Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
5-06-2023, 20:22
Türkiyə parlamentinin spiker postuna namizədi bəlli oldu


Türkiyə parlamentinin spiker postuna namizədi bəlli oldu

Türkiyə parlamentinin hakim siyasi qüvvələrinin spiker postuna namizədi bəlli olub. Bu barədə TRT məlumat yayıb. Bildirilir ki, AKP və MHP fraksiyaları parlament sədri vəzifəsinə Numan Kurtulmuşun namizədliyini irəli sürüb. Parlamentin sədri çərşənbə günü seçiləcək. Hazırda müvəqqəti olaraq bu vəzifəni MHP sədri Dövlət Bağçalı icra edir. Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin 25, 26 və 27-ci çağırış deputatı olan Kurtulmuş AKP sədrinin müavinidir.
5-06-2023, 20:00
Bu ölkələrin XİN rəhbərləri arasında yenidən görüş baş tutacaq


Bu ölkələrin XİN rəhbərləri arasında yenidən görüş baş tutacaq

Rusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bu barədə Misirin "Al-Watan" qəzeti məlumat yayıb. Bildirilib ki, görüş 20-21 iyul tarixlərində Astana şəhərində keçiriləcək. Xatırladaq ki, nazirlərin bundan öncəki görüşü mayın 10-da Moskvada keçirilib. Əvvəlki görüşdən fərqli olaraq bu dəfə Türkiyəni XİN başçısı postunda Hakan Fidan təmsil edəcək
5-06-2023, 18:43
Britaniyanın XİN rəhbəri Ukraynaya səfər etdi


Britaniyanın XİN rəhbəri Ukraynaya səfər etdi

Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Kiyevə səfər edib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" səhifəsində məlumat yayıb. Tərəflər Ukraynanın NATO-nun Vilnüs sammitindən gözləntilərini müzakirə ediblər. Zelenski bildirib ki, son həftələrdə “vacib razılaşmalar” əldə olunub.
5-06-2023, 16:48
Azərbaycan NATO-nun iclasında iştirak edəcək


Azərbaycan NATO-nun iclasında iştirak edəcək

Bu gün NATO-nun Brüsseldə yerləşən mənzil-qərargahında Alyansın ən yüksək hərbi strukturu olan Hərbi Komitə çərçivəsində ilk dəfə olaraq enerji təhlükəsizliyi üzrə tərəfdaşlarla birgə genişləndirilmiş formatda görüş keçirilib. Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən verilən xəbərə görə, Komitə iclasında ölkəmizi təmsil edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü, fəlsəfə doktoru Esmira Cəfərova ölkəmizin uğurlu enerji siyasəti, habelə qlobal və regional müstəvidə enerji təhlükəsizliyinə töhfələri barədə təqdimatla çıxış edib. Azərbaycan təmsilçisi NATO mənzil-qərargahına səfəri çərçivəsində, həmçinin NATO Beynəlxalq Katibliyinin İqlim və enerji təhlükəsizliyi bölməsi və NATO-nun Vilnüsdə yerləşən Enerji Təhlükəsizliyi üzrə Mükəmməllik Mərkəzinin rəhbərliyi ilə ikitərəfli görüşlər keçirib. Müzakirələr zamanı E.Cəfərova Azərbaycanı qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaşa çevirmiş uzaqgörən enerji trategiyamız, “Cənub Qaz dəhlizi”nin Avropanın enerji təhlükəsizliyində oynadığı əhəmiyyətli rol, ölkəmizin bərpa olunan enerji mənbələri kontekstində təqdim edə biləcəyi imkanlar və perspektiv layihələr barədə müttəfiq və tərəfdaş dövlətlərə məlumat verib. NATO üzv dövlətləri Azərbaycanın Alyansın etibarlı və vacib tərəfdaşı olduğunu vurğulayıb. Müttəfiq dövlətlər ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı müsbət rolu yüksək dəyərləndirib, görülmüş işlər və gələcək layihələrin əhəmiyyətinə toxunub.
5-06-2023, 16:30
Ermənistanda antigürcü əhval-ruhiyyə yoxdur - Mirzoyan


Ermənistanda antigürcü əhval-ruhiyyə yoxdur - Mirzoyan

"İrəvan və Tbilisi bütün məsələləri səmimi və konstruktiv şəkildə müzakirə edir". Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib. Nazir bildirib ki, Ermənistan və Gürcüstan arasında siyasi dialoq çox yüksək səviyyədədir. Lakin o, hər iki cəmiyyətdə “arzuolunmaz təzahürlərin” zaman-zaman baş verə biləcəyini etiraf edib: "Və hər iki ölkənin hakimiyyətinin vəzifəsi onların qarşısını almaq və ya kökünü kəsməkdir". "Ermənistanda antigürcü əhval-ruhiyyə yoxdur. İrəvan Tbilisi ilə isti və tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirməyi hədəfləyir", - Mirzoyan fikrini belə yekunlaşdırıb.
5-06-2023, 16:22
Naxçıvana uçuş qiymətində ucuzlaşma gözlənilir


Naxçıvana uçuş qiymətində ucuzlaşma gözlənilir

Naxçıvan Muxtar Respublikasında iqtisadi aktivliyi artırmaq məqsədilə ərazi ticarət və ticarət qovşağı kimi inkişaf etdiriləcək. Belə ki, üç ölkə ilə sərhəd zonasında yerləşməsi Naxçıvan Muxtar Respublikasına ticarət qovşağı, xüsusilə malların təkrar ixracı (paylaşdırılması) yeri və ya sərhədyanı bazar kimi istifadə üçün əlverişli şərait yaradır. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikasına gətirilən bütün malların (siyahı üzrə Azərbaycan Respublikasında istehsal olunan mallar istisna olmaqla) idxal rüsumundan azad olunması, habelə Naxçıvan şəhərində malların xarici ölkə vətəndaşlarına vergi və gömrük nəzarəti altında idxal rüsumları və əlavə dəyər vergisi olmadan satılması üçün orada Ticarət Mərkəzinin yaradılması məqsədəuyğundur. Bu barədə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramında qeyd olunub. Eyni zamanda, əlavə olaraq yalnız hava yolu ilə Azərbaycan Respublikasının digər bölgələrindən Naxçıvan Muxtar Respublikasına səfər edən fiziki şəxslərin geri qayıdarkən həmin Ticarət Mərkəzindən güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) mal alıb gətirə bilmələri üçün hədlərin və şərtlərin müəyyən edilməsi təklif olunur. Ticarət Mərkəzinin yaradılması Bakıdan və Azərbaycanın digər bölgələrindən insanların alış-veriş üçün Naxçıvan Muxtar Respublikasına hava yolu ilə səfərlərini, həmçinin qonşu ölkələrdən insanların ticarət və əyləncə üçün gəlmə ehtimalını artıracaq. Aşağı büdcəli hava nəqliyyatı şirkətləri tərəfindən Naxçıvan Muxtar Respublikası ilə digər yerli və xarici hava limanları arasında müntəzəm sərnişin və yük daşınmalarının təşkil edilməsi də ticarət məqsədilə Naxçıvan Muxtar Respublikasına gələnlərin sayının artmasına əhəmiyyətli dəstək verəcək. Zəngəzur dəhlizi açıldıqdan sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhalisi ilə Naxçıvan Muxtar Respublikasının əhalisi arasında qarşılıqlı ticarət və səfərlər üçün imkanlar yaranacaq, güzəştlərin quru yolu ilə Azərbaycan Respublikasının digər bölgələrindən edilən səfərlərə tətbiqi məsələsinə ayrıca qiymətləndirmə aparılmaqla baxılacaq. Həyata keçiriləcək tədbirlər Naxçıvan Muxtar Respublikasının ərazisində iqtisadi aktivliyin, məşğulluğun və ixracın artmasına, yerli istehsalın maya dəyərinin azalmasına və əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsinə, habelə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər bölgələri ilə işgüzar əlaqələrinin güclənməsinə kömək edəcək. Ticarət qovşağının olması həm də Naxçıvan Muxtar Respublikasında törəmə sahələrin (kafe və restoran, əyləncə mərkəzləri, otellər) yaranmasına və inkişafına gətirib çıxaracaq.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
5-06-2023, 16:11
Avtovağzal Kompleksinin ictimaiyyətlə əlaqələr şöbəsinə yeni təyinat


Avtovağzal Kompleksinin ictimaiyyətlə əlaqələr şöbəsinə yeni təyinat

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub. Bu vəzifə Sabir Bilalova həvalə edilib. Qurumun yeni sözçüsü bundan əvvəl "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də (AzTV) çalışıb.
5-06-2023, 16:04
CHP Mərkəzi İdarə Heyətinin yeni tərkibi məlum oldu


CHP Mərkəzi İdarə Heyətinin yeni tərkibi məlum oldu

Türkiyədə ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) ali idarəetmə orqanı olan Mərkəzi İdarə Heyətinin (MYK) yeni tərkibi məlum olub. Sonuncu seçkilərdə qələbə çalmağın mümkün olmamasından sonra MYK-nın keçmiş tərkibi istefaya getmişdi. Qeyd olunub ki, partiya seçicilərin səsvermə ilə verdiyi mesajı analiz etdikdən sonra yeni siyasi xəttin hazırlanmasını təmin edəcək.

5-06-2023, 15:41
Rusiya taxıl müqaviləsinin uzadılması üçün heç bir perspektiv görmür


Rusiya taxıl müqaviləsinin uzadılması üçün heç bir perspektiv görmür

"İstanbuldakı Birgə Əlaqələndirici Məntəqə taxıl müqaviləsi çərçivəsində gəmilərin təftişini bərpa edib". Bunu Rusiya XİN başçısının müavini Sergey Verşinin deyib. "Rusiya taxıl müqaviləsinin uzadılması üçün heç bir perspektiv görmür. BMT nümayəndələri ilə mövcud razılaşmalar üzrə məsləhətləşmələr davam edir. Ukrayna taxıl sazişinin həyata keçirilməsi üçün müxtəlif tələblər irəli sürür və bununla da artıq vəziyyəti çıxılmaz vəziyyətə salıb, Rusiya isə ixracı ehtiva edən razılaşmalara əməl etməkdə israrlıdır", - deyə o qeyd edib. "Yeni limanlar hesabına Qara dəniz təşəbbüsündə heç bir dəyişiklik olmadı", - nazir müavini bildirib.
5-06-2023, 15:29
Türkiyədən Naxçıvana təbii qaz nəqli üçün boru kəməri çəkiləcək


Türkiyədən Naxçıvana təbii qaz nəqli üçün boru kəməri çəkiləcək

Naxçıvan Muxtar Respublikasının təbii qazla təminatında risklərin azaldılması məqsədilə Türkiyədən Naxçıvana təbii qaz nəqli üçün boru kəməri çəkiləcək. Bu barədə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramında qeyd olunub. Dövlət Proqramında bildirilir ki, Naxçıvan Muxtar Respublikasında ən müasir texnologiyaların tətbiqi telekommunikasiya və poçt xidmətlərinin çeşidini və keyfiyyətini artıracaq, internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, təhlükəsizliyin, dayanıqlığın və xidmətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında fiber-optik magistral şəbəkə Türkiyə ilə əlaqələndirilməklə yenilənəcək, əhalinin keyfiyyətli internet xidmətlərinə çıxışı asanlaşacaq, həmçinin mobil rabitənin inkişafı ilə bağlı tədbirlər həyata keçiriləcək. Naxçıvan Muxtar Respublikasında nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə müvafiq layihələr gerçəkləşdiriləcək. Aşağı büdcəli hava nəqliyyatı şirkətləri tərəfindən Naxçıvan Muxtar Respublikası ilə yerli və xarici hava limanları arasında müntəzəm sərnişin və yük daşınmaları təşkil ediləcək. Zəngəzur dəhlizinin açılması burada dəmir yolu infrastrukturunun yenilənməsini də zəruri edir. Bu səbəbdən dəmir yolu infrastrukturu yenidən qurulacaq, təhlükəsiz, sürətli və dayanıqlı daşıma xidməti təmin olunacaq. Naxçıvan Muxtar Respublikasının təbii qazla təminatında risklərin azaldılması məqsədilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına təbii qaz nəqli üçün boru kəməri çəkiləcək. Əhalinin həyat şəraitinin yüksəldilməsi üçün rayon mərkəzlərinin və kəndlərin içməli su təminatının artırılması ilə bağlı tədbirlər görüləcək. Kənd təsərrüfatına yararlı tоrpaqların su ilə təminatının yaхşılaşdırılması, təsərrüfatlarda mövcud ənənəvi suvarmadan mərhələli olaraq mütərəqqi suvarma sistemlərinə keçidin təmin edilməsi ilə torpaqlardan səmərəli istifadə olunacaq, müasir suvarma infrastrukturu formalaşdırılacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!