Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
16-06-2023, 16:21
Rusiya sabitliyi pozmaq üçün Zaporojeni partlatmaq niyyətindədir - Zelenski


Rusiya sabitliyi pozmaq üçün Zaporojeni partlatmaq niyyətindədir - Zelenski

Rusiya Ukraynada sabitliyi pozmaq üçün Zaporojye atom elektrik stansiyasını partlatmaq niyyətindədir. Bunu Amerikanın NBC News telekanalına müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib. Zelenski Rusiyanın dünyanın Kiyevə təzyiq göstərməsində maraqlı olduğunu qeyd edib: "Bununla da Rusiya “münaqişənin dayandırılmasını gözləyir". "Qərbin texnikasını hissə-hissə Ukraynaya verməsi yalnız müharibənin müddətini uzadır. Hazırda tərəfdaşlarımızın balansında olan hərbi texnika bizə kütləvi şəkildə təhvil verilsə, qalib gəlmək ehtimalımız daha yüksəkdir", - deyə prezident bildirib.
16-06-2023, 16:19
İran səfiri Zəncandakı iş adamlarıyla görüşdü


İran səfiri Zəncandakı iş adamlarıyla görüşdü

İranın Ermənistandakı yeni səfiri Mehdi Sübhani Zəncan əyalətində iş adamları ilə görüşüb. O, regionun mədəni və sivilizasiya baxımından ortaq ölkələrlə işgüzar əməkdaşlığını genişləndirməyə çalışdığını qeyd edib. Səfir bildirib ki, İranın Ermənistanla keçən il ticarəti 500 milyon dollardan az olub və bu il 7 dəfə artmalıdır. "Ermənistanda kommersiya ofisi açmaqla daimi bazarlar yaratmaq, kənd təsərrüfatı və sənaye məhsullarını təqdim etmək mümkündür. Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür ki, bu, 200 milyon əhalisi olan bazara qapı deməkdir", - o əlavə edib.
16-06-2023, 14:58
Laçın sərhəd-buraxılış məntəqəsi erməniləri narahat edir - XİN


Laçın sərhəd-buraxılış məntəqəsi erməniləri narahat edir - XİN

Laçın dövlət sərhədindən buraxılış məntəqəsinin təsis edilməsi ilə Azərbaycana qarşı təcavüz törətmiş və 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlamış Ermənistanın vəziyyəti gərginləşdirən addımlardan və yoldan istifadə etməklə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətlərdən məhrum olması bu ölkəni narahat etməkdədir. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib. Məntəqədən Azərbaycan Respublikasının Qarabağ bölgəsinin yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlı keçidi üçün müvafiq şərait mövcuddur və məntəqə təsis edilən gündən yüzlərlə sakin bu yoldan sərbəst şəkildə istifadə etdiyi məlumdur. 15 iyun tarixində Ermənistan tərəfindən bu məntəqəyə və sərhədçilərimizə qarşı törədilmiş təxribatın da məqsədi, Azərbaycan tərəfdən sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə kölgə salmaq, məntəqədən təhlükəsiz və sərbəst şəkildə istifadəyə maneçilik törətməkdir.
16-06-2023, 14:50
Zakir Həsənov erməni təxribatının qarşısını almaqla bağlı göstərişlər verdi


Zakir Həsənov erməni təxribatının qarşısını almaqla bağlı göstərişlər verdi

Müdafiə naziri Zakir Həsənov orduya Ermənistan tərəfindən törədilə biləcək təxribatının qarşısının qətiyyətlə alınmasına hər an hazır olmaq barədə göstərişlər verib. Bu barədə nazir MN-də keçirilən kollegiya iclasında bildirib. Qeyd olunub ki, Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonunda mövcud əməliyyat şəraiti təhlil edilib. General-polkovnik Z.Həsənov Ermənistan silahlı qüvvələri və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən mövqelərimizin intensiv atəşə tutulmasının, habelə Qarabağ iqtisadi rayonu ərazisində qeyri-qanuni hərbi daşımaların və uzunmüddətli fortifikasiya qurğularının quraşdırılması cəhdlərinin qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən bundan sonra da zəruri cavab tədbirlərinin görülməsi, qarşı tərəfin fəaliyyətinin daim müşahidə edilməsi və istənilən təxribatının qarşısının qətiyyətlə alınmasına hər an hazır olması barədə göstərişlər verib.
16-06-2023, 14:17
Ukraynanın NATO-ya daxil olması mümkün deyil - Stoltenberq


Ukraynanın NATO-ya daxil olması mümkün deyil - Stoltenberq

Müharibə zamanı Ukraynanın NATO-ya daxil olması mümkün deyil, alyans ölkələri və Kiyev də bunu başa düşür. Bunu NATO-nun baş katibi Yens Stoltenberq "France 5" telekanalına müsahibəsində deyib. "Bütün NATO ölkələri Ukraynanın təşkilata üzv olacağı ilə razılaşır, lakin alyans dövlətlərindən heç biri, hətta Ukrayna belə, müharibə zamanı ölkənin təşkilata daxil olmasını gözləmir. Bütün müttəfiqlər bir mövzuda həmfikirdir ki, alyansın qapıları açıqdır. Biz bunu Finlandiya və İsveçi inteqrasiya etməklə nümayiş etdirmişik”, - Stoltenberq bildirib. O, həmçinin alyansa üzv ölkələrin Vilnüsdə iyulun 11-12-də keçiriləcək sammitində müzakirə ediləcək Ukrayna üçün təhlükəsizlik təminatlarına toxunub. "Biz vəziyyətin təkrarlanmaması üçün çoxsaylı müzakirələr aparırıq. Biz əmin olmaq istəyirik ki, müharibə bitərsə, Rusiyanın yeni hücumlarına qədər qısa fasilə olmayacaq. Ukrayna qarşısında öhdəliklərimiz yerinə yetirilməlidir", - NATO Baş katibi vurğulayıb.
16-06-2023, 13:26
Rusiya və BƏƏ liderləri görüşdü


Rusiya və BƏƏ liderləri görüşdü

Rusiya prezidenti Vladimir Putin və Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Sankt-Peterburqda danışıqlara başlayıb. Bu barədə TASS məlumat yayıb. Putin bildirib ki, Rusiya üçün BƏƏ çox yaxşı tərəfdaşdır. Rusiya Federasiyasının Prezidenti Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə Ukrayna münaqişəsi zamanı humanitar məsələlərin həllində göstərdiyi köməyə görə təşəkkür edib. BƏƏ prezidenti də öz növbəsində Putinə ölkələr arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib və ölkəsinin Ukraynada nizamlanmaya hər cür kömək və kömək etməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, BƏƏ bu il Rusiyadan 1 milyon turist qəbul etməyi gözləyir.
16-06-2023, 13:05
Taksilərlə bağlı qanun ilk oxunuşda qəbul edildi


Taksilərlə bağlı qanun ilk oxunuşda qəbul edildi

Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərdə hərəkətin sürətinə dair bütün məlumatları fasiləsiz olaraq qeydə almaq mümkün olacaq. Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik layihəsində əksini tapıb. Layihəyə görə, taksilərdə hərəkətə fasiləsiz olaraq nəzarət etmək üçün rəqəmsal taxoqraf cihazı quraşdırılmalıdır. Bu cihaz imkan verəcək ki, avtomatik rejimdə avtonəqliyyat vasitələrinin hərəkətinə, o cümlədən qət edilmiş məsafəyə, sürücülərin iş və istirahət dövrlərinə dair bütün məlumatlar fasiləsiz olaraq qeydə alınsın. Bununla yanaşı, sürücünün iş və istirahət dövrlərinə dair məlumatların, habelə rəqəmsal taxoqrafla işləmək üçün tələb olunan digər məlumatların saxlanılmasını təmin etmək üçün rəqəmsal taxoqraf kartının quraşdırılması təklif edilir. Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
16-06-2023, 12:53
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

İyunun 17-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-22° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 29-34° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17° isti olacaq.
16-06-2023, 12:37
“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu yaradıldı


“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu yaradıldı

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun sərhədləri və mühafizə zonası müəyyənləşdiriləcək. Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun yaradılması haqqında sərəncamında əksini tapıb. Sərəncamla Nazirlər Kabinetinə iki ay müddətində “Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğunun sərhədlərini və mühafizə zonasını müəyyənləşdirmək tapşırılıb.
16-06-2023, 12:24
Sabiq erməni müavin həbs edildi


Sabiq erməni müavin həbs edildi

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasının sədr müavini Armen Aşotyan həbs edilib. Bu barədə onun vəkili Tiqran Atanesyan məhkəmə iclasından dərhal sonra məlumat verib. O, iki ay müddətinə azadlıqdan məhrum edilib. Aşotyan hökmlə razılaşmır və qərardan Apellyasiya Məhkəməsinə şikayət vermək niyyətindədir.
Xatırladaq ki, Armen Aşotyan iyunun 15-də saxlanılıb. O, İrəvan Tibb Universitetinə ​​məxsus təxminən 100 min ABŞ dolları məbləğində əmlakı mənimsəməkdə ittiham olunur.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!