10-06-2023, 17:22
Olaf Şolts yaxın zamanlarda Putinlə danışmağı planlaşdırırAlmaniya kansleri Olaf Şolts yaxın vaxtlarda Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırır. Bu barədə o Nürnberqdəki çıxışında bildirib. "Mən bunu yaxın gələcəkdə yenidən etməyi planlaşdırıram", - Şolts deyib. O, əlavə edib ki, “danışıqlar normaldır, söhbət kimin kiminlə nə barədə danışıqlar aparmasından gedir”. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinlə Olaf Şolts arasında telefon danışığının planlaşdırılıb-planlaşdırılmadığı ilə bağlı sualına belə cavab verib: “Xeyr. Hələ yox".
10-06-2023, 16:34
Bakıda ermənilərə məxsus olan taksi şirkəti fəaliyyat göstərirÖtən il Bakıda fəaliyyətə başlayan "Yango" taksi xidməti "Yandex.Taxi” şirkətinin törəməsidir. Qəribə səslənsə də, Bakıda milyonlar qazanan “Yandex.Taxi” şirkətinin rəhbəri Tiqran Xudaverdyan adlı etnik ermənidir. Sözügedən şirkətin rəhbərliyi məhz ermənilədən ibarətdir. Şirkət daha əvvəl Azərbaycanda fəaliyyət göstərmək üçün cəhdlər edib, lakin istəyinə nail ola bilməyib. Uzun cəhdlərdən sonra "Yango" 2022-ci ildə Azərbaycan bazarına daxil ola bilib. Müşahidələr göstərir ki, "Yango"nun Azərbaycanda fəaliyyəti qeyri-müəyyəndir və xidmətin birbaşa Rusiyadakı ofisdən idarə olunması şübhə doğurmur. Ümumilikdə "Yandex"in özündə çoxlu sayda erməni əsilli Rusiya vətəndaşı aparıcı vəzifələri tutur. Şirkətin əsas rəhbəri olan Tiqran Xudaverdiyan Ukrayna müharibəsinə görə "qara siyahı"ya salınıb. Onun idarəçiliyində olan şirkətin təsis etdiyi “Yandex.Taxi” və ya “Yandex Go” Rusiyada, eləcə də bir sıra ölkələrdə “Yango” (Yandex Go adından) adı ilə fəaliyyət göstərir. Onu da bildirək ki, “Yandex.Taxi” və “Uber” 13 iyul 2017-ci il tarixində Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan və Rusiyada taksi fəaliyyətlərini birləşdirmək üçün müqavilə imzalayıblar. Birləşmə qərarından sonra “Yandex” 100 milyon dollar, “Uber” isə 225 milyon dollar sərmayə qoyub və bu ortaqlıq nəticəsində ümumi dəyəri 3,8 milyard dollar olan yeni şirkət qurulub. Yeni şirkətdəki ortaqlıq payları; Yandex 59,3%; Uber% 36,6, qalan 4.1% işçilərə məxsusdur. Qeyd edək ki, birgə təsis edilən şirkət məhz Tiqran Xudaverdyan tərəfindən idarə olunur. 22 may 2019-cu il tarixində Tiqran Xudaverdyan MLU BV-nin yeni icraçı vitse-prezidenti vəzifəsinə Daniil Şuleykonun təyin olunduğunu elan edib.
10-06-2023, 15:30
Ruslar su altında qalan Xerson əyalətini atəşə tutduRusiya qoşunları "Kaxovka" su elektrik stansiyasının partladılması nəticəsində su altında qalan Xerson vilayətini atəşə tutub. Bu barədə vilayətin hərbi administrasiyası məlumat yayıb. Bildirilib ki, Rusiya hərbçiləri vilayətə artilleriya zərbələri endirib. Zərbələr nəticəsində 52 və 25 yaşlı iki kişi yaralanıb. Yaralanan şəxslərin daşqından əziyyət çəkən sakinlərə kömək edən könüllülər olduğu deyilir.
10-06-2023, 14:23
17 yaşlı gəncin meyiti kanaldan tapıldıYuxarı Şirvan kanalının Ağdaş rayonunun Dəhnəxəlil kəndi ərazisindən keçən hissəsində batmış 1 nəfərin axtarışları başa çatıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən əməliyyat nəticəsində axtarışı aparılan 2006-cı il təvəllüdlü Kərimli Samir Mirzəmməd oğlunun meyiti batdığı ehtimal olunan yerdən 450 metr aralıda aşkar edilərək kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
10-06-2023, 14:10
SOCAR Ukraynaya 20 ton yanacaq göndərdiDövlət Neft Şirkəti (SOCAR) Ukraynaya 20 ton yanacaq verib. Bu barədə SOCAR məlumat yayıb. Məlumata görə, Ukrayna tərəfinin müraciəti nəzərə alınaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən, müvafiq humanitar yardım məqsədilə SOCAR Ukraynanı 20 ton yanacaqla təmin edib.
10-06-2023, 14:10
SOCAR Ukraynaya 20 ton yanacaq göndərdiDövlət Neft Şirkəti (SOCAR) Ukraynaya 20 ton yanacaq verib. Bu barədə SOCAR məlumat yayıb. Məlumata görə, Ukrayna tərəfinin müraciəti nəzərə alınaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən, müvafiq humanitar yardım məqsədilə SOCAR Ukraynanı 20 ton yanacaqla təmin edib.
10-06-2023, 14:10
SOCAR Ukraynaya 20 ton yanacaq göndərdiDövlət Neft Şirkəti (SOCAR) Ukraynaya 20 ton yanacaq verib. Bu barədə SOCAR məlumat yayıb. Məlumata görə, Ukrayna tərəfinin müraciəti nəzərə alınaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən, müvafiq humanitar yardım məqsədilə SOCAR Ukraynanı 20 ton yanacaqla təmin edib.
10-06-2023, 13:50
Hərbiçimiz odlu silahdan atəş nəticəsində həlak olduDövlət Sərhəd Xidmətinin (DSX) 2000-ci il təvəllüdlü müddətdən artıq xidmət keçən hərbçisi (MAXE) Rahil Əhmədov odlu silahdan açılan atəş nəticəsində həlak olub. Hadisə Qubadlı rayonunda baş verib. Bildirilir ki, hərbçi odlu silahla ehtiyatsız davranıb. Faktla bağlı araşdırma aparılır. Məlumata görə, Rahil Əhmədov Göyçay rayonunun Mallı-Şıxlı kəndində doğulub.
10-06-2023, 13:05
Sabahın hava proqnozuİyunun 11-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz. Gecə və səhər zəif duman. Mülayim cənub küləyi əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.
10-06-2023, 12:49
Tokayev bu ilki Beynəlxalq İqtisadi Forumda iştirak etməyəcəkQazaxıstan prezidenti Kasım-Jomart Tokayev bu il Sankt-Peterburqda keçiriləcək Beynəlxalq İqtisadi Forumda iştirak etməyəcək. Bu barədə "Reuters" agentliyi Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb. Qərarın səbəbləri açıqlanmayıb. Forumda Qazaxıstanı baş nazirin müavini Roman Sklyar və iqtisadiyyat nazirinin müavini Timur Jaksılıkov təmsil edəcək. Forum 14-17 iyun tarixlərində keçiriləcək. Tədbir “Suveren inkişaf ədalətli dünyanın əsasıdır. Gələcək nəsillər naminə gücümüzü birləşdirək” adı altında baş tutacaq. Proqrama 140 tədbir və 1000 məruzəçinin iştirakı daxildir. Vladimir Putinin ənənəvi olaraq iyunun 16-da forumda çıxış edəcəyi gözlənilir.