Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
1-06-2023, 15:20
Makron İlham Əliyev və Paşinyanla Sammitin açılışında ayaqüstə danışdı


Makron İlham Əliyev və Paşinyanla Sammitin açılışında ayaqüstə danışdı

İyunun 1-də Moldovada Avropa Siyasi Birliyinin ikinci sammitinin açılış mərasimi zamanı Fransa Prezidenti Emmanuel Makron Azərbaycan lideri İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla salamlaşıb. Liderlər ayaqüstü söhbət ediblər. Daha sonra sammitdə iştirak edən dövlət və hökumət başçıları birgə foto çəkdiriblər. Qeyd edək ki, bu gün Moldovada Avropa Siyasi Birliyinin ikinci sammitinin açılış mərasimi olub. Sammit çərçivəsində İlham Əliyev, Paşinyan, Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Almaniya kansleri Olaf Şolz arasında beştərəfli görüş planlaşdırılır. Görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.


1-06-2023, 15:01
Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyirik - Qaribaşvili


Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyirik - Qaribaşvili

"Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını dəstəkləyir". Bunu Avropa Siyasi Birliyinin sammiti öncəsi keçirdiyi brifinqdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili deyib. O bildirib ki, belə təmaslar həm bu ölkələrin, həm də bütün regionun maraqlarına cavab verir. "Gürcüstan 44 günlük müharibədən sonra İrəvanla Bakı arasındakı təmaslarda vasitəçi kimi çıxış etdi. Bizim mövqeyimiz və rolumuz regionda sabitliyin və sülhün möhkəmləndirilməsi kontekstində neytral və qərəzsizdir", - Baş nazir qeyd edib.
1-06-2023, 14:33
Zelenski NATO-ya üzvlükdən danışdı: “Bu il qərar veriləcək ildir”


Zelenski NATO-ya üzvlükdən danışdı: “Bu il qərar veriləcək ildir”

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzvlük prosesindən danışıb. Bu barədə "Reuters" agentliyi yazıb. O bildirib ki, Kiyev alyans liderlərinin iyulda Vilnüsdəki görüşü zamanı NATO-dakı gələcəyi ilə bağlı “aydın” qərar almaq istəyir. Moldovada 40-dan çox avropalı liderin iştirakı ilə keçirilən sammitdə o, Ukraynanın keçən il Rusiyanın genişmiqyaslı işğalına başlamasından sonra Kiyevin qoşulmaq üçün müraciət etdiyi Avropa İttifaqından irəliləyiş istədiyini də bildirib. "Bu il qərar veriləcək ildir. Yayda NATO-nun Vilnüs sammitində Ukraynaya üzvlük üçün açıq-aydın dəvət və təhlükəsizlik təminatları lazımdır", - Zelenski deyib.
1-06-2023, 13:03
Prezident 2-ci Zirvə toplantısının açılış mərasimində iştirak etdi


Prezident 2-ci Zirvə toplantısının açılış mərasimində iştirak etdi

İyunun 1-də Moldovanın paytaxtı Kişineuda “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevi, Zirvə toplantısında iştirak edən digər dövlət və hökumət başçılarını qarşılayıb. Toplantı iştirakçıları birgə foto çəkdiriblər.

1-06-2023, 12:47
Türkiyə 1 ay ərzində İsveçin NATO-ya üzvlük müraciətinə baxacaq


Türkiyə 1 ay ərzində İsveçin NATO-ya üzvlük müraciətinə baxacaq

Türkiyə çox güman ki, bir ay ərzində İsveçin NATO-ya üzvlük müraciətinə baxacaq. Bununla bağlı "TASS" agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Türkiyənin əsas tələbi ödənilib. Belə ki, İsveç hökuməti terrorla mübarizə ilə bağlı qanunvericiliyinə düzəlişlər edib. “Ümumiyyətlə, iyulun 11-də NATO sammiti başlamazdan əvvəl Ankaranın qərarını (İsveçin NATO-ya üzv olmaq ərizəsi ilə bağlı) gözləməliyik",- deyə mənbə bildirib. Qeyd edilib ki, F-16 qırıcılarının Türkiyəyə satış məsələsi də həll olunacaq. Mənbənin verdiyi məlumata əsasən, pərdəarxası da olsa, bu məsələ İsveçin alyansa girməsi ilə bağlıdır.
1-06-2023, 12:34
Zelenski moldovalı həmkarıyla görüşdü


Zelenski moldovalı həmkarıyla görüşdü

Ukrayna prezidenti Volodimir Zelenski Moldova prezidenti Maya Sandu ilə görüşüb. Görüş Zelenskinin Moldovaya səfəri çərçivəsində baş tutub. Belə ki, Zelenski hazırda paytaxt Kişineu yaxınlığında keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Sandu ilə danışıqlar aparıb. "Biz tədbir başlamazdan əvvəl cəbhədəki vəziyyət, ikitərəfli gündəm və Avropaya inteqrasiya yolumuz haqqında çox yaxşı müzakirələr apardıq", - deyə qeyd olunub.
1-06-2023, 12:30
Müharibəni Putin başladıb və savaşa yalnız o, son qoya bilər - NATO


Müharibəni Putin başladıb və savaşa yalnız o, son qoya bilər - NATO

Ukrayna özünümüdafiə hüququna malik olduğu üçün Rusiya Federasiyasının ərazisinə hücum edə bilər. Bunu NATO baş katibi Yens Stoltenberq jurnalistlərin suallarını cavablandırarkən bildirib. "Biz müharibənin əvvəlində olduğu kimi eyni mövqedəyik - Ukraynanın özünü müdafiə etmək hüququ var. Özünümüdafiə hüququ BMT Nizamnaməsində təsbit olunub. Hazırda nə baş verdiyi ilə bağlı heç kəsin şübhəsi yoxdur. Prezident Putin və rəsmi Moskva Ukraynaya qarşı aqressiv müharibə aparır. Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”, – Stoltenberq Alyansa üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən əvvəl keçirdiyi brifinqdə deyib.
Müharibəni Putin başladıb və savaşa yalnız o, son qoya bilər: "Bu, sülh və sabitliyin yaradılması və müharibənin daha da genişlənməsinin qarşısını almağın yoludur. Biz Ukraynanı dəstəkləyirik. Biz Ukraynanı dəstəkləməyə davam edəcəyik. Nə qədər lazımdırsa, biz Ukraynanın tərəfində olacağıq".
1-06-2023, 12:09
Rusiya işğal etdiyi ərazilərimizi tərk etsə, müharibə tez bitər - Zelenski


Rusiya işğal etdiyi ərazilərimizi tərk etsə, müharibə tez bitər - Zelenski

Müharibə Ukrayna qalib gələnə qədər davam edəcək. Bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib. "Biz qələbə əldə edənə qədər dayanmayacağıq. Rusiya işğal etdiyi bütün ərazilərimizi tərk edərsə, müharibəni daha tez dayandıra bilər",- deyə Zelenski Moldovada jurnalistin suallarını cavablandırarkən deyib. Qeyd edək ki, bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Moldovaya səfərə gedib. O, Kişineuda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak edəcək.
1-06-2023, 11:54
Zakir Həsənov təhlükəsizlik istiqamətindəki tədbirlərdən danışdı


Zakir Həsənov təhlükəsizlik istiqamətindəki tədbirlərdən danışdı

Müdafiə naziri Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşdə çıxışında Qarabağ iqtisadi rayonunda qeyri-qanuni fəaliyyət göstərən, özlərini “parlament”, “prezident”, “nazir”, “deputat” adlandıran ünsürlər barədə səsləndirdiyi fikirləri və onlara tətbiq oluna biləcək amnistiya şərtlərini bir daha toplanış iştirakçılarının diqqətinə çatdırıb. Bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ilə iyunun 1-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təlim-metodiki toplanışla bağlı rəhbər heyətin məruzələrini dinləyərkən deyib. Müzəffər Ali Baş Komandanın Qarabağ iqtisadi zonasında təhlükəsizliyin təmin edilməsi ilə bağlı çıxışlarından irəli gələn, Azərbaycan Ordusunun qarşısında duran tapşırıqların qısa zamanda yerinə yetirilməsinin zəruriliyi qeyd edilib. Dövlətimizin başçısının Azərbaycan Ordusuna yüksək diqqət və qayğı göstərdiyini vurğulayan müdafiə naziri bildirib ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizlik tədbirlərinin daha da artırılması üçün 1 milyard 105 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər üçün 1 milyard manat əlavə edilməsi Orduda aparılan islahatlar çərçivəsində yeni müasir silah və hərbi texnikanın alınmasına imkan verəcək.
1-06-2023, 00:43
Çavuşoğlu iranlı həmkarıyla telefon danışığı apardı


Çavuşoğlu iranlı həmkarıyla telefon danışığı apardı

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir-Abdullahiyanla telefon danışığı aparıb. Bu barədə yerli mətbuat ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Əmir-Abdullahiyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi və parlament seçkilərində qazanılan uğurlar münasibətilə həmkarını təbrik edib. Telefon danışığı zamanı ikitərəfli əlaqələr də müzakirə olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!