26-06-2023, 14:23
Rusiya NATO-nu nüvə silahlarıyla qorxuda bilməyəcək - Stoltenberq"Həftəsonu Rusiyada baş verən hadisələr Putinin Ukraynaya qarşı müharibəyə başlayarkən nə qədər böyük strateji səhvə yol verdiyini nümayiş etdirir".
Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Vilnüsdə danışıb. "Rusiya Ukraynaya yardımla bağlı NATO-nu dayandırmaq üçün nüvə silahları ilə qorxuda bilməyəcək", - o qeyd edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
26-06-2023, 14:23
Rusiya NATO-nu nüvə silahlarıyla qorxuda bilməyəcək - Stoltenberq"Həftəsonu Rusiyada baş verən hadisələr Putinin Ukraynaya qarşı müharibəyə başlayarkən nə qədər böyük strateji səhvə yol verdiyini nümayiş etdirir".
Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Vilnüsdə danışıb. "Rusiya Ukraynaya yardımla bağlı NATO-nu dayandırmaq üçün nüvə silahları ilə qorxuda bilməyəcək", - o qeyd edib.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
26-06-2023, 14:10
Avropa Sülh Fondunun vəsaiti artırıldıAvropa İttifaqı Şurası Avropa Sülh Fondunun vəsaitinin 3.5 milyard avro artırılmasına razılıq verib. Bu fonddan Avropa İttifaqı Ukraynaya və digər tərəfdaşlara hərbi yardım göndərir. Bildirilib ki, belə bir qərar uzunmüddətli perspektivdə Avropa Sülh Fondunun maliyyə sabitliyini təmin etməklə yanaşı, Aİ-nin böhran və münaqişələrin qarşısını almaq və onlara operativ reaksiya vermək imkanlarını qoruyub saxlayacaq.
Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
26-06-2023, 13:52
Sinan Oğandan Azərbaycana təbrik mesajıTürkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğan 26 iyun - ölkəmizin Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycanı təbrik edib. O, bu barədə twitter hesabında yazıb. "Qəhrəman Azərbaycan Ordusu 105 yaşında! Dost və qardaş ölkə Azərbaycanda xidmət edən hərbçilərin 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü mübarək olsun", - təbrikdə deyilir.
26-06-2023, 13:41
Kür çayına balıq körpələr buraxıldıKür çayına növbəti dəfə balıq körpələri buraxılıb. Bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. O qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin, Neftçala Rayon İcra Hakimiyyətinin, Su Nəqliyyatında Polis İdarəsinin, Dövlət Sərhəd Xidmətinin nümayəndələrinin və ekokönüllülərin iştirakı ilə Neftçala rayonunda yerləşən "Xıllı balıq" MMC-də yetişdirilən 600 000 ədəd nərəcinsli balıq körpəsi, o cümlədən adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı"na daxil edilən 10 000 ədəd kələmo balığı Kür çayına buraxılıb. Xidmət rəsmisi balıq yetişdirən müəssisələri balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə verməyə, vətəndaşları isə balıq ehtiyatlarının artımının qarşısını alan hərəkətlərdən imtina etməyə çağırıb.
26-06-2023, 13:25
Erməni deputatlar arasında yenidən dava düşdüErmənistan parlamentində yenidən "ehtiraslar alovlanıb". Parlamentin iclasında deputatlar bir-birilərini əclaf adlandırıblar. Deputatlar arasında yaşanan dava səbəbindən fasilə elan edilib və iclasın yayımı dayandırılıb. Davaya səbəb hakim partiyanın nümayəndələrinin müxalif deputat Vigen Xaçatryana və bütövlükdə müxalifətə irad tutması olub. “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan da iqtidar nümayəndələrinə sərt cavab verib. Daha sonra spiker Alen Simonyanla keçmiş müdafiə naziri Seyran Ohanyan arasında söz atışması yaşanıb.
26-06-2023, 13:11
Putin Qətər əmiriylə yaranmış vəziyyəti müzakirə etdiRusiya prezidenti Vladimir Putin Qətər əmiri Təmim Bin Həmid Əs-Sani ilə telefonla danışıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Əmir Rusiya rəhbərliyinin 24 iyun hadisələri ilə bağlı hərəkətlərini dəstəklədiyini bildirib.
26-06-2023, 12:30
Belarus Ukraynayla sərhəddə raket kompleksləri yerləşdiribUkraynanın Çerniqov vilayəti yaxınlığında - Belarus sərhədində son günlər raket komplekslərinin hərəkəti qeydə alınıb. Bu barədə "Ukrinform" məlumat yayıb. Belarusun “Flagştok” nəşri isə yazıb ki, Zyabrovka hərbi aerodromunun yaxınlığında yerləşən Belarus kəndlərinin sakinləri son günlər Belarus Respublikası Silahlı Qüvvələrinin hərbi texnika karvanının hərəkətini müşahidə ediblər: "Kolon Belarus-Ukrayna sərhədinə - Çerniqov vilayətinə doğru hərəkət etdi". Qeyd olunub ki, əvvəllər bu cür reaktiv yaylım atəşi sistemlərinin Qomel bölgəsində hərəkəti məlum deyildi.
26-06-2023, 12:04
Sabahın hava proqnozuAzərbaycanda iyunun 27-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir. Cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 753 millimetr civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 32-37° isti, dağlarda gecə 11-16°, gündüz 21-26° isti olacağı ehtimal edilir.
26-06-2023, 10:25
Moskva və Voronejdə antiterror əməliyyatları ləğv olunduRusiyanın paytaxı Moskva şəhəri, habelə Moskva və Voronej vilayətlərində antiterror əməliyyatı rejimi ləğv olunub. İyunun 24-dən tətbiq olunan rejimin ləğvinə qərar verilib.
Xatırladaq ki, "Vaqner" muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı "Vaqner" rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. "Vaqner" döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün "Vaqner"in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib.