16-06-2023, 21:13
Rusiyanın Ermənistandakı səfiri XİN-ə çağırıldıRusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə "news.am" Ermənistan XİN-in mətbuat xidmətinə istinadən məlumat yayıb. Bildirilir ki, səfir Laçın yolunda baş verən son insidentə görə nazirliyə dəvət olunub. Səfirə hadisə ilə bağlı Ermənistan tərəfinin narazılığı ifadə olunub.
16-06-2023, 20:33
Rusları Ukrayna ərazisindən çıxarmaq bu müharibəni dayandıra bilər - Zelenskiİyunun 16-da Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə Afrika missiyasının nümayəndələri ilə görüş keçirib. Bu barədə Zelenski özünün "Telegram" kanalında məlumat yayıb. Görüşdən sonra o, sülh danışıqlarının yalnız Rusiya qoşunlarını Ukraynadan çıxarmasından sonra mümkün olduğunu bildirib. “Aydındır ki, Rusiya terrorunu dayandırmaq və rusların hamısını Ukrayna ərazisindən çıxarmaq bu müharibəni dayandıra bilər. Ukraynaya və dünyaya nə dondurulmuş münaqişələr, nə də qaynar müharibələr lazım deyil”, – Zelenski "Telegram"da yazıb.
16-06-2023, 20:10
ABŞ Ukraynaya 205 milyon dollar yardım edəcək - BlinkenABŞ Ukraynaya əlavə olaraq 205 milyon dollar yardım edəcək. Bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib. Onun sözlərinə görə, yeni yardım paketi “tezliklə” təqdim olunacaq. "Yardım ərzaq, içməli su, təhsil proqramları, hüquqi və digər yardımların alınmasına yönəldiləcək",- Blinken deyib. Yeni yardım paketi “regiondakı beynəlxalq və qeyri-hökumət tərəfdaşları” arasında bölüşdürüləcək. Bununla da 2023-cü maliyyə ilində Amerikanın humanitar yardımının ümumi məbləği 605 milyon dollara çatacaq.
16-06-2023, 19:53
Azərbaycan iranlıların hava limanlarında viza rəsmiləşdirilməsini dayandırır23 iyun 2023-cü il tarixdən Azərbaycan İran vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza rəsmiləşdirilməsini dayandırır. Bu haqda İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Məlumata əsasən, Azərbaycana səfər edəcək İran vətəndaşlarının öncədən “ASAN viza” almaları və ya Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan viza əldə etmələri xahiş olunur. Eləcə də, Azərbaycanın İran ilə olan quru sərhədlərinin bağlı olduğu bir daha diqqətə çatdırılır.
16-06-2023, 18:20
Zelenski yəhudi deyil, yəhudi xalqı üçün biabırçılıqdır - PutinRusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Ukrayna prezidenti Volodimir Zelenski haqqında danışıb. Bu barədə "Kommersant" qəzeti yazıb. "Yəhudi dostlarım deyir ki, Zelenski yəhudi deyil, yəhudi xalqı üçün biabırçılıqdır", - Putin deyib. O, Zelenskini "neonasistləri" dəstəkləməkdə ittiham edib.
16-06-2023, 18:06
Ukraynanın 54 yaşayış məntəqəsi su altında qaldıXerson, Dnepropetrovsk və Nikolayevdə Kaxov SES-i partlatdıqdan sonra 54 yaşayış məntəqəsi su altında qalıb. Bunu Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin mətbuat katibi Aleksandr Xorunji deyib. "Hazırda Kaxovska SES-in işğalçıları tərəfindən törədilən partlayışdan ən çox zərər çəkmiş Xerson, Nikolayev və Dnepropetrovsk vilayətlərində 54 yaşayış məntəqəsi su altında qalıb, onlardan 17-si Xerson vilayətinin müvəqqəti işğal olunmuş ərazisindədir", - o bildirib.
16-06-2023, 17:22
Türklər İranın çoxəsrlik düşmənləridir - Rəisinin xanımıİran prezidenti İbrahim Rəisinin həyat yoldaşı Cəmilə Ələm Əl-Hadi türklər və monqolları İranın çoxəsrlik düşmənləri adlandırıb. Bu barədə o, Venesuelada yerli telekanallardan birinə müsahibəsində deyib. "Tarix boyu bu ölkələr İrana hücum edib", - deyə İranın birinci xanımı bildirib. Cəmilə Ələm Əl-Hadinin sözləri sosial şəbəkələrdə geniş əks-sədaya səbəb olub.
16-06-2023, 16:57
Moskva bu məsələdə veto hüququna malik ola bilməz - Stoltenberq"NATO-nun qapısı rəsmi Kiyevin üzünə açıqdır". Bunu NATO baş katibi Yens Stoltenberq deyib. O vurğulayıb ki, Ukrayna gələcəkdə NATO-nun üzvü olacaq və buna özü qərar verəcək: "Moskva bu məsələdə veto hüququna malik ola bilməz". Stoltenberqin sözlərinə görə, NATO-Ukrayna Şurasının yaradılması da nəzərdə tutulub ki, burada qarşılıqlı maraq doğuran mövzular və təhlükəsizliklə bağlı məsələlər müzakirə olunacaq.
16-06-2023, 16:44
Rusiyanın 6 şəhəri Ermənistanla qardaşlaşırRusiyanın Uray, Sestroretsk və Zlatoust şəhərləri Ermənistanın Mehri, Gorus və Qacaran şəhərləri ilə qardaşlaşacaq. Qafanda belə müqavilələrin bağlanması niyyəti haqqında protokol imzalanıb. Protokola əsasən, şəhər administrasiyaları yol xəritələri və fəaliyyət planları hazırlayacaq. Birgə mədəni və iqtisadi layihələrin icrası da buna daxildir.
16-06-2023, 16:33
Gürcüstanın sabiq prezidenti aktiv siyasətə qayıdır
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili aktiv siyasətə qayıtdığını açıqlayıb. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. O, bu gündən etibarən aktiv şəkildə siyasətlə məşğul olacağını bəyan edib. Saakaşvili bildirib ki, o, aktiv şəkildə Gürcüstan siyasətində, Ukraynada gedən proseslərdə iştirak edəcək. “Mən əsasını qoyduğum “Vahid Milli Hərəkat” partiyası da daxil olmaqla bütün milli, anti-Rusiya Avropa qüvvələrini birləşməyə çağırıram”, - sabiq dövlər başçısı qeyd edib. Xatırladaq ki, Saakaşvili 2021-ci ildə Ukraynadan gizli şəkildə Gürcüstana qayıdıb və oktyabrın 1-də Tbilisidəki evində həbs edilib. O, dəfələrlə aclıq aksiyası keçirib. Sabiq lider səhhətində ağır problemlər yarandıqdan sonra siyasətdən getdiyini bildirib.