Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
15-06-2023, 17:34
Türk nazir Stoltenberqlə görüşdü


Türk nazir Stoltenberqlə görüşdü

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər NATO-nun Brüsseldəki mənzil-qərargahında Alyansın Baş katibi Yens Stoltenberqlə görüşüb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, tərəflər regional təhlükəsizlik məsələlərini və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.
15-06-2023, 17:16
Erməni idmançılar Bakıya gəlmələri üçün müraciət etdi


Erməni idmançılar Bakıya gəlmələri üçün müraciət etdi

"Dünya çempionatının başlanmasına təxminən 2 ay vaxt qalsa da, artıq 32 ölkə bizə müraciət ünvanlayıb. Onlardan biri də Ermənistandır". Bu barədə Azərbaycan Atıcılıq Federasiyasının ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, iştirak üçün formanı hazırlayıb göndərən bütün komandalara eyni cavab verilib: "Bu il Bakıda 60-dan çox ölkənin qatıldığı Dünya Kuboku gerçəkləşib. Həmin yarış böyük uğurla və hər kəsin təhlükəsizliyinin ən yüksək səviyyədə təmin olunması ilə baş tutub. 100-dən artıq ölkənin mübarizə aparacağı dünya çempionatının Bakıda keçirilməsi Azərbaycana göstərilən etimaddan irəli gəlir". Qeyd edək ki, atıcılıq üzrə dünya çempionatı avqustun 14-dən, sentyabrın 3-dək davam edəcək.
15-06-2023, 15:58
"Laçın" sərhəd-buraxılış məntəqəsində hərəkət dayandırıldı


"Laçın" sərhəd-buraxılış məntəqəsində hərəkət dayandırıldı

Hazırda "Laçın" sərhəd-buraxılış məntəqəsində avtomobillərin keçidi tam dayandırılıb. Baş verənlərlə bağlı hərtərəfli təhqiqat aparılmayınca, yaxud Ermənistan təxribata görə bütün məsuliyyəti öz üzərinə götürməyənə qədər keçidin açılmayacağı bildirilir.
Xatırladaq ki,15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb. Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. Azərbaycan hərbçisini yaralayan 2 erməni snayperi zərərsizləşdirilib.
15-06-2023, 15:09
Şimali Koreya dənizə ballistik raket buraxdı


Şimali Koreya dənizə ballistik raket buraxdı

Şimali Koreya Yapon dənizi istiqamətinə ballistik raket buraxıb. Bu barədə NEXTA məlumat yayıb. Faktı Yaponiya və Cənubi Koreya Müdafiə Nazirlikləri də təsdiqləyib.
15-06-2023, 14:42
Təxribata cəhd edən erməni hərbiçilər zərərsizləşdirildi


Təxribata cəhd edən erməni hərbiçilər zərərsizləşdirildi

Ermənistan ordusunun təxribata cəhd edən iki hərbçisi zərərsizləşdirilib. Bu gün Laçın dövlət sərhədindən buraxılış məntəqəsi istiqamətində Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinə atəş açaraq hərbi qulluqçunu yaralamış Ermənistan silahlı qüvvələrinin 2 snayperi cavab tədbirləri nəticəsində zərərsizləşdirilib.
Qeyd edək ki, iyunun 15-i saat 11:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz istiqamətdə yerləşən mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan atəşə tutub.
15-06-2023, 14:21
Ərdoğandan Milli Qurtuluş Günüylə bağlı təbrik mesajı


Ərdoğandan Milli Qurtuluş Günüylə bağlı təbrik mesajı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib. Bu barədə Türkiyə dövlət başçısı özünün twitter səhifəsində paylaşım edib. “Qardaşımız, can dostumuz, qədim yol dostumuz Azərbaycanın 15 iyun - Milli Qurtuluş Gününü ən səmimi arzularımızla təbrik edirəm. Bütün azərbaycanlı qardaşlarıma Türkiyənin salamlarını çatdırıram”, - Ərdoğan bildirib.
15-06-2023, 13:44
Pakistan  44 günlük Vətən müharibəsində bizə güclü dəstək verib - Prezident


Pakistan 44 günlük Vətən müharibəsində bizə güclü dəstək verib - Prezident

Azərbaycan ilə Pakistan arasında münasibətlər birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında deyib. “Biz Pakistana minnətdarıq ki, işğal dövründə və 44 günlük Vətən müharibəsi zamanı bizə güclü dəstək verib. Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir. Bu məhz işğal səbəbindən baş verib. Bu isə qardaş ölkə mövqeyidir. Buna görə mən minnətdaram”, - deyə dövlətimizin başçısı bildirib.
15-06-2023, 13:30
Sabiq türk nazirlərə yeni vəzifələr verildi


Sabiq türk nazirlərə yeni vəzifələr verildi

Türkiyədə AKP-dən millət vəkili seçilən keçmiş nazirlərə parlamentdə vəzifə verilib. Sabiq daxili işlər naziri Süleyman Soylu daxili işlər komissiyasına, keçmiş ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum ətraf mühit komissiyasına, həmçinin keçmiş sənaye və texnologiya naziri Mustafa Varank sənaye, ticarət, enerji, təbii sərvətlər, informasiya və texnologiyalar komissiyasına sədr seçilib.
Sabiq Milli Müdafiə Naziri Hulusi Akar isə Milli Müdafiə Komissiyasının sədri postuna layiq görülüb.
15-06-2023, 13:24
Kəşmir məsələsində Pakistanı hər zaman dəstəkləyirik - İlham Əliyev


Kəşmir məsələsində Pakistanı hər zaman dəstəkləyirik - İlham Əliyev

Azərbaycan Kəşmir məsələsində Pakistanı hər zaman dəstəkləyib və bu dəstək davam edəcək. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında deyib. Bu dəstəyin bütün beynəlxalq təşkilatlarda davam etdirildiyini söyləyən dövlət başçısı vurğulayıb ki, qarşılıqlı dəstək xalqlarımızı daha da yaxınlaşdırır.
15-06-2023, 13:12
Sabiq erməni müavin saxlanıldı


Sabiq erməni müavin saxlanıldı

Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan saxlanılıb. Bu barədə onun vəkili Tiqran Atanesyan "Sputnik Armenia"ya bildirib. Qeyd olunub ki, Aşotyan Ermənistan İstintaq Komitəsinə aparılıb. Məlumata görə, müxalifətçi təhsil naziri olarkən tibb universiteti üçün alış-veriş zamanı vəzifə səlahiyyətlərindən sui-istifadədə və çirkli pulların yuyulmasında ittiham olunur.
Xatırladaq ki, Ermənistan Respublika Partiyasına ölkənin eks-prezidenti Serj Sarkisyan sədrlik edir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!