9-06-2023, 17:03
“Bakı Metropoliteni” QSC-nin işçilərinin maaşları artırıldı“Bakı Metropoliteni” QSC-nin işçilərinin maaşları 15 % artırılıb. Artım qurumun Müşahidə Şurasının sədri, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin imzaladığı protokola və səhmdar cəmiyyətinin sədri Zaur Hüseynovun imzaladığı qərara əsasən baş tutub. Qərar metroda çalışan 5000-ə yaxın əməkdaşın hamısına şamil edilib. Qərar mayda imzalansa da, artımlar bu ilin əvvəlindən nəzərə alınıb.
9-06-2023, 16:44
XİN başçısı Klaarla görüşdü9 iyun 2023-cü il tarixində nazir Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Tovio Klaar ilə görüşüb. XİN-dən verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, Avropa İttifaqı da daxil olmaqla beynəlxalq tərəfdaşların vasitəçiliyi ilə həyata keçirilən danışıqların cari vəziyyəti, regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov sülh sazişi üzrə cari vəziyyət, öhdəliklərə uyğun olaraq nəqliyyat-kommunikasiyaların açılması üzrə aparılmış müzakirələr, eləcə də delimitasiya məsələsi üzrə Azərbaycan tərəfinin mövqeyini bir daha diqqətə çatdırıb. Qarşı tərəf Aİ-nin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə dəstəyini və bu istiqamətdə gələcəkdə hər iki ölkənin siyasi rəhbərlikləri arasında təmasların davam etdirilməsi üçün səylərini əsirgəməyəcəklərini bildirib. Tərəflər, eyni zamanda Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
9-06-2023, 16:35
Orxan Fikrətoğlu yeni vəzifəyə təyin olunduOrxan Fikrətoğlu Kino Agentliyinin müşaviri təyin edilib. Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd edək ki, O.Fikrətoğlu bundan öncə Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsində çalışıb.
9-06-2023, 16:00
Hər şey plan üzrə gedir və hər şey sabitdir - PutinRusiya taktiki nüvə silahlarının Belarusa təhvil verilməsinə iyulun 7-8-dən sonra, yəni onlar üçün qurğuların tikintisi başa çatdıqdan sonra başlanacaq. Bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşündə deyib. “Bildiyiniz kimi, iyulun 7-8-də müvafiq obyektlərin hazırlığı başa çatacaq və biz dərhal ərazinizdə müvafiq silah növlərinin yerləşdirilməsi ilə bağlı tədbirlərə başlayacağıq. Hər şey plan üzrə gedir və hər şey sabitdir", - deyə Putin bildirib.
9-06-2023, 15:51
Polşa, Almaniya və Fransa prezidentləri bu məqsədlə bağlı görüşəcəkPolşa prezidenti Anjey Duda və Almaniya kansleri Olaf Şolts Fransa prezidenti Emmanuel Makronla görüşəcəklər. Bu barədə "Politico" nəşri yazıb. Görüş iyunun 12-də Fransanın paytaxtı Paris şəhərində baş tutacaq. Məlumata görə, görüş zamanı tərəflər Ukraynanın NATO-ya daxil olması imkanlarını, eləcə də Kiyevin ala biləcəyi təhlükəsizlik təminatlarını müzakirə edəcəklər.
9-06-2023, 15:40
Aşot Paşinyanı oğurlayan qadına məhkəmə iş kəsdiErmənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı oğurlamaqda təqsirli bilinən Qayane Akopyana məhkəmə tərəfindən iş kəsilib. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Akopyan Paşinyanın oğlunun "oğurlanması" işində təqsirli bilinərək 3 il şərti cəza alıb ki, bunun 1 ili sınaq dövrü hesab olunur. O, məhkəmə zalından sərbəst buraxılıb.
9-06-2023, 15:36
Belarus-Rusiya münasibətləri əsasdır - Lukaşenko"Belarus-Rusiya münasibətləri Aİİ və MDB-nin əsasını təşkil edir". Bunu rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Belarus prezidenti Aleksandr Lukaşenko deyib. O qeyd edib ki, iki liderin Soçi görüşü çoxdan planlaşdırılıb: "Bu günlərdə burada Avrasiya Hökumətlərarası Şurasının və MDB Hökumət Başçıları Şurasının iclasları keçirilir". "Biz Moskvada sizinlə razılaşdıq ki, o vaxt yollarımız kəsişəcək, baş nazirlərimiz işləyəcək. Axı Belarus-Rusiya münasibətləri əsasdır. Hər hansı bir sualınız olarsa, cavablandıracağıq. Hesab edirəm ki, bu, bizim keçirdiyimiz hərtərəfli tədbirdir. Bəli, iqtisadi məsələlər var. Onlar qərar verirlər. Hərəkət etmək üçün yer var. Ən əsası odur ki, biz nə edəcəyimizi və hansı istiqamətdə hərəkət edəcəyimizi bilək”, - Aleksandr Lukaşenko bildirib.
9-06-2023, 14:20
İranın nüvə proqramına qarşı güc tətbiq etməyə hazırıq - İsrailin Baş naziriİsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin İranın nüvə proqramına qarşı güc tətbiq etməyə hazır olduğunu bildirib. Bu barədə "Sky News" telekanalı məlumat yayıb. Baş nazir İsrailin İranın nüvə proqramının qarşısını almaq üçün hərbi rıçaqlardan istifadə edəcəyini bəyan edib. “Mən tək diplomatiyanın işləyəcəyini düşünmürəm. İnanıram ki, diplomatiya yalnız real hərbi varianta müraciət etmək istəyi ilə birgə işləyə bilər",- deyə Netanyahu vurğulayıb. Onun sözlərinə görə, İranın nüvə proqramının qarşısının alınması cəhdləri heç bir nəticə verməyəcəksə, güclü qətnamə müzakirə oluna bilər.
9-06-2023, 14:06
Krımın şimal hissəsi boşaldılırRusiya işğal etdiyi Krımın şimalındakı idarələrə evakuasiyaya hazırlaşmaq əmri verib. Bu barədə Ukrayna Milli Müqavimət Mərkəzi məlumat yayıb. Məlumata görə, işğalçılar yarımadanın dərinliklərinə və ya Rusiya Federasiyasının ərazisinə məcburi evakuasiya üçün əhalinin siyahısını tərtib etməyə başlayıb. İddialara əsasən, artıq Armyansk şəhərində müvafiq hazırlıq işləri görülüb. Qeyd olunub ki, həmin ərazidəki qondarma rejimin nümayəndələri, onların ailə üzvləri, texnika və sənədlərin çıxarılmasına başlanılıb. Lakin Rusiya tərəfi Krımın şimal hissəsinin boşaldılması ilə bağlı rəsmi açıqlama verməyib.
9-06-2023, 13:59
Akşener CHP ilə əməkdaşlıq üçün şərtini açıqladıTürkiyənin İYİ Partiyası ölkənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyası (CHP) ilə əməkdaşlıq üçün şərtini açıqlayıb. Bu barədə İYİ Partiyasının sədr müavini Erhan Usta danışıb. "Yerli seçkilərdə bəzi böyük şəhər bələdiyyələrinin İYİ Partiyaya buraxılması şərtilə CHP ilə əməkdaşlıq edilə bilər",- o deyib. İYİ Partiyasının əvvəlki seçkilərdə böyük şəhər bələdiyyələrini tələb etmədiyini bildirən sədr müavini, “bu, sırf mövcud siyasi mühiti dəyişmək üçün edilən əməkdaşlıq idi”, - deyə qeyd edib. “Siyasi partiyalar bir araya gələndə ancaq bir tərəfin fədakarlıq etməsini gözləmək olmaz", - Erhan Usta CHP-yə səslənib. Meral Akşenerin rəhbəri oldu partiyanın əməkdaşlıq təklifinə Kemal Kılıçdaroğlunun liderlik etdiyi CHP-nin necə reaksiya verəcəyi maraq doğurur. Onu da bildirək ki, Akşenerin Kılıçdaroğlunun müxalifətin prezidentliyə namizədi olmasına münasibəti birmənalı olmayıb.