28-06-2023, 21:49
“Vaqner” Polşa üçün potensial təhlükə formasıdır - Andjey DudaPolşa prezidenti Andjey Duda "Vaqner" muzdlularının Belarusda olmasının qonşu ölkələri təhdid edə biləcəyindən narahatlığını ifadə edib. Bu barədə o, Kiyevdə çıxışı zamanı danışıb. Duda qeyd edib ki, Belarusun Polşa, Litva və Latviya ilə sərhədləri var və muzdlular bu ölkələr üçün təhlükə yarada bilər. “Sual yaranır: bu hərəkətin məqsədi nədir? "Vaqner" qrupunun, yəni Rusiya ordusunun konkret olaraq Belarusdakı əsl niyyətləri nədən ibarətdir? Bu, konkret olaraq bizim ölkələrimiz, NATO ölkələri, Polşa üçün potensial təhlükə formasıdır”, - o vurğulayıb. Eyni zamanda Ukrayna prezidenti Vladimir Zelenski qeyd edib ki, Belarusda rus muzdlularının olmasında böyük təhlükə görmür.
28-06-2023, 21:06
Bayden Rusiyada son baş verən hadisələri qiymətləndirdi ABŞ prezidenti Co Bayden Rusiyada son baş verən hadisələri qiymətləndirib. O, Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb. Bayden bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibədə uduzur: “O, açıq şəkildə Ukraynadakı və ölkə daxilindəki müharibəni uduzur”. Buna baxmayaraq, ABŞ lideri vurğulayıb ki, "Vaqner" qiyamından sonra Putinin mövqelərinin zəiflədiyini söyləmək hələ tezdir. "Putin bütün dünyada pariyaya çevrilib", - Amerika prezidenti əlavə edib.
28-06-2023, 19:19
İsveçdə “Quran” kitabı yandırıldı - Türkiyə XİN-dən sərt reaksiyaİsveçin paytaxtı Stokholmun mərkəzində İraqdan olan 37 yaşlı mühacir Salvan Momika müqəddəs "Quran" kitabını yandırıb. Bu barədə İsveçin “Aftonbladet” qəzeti yazıb. Aksiya Stokholm polisinin icazəsi ilə həyata keçirilib. Salvan Momika "Quran"ın vərəqlərini cırıb, onlarla ayaqqabılarını silib, daha sonra kitabı yandırıb. Stokholm məscidi yaxınlığında baş tutan aksiyanı media nümayəndələri də daxil olmaqla 200-dən çox insan izləyib. Nəşr bildirir ki, həmin şəxs İsveç himnini də oxuyub və ölkənin bayrağını dalğalandırıb. Orada olanlardan bəziləri Salvan Mömikin ünvanına təhqirlər səsləndiriblər. İzləyən şəxslətdən biri daş atmağa çalışıb, o, polis tərəfindən saxlanılıb. SVT xəbər verir ki, polis tədbirin təşkilatçısına qarşı dini ədavətin qızışdırılması, eləcə də od yandırmaq qadağasını pozmaq ittihamı ilə protokol tərtib edib. Nəşrin məlumatına görə, aksiyadan əvvəl polis ictimai yerdə od yandırmağa görə cərimə olunacağı barədə xəbərdarlıq edib. Türkiyənin xarici işlər naziri Hakan Fidan İsveçdə Qurana edilən hücuma sərt reaksiya verib. "Mən bu alçaq hərəkəti qınayıram. İfadə azadlığı bəhanəsi ilə İslama zidd bu hərəkətlərə icazə verilməsi qəbuledilməzdir", - o qeyd edib.
Xatırladaq ki, yanvarın sonunda Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında "Quran" kitabı yandırılıb. Bundan sonra Türkiyə İsveçin NATO-ya daxil olmasına razılıq verməyəcəyini açıqlayıb.
28-06-2023, 18:42
Çeçenistan rəhbəri Putinlə görüşdüÇeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Bu barədə Kadırov özünün "Telegram" kanalında yazıb. O, Putinə regiondakı sosial-iqtisadi vəziyyət barədə məlumat verdiyini bildirib. "Biz regionun uzunmüddətli planlarını və əldə etdiyi nailiyyətləri də müzakirə etdik"- deyə Kadırov qeyd edib.
28-06-2023, 16:51
Məhv edilən 4 erməni seperatçının fotoları yayıldıÖtən gün saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb. Azərbaycan Ordusu cavab tədbirləri görüb. Görülən tədbirlər nəticəsində 4 separatçı məhv edilib.
Butov.az məhv edilən separatçıların fotolarını təqdim edir.
Armo AbqaryanQaqik BalayanSamvel Torosyan Yervand Tadevosyan
28-06-2023, 16:16
Ərdoğan alman həmkarıyla Rusiyadakı vəziyyətdən danışdıTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Olaf Şolts ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı regional və qlobal məsələlər, o cümlədən ikitərəfli münasibətlər müzakirə edilib və bu sahələrdə əməkdaşlığın artırılmasının zəruriliyi vurğulanıb. Liderlər Rusiyadakı vəziyyəti və İsveçin NATO-ya üzvlüyü məsələlərini də müzakirə edib.
28-06-2023, 15:43
İlham Əliyevlə Ərdoğan arasında təbrik dialoquİyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub. Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, dövlət başçıları bir-birini və xalqlarımızı müqəddəs Qurban bayramı münasibətilə təbrik edib və ən xoş arzularını çatdırıblar. Telefon söhbəti zamanı dostluq və qardaşlıq münasibətlərimizin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub, müttəfiqlik əlaqələrimizin gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
28-06-2023, 15:30
XİN: “Paşinyan yenə beynəlxalq ictimaiyyəti çaşdırır” “Baş nazir Nikol Paşinyan yenə beynəlxalq ictimaiyyəti çaşdırır. Silahlı Qüvvələr Azərbaycan hərbi qulluqçusunun yaralanması ilə nəticələnən hərbi əməliyyata qarşı yalnız cavab tədbirləri görüb. Regionda sabitliyi pozan əsas amil Ermənistan silahlı qüvvələridir”. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə bildirib. “Beynəlxalq hüquqa və Üçtərəfli bəyanatın öhdəliklərinə zidd olan erməni qüvvələri Azərbaycandan tam olaraq geri çəkilməyib. Bu qeyri-qanuni qüvvələr ətraf rayonlarda yaşayan və öz evlərinə qayıdan azərbaycanlıları təhdid etməklə yanaşı, təhlükəsizliyə əsas təhdiddir. Ermənistan Azərbaycanın daxili işlərinə qarışmaq əvəzinə üzərinə düşən öhdəlikləri yerinə yetirməli, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə həm sözdə, həm də əməldə hörmətlə yanaşmalıdır”, - deyə o qeyd edib.
28-06-2023, 15:09
Polşa prezidenti Ukraynaya səfər etdiPolşa prezidenti Anjdej Duda Kiyevə səfərə gəlib. Bu barədə Polşa Prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Duda ukraynalı həmkarı Zelenski ilə danışıqlar aparacaq. Görüş zamanı cəbhədəki mövcud vəziyyət, xüsusən Zaporojye AES-dəki təhlükə ilə bağlı məsləhətləşmələr aparılacaq. Liderlər NATO-nun iyul sammitinə hazırlığı da müzakirə edəcək.
Xatırladaq ki, bu gün Litva prezidenti Gitanas Nauseda da Ukraynaya səfər edib.
28-06-2023, 14:54
Paşinyan Ərdoğanla telefonda danışdıErmənistan Baş naziri Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Paşinyan və Ərdoğan Qurban və Vardavar bayramları münasibətilə bir-birini təbrik ediblər. Liderlər Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesini müzakirə edib. Diplomatik pasport sahibləri və üçüncü ölkə vətəndaşları üçün quru sərhədinin açılmasına dair sazişin icrasının gedişi barədə fikir mübadiləsi aparılıb.