11-06-2023, 12:22
Əfqanıstan-Pakistan sərhədində silahlı insident baş verdiƏfqanıstan-Pakistan sərhədində silahlı insident baş verib. Bu barədə Pakistan ordusu məlumat yayıb. Ölkənin şimal-qərbində yerləşən Xeyber-Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsinin Miran Şah rayonundakı nəzarət-buraxılış məntəqəsində törədilən terror aktından sonra Pakistan ordusu əməliyyat-axtarış tədbirləri həyata keçirib. Axtarışlar çərçivəsində terrorçulara məxsus silah-sursat anbarı aşkar olunub. Baş verən atışmada 3 pakistanlı hərbçi həlak olub, həmçinin silahlılardan 3-ü məhv edilib.
11-06-2023, 12:01
Xersonda subasma səbəbindən itkin düşənlərin sayı 29 nəfərə çatdıKaxovka Su Elektrik Stansiyasının bəndinin partladılması nəticəsində Xerson vilayətində subasma səbəbindən itkin düşənlərin sayı 29 nəfərə çatıb. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir. Qeyd edək ki, Xerson vilayətində 46 yaşayış məntəqəsini su basıb, onlardan 32-si Ukraynanın nəzarəti altında olan, 14-ü isə müvəqqəti işğal edilmiş ərazidə yerləşir. Ukraynanın nəzarətində olan ərazilərdən 2699 nəfər təxliyə olunub. Su Elektrik Stansiyasının partladılmasından sonra Nikolayev vilayətinin 31 yaşayış məntəqəsi su altında qalıb, 982 nəfər təxliyə olunub.
11-06-2023, 11:34
Rusiyanın müraciəti Ukrayna tərəfindən rədd edildiRusiyanın “Qazprom” şirkətinin "Suсa" qaz ölçmə stansiyası üzərindən Avropaya qaz nəqli üçün müraciəti Ukrayna tərəfindən rədd edilib. Bu barədə “Qazprom” məlumat yayıb. Qeyd edək ki, "Qazprom" Ukrayna üzərindən Qərbi və Mərkəzi Avropaya gündəlik 42,4 milyon kubmetr qaz nəql edib. Bu, Qərbi və Mərkəzi Avropaya Rusiya qazının nəqli üçün yeganə marşrut olub.
11-06-2023, 09:46
Xarkov şəhəri güclü partlayışa məruz qaldıUkraynanın Xarkov şəhərində güclü partlayış olub. Bu barədə Ukraynanın TSN telekanalı məlumat yayıb. İlkin məlumata görə, şəhərdə hava hücumundan müdafiə sistemi işə salınıb. Daha əvvəl Ukraynanın şərqində və mərkəzində üç bölgədə hava hücumu ilə bağlı məlumat verilmişdi.
11-06-2023, 09:39
Seçkilərdə qalib gələcəm və Baydeni Ağ Evdən qovacağam - TrampABŞ-nin keçmiş Prezidenti Donald Tramp 2024-cü il seçkilərində qalib gələcəyini və indiki "korrupsiyalaşmış rəhbər" Cozef Baydeni Ağ Evdən qovacağını bildirib. Bu barədə Tramp Şimali Karolinada partiya üzvləri ilə görüşü zamanı deyib. “5 noyabr 2024-cü ildə biz korrupsioner siyasi isteblişmentə qarşı mövqe nümayiş etdirəcəyik. Cozef Bayden adlı tamamilə korrupsioner prezidenti Ağ Evdən qovacağıq. Mən heç vaxt təslim və məğlub olmayacağam. Sizin üçün mübarizəni heç vaxt dayandırmayacağam”, - Tramp qeyd edib.