17-06-2023, 20:06
NATO-ya üzv ölkələr Stoltenberqin katib vəzifəsində qalmasını istəyirNATO-ya üzv ölkələr Yens Stoltenberqin daha bir il baş katib vəzifəsində qalmasını istəyir. Bu barədə "Blooberg" nəşri məlumat yayıb. Məlumata görə, NATO ölkələri hələ də Stoltenberqin varisi ilə bağlı konsensusa gəlməyə çalışır. Qeyd olunur ki, ABŞ prezidenti Co Bayden Alyansın rəhbəri vəzifəsinə bir sıra mümkün namizədləri, xüsusilə Danimarkanın baş naziri Mette Frederikseni yüksək qiymətləndirir. Lakin hazırda Alyansın rəhbəri postuna namizədlə bağlı müttəfiqlər arasında razılıq əldə olunmayıb.

17-06-2023, 19:47
Ukrayna eyni standartlara cavab verməlidir - BaydenUkrayna NATO-ya daxil olmaq üçün bütün standartlara cavab verməlidir. Bunu ABŞ prezidenti Co Bayden deyib. O qeyd edib ki, Vaşinqton Kiyev üçün bu prosesi asanlaşdırmaq niyyətində deyil. “Ukrayna eyni standartlara cavab verməlidir. Ona görə də biz bunu asanlaşdırmaq fikrində deyilik”, - Bayden jurnalistlərə bildirib. Qeyd edək ki, bundan əvvəl CNN-in məlumatına görə, NATO-nun baş katibi Yens Stoltenberq Kiyev üçün NATO Üzvlük Fəaliyyət Planının (MAP) ləğvi təklifi ilə çıxış edib. O, bu həftə Vaşinqtonda Co Baydenlə görüşündə bunu müzakirə edib. MAP-ın ləğvi Ukraynanın NATO-ya daxil olmasını asanlaşdıracaq.
17-06-2023, 18:20
Ermənilər Kəlbəcər istiqamətində mövqelərimizi yenidən atəşə tutduİyunun 17-si saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
17-06-2023, 17:56
Şəkidə 3 nəfərin xəsarəti ilə nəticələnən partlayış baş verdiŞəkidə evdə partlayış olub, ikisi azyaşlı olmaqla 3 nəfər ağır xəsarət alıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Qeyd olunub ki, bu gün Şəki rayonunun Aşağı Göynük kəndi ərazisində yerləşən fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış baş verib. Hadisə zamanı 2000-ci il təvəllüdlü Şəlalə Yusifova və onun 2 azyaşlı övladı yanıq xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.
17-06-2023, 17:19
Türkiyə və Gürcüstanın XİN rəhbərləri telefon danışığı apardıTürkiyə xarici işlər naziri Hakan Fidan gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə telefon danışığı aparıb. Bu barədə Gürcüstan XİN yayıb. Darçiaşvili Hakan Fidanı Türkiyənin xarici işlər naziri təyin edilməsi münasibətilə təbrik edib və ona uğurlar arzu edib. Nazirlər Gürcüstan və Türkiyə arasında strateji tərəfdaşlığı daha da gücləndirməyə hazır olduqlarını bir daha təsdiqləyiblər və iki ölkə arasında yüksək səviyyəli səfərlərin vacibliyi vurğulanıb. XİN başçıları Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli formatının işini müsbət qiymətləndiriblər. Nazirlər üçtərəfli görüşün keçirilməsinə hazır olduqlarını ifadə ediblər.
17-06-2023, 16:45
İran Misirlə olan münasibətlərini normaya salırİran və Misir təhlükəsizlik sahəsində əlaqələrin bərpası və koordinasiya komitəsinin yaradılması haqqında ilkin razılığa gəliblər. Bu barədə "Mehr" nəşri məlumat yayıb. Məlumata görə, Qahirə və Tehran arasında ikitərəfli münasibətlərin normallaşması yaxın zamanda baş verə bilər. Razılaşma ilə bağlı isə hələlik təfərrüatlar bəlli deyil.
17-06-2023, 16:22
Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz atəşə tutulduİyunun 17-si saat 14:30-dan 14:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan intensiv atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri mülki geyimdə Ağdam rayonu istiqamətində yerləşən mövqelərimizin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
17-06-2023, 16:03
Rusiya Xersonu atəşə tutduRusiya Xersonu yenidən atəşə tutub. Bu barədə "Sensor" nəşri məlumat yayıb. Məlumata görə, şəhərdə güclü partlayış səsləri eşidilir. İtkilərin olması ilə bağlı isə hələlik heç bir açıqlama verilməyib.