26-06-2023, 19:49
Priqojin hərbi qiyam cəhdindən sonra ilk dəfə açıqlama verdi"Vaqner" muzdlularının rəhbəri Yevgeni Priqojin hərbi qiyam cəhdindən sonra ilk dəfə açıqlama verib. Bu barədə onun mətbuat xidməti məlumat yayıb. Priqojinin sözlərinə görə, intriqalar və düşünülməmiş qərarlar nəticəsində "Vaqner" 1 iyul 2023-cü ildə fəaliyyətini dayandıracaqdı.“Komandirlər şurası toplandı və bu məlumatı döyüşçülərin diqqətinə çatdırdı. Heç kim Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa razı olmadı. Heç bir aqressiya nümayiş etdirməsək də, raket hücumuna məruz qaldıq və bundan dərhal sonra helikopterlər işə düşdü. “Vaqner”in 30-a yaxın döyüşçüsü öldürüldü", - Priqojin deyib. O, Rusiya ordusunun helikopterlərinin vurulmasından təəssüfləndiyini bildirib. “Hücum dəstəsi Moskvaya yaxınlaşan anda dayandıq, ətrafa kəşfiyyat apardıq və məlum oldu ki, həmin an qan töküləcək. Ona görə də biz hiss etdik ki, nə edəcəyimizi nümayiş etdirmək kifayətdir. Dönmək qərarının arxasında isə ən mühüm iki amil dayanırdı: birincisi - biz rus qanını tökmək istəmədik, ikincisi - ölkədə hakimiyyəti devirmək üçün deyil, etirazımızı nümayiş etdirmək üçün getmişdik". Priqojin harada olması barədə məlumat verməyib.

26-06-2023, 17:24
Moskva silahlı üsyana cəhd fonunda KTMT ölkələrindən kömək istəməyibRusiyada ötən günlərdə baş vermiş "Vaqner" üsyanı zamanı rəsmi Moskvanın KTMT üzvü olan müttəfiqlərinə dəstək üçün müraciət edib-etmədiyi məlum olub. Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyarov məsələyə aydınlıq gətirib. O bildirib ki, Moskva silahlı üsyana cəhd fonunda KTMT ölkələrindən kömək istəməyib.
Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib.
26-06-2023, 16:19
Ağalıda Silahlı Qüvvələr günü qeyd olunduZəngilan rayonunun Ağalı kəndində 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü qeyd olunub. Bu münasibətlə Ağalı kəndinin sakinləri, hərbçilər, bu bölgədə fəaliyyət göstərən müxtəlif qurumların əməkdaşları və şəhid ailələrinin üzvlərinin iştirakı ilə konsert proqramı təşkil edilib. Tədbir "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, eləcə də Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti, Dövlət Sərhəd Xidməti və Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Azərbaycanın Silahlı Qüvvələrinin tarixi qələbələri minnətdarlıq hissi ilə vurğulanıb, şanlı Ordumuzun şərəfinə şeirlər və musiqilər səsləndirilib. Daha sonra tədbir Azərbaycan Respublikasının tanınmış mədəniyyət xadimlərinin iştirakı ilə konsert proqramı davam edib. Tədbirin sonunda hərbçilərə xatirə hədiyyələri və bayram sovqatları təqdim olunub.
26-06-2023, 15:55
Azərbaycanla razılaşmada 3 fundamental məsələ var - Erməni spiker"Ermənistan üçün Azərbaycanla gələcək razılaşmada 3 fundamental məsələ var". Bunu ölkə parlamentinin vitse-spikeri Ruben Rubinyan deyib. "İlk növbədə, ölkələr tərəfindən bir-birinin ərazi bütövlüyünün tanınması üçün əsas götürülən konkret xəritəni düzəltmək lazımdır. Ermənistan üçün ikinci prinsip Qarabağ əhalisinin hüquq və təhlükəsizliyi məsələsi, üçüncüsü isə sazişin həyata keçirilməsi üçün zəmanət institutunun tətbiqi ilə bağlıdır", - o qeyd edib.
26-06-2023, 15:38
Anar Eyvazov yeni vəzifəyə təyin olunduAnar Eyvazov Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi vəzifəsinə təyin edilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov bununla bağlı əmr imzalayıb. Bundan əlavə, ona polkovnik rütbəsi verilib.
Qeyd edək ki, Anar Eyvazovdan öncə nazirliyin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı olub. O, 2021-ci ilin sentyabr ayında vəzifəsindən azad edilərək, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi təyin edilib. İndiyədək Mətbuat xidmətinin rəis müavini Anar Eyvazov idarə rəisi vəzifəsini icra edirdi.
26-06-2023, 15:27
Rəisi rusiyalı həmkarına dəstək olduRusiya prezidenti Vladimir Putin İran prezidenti İbrahim Rəisi ilə telefon danışığı aparıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
"İran prezidenti 24 iyun hadisələri ilə bağlı Rusiya rəhbərliyinə tam dəstəyini ifadə edib. Ticarət, enerji və nəqliyyat sahələrində mövcud sazişlərin praktiki şəkildə həyata keçirilməsi vurğulanmaqla, qarşılıqlı faydalı ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edilib. Beynəlxalq gündəmdə olan bəzi məsələlərə, o cümlədən Cənubi Qafqazda sabitliyin təmin edilməsi və Suriya nizamlanmasına da toxunulub. Vladimir Putin İran rəhbərliyini və xalqını qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik edib. Kontaktları davam etdirməklə bağlı razılıq əldə olunub", - qeyd edilib.
26-06-2023, 15:14
Paşinyan İran prezidentiylə telefon danışığı apardıErmənistanın baş naziri Nikol Paşinyan və İran
prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. Bu barədə "Sputnik Armenia" məlumat yayıb. Bildirilib ki, söhbət zamanı onlar ikitərəfli münasibətləri və regional vəziyyəti müzakirə ediblər.