"Paris-2024": İlham Zəkiyev bürünc medal qazandı .....                        "Ukraynadakı münaqişənin həlli üçün ilk addım sülh planı deyil" .....                        DİM sabah 9-cu və 11-cilər üçün buraxılış imtahanı keçirəcək .....                        Ukrayna ilə Rusiya Azərbaycandan vasitəçilik xahiş etsə... - Eks-nazirin şərhi .....                        Hərbçilərə güzəştli ipoteka kreditlərinin verilməsi qaydası təsdiqləndi .....                        Şuşaya qayıdan daha 27 ailəyə mənzillərin açarı verildi .....                        Xəyalların gerçəkləşdiyi məkan: Qarabağ və Şərqi Zəngəzur .....                        Mehriban Əliyeva Paralimpiya çempionunu təbrik etdi .....                        Ermənistan geri çəkildi - İrəvan Putinin “həbsi”nə imza atmadı .....                       
10-08-2023, 15:10
İsveçin Livandakı səfirliyinə qumbara atıldı


İsveçin Livandakı səfirliyinə qumbara atıldı

İsveçin Livandakı səfirliyinə naməlum şəxslər tərəfindən hücum edilib.
Səfirliyin binasının qapısına yandırıcı qumbara atılıb, lakin partlamayıb.
Bundan əvvəl Livanın "Hizbullah" partiyasının lideri Seyid Həsən Nəsrullah müsəlmanları "Qurani-Kərim"i qorumağa və onun yandırılmasının arxasında duranları cəzalandırmağa çağırıb.
Qeyd edək ki, son dövrlərdə İsveç və Danimarkada Quranın nümayişkəranə yandırılması aksiyaları baş tutub. Hadisə ilə əlaqədar bir sıra müsəlman ölkələrində etiraz aksiyaları keçirilib. Danimarka hökuməti Quranın yandırılmasını qadağan etmək üçün hərəkətə keçib.
10-08-2023, 14:48
Gürcüstanın sabiq prezidentinin vəziyyəti getdikcə pisləşir


Gürcüstanın sabiq prezidentinin vəziyyəti getdikcə pisləşir

Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvilinin vəziyyəti hər keçən gün pisləşir.
Barədə Gürcüstanın Ombudsman aparatı məlumat yayıb.
Bildirilir ki, o, aclıq aksiyası keçirir. Ombudman tərəfindən dəvət olunan mütəxəssis qrupu Saakaşvilinin saxlanıldığı “Vivamed” klinikasının sənədlərini təhlil edib və qiymətləndirmə aparıb.
Sabiq dövlət başçısının qanında leykositlərin azaldığı açıqlanıb, bu isə sümük iliyində olan problemlə əlaqədar olduğu ehtimal edilir.
Qeyd edək ki, Saakaşvili Ukraynadan Gürcüstüna qayıtdığı 2021-ci ilin oktyabr ayından bəri həbsdədir. O, dəfələrlə aclıq aksiyası keçirib. Səhhətində ağır problemlər yaranan eks-prezident bir müddət əvvəl müalicə müəssisəsinə köçürülüb.
10-08-2023, 14:09
Nəzir qutularından 13 min manat oğurlayan şəxs saxlanıldı


Nəzir qutularından 13 min manat oğurlayan şəxs saxlanıldı

Bakıda məsciddə nəzir qutularından 13 min manat oğurlayan şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, paytaxtın Yasamal rayonunda yerləşən məscidlərdən birində müxtəlif vaxtlarda ianə qutularının oğurlanması barədə polisə məlumat daxil olub. Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş paytaxt sakini Əli Novruzov saxlanılıb.
Araşdırmalarla onun oğurladığı ianə qutularının içərisində ümumilikdə 13 min manatdan artıq pul olduğu məlum olub.

10-08-2023, 13:30
BMT İranı edam və hicab qanunlarını ləğv etməyə çağırdı


BMT İranı edam və hicab qanunlarını ləğv etməyə çağırdı

Birləşmiş Millətlər Təşkilatı (BMT) İranı edam cəzasını və hicab qanunlarını ləğv etməyə çağırıb.
Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına və Baş Katibə təqdim edilən hesabatda bildirilib.
Hesabatda İranda artan edamları dayandırmaq və məcburi hicab qaydalarını geri götürməyə dair çağırış edilir.
Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatının məlumatına görə, təkcə bu il 350-dən çox iranlı edam edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36% çoxdur.
10-08-2023, 12:38
Türkiyənin 5 hərbiçisi şəhid oldu


Türkiyənin 5 hərbiçisi şəhid oldu

Türkiyə ordusunun 5 hərbçisi şəhid olub.
Bu barədə Milli Müdafiə Nazirliyinin rəsmi saytında məlumat yayılıb.
Bildirilib ki, "Pençe-Kilit" əməliyyatının keçirildiyi zonada bölücü terror təşkilatının üzvləri tərəfindən açılan atəş nəticəsində Fatih Uğur Altınbaş, Kemal Özek, Özkan Lale, Uğur Özdemir, Mahmud Üçdağ şəhid olub.
"Bizə dərin kədər və hüzn verən bu hadisədə həyatını itirən şəhidlərimizə Allah rəhmət eləsin. Onların kədərli ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və millətimizə başsağlığı və səbr, yaralılarımıza isə şəfa diləyirik", - deyə qeyd olunub.
10-08-2023, 11:50
Sabahın havası


Sabahın havası

Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın temperaturu gecə 24-28° isti, gündüz 35-39°, bəzi yerlərdə 41-42° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacağı, şərq küləyi əsəcəyi bildirilir.
Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti, dağlarda gecə 15-20° isti, gündüz 28-33° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!