3-06-2023, 16:33
Putin özünü həyatını itirməkdən qorxan heyvan kimi aparır - Zelenski"Rusiya lideri Vladimir Putin özünü həyatını itirməkdən qorxan heyvan kimi aparır və buna görə də təhdidlərə əl atır". Bunu “The Wall Street Journal” nəşrinə müsahibəsində prezident Volodimir Zelenski deyib. O xatırladıb ki, Putin öz gücünü göstərmək üçün dünyanı daim nüvə silahı ilə qorxudur. "İdarə olunan heyvan həyatını itirməkdən qorxur. O, dünyanın gücündən qorxmalıdır. Putin gücü başa düşür. Əgər söhbət Rusiya Federasiyasının təcrid olunmasından söhbət gedirsə, onda biz bunu etməliyik",-deyə Zelenski bildirib.
.
3-06-2023, 16:25
Prezident xanımı ilə andiçmə mərasimiylə bağlı səfərdədirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimində iştirak etmək üçün iyunun 3-də Ankaraya işgüzar səfərə gəlib. Ankara şəhərinin Esenboğa Hava Limanında dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.
3-06-2023, 16:12
İsrailin Misirlə sərhədində silahlı insident yaşandıİsrailin Misirlə sərhədində silahlı toqquşma yaşanıb. Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, sərhəd yaxınlığında açılan atəş nəticəsində iki İsrail əsgəri öldürülüb. Həlak olan hərbçilərdən biri qadındır. Açıqlamada İsrail ərazisinə girərək atəş açan şəxslə hərbçilər arasında qarşıdurma baş verdiyi və hücum edənin öldürüldüyü qeyd edilib. Sərhəddə baş verən hadisənin şəraitinin araşdırıldığı, bölgədə axtarış işlərinin aparıldığı bildirilib. Hadisə nəticəsində daha bir zabitin yaralandığı barədə məlumat yayılıb.
3-06-2023, 16:06
Ərdoğanın andiçmə mərasimi keçirildiYenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın bu gün andiçmə mərasimi keçirilib. Mərasim Türkiyə Böyük Millət Məclisində keçirilib. Ərdoğanı parlamentin müvəqqəti spikeri MHP sədri Dövlət Bağçalı qarşılayıb. O, parlamentin kürsüsündə and içib və daha sonra Türkiyə himni səsləndirilib. Türkiyə Prezidenti daha sonra Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacaq.
3-06-2023, 14:11
Şuşada aşkarlanan insan skeletlərinin kimə aid olmasıyla bağlı açıqlamaİyunun 2-də Dövlət Komissiyasından Şuşa həbsxanası yaxınlığında təsərrüfat işləri həyata keçirilərkən insan qalıqları aşkarlanması barədə məlumat daxil oldu. Bundan sonra biz Şuşaya ezam edildik və burada Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid insan skeleti qalıqları aşkara çıxardıq. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi, Xocavənd-Füzuli arxeoloji ekspedisiyasının rəisi Akif Quliyev söyləyib. “Yəqin ki, yaxın zamanda bu ərazidə tədqiqat işləri həyata keçiriləcək. Biz burada nə qədər insana aid skeletin olduğunu ondan sonra dəqiq deyə biləcəyik”, - deyə A.Quliyev qeyd edib.
3-06-2023, 14:11
Şuşada aşkarlanan insan skeletlərinin kimə aid olmasıyla bağlı açıqlamaİyunun 2-də Dövlət Komissiyasından Şuşa həbsxanası yaxınlığında təsərrüfat işləri həyata keçirilərkən insan qalıqları aşkarlanması barədə məlumat daxil oldu. Bundan sonra biz Şuşaya ezam edildik və burada Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid insan skeleti qalıqları aşkara çıxardıq. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi, Xocavənd-Füzuli arxeoloji ekspedisiyasının rəisi Akif Quliyev söyləyib. “Yəqin ki, yaxın zamanda bu ərazidə tədqiqat işləri həyata keçiriləcək. Biz burada nə qədər insana aid skeletin olduğunu ondan sonra dəqiq deyə biləcəyik”, - deyə A.Quliyev qeyd edib.
3-06-2023, 13:24
Şuşa şəhərində kütləvi məzarlıq aşkar edildiAzərbaycanın işğaldan azad edilən Şuşa şəhərində kütləvi məzarlıq aşkar edilib. Kütləvi məzarlıq Şuşa həbsxanasının ərazisində tapılıb. Bu, bir daha onu göstərir ki, Şuşa həbsxanasında azərbaycanlılar qanunsuz saxlanılıb və onlara ağır işgəncələr verilib, orada amansız zorakılıqlar törədilib. Aşkarlanan bu məzarlıq da həmin hadisələrin bariz nümunəsidir. Xatırladaq ki, daha əvvəl Başlıbel, Edilli, Fərrux ərazilərində də kütləvi məzarlıqlar aşkar edilmişdi.
3-06-2023, 13:14
Ukraynada PUA istehsalı genişləndirilirUkraynada pilotsuz uçuş aparatları (PUA) istehsalı genişləndiriləcək. Bu barədə Ukrayna ordusunun PUA zabiti Valeriy Borovik CNN-ə açıqlamasında bildirib. O qeyd edib ki, Ukraynadakı müdafiə zavodu ilə müqavilə imzalanıb. Proqnozlara görə, Ukraynada ayda 50 deyil, 1000-dən çox PUA istehsal ediləcək. Şirkətin hazırladığı “Vidsyiç” pilotsuz uçuş aparatı 40 km uçuş məsafəsinə malikdir və 2-3 kq ağırlığında döyüş başlığı daşıya bilir.
3-06-2023, 13:07
İlham Əliyev İndoneziyayla bağlı Anlaşma Memorandumunu təsdiqlədiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İndoneziya Respublikasının İşçi Qüvvəsi Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə fərman imzalayıb. Fərmana əsasən, 2022-ci il dekabrın 14-də Bakı və Cakarta şəhərlərində imzalanmış “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə İndoneziya Respublikasının İşçi Qüvvəsi Nazirliyi arasında əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiqlənib. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sənədin müddəalarının həyata keçirilməsini təmin edəcək. Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İndoneziya hökumətinə bildiriş göndərəcək.
3-06-2023, 12:55
Prezident İsraillə əməkdaşlığa dair sazişi təsdiqlədi
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş” təsdiqləyib. Dövlət başçısı bununla bağlı fərman imzalayıb. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi sazişin müddəalarının həyata keçirilməsini təmin edəcək. Azərbaycan Xarici İşlər Nazirliyi sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İsrail Dövləti Hökumətinə bildiriş göndərəcək. Qeyd edək ki, saziş 2023-cü il aprelin 19-da Bakı şəhərində imzalanıb.