Türkiyə İsrail ilə ticarəti tam dayandırıb .....                        Hikmət Hacıyev Avropa rəsmisini qəbul etdi .....                        OTAYLI-BUTAYLI FOLKLORUMUZ – MİLLİ KİMLİYİMİZİN PASPORTUDUR .....                        Mirzoyan Kuleba ilə danışıqlar apardı .....                        Təcridxanaya dolmanın içərisində narkotik keçirmək istədi .....                        İcazə alan taksi sürücüləri hansı üstünlüklərə malik olacaq? - Açıqlama .....                        Ceyhun Bayramov ASEAN PA-nın Baş katibi ilə görüşdü .....                        Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsini məlumatlandırdı .....                        "Avroviziya"da Fələstin bayrağı qadağan edildi .....                       
20-06-2023, 22:40
Azərbaycan filmi beynəlxalq müsabiqədə qalib olub


Azərbaycan filmi beynəlxalq müsabiqədə qalib olub

Qazaxıstanın Türkistan şəhərində “Altın Saka” III Beynəlxalq Animasiya filmləri festivalı keçirilib. Türkdilli ölkələrin animasiya filmlərinin iştirak etdiyi festivalın müsabiqə proqramına 41 film seçilib. Münsiflər heyətinin dəyərləndirməsindən sonra qaliblər müəyyən olunub. Festivalın qalibləri arasında “OB FILM” studiyasının istehsalı olan “Tarix” animasiya filmi də var. Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş “Tarix” filminin rejissoru Ceyhun Türksoy, bəstəkarı Şəmsi Tağıyev, ssenari müəllifi və prodüseri Orxan Behbiddir. “Tarix” filmi “Altın Saka” Festivalında üçüncü yerə layiq görülüb.
“Altın Saka” festivalının münsiflər heyətində Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Azərbaycandan olan kino mütəxəssisləri iştirak ediblər. Azərbaycanı münsiflər heyətində “Azərbaycanfilm” kinostudiyasının əməkdaşı, ADMİU-nun müəllimi, ssenarist Ramil Ələkbərov təmsil edib. Film məktəb gündəliyində qeyd olunan rayonlarımızın işğal tarixlərini heç cür əzbərləyə bilməyən oğlan haqqındadır. O, oyuncaqları ilə oynadıqdan sonra yuxuya gedir. Yuxuda qəhrəmanımızın oyuncaqları real hərbi texnikalara çevrilərək düşmənin üzərində zəfər çalır. Uşaq oyanır, gündəliyi açır və işğal tarixlərinin üzərindən qırmızı xətt çəkildiyini qürurla seyr edir.
Qeyd edək ki, "Tarix" filmi bundan əvvəl Bakıda keçirilən 5-ci “ANIMAFILM International Animation Festival”ında, Hindistanda 19-cu “Aakruti-My Creation International Film Festival”ında (Quarter-Finalist), Filippində “Batangas Balisong Film Festival”ında (Finalist) və Xorvatiyada 14-cü “VAFI & RAFI - International Children and Youth Animation Film Festival”ında iştirak edib.

20-06-2023, 21:33
Ermənilər Şuşa və Naxçıvanı atəşə tutdu


Ermənilər Şuşa və Naxçıvanı atəşə tutdu

İyunun 20-i saat 16:30-dan saat 17:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, saat 20:10 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
20-06-2023, 19:06
ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketi


ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketi

İyunun 21-də ABŞ Ukraynaya yeni hərbi yardım paketini açıqlayacaq. Bu barədə ABŞ dövlət katibi Entoni Blinkenin məlumat verib. Bildirilir ki, Londonda Ukraynanın bərpasına dair konfrans keçiriləcək və görüşdə 60-dan çox ölkədən 1000-dən çox xarici rəsmi, eləcə də biznes liderləri və qlobal investorlar ölkənin bərpasına necə kömək edəcəyini müzakirə edəcəklər. Qeyd olunur ki, sabah konfrans zamanı ABŞ yeni güclü yardım paketi də elan edə bilər.
20-06-2023, 18:13
Azərbaycan-İran Birgə Komissiyasının həmsədrləri danışıqlar apardı


Azərbaycan-İran Birgə Komissiyasının həmsədrləri danışıqlar apardı

Bu gün Azərbaycan-İran Birgə Komissiyasının həmsədrləri - Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə İranın yol və şəhərsalma naziri Mehrdad Bazarpaş arasında telefon danışığı olub. Telefon danışığında Birgə Komissiyanın gündəliyində olan layihələr müzakirə edilib. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına dair məsələlər üzrə fikir mübadiləsi aparılıb. Mehrdad Bazarpaş Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin tamamlanmasına və ən sürətli şəkildə reallaşacağına ümidvar olduğunu bildirib. Şahin Mustafayev iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafının zəruriliyini qeyd edib və iranlı nazir qarşıdan gələn Qurban bayramı münasibəti təbrik edib.
20-06-2023, 17:43
Paşinyanın bugünkü çıxışına XİN-dən cavab gəldi


Paşinyanın bugünkü çıxışına XİN-dən cavab gəldi

İyunun 20-də Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdə çıxışında 44 günlük müharibə zamanı və ümumilikdə işğal dövründə aparılmış bir sıra danışıqları təhrif etməklə yanaşı, bir daha göstərib ki, Ermənistan çağırışlara baxmayaraq, Azərbaycan ərazilərini danışıqlar yolu ilə işğaldan azad etməkdən imtina edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Nikol Paşinyanın parlamentdə çıxışı zamanı səsləndirdiyi iddialara cavabında bildirilib. Qeyd olunub ki, Ermənistan baş nazirinin müharibə zamanı hər bir danışıqdan və humanitar atəşkəsdən dərhal sonra müharibə zonasından kənar mülki əhalinin sıx yaşadığı Azərbaycan şəhərlərini raket atəşinə tutmasını və mülki əhalini qətlə yetirməsini danması Ermənistan tərəfinin faktları necə təhrif etdiyini bir daha nümayiş etdirir. Vurğulanıb ki, Azərbaycanın guya 2011-ci ildən silahlanmanı və təxribatları artırmaqla vəziyyəti gərginləşdirdiyi barədə iddialara gəldikdə qeyd edək ki, Azərbaycan əraziləri işğal olunan andan etibarən BMT Təhlükəsizlik Şurasının və bir sıra digər beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında danışıqlar yolu ilə ərazilərinin geri qaytarılmasına səy göstərib. Bütün bunlara baxmayaraq, Baş nazir Paşinyan tərəfindən şəxsən 2018-2019-cu illərdə nümayiş etdirilən təhrikçi ritorika da daxil olmaqla, uzun illər ərzində Ermənistan tərəfindən törədilən təcavüz aktının və təxribatların sülhə töhfə vermədiyi və 2020-ci ildə müharibə ilə nəticələndiyi hər kəsə məlumdur. Diqqətə çatdırılıb ki, Ermənistan tərəfinin tarixi səhvlərindən dərs çıxarması və postmünaqişə dövründə sülh prosesinin uğurla nəticələnməsi işinə maneçilik törətmək səylərindən əl çəkməsi zəruridir.
20-06-2023, 17:28
57 yaşlı müəllim maksimal balı topladı


57 yaşlı müəllim maksimal balı topladı

Bu gün müəllimlərin sertifikatlaşdırılması imtahanında iştirak edən 57 yaşlı müəllim maksimal – 60 bal toplayıb. Bu, Salyan rayonunun Salman Zəfərov adına Yenikənd orta məktəbinin müəllimi Flora Dünyamalıyevadır. Bununla bağlı Elm və Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov paylaşım edib. Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində tədris olunan fənn üzrə ümumtəhsil proqramları, tədris metodikası və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Test imtahanında azı 30 bal toplamış təhsilverənlər müsahibə mərhələsinə keçmək hüququ qazanırlar.
20-06-2023, 17:10
I və IV ixtisas qrupları üzrə imtahan nəticələri açıqlandı


I və IV ixtisas qrupları üzrə imtahan nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 3-4 iyun 2023-cü il tarixlərində keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib. DİM-dən verilən xəbərə görə, imtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, “cavab kartı” və “cavab vərəqi”nin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər. Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, mobil nömrələri (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 34440 abituriyentdən (I qrup üzrə 28864 nəfər, IV qrup üzrə 5576 nəfər) 1687 nəfəri (I qrup üzrə 1458 nəfər, IV qrup üzrə 229 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 8 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (maksimal olan 400 bal) 2 nəfər – Bakı şəhər 147 saylı Texniki-humanitar təmayüllü liseyin və Bakı şəhər 299 saylı orta məktəbin məzunları göstəriblər. I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticə (692.8 bal) isə Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın məzununa məxsusdur. O, imtahanın I mərhələsində 295.8, II mərhələsində isə 397 bal toplayıb. Bu imtahanda IV ixtisas qrupu üzrə isə ən yüksək nəticəni 397 bal toplayan Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu göstərib. IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni (686 bal) isə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu göstərib. O, imtahanın birinci mərhələsində 295.8, ikinci mərhələsində 390.2 bal toplayıb. Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır. İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 23 iyun 2023-cü il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Abituriyentlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 22 iyun saat 10:00-dan 24 iyun saat 17:00-dək apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir. Abituriyent ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.
20-06-2023, 16:55
Vətən müharibəsi iştirakçısının özünü yandırma səbəbi bəlli oldu


Vətən müharibəsi iştirakçısının özünü yandırma səbəbi bəlli oldu

Naftalan Şəhər İcra Hakimiyyəti özünü yandıraraq intihara cəhd edən qazi İlkin Tağıyevlə bağlı məlumat yayıb. İcra Hakimiyyətindən daxil olan məlumatda deyilir: "Naftalan şəhər Qasımbəyli kənd sakini 1993-cü il təvəllüdlü Tağıyev İlkin Həmid oğlu parkda üzərinə benzin tökərək özünü yandırıb. Bildiririk ki, Tağıyev İlkin Həmid oğlu bu gün şəhərin Heydər Əliyev Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavininin qəbulunda olub. Qəbul zamanı qazi şəhər İcra Hakimiyyəti tərəfindən ona göstərilən diqqət və qayğını vurğulayıb, daha sonra o, mənzillə və həyat yoldaşının işlə təmin olunmasını istəyib. Bununla bağlı qaziyə bildirilib ki, cari il ərzində mənzillə təmin olunacaq, həmçinin yoldaşı Lamiyə Tağıyevanın iyul ayı ərzində işlə təmin olunması nəzərdə tutulub. Qeyd edək ki, qazi Şəhər İcra Hakimiyyəti tərəfindən 10.01.2022-ci il tarixdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınıb. Həmçinin qazinin anası Tağıyeva Pərvanə özünüməşğulluq proqramı çərçivəsində 09.08.2021-ci il tarixdə Dövlət Məşğulluq Agentliyi tərəfindən “Maldarlıq” zərfi üzrə aktivlərlə təmin edilib. İlkin Tağıyevə 20.09.2021-ci il tarixdən müddətsiz II dərəcəli əlillik dərəcəsi təyin edilib. Bununla bağlı İlkin Tağıyevə aylıq 400 AZN məbləğində müharibə əlili olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü, 960 AZN məbləğində əmək pensiyası olmaqla ümumilikdə aylıq 1360,90 AZN ödənilir. Bundan əlavə Müharibə ilə əlaqədar əlilliyi olan şəxs kimi o, birdəfəlik sığorta ödənişi (8800 AZN) ilə təmin edilib. 2021-ci ildən indiyədək “Yaşat” Fondu tərəfindən ümumilikdə 50768,22 AZN məbləğində Türkiyədə və ölkəmizdə müalicə xərcləri qarşılanmış və dərman vasitələrinin alınmasına yardım göstərilib. Həmçinin şəhər İcra Hakimiyyəti tərəfindən qazinin ailəsinə 2020-ci ildən bu günədək 11640 AZN məbləğində yardım edilib. Vətəndaşın şəhər İcra Hakimiyyətinə müraciəti əsasında şəhər bələdiyyəsi ona sahibkarlıq məqsədi ilə 50 m2 torpaq sahəsinin ayrılması ilə bağlı mərkəzi icra hakimiyyəti orqanına müraciət edib. Naftalan ŞİH-nin müraciəti əsasında qazi və onun qardaşı Tağıyev Elvin Naftalanda fəaliyyət göstərən Hotel və müalicə mərkəzində işlə təmin olunub. Qazi və onun ailəsi daim Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən diqqət mərkəzində saxlanılmış və mütəmadi olaraq müvafiq köməkliklər göstərilib.
20-06-2023, 16:42
Akşener “Millət İttifaqı”ndan ayrılır


Akşener “Millət İttifaqı”ndan ayrılır

Türkiyədə müxalif İYİ Partiyanın sədri Meral Akşener həftəsonu keçiriləcək qurultayda partiyanın "Millət İttifaqı"ndan ayrıldığını elan edəcək. Bu barədə məşhur jurnalist İsmail Saymaz mənbələrinə istinadla məlumat verib. O qeyd edib ki, Akşener İYİ Partiyanın gələn il baş tutacaq bələdiyyə seçkilərinə müstəqil şəkildə qatılacağını da açıqlayacaq. "Belə olan halda İstanbul, Ankara, Hatay, Adana və Antalyada müxalifətin qələbəsi xeyli riskli hala gəlir", - jurnalist yazıb.
20-06-2023, 16:04
Qazi özünü yandıraraq ağır xəsarətlər aldı


Qazi özünü yandıraraq ağır xəsarətlər aldı

Naftalanda Vətən müharibəsi iştirakçısı özünü yandırıb. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, iyunun 20-də Vətən müharibəsi iştirakçısı, 1993-cu il təvəllüdlü İlkin Tağıyevin Naftalan şəhəri ərazisində üzərinə tez alışan maddə tökərək özünü yandırması faktı üzrə Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, ağır yanıq xəsarətləri alan İlkin Tağıyev ilkin müayinədən sonra Bakıdakı Respublika Yanıq Mərkəzinə göndərilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!