Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
14-06-2023, 16:45
Gürcüstanla Belçika arasında anlaşma memorandumu imzalandı


Gürcüstanla Belçika arasında anlaşma memorandumu imzalandı

Gürcüstan və Belçika xarici işlər nazirlikləri arasında anlaşma memorandumu imzalanıb. Bu barədə "Sputnik Georgia" məlumat yayıb. Bildirilib ki, memorandumun məqsədi təcrübə, ekspertiza, bilik və nou-hau mübadiləsi yolu ilə iqtisadi diplomatiyanın inkişafına töhfə vermək, habelə ticarət, turizm və investisiyalar sahəsində əlaqələrin gücləndirilməsinə daha çox diqqət yetirməkdir.
Qeyd edək ki, Gürcüstan baş naziri İrakli Qaribaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Brüsseldə səfərdədir.
14-06-2023, 16:33
İlham Əliyev Fələstinlə bağlı Sərəncam imzaladı


İlham Əliyev Fələstinlə bağlı Sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycanın Fələstində Təmsilçilik Ofisinə rəhbər təyin edilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, İlham Ənvər oğlu Nəzərli Azərbaycanın Fələstin Dövlətində Təmsilçilik Ofisinin rəhbəri təyin edilib.
14-06-2023, 16:11
BQXK nümayəndələri Ermənistanda əsir düşmüş hərbiçilərimizə baş çəkdi


BQXK nümayəndələri Ermənsitanda əsir düşmüş hərbiçilərimizə baş çəkdi

13 iyun tarixində BQXK nümayəndələri Ermənistanda saxlanılan iki Azərbaycan vətəndaşına yenidən baş çəkiblər. Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. "Onlarla təkbətək görüş keçirilib və ailələri ilə əlaqə yaratmaq imkanı verilib. Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir və onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.
14-06-2023, 15:43
Baş Prokurorluğa yeni səlahiyyət verildi


Baş Prokurorluğa yeni səlahiyyət verildi

Baş Prokurorluğa yeni səlahiyyət verilib. Prezident İlham Əliyev bununla bağlı “Hüquqi yardım haqqında ərizələrin təqdim olunması barədə” Avropa Sazişi üzrə əlaqələndirici orqanın, “Zorakı cinayətlərin qurbanlarına vurulmuş ziyanın ödənilməsi haqqında” Avropa Konvensiyası üzrə səlahiyyətli orqanın və “Fərdi şəxslərin odlu silah əldə etməsi və saxlaması üzərində nəzarət haqqında” Avropa Konvensiyası üzrə mərkəzi orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 754 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla 1983-cü il noyabrın 24-də Strastburq şəhərində imzalanmış "Zorakı cinayətlərin qurbanlarına vurulmuş ziyanın ödənilməsi haqqında" Avropa Konvensiyasının Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi məqsədilə mərkəzi orqan - Azərbaycan Respublikasının Baş Prokurorluğu müəyyən edilib. Əvvəllər bu səlahiyyət Ədliyyə Nazirliyinə məxsus idi.
14-06-2023, 14:42
Tehranda Azərbaycan havası


Tehranda Azərbaycan havası

İran Premyer Liqasında Güney Azərbaycanı təmsil edən “Traktor” futbol klubu Tehranın “İstiqlal” komandası ilə qarşılaşıb. Prinsipial qarşılaşma "Azadi" stadionunda baş tutub. Oyundan öncə Tehran rejimi təbrizli azerkeşlərin sayını azaltmaq üçün müəyyən maneələr yaratmaqla 100 min nəfərlik stadiona yalnız 1500 azərbaycanlı azerkeşin buraxılmasına icazə verib. Azərbaycanlı azerkeşlər stadiona gedən yolda "Dağların başı dumandı", "Tehran Azərbaycandır", "Hədəfimiz bir olsun, qartal qəhrəman olsun", “Azərbaycan var olsun, istəməyən kor olsun” və “Azadlıq, ədalət və milli hökumət şüarlarını səsləndiriblər. Digər maraqlı hadisə isə oyun zamanı yaşanıb. Belə ki, “Traktor” azerkeşləri bozqurd işarəsi göstərərək Azərbaycan bayrağını dalğalandırıblar.
14-06-2023, 14:33
Ərdoğan Paşinyanın Ankaraya səfərindən danışdı


Ərdoğan Paşinyanın Ankaraya səfərindən danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Baş naziri Nikol Paşinyanın Ankaraya səfərindən danışıb. O, jurnalistlərə açıqlamasında Paşinyanla ayaqüstü danışıqlar apardığını deyib. Ərdoğan dəvətə müsbət cavab verərək Ankaraya gəldiyi üçün Paşinyana minnətdarlığını bildirib. "Paşinyanın Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıya biləcəkləri ilə bağlı son bəyanatı da bu mənada mühüm əhəmiyyət kəsb edir. Təbii ki, bunu tanıması mühüm inkişafdır. Amma bayaq qeyd etdiyiniz kimi, Ermənistanda Paşinyana münasibət də çox önəmlidir. Paşinyan hələlik bu məsələdə geri addım atmayıb", - Türkiyə lideri vurğulayıb.
14-06-2023, 14:25
4 ölkənin XİN rəhbərləri Astanada toplaşacaq


4 ölkənin XİN rəhbərləri Astanada toplaşacaq

Qazaxıstanın Astana şəhərində Türkiyə, Rusiya, Suriya və İran XİN başçılarının müavinləri bir araya gələcək. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib. Görüşün 20-21 iyun tarixlərində keçirilməsi nəzərdə tutulub. Geniş tərkibdə nümayəndə heyətlərinin iştirakı ilə baş tutacaq görüş çərçivəsində Suriya məsələsi ətrafında fikir mübadiləsinin aparılması da gözlənilir.
14-06-2023, 14:14
Zəngəzur dəhlizi İranla bağlı problemdir - Ərdoğan


Zəngəzur dəhlizi İranla bağlı problemdir - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıtdıqdan sonra mətbuat konfransı keçirib. O, Şimali Kipr və Azərbaycana səfərləri, eləcə də gündəmin digər mövzuları barədə sualları cavablandırıb. Ərdoğan qeyd edib ki, Zəngəzur dəhlizi Ermənistanla bağlı problem deyil, İranla bağlı problemdir: "Burada İranın belə bir davranış nümayiş etdirməsi həm Azərbaycanı, həm də bizi məyus edir. Əslində onları da məyus etməlidir. Arzu edirəm ki, qısa zamanda problemi həll edərik. Buna müsbət yanaşsalar, bu gün həm quru yolu, həm də dəmir yolu ilə Türkiyə-Azərbaycan-İran bir-biri ilə bütövləşər və bəlkə də “Pekin-London xətti” da açılmış olar". Prezidentin sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsi Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasına əhəmiyyətli töhfə verəcək. O, həmçinin bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanla normallaşma proseslərində əldə olunan irəliləyişi dəyərləndirilib. “Bütün əziyyətlərdən sonra bölgəmizdə sülh qapısının açıldığını görürük. Bu fürsəti əldən verməmək üçün bütün aidiyyəti tərəflərdən məsuliyyətlə hərəkət etmələrini gözləyirik”, - deyə Türkiyə lideri vurğulayıb.
14-06-2023, 14:01
Milli Məclisdən Prezident və xanımına təbrik məktubu


Milli Məclisdən Prezident və xanımına təbrik məktubu

Milli Məclis 15 iyun Milli Qurtuluş Günü münasibətilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təbrik məktubu ünvanlayıb. Spiker Sahibə Qafarova Milli Məclisin Azərbaycan xalqının böyük siyasi və dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş xüsusi iclasında bununla bağlı təkliflə çıxış edib. Deputatlar təklifi alqışlarla dəstəkləyiblər.
14-06-2023, 13:26
Kəlbəcər və Laçında bu radiolara tezliklər ayrıldı


Kəlbəcər və Laçında bu radiolara tezliklər ayrıldı

Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. İclasda bir sıra məsələlər müzakirə olunub. Şuradan verilən məlumata görə, ilk olaraq yeni lisenziyaların alınması üçün Şuraya təqdim olunan müraciətlər müzakirə olunub. Şuranın hüquq xidməti tərəfindən bu ilin aprel və may ayları ərzində lisenziya alınması məqsədilə daxil olan müraciətlər və sənəd topluları araşdırılıb və Şura üzvlərinin müzakirəsinə təqdim olunub. Keçirilmiş müzakirələrdən sonra "Neftçi Media" MMC-yə (televiziya redaksiya adı "Neftçi TV"), "TVNET Telecom" MMC-yə (televiziya redaksiya adları "TVNET Kino" və "TVNET Sport") peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının verilməsi barədə müvafiq qərarlar qəbul olunub. Həmçinin Şuranın müvafiq qərarları ilə "AzəriGlobalServis" QSC-yə (xidmət adı "AGS TV") və "A2Z Technologies" QSC-yə (xidmət adı "AzNet") universal platforma operatoru lisenziyaları verilib. Bundan sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində radio və televiziya yayımının təmin olunması və inkişaf etdirilməsi məsələsinə baxılıb. Həmin bölgədə FM yerüstü radio yayımının əhatə zonasının genişləndirilməsi məqsədilə, habelə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-dən və "İctimai Televiziya və Radio Yayımları Şirkəti"ndən Şuraya daxil olan müraciətləri nəzərə alaraq Laçın rayonu ərazisində yerləşən radio-televiziya yayım stansiyasından (RTYS) "Azərbaycan Radiosu" üçün 105.0 MHs, "İctimai Radio" üçün 90.0 MHs, Kəlbəcər rayonu ərazisində yerləşən "Kəlbəcər" RTYS-dan "İctimai Radio" üçün 90.0 MHs radiotezliklərinin ayrılması barədə qərar qəbul olunub. Həmçinin Laçın rayonu ərazisində yerləşən RTYS-dan ümumölkə televiziya kanallarının açıq yerüstü rəqəmsal yayımını həyata keçirmək üçün 27-ci TV yayım kanalı ayrılıb. Daha sonra iclasda Bakı şəhəri ərazisində televiziya yayımı üçün radiotezliklərin səmərərli istifadəsi məsələsinə baxılıb, Dövlət Radiotezliklər İdarəsindən Şuraya daxil olan məlumatlar əsasında "Bakı Teleqüllə Kompleksi"ndən 33-cü və 36-cı TV yayım kanallarının boş və istifadəyə yararlı olması məsələsi müzakirə olunub. Şura "Media haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci, 50.5-ci, 51.1-ci maddələrini rəhbər tutaraq həmin TV yayım kanallarının ödənişli rəqəmsal yerüstü televiziya retranslyasiya xidməti həyata keçirən multipleks operatorlarının istifadəsinə verilməsi üçün müsabiqə elan etmək barədə qərar qəbul edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!