7-06-2023, 13:00
Sabahın hava proqnozuSabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 16-20° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi bəzi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 13-18°, bəzi yerlərdə isə 22°-dək isti olacaq.
7-06-2023, 12:48
Qarabağda fəaliyyət göstərən şirkətlərdən artıq şikayətlər gəlirQarabağda fəaliyyət göstərən şirkətlərə vəsaitlərin ödənilməsində problemlər var. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Elnur Allahverdiyev deyib. Deputat çıxışı zamanı şirkətlərin hansı problemlərlə üzləşdiklərini açıqlayıb. “Qarabağda fəaliyyət göstərən şirkətlərdən artıq şikayətlər gəlməyə başlayır. Şikayətlər əsasən büdcə ilə bağlıdır. İş adamlarına ödənişlərdə gecikmələr yaranıb. Büdcənin açılıb-bağlanması məsələsi var. Bunu biz işçi heyəti ilə müzakirə edə bilərik, amma iş adamına bunu izah etmək olmur. Dünyada gedən inflyasiyalar, kataklizmlər ona gətirir ki, biznes sahəsində yavaş-yavaş Qarabağa doğru gedən yolda işləməyə həvəs azalmağa başlayır. Həmin şirkətlərin adlarını da çəkə bilərəm. Onların işləri yaxşılığa doğru getdiyindən öz vəsaitlərindən istifadə edirlər. Öz ciblərindən vəsait xərcləyərək iş görürlər. Amma geri dönüş çox vaxt olmur. Bu da onunla əsaslandırılır ki, büdcə açılmayıb. Onlar bunu başa düşməyəcək. İş adamı inanmalıdır ki, bu gün bu işi gördüm, pulum müəyyən müddətdən sonra veriləcək. Ya da bilməlidir ki, ümumiyyətlə, verilməyəcək və işi götürməməlidir”,- deyə parlamentari vurğulayıb.
7-06-2023, 12:20
Sel səbəbindən Ermənistan-Gürcüstan dəmir yolu bağlandıSel səbəbindən Ermənistan-Gürcüstan dəmir yolu bağlanıb. Ötən gecə güclü yağış nəticəsində dəmir yolunun Alaverdi-Axtala hissəsini su basıb. Bu səbəbdən Gürcüstan istiqamətində qatarların hərəkət sistemi pozulub. Bundan başqa, İrəvandan Tbilisiyə gedən sərnişin qatar reysi də ləğv edilib.
7-06-2023, 11:53
Laza kəndinə gediş-gəliş təmin edildiQəbələ rayonu ərazisində intensiv yağıntılar nəticəsində Dəmiraparançayda sel suları Laza kəndinə gedən mövcud yolun bir hissəsini yuyaraq sıradan çıxarıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilir ki, Agentlik qısa müddətdə alternativ olaraq Küsnət yolu ilə Laza kəndinə fasiləsiz və təhlükəsiz gediş-gəlişi təmin edib. Sel sularının azalması ilə mövcud yolun bərpası istiqamətində işlərə başlanılacaq.
7-06-2023, 11:33
Ən çox minalardan təmizlənən rayon müəyyənləşdiMinaların təmizlənməsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında mühüm rol oynayır. Bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Şuşada keçirilən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" mövzusunda beynəlxalq tədbirdə bildirib. Yenidənqurma işlərinin birinci mərhələsində kiçik ərazilərin bərpası layihələrinin həyata keçirildiyini vurğulayan E.Hüseynov daha sonra iri şəhərlərin bərpasının nəzərdə tutulduğunu qeyd edib. Bildirilib ki, indiyədək Ağdamın ərazisinin 30 faizə yaxını, Füzuli ərazisinin 27 faizi, Xocalının 15,8 faizi, Xocavəndin 5,3 faizi minalardan təmizlənib. Xüsusi nümayəndə diqqətə çatdırıb ki, işğaldan azad edilmiş ərazilərdə 2020-ci ilin noyabrından sonra dəmir yolu xətləri çəkilib, beynəlxalq hava limanları tikilib.
7-06-2023, 11:24
Paşinyan Rusiyaya işgüzar səfərə yollandıErmənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə gedib. Bu barədə "News.am" məlumat yayıb. Bildirilib ki, Paşinyan Soçidə Avrasiya Hökumətlərarası Şurasının, MDB Hökumət Başçıları Şurasının, eləcə də Avrasiya Konqresinin müntəzəm iclaslarında iştirak edəcək.