24-06-2023, 16:17
Putinin paytaxtı tərk etməsiylə bağlı yayılan məlumata açıqlama verildiKreml Rusiya prezidenti Vladimir Putinin paytaxt Moskvadan Sankt-Peterburqa uçması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. Bu barədə Putinin sözçüsü Dmitri Peskov məlumat yayıb. Onun sözlərinə görə, yayılan informasiya həqiqəti əks etdirmir. Peskov məlumatları təkzib etməklə yanaşı, Rusiya prezidentinin Kremldə iş başında olduğunu da diqqətə çatdırıb.
24-06-2023, 16:03
Ermənistanın hücumunu araşdırmaq məqsədilə tədbirlər görülür - XİN BaşçısıLaçın sərhəd-buraxılış məntəqəsi təsis ediləndən sonra gündəlik əsasda erməni sakinlərin hər iki istiqamətdə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün müvafiq şərait yaradılıb. Erməni sakinlərlə sərhədçilərimiz arasında normal ünsiyyətin formalaşması bu prosesi həzm edə bilməyən Ermənistanın iyunun 15-də keçid məntəqəsini atəşə tutması ilə nəticələnib. Bu, Laçın sərhəd-buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneçilik törədib. Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Draqana Kojiçlə keçirilən görüşü zamanı səsləndirib. Nazir bildirib ki, Azərbaycan tərəfindən hazırda sərhəd məntəqəsindən təhlükəsiz keçidə maneə törətmiş Ermənistanın bu hücumunu araşdırmaq məqsədilə müvafiq tədbirlər görülür. Ceyhun Bayramov vurğulayıb ki, Ermənistanın gələcəkdə bu kimi təxribatlarının təkrarlanmayacağına dair Azərbaycan tərəfinə müvafiq zəmanətin verilməsi zəruridir.
24-06-2023, 15:48
Meral Akşener yenidən İYİ partiyasının sədri olduBu gün Türkiyədə İYİ Partiyanın qurultayı baş tutub. Qurultay zamanı sədr seçkiləri də keçirilib. Beləliklə, partiyanın hazırkı sədri Meral Akşener növbəti müddətə yenidən sədr seçilib. Qeyd edək ki, İYİ Partiya sonuncu parlament seçkilərində 10 faizə yaxın səs toplayıb.
24-06-2023, 15:14
“Heydər Əliyev adına təqaüd”ün təsisiylə bağlı sərəncam imzalandı“Heydər Əliyev adına təqaüd” təsis edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 (yüz) nəfər tələbə üçün “Heydər Əliyev adına təqaüd” təsis edilib. Təsis edilən təqaüd Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına 3000 (üç min) manat məbləğində birdəfəlik veriləcək. Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
24-06-2023, 15:03
Vaqner Rostovun küçələrinə minalar yerləşdirir“Vaqner” muzdlu döyüşçüləri nəzarətə aldıqları Rostov şəhərinin küçələrinə TM-62 tank əleyhinə minalar yerləşdirir. Bu barədə Rusiyaya məxsus teleqram kanalları məlumat yayıb.
Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.
24-06-2023, 14:34
“Muğam Marafonu” İçərişəhərdə başladıMuğam Marafonu iyunun 24-də İçərişəhərdə Şirvanşahlar Sarayında başlayıb. Sabah, yəni iyunun 25-i saat 12-yədək davam edəcək. 24 saat ərzində keçirilən layihənin hər saatında eyni məkanda 24 xanəndə bir-birini əvəz edərək onları müşayiət edən heyətlə birgə muğam ifa edəcək. Muğam Marafonunda xanəndələrlə yanaşı bir-birini əvəz edən 25 elektron musiqiçi də çıxış edir. “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan “Muğam Marafonu” dinləyicilər üçün bir gün ərzində dayanmadan muğamın ecazkar dünyasına bir səyahətdir.
24-06-2023, 14:15
Polşa Prezidenti ordunun hazırlığa gətirilməsiylə bağlı əmr imzaladıRusiyada “Vaqner” muzdlularının qiyamı ilə əlaqədər olaraq Polşa ordusu yüksək səviyyəli döyüş hazırlığına gətirilir. Bu barədə Polşa Prezidenti Andjey Duda əmr imzalayıb.
Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.
24-06-2023, 14:00
Şarl Mişel Rusiyada baş verən hadisələrə münasibət bildirdiAvropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Rusiyada baş verən hadisələrə münasibət bildirib. Bu barədə siyasətçi twitter səhifəsində paylaşım edib. "Rusiyada hadisələrin inkişafını yaxından izləyirik. Avropalı liderlər və G7 müttəfiqləri ilə təmas halındayıq. Bu, aşkar surətdə Rusiyanın daxili məsələsidir. Ukraynaya və Zelenskiyə dəstəyimiz sarsılmazdır", - o qeyd edib.
24-06-2023, 13:39
2025-ci ildə futbol üzrə ünya çempionatı ABŞ-da təşkil olunacaq2025-ci ildə futbol üzrə klublararası dünya çempionatına ev sahibliyi edəcək ölkə müəyyənləşib. Çempionat ABŞ-da təşkil olunacaq. Bu barədə FIFA-nın Şurası qərar qəbul edib. Otuz iki klubun iştirak edəcəyi dünya çempionatı yeni formatda keçiriləcək.
24-06-2023, 13:30
Parçalanma xalqa xəyanətə gedən yoldur - MedvedevRusiyanın sabiq prezidenti, Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ölkədə baş verənlərə münasibət bildirib. O, sosial şəbəkə hesabında "Vaqner"in qiyam cəhdi ilə bağlı fikirlərini bölüşüb. "Vətənimizi parçalamağa, dövlətimizi məhv etməyə can atan xarici və daxili düşmənə qalib gəlmək üçün ən vacibi prezidentin, ölkə Silahlı Qüvvələrinin Ali Baş Komandanının ətrafında birləşməkdir. Parçalanma xalqa xəyanətə gedən yoldur. Ən böyük faciədir, ümumbəşəri fəlakətdir”, - Medvedev qeyd edib.
Qeyd edək ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib.