19-06-2023, 21:54
Düşmən atəş açarkən biz silahsız idik - Yaralanan hərbiçimizErmənilərin iyun ayının 15-də “Laçın” sərhəd-buraxılış məntəqəsini atəşə tutması nəticəsində sərhədçimiz yaralanıb. Ermənistan tərəfinin təxribata əl ataraq, atəşkəsi pozması nəticəsində yaralanan hərbçimiz Elşən Rüstəmov Trend-ə açıqlama verib. O bildirib ki, xidməti ərazimizdə üçrəngli Zəfər bayrağımızı dalğalandıran zaman düşmən tərəfi növbəti təxribata əl atıb. “Bizə atəş açmağa başladılar. Düşmən atəş açarkən biz silahsız idik. Atəş açıldığını görüb tez mövqe tutduq. Mən mövqe tutarkən sol ayağımdan yaralandım. Mənə heyətimiz tərəfindən orada ilkin tibbi yardım göstərildi və həmin ərazidən Füzuli Rayon Xəstəxanasına təxliyə edildim. Xəstəxanada mənə lazımı ilkin tibbi müayinələr göstərildi və Bakı şəhərinə gətirildim”. E.Rüstəmov qeyd edib ki, iki dəfə sol ayağından əməliyyat olunub. “Hazırda özümü yaxşı hiss edirəm. Xəstəxananın tibbi heyəti və Dövlət Sərhəd Xidmətinin bütün rəhbərliyinə təşəkkür edirəm. Yaxın müddətdə ayağa qalxıb xidmətimi davam etdirəcəyəm. Sərhədçi olmağımla qürur duyuram”, - deyə sərhədçimiz bildirib.
Xatırladaq ki, 15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan silahlı qüvvələri “Laçın” sərhəd-buraxılış məntəqəsi istiqamətini pulemyotla atəşə tutublar. Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu yaralanıb. Cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
19-06-2023, 21:18
Rusiya ordusu bizi öldürmək məqsədilə ölkəmizə daxil olub - Podolyak"Rusiya ilə danışıqlar bizim üçün məğlubiyyət deməkdir". Bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib. O bildirib ki, Ukrayna Rusiya ilə danışıqlara başlamayacaq, çünki Moskva bununla növbəti hücuma hazırlaşa bilər. "Rusiya ordusu bizi öldürmək məqsədilə ölkəmizə daxil olub”, - Podolyak qeyd edib.
19-06-2023, 20:06
13 məcburi köçkün ailəsi evlərinin açarını təhvil aldıBöyük Qayıdış proqramı çərçivəsində bu gün geri qayıdan 13 keçmiş məcburi köçkün ailəsi evlərinin açarlarını təhvil alıb. Laçın şəhərinə doğma sakinlərinin qayıdışı davam edir. Bu gün Laçına qədəm qoyan ailələrə evlərinin açarları təqdim olunub. Bununla da, Laçın şəhərində ümumilikdə 55 ailənin, yəni 213 nəfərin daimi məskunlaşması təmin edilib. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşırlar.
19-06-2023, 19:41
Türkiyə prezidentinə müavin və köməkçiləri təyin olunduTürkiyənin hakim Ədalət və İnkişaf Partiyasında (AKP) sədr müavini təyin edilib. Bu barədə TRT kanalı məlumat yayıb. Partiyanın xarici əlaqələr üzrə sədr köməkçisi Efkan Ala sədr müavini təyin edilib. Xarici Əlaqələr üzrə sədr köməkçisi vəzifəsinə Zəfər Sırakaya, İnsan Hüquqları üzrə sədr köməkçisi vəzifəsinə isə Mehmet Ali Zengin gətirilib.
19-06-2023, 18:22
Blinken Tayvanın müstəqilliyinə qarşı olduğunu vurğuladıPekinin Tayvan boğazında fəaliyyəti Vaşinqtonun narahatlığına səbəb olur. ABŞ Tayvan ətrafında yaranan fikir ayrılıqlarının dinc yolla tənzimlənməsinin tərəfdarıdır. Bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Pekində keçirilən mətbuat konfransında deyib. “Mən Tayvan boğazında, həmçinin Şərqi-Çin və Cənubi-Çin dənizlərində Pekinin fəaliyyətinin ABŞ da daxil olmaqla, daha çox ölkənin narazılığına səbəb olduğu məsələsini qaldırmışam”, - deyə o bildirib. Blinken qeyd edib ki, ABŞ Tayvan məsələsində “vahid Çin” prinsipini dəstəkləyir və “status-kvo”da istənilən dəyişikliyə qarşıdır. Dövlət katibi, həmçinin Çində keçirilən görüşlərdə Vaşinqtonun regionda birtərəfli fəaliyyətlərə və Tayvanın müstəqilliyinə qarşı olduğunu vurğulayıb. Onun sözlərinə görə, Tayvan ətrafında yaranan vəziyyət bütün dünyaya təsir edəcək iqtisadi böhrana səbəb ola bilər.
19-06-2023, 18:06
Sülh Rusiyanın diktə etdiyi sazişi nəzərdə tuta bilməz - StoltenberqŞimali Atlantika Alyansı (NATO) Ukraynada müharibənin dondurulmasının və Rusiyanın şərtləri ilə saziş imzalanmasının əleyhinədir. Bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib. “Hamımız münaqişənin sona çatmasını istəyirik, lakin ədalətli sülh müharibənin dondurulmasını və Rusiyanın diktə etdiyi sazişi nəzərdə tuta bilməz”, - deyə NATO rəhbəri bildirib.
19-06-2023, 17:13
Hərbi qulluqçumuz atəş açaraq özünü öldürdüMüdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Əzizov Fərid Əbülfəz oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub. Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Daxil olmuş məlumat əsasında Füzuli hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib. Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.
19-06-2023, 17:00
Polşa prezidenti bu şəxslərin dövlət qulluğunda olmasını qadağan etdiPolşa prezidenti Anjey Duda 1944-1990-cı illərdə ölkənin dövlət təhlükəsizlik orqanlarında işləmiş şəxslərin dövlət qulluğunda olmasını qadağan edən qanunu imzalayıb. Bu barədə "RİA Novosti" məlumat yayıb. Qanuna əsasən, təhlükəsizlik orqanlarında çalışmış şəxslər dövlət qurumlarındakı işlərindən kənarlaşdırılacaq.
19-06-2023, 16:50
Kılıçdaroğlunun müşaviri dünyasını dəyişdiTürkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) sədrinin müşaviri Kənan Nuhut vəfat edib. CHP İdman Şurasının sədri olan K.Nuhut Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Onun uzun sürən xəstəlikdən vəfat etdiyi bildirilir.
19-06-2023, 16:42
Prezident keçən ilin dövlət büdcəsinin icrası haqqında qanunu təsdiq etdiPrezident İlham Əliyev "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında" Qanunu təsdiqləyib. Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası gəlirlər 30 679 646,4 min manat, xərclər 32 064 568,0 min manat məbləğində olmaqla təsdiq edilib. Sənədə əsasən, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası nəticəsində həmin ilin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında yaranan qalıq “Büdcə sistemi haqqında” Qanunun tələbinə uyğun olaraq istifadə edilməlidir.