Fövqəladə Hallar Nazirliyinə Lerik rayonu, Hamarmeşə kənd sakinləri Əhmədov Rauf Rakif oğlu və Fətullayev Orucəli Camal oğluna məxsus evlərin yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub. FHN-dən verilən məlumata görə, bununla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Lerik rayonu, Hamarmeşə kənd sakinləri R.Əhmədov və O.Fətullayev üçün müvəqqəti yaşayış məqsədilə çadır evlər qurularaq vətəndaşlara təhvil verilib.
"44 günlük müharibədən qaçmaq olardı, lakin bunun bədəli Qarabağ məsələsi ilə bağlı ermənilərin baxışını rədd etmək olardı". Bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə 44 günlük müharibənin araşdırılması üzrə komissiyanın iclasında deyib. Paşinyanın sözlərinə görə, danışıqlar prosesində çoxlu mübahisəli və dəqiqləşdirilməmiş məsələlər olub: "Məsələn, Laçın dəhlizi, sülh müqaviləsi çərçivəsində delimitasiya və demarkasiya ilə bağlı". Baş nazir 2019-cu il danışıqlarını "müharibə konveyeri" adlandırıb.
İranda toz fırtınası 700-dən çox insanı xəstəxanalıq etdi
İranın Sistan-Bəlucistan əyalətində toz fırtınası səbəbindən son 4 gün ərzində xəstəxanaya yerləşdirilənlərin sayı 764 nəfərə çatıb. Bu barədə Sistan-Bəlucistan Böhran İdarəetmə idarəsinin baş direktoru Məcid Mohibbi bildirib. 649 nəfərin xəstəxanalardan evə buraxıldığını qeyd edən Mohibbi 115 nəfərin müalicəsinin davam etdiyini deyib. Mövcud hava şəraitinin hələ davam edəcəyi gözlənilir.
İyunun 28-də şimal-qərb küləyinin 15-18 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayonlarda iyunun 27-29-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi gözlənilir.