Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
25-06-2023, 14:38
Şimali Koreyadan Rusiyaya dəstək təklifi gəldi


Şimali Koreyadan Rusiyaya dəstək təklifi gəldi

Şimali Koreya "Vaqner" üsyanına qarşı mübarizədə Rusiyaya dəstək təklif edib. Bu barədə KXDR-nin rəsmi Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb. Belə ki, Şimali Koreyanın xarici işlər nazirinin müavini İm Conq İl Rusiyanın Pxenyandakı səfiri Aleksandr Matseqora ilə görüşdə Rusiyadakı son silahlı üsyanın uğurla yatırılacağına qəti inandığını bildirib. "Güclü Rusiya ordusu və xalqı sınaqlardan mütləq qalib çıxacaq və Ukraynaya qəhrəmancasına qalib gələcək”, - o əlavə edib. Bu, Pxenyanın Rusiyanı məhv etmək üçün "ABŞ-ın kukla müharibəsi” adlandırdığı Ukraynada müharibə başlayandan bəri Moskvaya son dəstək mesajıdır. BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Rusiya uzun müddətdir ki, nüvə və raket proqramlarına görə BMT və Qərbin geniş sanksiyaları altında olan Şimali Koreyaya artan təzyiqlərə qarşı çıxıb.
25-06-2023, 14:11
Suriyanın İdlib şəhəri bombalandı


Suriyanın İdlib şəhəri bombalandı

Rusiya döyüş təyyarələri Suriyanın İdlib şəhərini bombalayıb. Bu barədə TRT kanalı məlumat yayıb. Bildirilir ki, İdlibin Cisir əş-Şuğur rayon mərkəzində tərəvəz bazarına hücum edilib. İlkin məlumata görə, 9 mülki şəxs ölüb, 30 nəfər yaralanıb.
25-06-2023, 14:07
Ukrayna hücumun ilk 2 həftəsinin təcrübəsindən istifadə edir


Ukrayna hücumun ilk 2 həftəsinin təcrübəsindən istifadə edir

Ukrayna ordusu taktikanı təkmilləşdirmək və əsas sahələrdə sabit irəliləyiş əldə etmək üçün əks-hücumun ilk 2 həftəsinin təcrübəsindən istifadə edir. Bu barədə "Ukrinform" məlumat yayıb. Bildirilib ki, Tavriya istiqamətində son sutka ərzində Ukrayna hərbçilərinin hücum əməliyyatlarında qismən uğur və müdafiədə taktiki mövqedə təkmilləşmə həyata keçirilir. Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
25-06-2023, 13:58
İranda həbs edilən tələbənin anası danışdı


İranda həbs edilən tələbənin anası danışdı

“Fəridlə ikinci dəfə danışdıq. Həm də bu dəfə daha çox söhbətləşə bildik. Hal-əhval tutduqdan sonra birdən soruşdum: o qız sənin əleyhinə ifadə veribmi? - Nə qız, - dedi. Söylədim ki, Fərid, İrana niyə getdiyini bilirəm”. Bunu 2023-cü ilin martında İranda casusluq ittihamı ilə həbs olunan Azərbaycan vətəndaşı Fərid Səfərlinin anası Dilarə Əsgərova deyib. O, oğlu ilə danışığının ardını belə təsvir edib: “Fərid bir az duruxdu və dedi: “Ana, o mənim əleyhimə dünya dağılsa da, ifadə verməz. Bu günə qədər mənim əleyhimə nə ifadə verən var, nə də ortada sübut var. Sadəcə, hər dəfə istintaqda sual belə olur: bir neçə dil bilən, Avropada təhsil alan adam, vəziyyətin pis vaxtında niyə İrana gəlib, nə səbəbə? Həm də ana, o qızı da mənimlə bərabər tutdular”. Qayınana damarım tutdu, dedim ki, sən onun dərdini çəkmə, onu buraxıblar, ata-anasının yanındadır, olan bizə oldu, özünü düşün. Bu sözümü eşidəndə Fəridin səsindən necə sevindiyini hiss etməmək mümkün deyildi.
- Ana, nə yaxşı ki, onu azad ediblər, - deyən oğlumun sevincdən parlayan gözəl gözlərini xəyal etdim və kövrəldim. Fərid bir anlıq taleyi başqalarının əlində olan çarəsiz məhkumdan dönüb oldu xoşbəxtlikdən göyün yeddinci qatında uçan sevgiliyə. O, bu vəziyyətdə belə özünü unudub qızı düşünürdü”. Dilarə Əsgərovanın sözlərinə görə, oğlundan iranlı sevgilisinin onun həmin ölkəyə gedişini niyə əngəlləmədiyini soruşub. “Axı o qız İrandakı vəziyyəti bilirdi. Fərid dedi ki, “ana qərarı özüm vermişəm. Qız mənə demişdi İrana gəlmə”…. Çox kövrəldim, ondakı bu saf sevgiyə heyran oldum. Mövzunu dəyişməyə çalışdım. Dedim ki, Fərid, məsələ ictimailəşib, hamı sənin İrana niyə geldiyini bilir…Yəqin ki, Azərbaycana qayıdanda səni qınayacaqlar… Bir qədər susdu və soruşdu: - Ana, səncə, burdan çıxa biləcəm? Qəfil verilən bu sual dünyanı başıma uçurdu. Bu, artıq ilk danışığımızda mənə “möhkəm ol!” deyən yetkin Fərid deyildi. Uşaq vaxtı özündən böyüklərin haqsızlığına məruz qalanda yanıma qaçıb kömək istəyən balaca Fəridim idi. Yenə “böyüklərin" haqsızlığına məruz qalıb”. D.Əsgərova deyir ki, oğlunu sakitləşdirmək üçün dövlət rəsmilərinin onun işi ilə məşğul olduğunu söyləyib. Ana iki ölkə arasındakı vəziyyətin pis olmasından narahatlığını ifadə edədərk, oğlunun durumunun onu çox üzdüyünü vurğulayıb.
Xatırladaq ki, Almaniyadakı Yena Universitetində təhsil alan 27 yaşlı Fərid Səfərli bu il fevralın 20-də eyni universitetdə oxuduğu iranlı qızın ardınca Tehrana gedib. Martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açıldığı bildirilib. İran tərəfi azərbaycanlı tələbəni hazırda həbsdə saxlayır. İndiyə kimi İranda Fərid Səfərliyə 3 dəfə məhkəmə qurulub. Birinci məhkəmədə tərcüməçi ilə təmin olunsa da, son iki prosesdə fars dilini bildiyinə görə, ona tərcüməçi verilməyib. F.Səfərli anasına bildirib ki, yaxın günlərdə ona hökm oxunacağı gözlənilir.
25-06-2023, 13:34
İranda casusluqla ittiham olunan tələbimizə yaxın günlərdə hökm oxunacaq


İranda casusluqla ittiham olunan tələbimizə yaxın günlərdə hökm oxunacaq

İranda casusluq ittihamına görə saxlanılan Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərli ailə üzvləri ilə telefonla danışıb. Bu barədə APA-ya Fəridin anası Dilarə Əsgərova məlumat verib. O bildirib ki, oğlu ilə ikinci dəfə telefonla danışıb:“Oğlumun səhhəti normaldır, saxlanma şəraitindən narazılığı yoxdur. 3 dəfə məhkəməsi keçirilib. Birinci məhkəmədə tərcüməçi ilə təmin olunsa da, son iki məhkəmədə fars dilini bildiyi üçün tərcüməçi verilməyib. Özü bu məsələdən narazıdır, çünki fars dilində bilsə də, hüquqi terminləri başa düşmür. Mən də ona dedim ki, məhkəmədən həm vəkil, həm də tərcüməçi tələb etmək hüququ var. Oğlum əvvəllər tək nəfərlik kamerada saxlanılırdı, son vaxtlar artıq ümumi yerdədir, orada fars dilində danışır”. Dilarə Əsgərova qeyd edib ki, oğluna yaxın günlərdə hökm oxunacaq: “Fərid dedi ki, məhkəmə prosesi yekunlaşmaq üzrədir. Lakin nə məhkəmədə, nə də istintaqda onun casusluq etməsi ilə bağlı bir dənə də olsun fakt ortaya qoyulmayıb. Fəridin sözlərinə görə, İrana getməsinə səbəb olan qız və ailəsi də onun əleyhinə ifadə verməyib. Lakin İran tərəfi Fəridin bir neçə dil bilməsi və Avropada təhsil almasına görə şübhələnir, onu casusluqda ittiham edirlər. Hazırda Azərbaycan Xarici İşlər Nazirliyi, Təbrizdə olan Konsulluğumuz da Fəridlə əlaqədar işlər görür. Konsulluq nümayəndələri Fəridlə görüşüblər və vəziyyəti ilə maraqlanıblar”.
25-06-2023, 13:23
Şəhid olan hərbiçilərimiz təltif edildi


Şəhid olan hərbiçilərimiz təltif edildi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Müdafiə Nazirliyinin hərbi qulluqçuları təltif edilib. Hərbiçilərdən 20-ə yaxını ölümündən sonra təltif olunub. Təltif edilən şəhid hərbçilərimizin siyahısını təqdim edirik:

“Vətən uğrunda” medalı ilə

Əlibəyli Şəhriyar Ramiz oğlu – baş leytenant (ölümündən sonra)
Hüseynov Kamran Namiz oğlu – baş leytenant (ölümündən sonra)
Əliyev Babək Əsgər oğlu – leytenant (ölümündən sonra)
Vəlizadə İbrahim Səməd oğlu – leytenant (ölümündən sonra)
Həsənov Elşad Qabil oğlu – gizir (ölümündən sonra)
Məhərrəmov Vasif Üzeyir oğlu – gizir (ölümündən sonra)
Zalov Vidadi Nizami oğlu – gizir (ölümündən sonra)
Tağıyev Səbuhi Gündüz oğlu – çavuş (ölümündən sonra)
Bayramov İlkin Bayram oğlu – əsgər (ölümündən sonra)
Cavadov Rəşad Fərzəli oğlu – əsgər (ölümündən sonra)
Həmzəyev Əfqan Bəhman oğlu – əsgər (ölümündən sonra)
Hüseynov Eşqin Cəmil oğlu – əsgər (ölümündən sonra)
Qədirli Elnur Rəcəb oğlu – əsgər (ölümündən sonra)
Mehdiyev Asim Yaqub oğlu – əsgər (ölümündən sonra)
Nəzərov Ayaz Azər oğlu – əsgər (ölümündən sonra)
Salamov Qorxmaz Bayram oğlu – əsgər (ölümündən sonra)

“Suqovuşanın azad olunmasına görə” medalı ilə

Salamov Qorxmaz Bayram oğlu – əsgər (ölümündən sonra)

“Xocavəndin azad olunmasına görə” medalı ilə

Qədirli Elnur Rəcəb oğlu – əsgər (ölümündən sonra)
Mehdiyev Asim Yaqub oğlu – əsgər (ölümündən sonra)

“Kəlbəcərin azad olunmasına görə” medalı ilə

Vəlizadə İbrahim Səməd oğlu – leytenant (ölümündən sonra)

“Hərbi xidmətlərə görə” medalı ilə

Mustafayev Ramiz Bağman oğlu – əsgər (ölümündən sonra)
25-06-2023, 13:06
Hərbiçilərə “general-mayor” ali rütbəsi verilməsiylə bağlı sərəncam imzalandı


Hərbiçilərə “general-mayor” ali rütbəsi verilməsiylə bağlı sərəncam imzalandı

Müdafiə Nazirliyinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:
polkovnik Elmir Zülfüqar oğlu İbrahimova
polkovnik Arif Həsən oğlu Həsənova
polkovnik İslam Şixzadə oğlu Əmirağayevə
polkovnik Bilal İsmayıl oğlu Çompuzova
polkovnik İlqar Saab oğlu Qafarova
25-06-2023, 12:50
NATO son vəziyyətlə bağlı Rusiyayla əlaqə saxladı


NATO son vəziyyətlə bağlı Rusiyayla əlaqə saxladı

NATO "Vaqner" muzdlularının çevriliş cəhdi ilə bağlı vəziyyətə görə Rusiya Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb. Bu barədə "La Repubblica" nəşri yazıb. Qəzetin məlumatına görə, NATO-nun diqqəti dərhal istifadəyə hazır olan 1400-dən çox nüvə başlığına yönəlib. "Qərb dərhal üsyançıların hərəkətlərində heç bir rol oynamadığını bildirmək istəyirdi", - məlumatda qeyd olunub.
Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib.
25-06-2023, 12:27
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda iyunun 26-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65 % olacaq. Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 30-35° isti olacaq, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.
25-06-2023, 12:14
Belqorod PUA hücumuna məruz qaldı


Belqorod PUA hücumuna məruz qaldı

Rusiyanın Belqorod vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub. Bunu vilayətin qubernatoru Vyaçeslav Qladkov deyib. O bildirib ki, PUA-lar vurulub. Hücumla bağlı əlavə məlumat yayılmayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!