Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
2-08-2023, 22:56
Güləşçilərimiz dünya çempionatında qızıl medal qazandı


Güləşçilərimiz dünya çempionatında qızıl medal qazandı

Azərbaycanın iki yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb.
45 kq-da Turan Daşdəmirov və 60 kq-da Roman Kərimov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Daşdəmirov finalda rusiyalı Rüstəm Abatsiyevə xalların keyfiyyətinə (4:4) görə qalib gələrək dünya çempionu olub. Kərimov isə həlledici görüşdə gürcüstanlı Saba Surmanidzeni məğlub edib.
92 kq-da mübarizə aparan Mikayıl İsmayılov isə bürünc medal uğrunda qarşılaşmada iranlı Əliəkbər Aşgarivaladidən güclü olub.
Daha əvvəl yunan-Roma güləşçilərindən Yusif Əhmədli (65 kq) mundialı gümüş medalla başa vurub.
2-08-2023, 21:59
“Qarabağ” “Rakuv”la qarşılaşdı - Oyun 1:1 hesabıyla yekunlaşdı


“Qarabağ” “Rakuv”la qarşılaşdı - Oyun 1:1 hesabıyla yekunlaşdı

“Qarabağ” UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsində Polşanın "Rakuv" komandasını qəbul edib.
Azərbaycan çempionu Polşada 2:3 hesabı ilə məğlub olduğu “Rakuv” klubu ilə Bakı Olimpiya Stadionunda qarşılaşıb.
Oyun 1:1 hesabı ilə yekunlaşıb. Nəticədə “Rakuv” turnirdə mübarizəni davam etdirib, Azərbaycan təmsilçisi Avropa Liqasına yuvarlanıb.
Qitənin ikinci dərəcəli klub turnirinin III təsnifat mərhələsindəki rəqib HİK (Finlandiya) - “Molde" (Norveç) cütünün qalibi olacaq.
Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsində Cəbəllütariq “Linkoln”unu hər iki görüşdə məğlub edərək (2:1, 4:0) mübarizədən kənarlaşdırıb.
2-08-2023, 21:19
Gənc fəal 30 sutkalıq həbs edildi


Gənc fəal 30 sutkalıq həbs edildi

Gənc fəal Afiəddin Məmmədov həbs edilib.
O, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə təqsirli bilinib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə A.Məmmədova 30 sutka inzibati həbs cəzası verilib.
2-08-2023, 20:58
Qarabağ kanalı daşdı - Kəndi su basdı


Qarabağ kanalı daşdı - Kəndi su basdı

Qarabağ kanalının daşması nəticəsində Bərdə rayonunun Qaraqoyunlu kəndində yaranmış fəsadların aradan qaldırıması istiqamətində tədbirlər görülür.
Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Qeyd edilib ki, Rayon Polis Şöbəsinin əməkdaşları və digər aidiyyəti qurumlar tərəfindən müvafiq işlər həyata keçirilir. Polis əməkdaşları sakinlərin və onların əmlakının təhlükəsiz şəkildə təxliyə edilməsi üçün zəruri tədbirləri davam etdirirlər.
2-08-2023, 20:44
Azərbaycan kinosunun 125 illiyi qeyd olundu


Azərbaycan kinosunun 125 illiyi qeyd olundu

Avqustun 2-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan kinosunun 125, “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi münasibətilə Milli Kino Gününə həsr olunmuş “Kinokonsert” adlı multimedia şousu təşkil olunub.
Tədbir Ümummilli Lider Heydər Əliyev və Azərbaycan kinematoqrafiyası mövzusunda videoçarxın nümayişi ilə başlanıb.
Tədbirdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Azərbaycan kinematoqrafiyasının keçdiyi uğurlu yoldan danışıb. Nazir bildirib ki, 125 il ərzində Azərbaycan kinematoqrafiyası bir sıra ölkələr üçün nümunə olacaq sənət nümayiş etdirib: “Biz sevinirik ki, bu gün kinematoqrafiya sahəsində gözəl sənətkarlarımız, ustadlarımız var. Bu sahədə yetərincə istedadlı və öz sözünü deməyi bacaran gənclərimizi də xüsusən qeyd etmək istərdim. Azərbaycan kinematoqrafiyasının hamisi kimi tanınan Ümummilli Lider Heydər Əliyev milli kinonun inkişafına xüsusi önəm verirdi. Prezident İlham Əliyev tərəfindən Azərbaycan Kinematoqrafiyasının inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılıb. 2008-2018-ci illərdə Dövlət Proqramının qəbul edilməsi, eyni zamanda, Azərbaycan filmlərinin çəkilişində dövlət investisiyalarının artırılması, həmçinin milli kinematoqraf məhsullarının nüfuzlu festivallara çıxması üçün şəraitin yaradılması, Azərbaycan Kino Agentliyinin təsis edilməsi məhz bu sahəyə olan qayğının və diqqətin göstəricisidir. Bu gün də Mədəniyyət Nazirliyi olaraq təşkil edilən Kino Forumundan başlayaraq bütün fəaliyyətimiz komanda şəklində bu sahədə olan problemlərin aradan qaldırılması üçün birgə çıxış yolu tapmaqdır. Kinomuzun tarixi uğurları timsalında düşünürəm ki, zamanla bizim kinematoqrafiya öz layiqli inkişaf yolunu tapacaq. Mən, eyni zamanda, bu günlərdə iki ittifaqın könüllü olaraq birləşməsini xüsusi qeyd etmək istərdim. Bu istiqamətdə bizim dəyərli sənətkarlarımız olan Rasim Balayev və Şəfiqə Məmmədova çox böyük bir addım atmış oldular. Düşünürəm ki, bu, Azərbaycan kinematoqrafiyası üçün böyük bir çağırış oldu. Bu sahəni inkişaf yoluna çıxara bilmək üçün bu cür birləşmək ən gözəl addımdır”.
Xalq artistləri Rasim Balayev və Şəfiqə Məmmədova kinematoqrafiyanın inkişafı istiqamətində görülməkdə olan mövcud işlərin təşkilindən məmnunluqlarını bildirərək, kino xadimlərinə uğurlar arzulayıblar.
Sonra bir qrup kino xadimləri və gənc kino işçiləri bir neçə gün əvvəl birləşmələri barədə bəyanat verən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Azərbaycan Kinematoqrafçılar İttifaqının təsis etdiyi xüsusi fəxri fərmanlarla təltif olunublar. Mükafatları Xalq artistləri Şəfiqə Məmmədova və Rasim Balayev təqdim ediblər.
Tədbirin davamında “Avanqard” kamera orkestrinin təqdimatında “Azərbaycanfilm” kinostudiyasının 100, Azərbaycan kinosunun 125 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib.
2-08-2023, 18:32
İranda həbsdə olan həmyerlimizə qarşı sürülən ittiham dəyişdirildi


İranda həbsdə olan həmyerlimizə qarşı sürülən ittiham dəyişdirildi

İranda həbsdə olan Azərbaycan vətəndaşı Fərid Səfərliyə qarşı irəli sürülən ittiham dəyişdirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin İranda həbs olunmuş Azərbaycan vətəndaşı Fərid Səfərli ilə bağlı yerli medianın sualına cavabında deyib.
Bildirilib ki, Xarici İşlər Nazirliyinin 9 mart və 2 iyun tarixli mətbuat açıqlamalarında qeyd olunduğu kimi, Fərid Səfərli barədə məlumat Xarici İşlər Nazirliyinə daxil olan gündən etibarən vətəndaşın aqibətinin və sağlamlıq vəziyyətinin öyrənilməsi, İran tərəfindən məsələyə aydınlıq gətirilməsi, vətəndaşın məhkəmə-prosessual hüquqlarının qorunması, eləcə də vəkillə təmin olunması istiqamətində həm Xarici İşlər Nazirliyi, həm də ölkəmizin Təbriz şəhərindəki Baş konsulluğu tərəfindən müvafiq iş aparılıb. Məsələ ilə bağlı, İran tərəfinə dəfələrlə rəsmi müraciətlər ünvanlanıb və mütəmadi əsasda müzakirələr aparılıb.Fərid Səfərlinin ailəsi və özü ilə əlaqə saxlanılıb. Təbrizdəki Baş konsulluğumuz tərəfindən Fərid Səfərli ilə görüşlər keçirilib, demək olar gündəlik əsasda onunla telefon vasitəsilə əlaqə saxlanılıb. Fərid Səfərliyinin valideyni ilə telefon əlaqəsi saxlamasına imkan yaradılıb.
Vətəndaşımızın hüquqlarının qorunması işinin təşkili ilə bağlı İran tərəfinə dəfələrlə edilmiş müraciətlərdən sonra, İran qanunvericiliyinə və məhkəmə prosesinin tələblərinə uyğun olaraq, qarşı tərəfdən bir neçə vəkil barədə məlumat Təbrizdəki Baş konsulluğumuz tərəfindən Fərid Səfərlinin ailəsinə təqdim olunub. Azərbaycanda yaşayan vəkilin prosesə cəlb olunmasının İran qanunvericiliyində nəzərdə tutulmadığı bildirilib.
Bununla yanaşı, İran tərəfinə məhkəmə iclaslarının keçirilmə tarixləri və Baş konsulluğumuzun rəsmilərinin iclaslarda iştirakı barədə sorğu ünvanlansa da, tərəfimizdən edilmiş bu müraciətlər İran tərəfindən cavablandırılmayıb və məhkəmə iclaslarında iştirak mümkün olmayıb. Bununla yanaşı, müraciətlərimizə baxmayaraq, təqsirləndirilən şəxs tərcüməçi ilə də təmin olunmayıb.
Eyni zamanda, müəyyən edilib ki, 19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı F.Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.
Fərid Səfərliyinin valideyninin oğlunu ziyarət etməsi üçün hazırda iş aparılır.
2-08-2023, 17:50
Putin Kadırovanı “Şərəf” ordeni ilə mükafatlandırdı


Putin Kadırovanı “Şərəf” ordeni ilə mükafatlandırdı

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan lideri Ramzan Kadırovun anası Aymani Kadırovanı təltif edib.
Putin Kadırovanı “Şərəf” ordeni ilə mükafatlandırıb.
Orden sahibinə təqdim edilib.
Qeyd edək ki, aktiv ictimai fəaliyyətə görə ordenlə təltif edilmə haqda fərman ötən ilin oktyabr ayında imzalanıb.
2-08-2023, 17:23
Daha bir ölkədə “TikTok” qadağan edildi


Daha bir ölkədə “TikTok” qadağan edildi

Qərbi Afrika ölkəsi Seneqalda "TikTok" növbəti xəbərdarlığa qədər qadağan edilib.
Bu barədə ölkənin Rabitə Nazirliyi yazılı açıqlama yayıb.
"TikTok" ölkənin sabitliyini təhdid edən nifrət dolu və dağıdıcı mesajlar yaymaq üçün bədxassəli insanların seçdiyi proqramdır”, - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, iyulun 31-də müxalifət lideri Ousmane Sonkonun həbsindən sonra Seneqal ictimai asayişi pozacaq sosial mediada nifrət mesajlarının və mümkün küçə etirazlarının qarşısını almaq üçün mobil interneti kəsib.
2-08-2023, 16:30
İranda neft emal edən zavod yanır


İranda neft emal edən zavod yanır

İranın qərbində yerləşən Loristan vilayətinin Durud rayonunda neft emalı zavodunda yanğın başlayıb.
Bu barədə İranın İRNA rəsmi xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Durud rayonunda yerləşən sənaye bölgəsindəki neft emalı zavodunda günortadan əvvəl baş verən yanğın zamanı iki nəfər xəsarət alıb.
Hadisənin səbəbi məlum deyil və yanğının qarşısının alınması istiqamətində işlər davam etdirilir.
2-08-2023, 16:09
Şimali Kiprin müstəqil tanınmaması üçün heç bir səbəb yoxdur - Deputat


Şimali Kiprin müstəqil tanınmaması üçün heç bir səbəb yoxdur - Deputat

BMT-nin Şimali Kipr Türk Respublikasını müstəqil dövlət kimi tanınmaması üçün heç bir səbəb yoxdur.
Bunu Böyük Britaniyanın Şimali İrlandiyadan olan deputatı Semmi Uilson deyib.
O, Şimali Kiprin müstəqil dövlət kimi tanınmasını dəstəkləyən məqalə yazıb. Deputat bildirib ki, Şimali İrlandiyada məzhəb və separatçı münaqişələrin və problemlərin sona çatması ilə nəticələnən müqavilə Yaxşı Cümə Müqaviləsi (1998-ci ildə) Kiprə də tətbiq oluna və Kipr probleminin siyasi həllinə kömək edə bilər.
Uilson qeyd edib ki, vasitəçilər Kipr türkləri ilə yunanlar arasında bu razılaşmaya vasitəçilik etməsi məntiq olar: "Böyük Britaniya bu rolu yerinə yetirə biləcəyinə inanınıram. Böyük Britaniya Kiprdə gələcək və daimi sülh razılaşması üçün şablon ola biləcək Yaxşı Cümə Sazişinin tərəfdarıdır".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!