-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Azərbaycan Prezidentinin dəvəti ilə ölkəmizdə dövlət səfərində olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın şərəfinə dövlət ziyafəti verilib. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşıladılar. Ziyafət konsert proqramı ilə davam edib. Konsert proqramında ölkəmizin tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin ifasında Azərbaycanın və Türkiyənin xalq mahnılarından və klassik musiqilərindən nümunələr səsləndirilib.

12-06-2023, 21:31
Ərdoğan Prezidentin dəvəti ilə Azərbaycana gəldi


Ərdoğan Prezidentin dəvəti ilə Azərbaycana gəldi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə iyunun 12-də ölkəmizə dövlət səfərinə gəlib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.


12-06-2023, 20:15
İtaliyada milli matəm elan ediləcək


İtaliyada milli matəm elan ediləcək

İtaliyanın sabiq Baş naziri Silvio Berluskoninin vəfatı ilə əlaqədar ölkədə milli matəm elan ediləcək. Bu barədə İtaliya hakimiyyəti qərar qəbul edib. Bildirilir ki, dəfn mərasimi günü milli matəm olacaq.
Qeyd edək ki, Berluskoni bu gün 87 yaşında dünyasını dəyişib. O, Milanda “San-Raffaele” klinikasında vəfat edib.
12-06-2023, 19:32
Ermənilər Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərimizi atəşə tutdu


Ermənilər Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərimizi atəşə tutdu

İyunun 12-si saat 13:35-dən saat 14:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
12-06-2023, 19:28
Taksi sürücülərinin iş saatlarını gündəlik olaraq 8 saata endirəcəyik - Nazir


Taksi sürücülərinin iş saatlarını gündəlik olaraq 8 saata endirəcəyik - Nazir

“Hazırda taksi sürücülərinin gündəlik olaraq iş saatları 14 və ya 15 saatdır”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib. “Biz bu gün yeni qanunun tənzimlənməsi ilə onların iş saatlarını gündəlik olaraq 8 saata endirəcəyik. Bu da taksi fəaliyyətində keyfiyyəti artıracaq. Sürücülərin iş saatlarının azaldılması onların gəlirlərindən və işlərindən məhrum olması demək deyil”, - deyə nazir vurğulayıb.
12-06-2023, 19:23
Bulvarda kaktusların kəsilməsiylə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildi


Bulvarda kaktusların kəsilməsiylə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildi

Bakı bulvarında kaktusların kəsilməsi və yandırılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub. Bu barədə Dənizkənarı Bulvar İdarəsindən məlumat verilib. Qeyd olunub ki, İdarə Milli Parkda kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər barədə məlumatlıdır: "Olay barədə məlumat daxil olandan dərhal sonra hüquq-mühafizə orqanlarına müraciət olunub. Aparılan araşdırmadan sonra qanuna uyğun tədbirlərin görülməsi üçün müvafiq addımlar atılacaq. Dənizkənarı Bulvar İdarəsi bildirir ki, bulvarın mühafizəsi üçün lazım olan bütün addımları atıb. Lakin Milli Parkın böyük ərazini əhatə etdiyini və insanların sıx ziyarət etdiyi yer olmasını nəzərə alsaq, o zaman bu məkanda nizam-intizama əməl olunması, səliqə-səhmanın qorunması üçün insanların da üzərinə böyük məsuliyyət düşür". "Bəzi şəxslər vətəndaş məsuliyyətini dərk etmir. Milli Park hər kəsin, kaktuslara zərər verən şəxsin də milli dəyəri olmalıdır. Burada xoş istirahət keçirmək, gözəlliklərdən zövq almaq üçün yaradılan şəraiti hamı qorumalıdır. Amma təəssüf hissi ilə qeyd edirik ki, bəzi insanlar yaradılan bu gözəlliklərə zərər vurur. Dənizkənarı Bulvar İdarəsi bir daha insanları paytaxtımızın gözəlliyində xüsusi yeri olan Milli Parkı qorumağa çağırır", - məlumatda deyilir.
12-06-2023, 17:18
XİN Tehrandakı səfirliyimizlə bağlı açıqlama verdi


XİN Tehrandakı səfirliyimizin açılmasıyla bağlı cavab verdi

Son zamanlar Azərbaycanla İran arasında bir sıra təmaslar həyata keçirilib. Xarici işlər nazirləri arasında baş tutmuş danışıqlar zamanı ölkələrimiz arasında yaranmış məlum vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılıb. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadənin İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin 12 iyun tarixli şərhi barədə yerli medianın sualını cavablandırarkən deyib. "Cari ilin yanvar ayında terror hücumu nəticəsində fəaliyyətini dayandırmış səfirliyimizin işinin bərpa olunması məsələsinə gəldikdə qeyd edək ki, Azərbaycan terror hücumu ilə bağlı istintaqın başa çatdırılacağını gözləyir. Terror aktını törədənlər və sifarişçilər məsuliyyətə cəlb olunmalı, ən sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan tərəfi əmin olmalıdır ki, səfirliyin təhlükəsiz fəaliyyəti üçün şərait mövcuddur və bununla bağlı tam zəmanət verilməlidir", - XİN rəsmisi vurğulayıb.
12-06-2023, 16:25
Ərdoğan Şimali Kiprin Prezidenti ilə görüşdü


Ərdoğan Şimali Kiprin Prezidenti ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar arasında görüş olub. Bu barədə Türkiyə dövlət başçısının mətbuat xidmətindən bildirilib. Onların hansı məsələləri müzakirə etdikləri açıqlanmayıb. Qeyd edək ki, Ərdoğan Şimali Kiprdə səfərdədir.
12-06-2023, 15:44
Ermənistan Hindistanla anlaşma memorandumu imzaladı


Ermənistan Hindistanla anlaşma memorandumu imzaladı

Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi ilə Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Nazirliyi arasında anlaşma memorandumu imzalanıb. Bu, Qlobal Rəqəmsal İctimai İnfrastruktur Sammiti çərçivəsində baş tutub. "İmzalanmış sənədlə tərəflər iki ölkə arasında institusional əməkdaşlığın stimullaşdırılması, texniki-iqtisadi əsaslandırma, modernləşdirmənin qiymətləndirilməsi və rəqəmsal transformasiya həllərinin tətbiqi sahələrində əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildirirlər", - deyə məlumatda qeyd olunub.


12-06-2023, 15:15
İrəvan-Batumi qatarı reyslərə başlayır


İrəvan-Batumi qatarı reyslərə başlayır

İyunun 14-dən İrəvan-Batumi-İrəvan qatarı reyslərə başlayır. Qatar qrafik üzrə 2 gündə bir reys olmaqla, hərəkət edəcək. "Biletləri artıq həm onlayn, həm də Ermənistan və Gürcüstanın əsas stansiyalarının kassalarından əldə etmək olar", - deyə məlumatda qeyd olunub. Eyni zamanda, İrəvan-Tbilisi-İrəvan marşrutu üzrə qatarların hərəkəti yay mövsümü üçün ləğv ediləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!