13-06-2023, 22:14
Rusiya Şimali Koreyaya neft tədarükünü bərpa etdi2022-ci ilin dekabrında Rusiya iki ildən sonra Şimali Koreyaya neft tədarükünü bərpa edib. Bu barədə BMT-nin hesabatında bildirilib. Məlumata görə, 2022-ci ilin dekabrından bu ilin aprel ayına qədər Rusiya KXDR-ə təxminən 67 min barel neft tədarük edib. Rusiya 2020-ci ilin oktyabrında KXDR-ə neft tədarükünü dayandırıb. Bir neçə il əvvəl Rusiya Federasiyası və Şimali Koreya dəmir yolu xətti ilə ticarəti bərpa ediblər.
13-06-2023, 21:12
ABŞ Ukraynaya 325 milyon dollarlıq yeni hərbi yardım edəcəkABŞ Ukraynaya 325 milyon dollarlıq yeni silah və hərbi texnikalar verəcək. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib. Söhbət “kritik” hava hücumundan müdafiə sistemlərindən, HIMARS reaktiv yaylım atəş sistemləri üçün əlavə sursatlardan, artilleriya mərmilərindən, tank əleyhinə sistemlərdən və zirehli texnikadan getdiyi aydınlaşır. Bundan əvvəl Kanadanın Baş naziri Castin Trüdo Kiyevə 500 milyon Kanada dolları (375 milyon dollar) məbləğində hərbi yardım göstəriləcəyini açıqlayıb. Trüdo Kanadanın Ukrayna qırıcı pilotlarının hazırlanmasında iştirak edəcəyini bildirib.
13-06-2023, 20:09
Putin Rusiyanın “Taxıl sazişi”ndən çıxacağını vurğuladıRusiya “Taxıl sazişi”ndən çıxmağı düşünür. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Bizi növbəti dəfə aldatdılar, taxılımızın tədarükünün liberallaşdırılması baxımından heç bir iş görülməyib”, - deyə Rusiya lideri bildirib. Putin vurğulayıb ki, Rusiya “Taxıl sazişi”ndən çıxacağı təqdirdə ən kasıb ölkələrə Ukraynadan gələn taxılın həcmini pulsuz verməyə hazır olacaq. O, həmçinin bildirib ki, Ukrayna “Taxıl sazişi”nin dəhlizlərindən PUA-larını işə salmaq üçün istifadə edir. "Ötən gün Rusiya gəmisinə edilən hücumda dörd dəniz PUA-sıı iştirak edib, onlar məhv edilib", - deyə Putin qeyd edib. Rusiya prezidenti əlavə edib ki, Amerika PUA-sı Ukrayna PUA-larının Rusiya gəmisinə hücumunu korrektə edib.
13-06-2023, 19:45
Azərbaycanla Ermənistan rəsmilərinin görüşü Brüsseldə baş tutacaq - Borel"Azərbaycan və Ermənistan rəsmiləri arasında növbəti görüş Brüsseldə olacaq". Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borel Avropa Parlamentində keçirilən dinləmədə deyib. Onun sözlərinə görə, Avropa İttifaqı Ermənistanla Azərbaycan arasında sülh quruculuğu prosesinə dəstək verməyə çalışır: “Yeganə həll yolu diplomatiyadadır. Hər iki tərəf danışıqları davam etdirmək istədiyini bildirib”. Borelin sözlərinə görə, Avropa İttifaqı Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlıdır: “Biz bu məqsədlə həm humanitar təşəbbüslər həyata keçirir, həm də sülhə yönəlmiş danışıqlara birbaşa töhfə veririk. Biz həmçinin müharibə zamanı itkin düşmüş insanların axtarışı və tərəflər arasında yeni toqquşmaların qarşısını almaq üçün işlərlə məşğuluq”.
13-06-2023, 19:27
Güləşçimiz erməni rəqibinə qalib gələrək finala yüksəldiAzərbaycanın yunan-Roma güləşçisi Turan Daşdəmirov Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında yarımfinal görüşünə çıxıb. 45 kq çəki dərəcəsində mübarizə aparan idmançı finala gedən yolda ermənistanlı Yurik Mxitaryana 8:0 hesabı ilə qalib gəlib. 51 kq-da yer alan Əli Seyidəlili isə yarımfinalda macarıstanlı Peter Totokla bacarmayıb - 0:5.
13-06-2023, 19:10
Orduda çox şey çatışmır - PutinRusiyada hələ də PUA-ların sayı kifayət etmir.
Bunu Rusiya Prezidenti Vladimir Putin ölkənin aparıcı hərbi müxbirləri ilə görüşündə bildirib. "Orduda çox şey çatışmır, yüksək dəqiqlikli silahlar, rabitə vasitələri, PUA-lar. Amma kəmiyyət baxımından çatışmır", deyə Putin vurğulayıb. Onun sözlərinə görə, PUA-ların sayı kifayət etməsə də, Rusiya ordusu onlardan Ukrayna Silahlı Qüvvələrindən daha səmərəli istifadə edir. Putin bildirib ki, Rusiyada silahların xüsusiyyətləri və uçuş məsafəsi yaxşılaşır. "Əgər xüsusi hərbi əməliyyat olmasaydı, ordumuzu necə kökləyəcəyimizi başa düşməzdik. İl ərzində əsas silah növlərinin istehsalı 2,7 dəfə, ən tələb olunan sahələrdə isə 10 dəfə artıb".
13-06-2023, 18:41
Erməni silahlı qüvvələri Naxçıvan istiqamətində olan mövqelərimizi atəşə tutduİyunun 13-ü saat 17:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini minaatanlar da daxil olmaqla iriçaplı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ordumuzun bölmələri tərəfindən cavab tədbirləri görülür. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. "Bildiririk ki, bölgədə vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda qeyd olunub.
13-06-2023, 18:33
Növbəti dünya çempionatında oynayacağımı düşünmürəm - MessiArgentina millisinin hücumçusu Lionel Messi 2026-cı ildə keçiriləcək dünya çempionatında oynamaq fikrində olmadığını təsdiqləyib. Bu barədə Argentina mətbuatı məlumat yayıb. "Növbəti dünya çempionatında oynayacağımı düşünmürəm. Bu barədə fikrim dəyişməyib. Çempionata baxmaq istəyirəm, amma oynamağa hazırlaşmıram. Dünya çempionatında qalib gəldikdən sonra karyeramdan və onun gedişatından razıyam. Bu, mənim üçün çox vacibdir", - məşhur futbolçu bildirib. Qeyd edək ki, 2026-cı ildə futbol üzrə dünya çempionatına ABŞ, Kanada və Meksika birlikdə ev sahibliyi edəcək.
13-06-2023, 17:49
Ərdoğanın Azərbaycana səfəri başa çatdıTürkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına dövlət səfəri iyunun 13-də başa çatıb. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Rəcəb Tayyib Ərdoğanı dövlətimizin başçısı İlham Əliyev yola salıb.
13-06-2023, 17:08
Türkiyənin yeni XİN başçısı Azərbaycanla əlaqələrindən danışdıBakıda rəsmi səfərdə olan Türkiyə Respublikasının yeni xarici işlər naziri Hakan Fidan Azərbaycanla əlaqələrdən danışıb. Nazir bundan sonra da iki ölkə arasında əlaqələri gücləndirəcəyinə söz verib. "Yeni vəzifəmdə də Türkiyə və Azərbaycan dostluğu, birliyi üçün əlimdən gələn hər bir şeyi edəcəm", - deyə XİN başçısı bildirib.