İlham Əliyev Monteneqronun Prezidentinə başsağlığı verdi .....                        "Real" "Arsenal"ın müdafiəçisi üçün 100 milyon avro təklif etdi .....                        Çox yatmaq təhlükəlidir .....                        Bəzi plastik cərrahların sənədləri saxtadır - Nazirlikdən xəbərdarlıq .....                        Aktyor Azər Baxşəliyev vəfat etdi .....                        Rusiya miqrantları deportasiya etməyə başlayır .....                        Dünyanın ən yaşlı olimpiya çempionu vəfat etdi .....                        İranda toyda rəqs edən 60 nəfərə cinayət işi açıldı .....                        Vüqar Qurbanov yaralıların son durumunu AÇIQLADI .....                       
21-06-2023, 16:50
Əsir saxlanılan hərbiçimizə 20 il müddətində həbs cəzası verildi


Əsir saxlanılan hərbiçimizə 20 il müddətində həbs cəzası verildi

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun həbsinə qərar verilib. Bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Ona qondarma qətl ittihamı üzrə 20 il müddətinə həbs cəzası verilib.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb. Bir müddət əvvəl keçirilən qondarma məhkəmə prosesində Aqşin Bəbirovun 11,5 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verilib.
21-06-2023, 15:17
Prezident bu ölkəylə bağlı sazişi təsdiqlədi


Prezident bu ölkəylə bağlı sazişi təsdiqlədi

“Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında” Saziş təsdiq edilib. Prezident İlham Əliyev Sazişin təsdiq edilməsi barədə Qanunu imzalayıb. Qeyd edək ki, Saziş 2023-cü il aprelin 11-də Bakı şəhərində imzalanıb.
21-06-2023, 14:49
Azərbaycan ilə Ermənistan razılığa gəlib - Paşinyanın müavini


Azərbaycan ilə Ermənistan razılığa gəlib - Paşinyanın müavini

Azərbaycan ilə Ermənistan kommunikasiyaların açılması barədə razılığa gəliblər. Bu haqda Ermənistan baş nazirinin müavini Mher Qriqoryan jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, kommunikasiyalarla bağlı təkliflərə Azərbaycan da razılıq verib: “Mən hesab edirəm ki, bəli, Azərbaycan da razıdır. Çünki biz bu məsələni başqa formatda müzakirə etməyəcəyimizi dəfələrlə bildirmişik. Əgər hələ də müzakirələr və görüşlər gedirsə, bu qavrayış bizim üçtərəfli işçi qrupu platformamızın ən azı bütün iştirakçıları tərəfindən qəbul edilir”,- deyə Qriqoryan əlavə edib. Hər iki tərəfin yol blokadalarının aradan qaldırılması ilə bağlı razılıqlarının olmasına dair suala cavab verən baş nazirin müavini Horadiz-Arazdəyən dəmir yolunun bərpası barədə yekun konsensusun olduğunu söyləyib. “Düşünürəm ki, birinci mərhələ kimi dəmir yolunun Horadiz-Arazdəyən hissəsinin bərpası ilə bağlı yekun konsensus var. Bütün tərəflər razılaşdıqlarını, bunun region və bütün ölkələr üçün müsbət həll olduğunu, hazırda bunu əsas mümkün razılaşma kimi qəbul etdiklərini bildirdilər”,- o vurğulayıb.
21-06-2023, 14:22
Ərdoğan Kılıçdaroğlunun açıqlamasına münasibət bildirdi


Ərdoğan Kılıçdaroğlunun açıqlamasına münasibət bildirdi

"Əvvəl 6 masa deyirdi, indi 16 masa deyir”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunun açıqlamasına münasibət bildirərkən söyləyib. Türkiyə lideri deyib ki, onlar üçün 16 masa da kifayət deyil: "Daha da artırmaq lazımdır. Masada partnyorların təkrarlanması nəticə vermir. Bu insanlara iradə lazımdır. İş istəyir, xidmət istəyir. Yalanla heç bir yerə çata bilməyəcəksiniz. Qlobal güc mərkəzlərindən yaxşı nəticə əldə etmək üçün LGBT bəlasını qanuniləşdirməyə çalışdınız. Sən də, yanındakılar da LGBT tərəfdarısınız. Amma nə AK Partiyanın, nə MHP-nin, nə də digər üzvlərimizin belə bir problemi yoxdur".
Qeyd edək ki, Kılıçdaroğlu altı yox, lazım olsa 16-lı masa quracağını açıqlayıb.
21-06-2023, 14:10
“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı


“Neftçi” baş məşqçisi ilə yollarını ayırdı

“Neftçi” klubu baş məşqçisi Laurentsiu Regekampfla yollarını ayırıb. Klubun mətbuat xidmətindən verilən məlumata görə, Müşahidə Şurasının qərarı ilə rumıniyalı mütəxəssislə, eyni zamanda, onun köməkçiləri Viorel Dinu, Nikolay Qriqori, fiziki hazırlıq üzrə məşqçi Boqdan-Kornel Merişanu və qapıçılar üzrə məşqçi Florin Tene ilə müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib. 2022-ci ilin iyunundan “Neftçi”ni çalışdıran Laurentsiu Regekampf geridə qalan mövsüm “ağ-qaralar”la Premyer Liqanın bürünc medallarını qazanıb, Azərbaycan Kubokunun finalçısı olub. “Neftçi” onun rəhbərliyi altında 45 oyunda keçirib. Bunun 24-də qələbə qazanan bakılılar 8 dəfə heç-heçə edib, 13 görüşdə isə məğlub olub. Qeyd edək ki, “Neftçi”nin yeni baş məşqçisinin türkiyəli Sergen Yalçının olması gözlənilir.
21-06-2023, 13:56
Ukrayna qalib gələnə qədər əks-hücumunu dəstəkləyəcəyik - Rişi Sunak


Ukrayna qalib gələnə qədər əks-hücumunu dəstəkləyəcəyik - Rişi Sunak

Böyük Britaniya müttəfiqləri ilə birlikdə Rusiyanın onlara qarşı apardığı müharibədə ukraynalılar qalib gələnə qədər Ukraynanın müdafiəsini və əks-hücumunu dəstəkləməyə davam edəcək. Bunu Londonda Ukraynanın bərpası üzrə beynəlxalq konfransın açılışı zamanı Böyük Britaniyanın baş naziri Rişi Sunak deyib. "Müttəfiqlərimizlə birlikdə biz Ukraynanın müdafiəsini və əks-hücumunu dəstəkləməyə davam edəcəyik. Biz Ukrayna bu müharibədə qalib gəlməyə davam etdikcə, biz lazım olduğu müddətcə onun yanında olacağıq", - deyə o ifadə edib.
21-06-2023, 13:03
Sabiq erməni prezidentinə yeni cinayət işi açıldı


Sabiq erməni prezidentinə yeni cinayət işi açıldı

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Serj Sarkisyanın rəhbərliyi dövründə Müdafiə Nazirliyinin torpaq alqı-satqısı zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı yeni cinayət işi açıb. Bu barədə “Sputnik Armenia” məlumat yayıb. Məlumata əsasən, Serj Sarkisyanın müdafiə naziri olduğu 2004-cü ildə nazirlik İrəvanda azı 500 min dollar dəyərində olan torpaq sahəsini banklardan birinə 90 min dollara satıb.
21-06-2023, 12:40
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sabah Azərbaycanda havanın temperaturu 30 dərəcəyədək artacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-21° isti, gündüz 24-28° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.
21-06-2023, 12:23
Türkiyə üçün lazım olsa, 16 partiyadan ibarət masa quracağam - Kılıçdaroğlu


Türkiyə üçün lazım olsa, 16 partiyadan ibarət masa quracağam - Kılıçdaroğlu

Türkiyə üçün lazım olsa, altılı masa deyil, 16 partiyadan ibarət masa quracağam. Bunu Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu deyib. Onun yeni ittifaqla bağlı çıxışı sosial şəbəkələrdə tənqidlərə məruz qalıb. Bolunun CHP-dən olan bələdiyyə sədri Tanju Özcan Kılıçdaroğluna belə cavab verib: "Hörmətli lider mühasibdir, amma 16 ədəd masanın siyasi xərcini yenidən hesablamasını tövsiyə edirəm". Qeyd edək ki, Türkiyənin 6 müxalif partiyasından ibarət "Millət İttifaqı" son seçkilərdə Kılıçdaroğlunun namizədliyini irəli sürüb. O, seçkilərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məğlub olub.
21-06-2023, 12:02
Məktəblərdə keçirilən imtahan nəticələriylə razı deyilik - DİM sədri


Məktəblərdə keçirilən imtahan nəticələriylə razı deyilik - DİM sədri

"Məktəblərdə keçirilən imtahanların nəticələri ilə tam razı olduğumuzu deyə bilmərəm. Burada daha yaxşı nəticələr görmək istəyərdik". Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı deyib. Onun sözlərinə görə, son üç il pandemiya dövrünə təsadüf etdiyindən müsbət istiqamətdə gedən dəyişikliklər qeydə alınmasa da, mənfi tendensiya da müşahidə olunmayıb: "Amma bununla yanaşı dəyişmə sürəti yüksək olmasa da, müsbət tendensiyalar var. Bu ilin buraxılış imtahanlarının nəticələri ilə bağlı danışarkən məzunlar xarici dili BB1 səviyyəsinə uyğun olaraq bilir. Bu proses daimi gedir". "29 il ərzində aparılan anket sorğularının nəticəsinə görə təsdiq olunur ki, hər il qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən uşaqların heç olmasa bir valideyni ali təhsillidir. Ən yüksək nəticə göstərən məzunların nəticəsi valideynlərinin təhsilindən asılıdır. Bu, elmi əsaslı faktdır", - DİM sədri əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!