Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
8-08-2023, 18:18
Kanadadan İrana yeni sanksiya


Kanadadan İrana yeni sanksiya

Kanada İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Bu barədə Kanada Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, rəsmi Ottava beynəlxalq sülh və təhlükəsizliyə təhdid hesab etdiyi fəaliyyətlərinə görə İranın bir sıra məmurlarını "qara siyahı"ya daxil edib.
Sanksiya tətbiq edilən şəxslər arasında İranın Ali Milli Təhlükəsizlik Şurasının Baş katibi Əli Əkbər Əhmədian, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri və Strateji Mərkəzinin keçmiş komandiri və digər yüksək səviyyəli İran rəsmiləri var.
8-08-2023, 17:52
Fransanın Marsel şəhəri zibilxanaya çevrildi


Fransanın Marsel şəhəri zibilxanaya çevrildi

Fransanın Marsel şəhərində təmizlik işçilərinin tətilə başlaması səbəbindən qatar stansiyalarında zibil qalaqları yaranıb.
Təmizlik şirkətinin işçiləri maaşlarının verilməməsinə və bəzən gecikdirilməsinə etiraz olaraq tətil keçirirlər.
Marseldə 8 gündür davam edən tətil nəticəsində şəhər küçələri zibilxanaya çevrilib, şəhərə üfunət iyi yayılıb.
İşçilər səslərini səlahiyyətli orqanlara çatdıra bilmədiklərini əsas gətirərək işlərin dayandırılmasını uzatmağa qərar veriblər.
Fransanın dəmir yolu şirkəti SNCF isə problemin ən qısa zamanda həlli üçün işçilərin maaşlarını ödəməkdən məsul olan Lazer şirkətinə rəsmi bildiriş göndərdiklərini açıqlayıb.



8-08-2023, 17:43
İran rəsmisi səfirliyə hücum edənlərin layiqli cəza alacaqlarını bildirdi


İran rəsmisi səfirliyə hücum edənlərin layiqli cəza alacaqlarını bildirdi

Avqustun 8-də İran İslam Respublikası Baş prokurorunun təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Mehdi Əmiri İsfahaninin rəhbərlik etdiyi, xarici işlər və digər aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri başlayıb.
Baş Prokurorluqdan verilən məlumata görə, ilk növbədə nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib. Qonaqlar, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini anıblar.
Nümayəndə heyətini qəbul edən Kamran Əliyev ötən il avqustun 30-da İran İslam Respublikasına səfəri çərçivəsində prokurorluq və ədliyyə orqanlarının rəhbər şəxslərilə qarşılıqlı görüşlərdə hər iki ölkə vətəndaşlarının hüquqlarının qorunması, sərhəd, gömrük, ekoloji, cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya, humanitar və digər məsələlər barədə aparılan müzakirələrin qurumlararası fəaliyyətə müsbət təsirini qeyd edib.
Kamran Əliyev İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Müntəzirinin Ali Məhkəməsinin sədri, Məhəmməd Mohadinin isə ölkənin Baş prokuroru təyin edilməsi münasibətilə həmkarlarına təbriklərini çatdırıb.
Qəbul zamanı cari il yanvarın 27-də ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə əlaqədar Azərbaycan və İranın aidiyyəti qurumlarında istintaq olunan cinayət işləri barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Baş prokuror İran tərəfindən cinayət işinin tam və hərtərəfli araşdırılmasının, bütün iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunmasının, habelə, hüquq-mühafizə orqanları əməkdaşlarının hadisə vaxtı göstərdiyi fəaliyyətsizliyin, bu terror aktının törədilməsinin səbəb və hallarının yoxlanılmasının, cinayəti törətmiş və cinayətlə əlaqəsi olan bütün şəxslərə qanunla nəzərdə tutulmuş layiqli cəzanın verilməsinin zəruriliyini vurğulayıb.
Mehdi Əmiri İsfahani cari ilin yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş hücumdan təəssüf hissi keçirdiyini bildirirək, Azərbaycan xalqına, hadisə nəticəsində şəhid olmuş və zərərçəkmiş şəxslərin ailə üzvlərinə başsağlığı verib. Bundan başqa, o, cinayət işinin istintaqının gedişatı barədə ətraflı məlumat verərək qısa müdət ərzində istintaqın tamamlanaraq iş üzrə qanuni qərarın qəbul olunmasının təmin ediləcəyini və təqsirli şəxslərin layiqli cəza alacağını bildirib.
Daha sonra nümayəndə heyəti Baş Prokurorluğun yeni inzibati binası, həmçinin Zəfər muzeyi ilə tanış olub.
Nümayəndə heyətinin səfəri davam edir. Səfər çərçivəsində nümayədə heyəti prokurorluq və aidiyyəti istintaq qurumlarının istirakı ilə görüşlər keçirərək cinayət işinin istintaqı və digər aidiyyəti məsələlərlə bağlı müzakirələr aparacaq.



8-08-2023, 17:31
2023-cü ilin ən çox gəlir gətirən qorxu filmi bəlli oldu


2023-cü ilin ən çox gəlir gətirən qorxu filmi bəlli oldu

“Stage 6 Films” və “Blumhouse Productions”ın birgə istehsalı olan “Astral 5: Qırmızı qapı” filmi 182,5 milyon dollar qazancla cari ilin ən çox gəlir gətirən qorxu filmi olub.
Patrik Vilsonun rejissorluğu ilə çəkilən ekran əsəri nümayişlərdən gələn gəlirə görə, 180,8 milyon dollar qazancı olan “M3Qan” filmini üstələyib.
Ekran əsərində əsas rollarda Rous Börn, Tay Simpkins, Lin Şaye və Li Uannell çəkiliblər.
Bu günə qədər “Astral” layihəsinin bütün bölümləri dünya üzrə 735 milyon dollardan çox gəlir əldə edib.
8-08-2023, 16:58
Türkiyədə saxlanılaraq ölkəyə gətirilən alimin həbsinə qərar verildi


Türkiyədə saxlanılaraq ölkəyə gətirilən alimin həbsinə qərar verildi

Qubad İbadoğlunun işi ilə əlaqədar Türkiyədə saxlanılaraq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımov cinayət məsuliyyətinə cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə F.Qasımov barəsində 3 ay 12 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Fazil Qasımov Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində davam edən cinayət işi üzrə istintaqa cəlb edilib.
15 gün əvvəl eyni maddə ilə- CM-nin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) Q. İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
8-08-2023, 16:27
Sarkozi Moskvanın şərtləri ilə məni atəşkəs imzalamağa inandırdı - Saakaşvili


Sarkozi Moskvanın şərtləri ilə məni atəşkəs imzalamağa inandırdı - Saakaşvili

Gürcüstanın hazırda həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili Fransanın sabiq lideri Nikola Sarkozinin 2008-ci ildə imzalanması üçün Tbilisiyə gətirdiyi atəşkəs sazişinə dair danışıqların təfərrüatlarını açıqlayıb.
Eks-prezident Sarkozinin 15 il əvvəl ona atəşkəs sazişini imzalamalı olduğunu söylədiyini deyib.
“Sarkozi mənə dedi ki, əgər atəşkəs sazişini imzalamasan, ruslar sabah Tbilisidə olacaq, Putin səni öldürməkdə qərarlıdır. Mən qoşun göndərə bilmərəm və Buş (ABŞ-ın ovaxtkı lideri Corc Buş) da göndərməyəcək. O, bu ifadəni dəfələrlə təkrarlayıb. Moskvanın şərtləri ilə məni atəşkəs imzalamağa inandırdı”, - Saakaşvili feysbuk hesabında yazıb.
“Lex Kaçinski(Polşanın sabiq prezidenti-red) belə bir razılaşmanın tətbiq olunduğunu biləndə görüşə qoşulmağa çalışdı, lakin Fransa tərəfi buna getmədi”, - Saakaşvili əlavə edib.
Burada söhbət Saakaşvilinin imzalamaqdan imtina etdiyi “Cənubi Osetiya və Abxaziyanın statusu gələcəkdə beynəlxalq danışıqlar nəticəsində müəyyən edilməlidir” bəndindən gedirdi.
Qeyd edək ki, Gürcüstanın hazırkı hakimiyyəti Rusiya ilə müharibəyə görə Mixail Saakaşvilini ittiham edir. Baş nazir İrakli Qaribaşvili bugünkü çıxışında Saakaşvilini Rusiyaya işləməkdə günahlandırıb.
8-08-2023, 16:11
Bu il dərslərin nə zaman başlayacağı müəyyənləşdi


Bu il dərslərin nə zaman başlayacağı müəyyənləşdi

Bu il dərslərin 15 sentyabrda başlaması təsbit edilib.
Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
“Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarına əsasən, həmçinin hər il Elm və Təhsil Nazirliyinin əmri ilə təsdiq edilən tədris planlarında ümumi təhsil müəssisələrində tədris ilinin 15 sentyabrda başlaması təsbit edilib” - nazirliyin məlumatında qeyd olunub.
8-08-2023, 16:01
Viza prosedurlarının sadələşdirilməsiylə bağlı Sərəncam imzalandı


Viza prosedurlarının sadələşdirilməsiylə bağlı Sərəncam imzalandı

Bakı şəhərində keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin ilə bağlı Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurları sadələşdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sənədə əsasən, 74-cü Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar Azərbaycana gələn və bu Sərəncamın 2-ci hissəsində qeyd edilən sənədlərdən hər hansı birini təqdim edən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il sentyabrın 20-dən oktyabrın 7-dək Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza ala bilərlər. Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir:
74-cü Beynəlxalq Astronavtika Konqresinin beynəlxalq təşkilatçısı olan Beynəlxalq Astronavtika Federasiyasının müvafiq qaydalarına uyğun olaraq elektron qeydiyyat sistemi vasitəsilə qeydiyyatdan keçməni təsdiq edən sənəd;
Bu Konqreslə əlaqədar Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin rəsmi dəvət məktubu.
Xarici İşlər Nazirliyi Konqreslə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə Beynəlxalq Astronavtika Federasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat verməlidir.
Nazirlik, eyni zamanda, Konqreslə əlaqədar Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, eləcə də Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etməlidir.
Dövlət Miqrasiya Xidmətinə isə Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərinə Beynəlxalq Astronavtika Konqresi ilə əlaqədar ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə məlumat vermək tapşırılıb.
8-08-2023, 15:54
Elçin Əmirbəyovun “LeMonde” qəzetində müsahibəsi dərc edildi


Elçin Əmirbəyovun “LeMonde” qəzetində müsahibəsi dərc edildi

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Fransanın aparıcı “LeMonde” qəzetində müsahibəsi dərc edilib.
Jurnalist Emanuel Qrinzspanın Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyət, xüsusilə də Laçın yolu ilə bağlı suallarını cavablandıran Elçin Əmirbəyov, Qərb mətbuatında yer alan və guya yolun bağlanması ilə əlaqədar əsassız iddialara cavab verib.
Prezidentin nümayəndəsi 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata uyğun olaraq Laçın yolunun humanitar məqsədlər üçün istifadə edilməli olduğunu, lakin iki il yarım müddət ərzində Ermənistanın bu yoldan qeyri-qanuni məqsədlər, o cümlədən Azərbaycan ərazisinə silahlı qüvvələrini, habelə silah-sursat göndərmək üçün sui-istifadə etdiyini bildirib. O, Qarabağda yaşayan ermənilərin sayının 120.000 kimi göstərilməsinin həqiqətə uyğun olmadığını və əslində burada 50.000 erməninin, o cümlədən 10.000 qanunsuz erməni silahlı qüvvənin olduğunu vurğulayıb.
AR Prezidentinin xüsusi nümayəndəsi müxbirin erməni hərbçilərini öz vətəndaşınız hesab edirsinizmi sualına cavab olaraq, bu ermənilərin Azərbaycan ərazisinə üçtərəfli bəyanata zidd olaraq, qeyri-qanuni daxil olan Ermənistan silahlı qüvvələrinin üzvləri olduğunu qeyd edib. Azərbaycan tərəfinin bu səbəbdən 23 aprel tarixində beynəlxalq hüquqa uyğun olaraq Laçında nəzarət məntəqəsi yaratdığını söyləyib.
Laçın yolundan hazırda tibbi ləvazimatların keçdiyi və humanitar məqsədli yüklərin Azərbaycanın Ağdam və Füzuli ərazisindən keçməsi təklifinin isə ermənilər tərəfindən qəbul edilmədiyi qarşı tərəfin diqqətinə çatdırılıb.
E.Əmirbəyov vurğulayıb ki, əgər həqiqətən də vəziyyət təqdim edildiyi kimi faciəvi olsaydı, insanlar humanitar yardımın hansı istiqamətdən gəldiyi əhəmiyyət verməzdi; demək ki, qondarma üzdəniraq “hakim dairələr” orada yaşayan ermənilərin əksəriyyətini girov saxlayırlar, çünki sosial şəbəkələrdə narazılıqlar eşidilir. Qondarma hakim qüvvələr bu vəziyyətdən Azərbaycan əleyhinə beynəlxalq səviyyədə təzyiq məqsədilə istifadə etmək istəyirlər.
E.Əmirbəyov müsahibədə Vaqif Xaçatryanın həbs edilməsi ilə əlaqədar həqiqətlərdən bəhs edib, onun birinci Qarabağ müharibəsi zamanı mülki azərbaycanlılara qarşı müharibə cinayətləri törədən şəxslər siyahısında olduğunu diqqətə çatdırıb.
Xüsusi nümayəndə, jurnalistin Azərbaycanın avtoritar rejim olması ilə bağlı təxribatçı sualına cavab olaraq, Azərbaycanın demokratik ölkə olduğunu vurğulayıb və insan hüquqları məsələsinə gəldikdə, Fransa da daxil olmaqla heç bir ölkənin mükəmməl olmadığı müxbirin diqqətinə çatdırılıb.
8-08-2023, 15:49
Dünyaşöhrətli ifaçı yenidən Bakıya gəlir


Dünyaşöhrətli ifaçı yenidən Bakıya gəlir

Oktyabrın 14-də Heydər Əliyev Sarayında əfsanəvi “Modern Talking” qrupunun solisti, dünyaşöhrətli ifaçı, bəstəkar və prodüser Tomas Anders konsert proqramı ilə çıxış edəcək.
Sarayın mətbuat xidmətindən verilən məlumata görə, özünəməxsus ifaları ilə milyonların qəlbini fəth edən alman pop ifaçısı öz repertuarında olan unudulmaz mahnıları ilə pərəstişkarları qarşısında çıxış edəcək.
Qeyd edək ki, 1963-cü ildə Almaniyanın Kolbens şəhərində alman və italyan əsilli ailədə anadan olan Tomas Anders uşaqlıq illərində gitara və fortepianoda ifa etməyi öyrənib. O, 1979-cu ildə "Radio-Lüksemburq" yarışmasının qalibi olub. Onun ilk sinqlı "Judy" 1980-ci ildə çıxır. 1984-cü ildə isə T.Anders həmkarı Diter Bolen ilə tanış olur. Bəstəkar və prodüser D.Bolen özünün "Was macht das schon" adlı mahnısını T.Anderslə birgə ifa edir.
1983–1984-cü illərdə musiqiçilər "Wovon traumst du denn" adlı alman dilində 5 sinqldan ibarət albom buraxırlar. Sonra 1984-cü ildə musiqiçilər “Real Life” qrupunun "Catch me İ`m falling" hit mahnısı üzərində işləyirlər. Onlara məşhurluq gətirən ilk mahnı isə 1984-cü ilin sentyabrında buraxılan "You`re my heart, you`re my soul" hiti olur. Mahnı ilk əvvəl musiqisevərlərin layiqli qiymətini ala bilmir və yalnız "Formel Eins" proqramından sonra əsl populyarlığına qovuşur.
Sinql əvvəlcə alman, sonra isə Avropa hit-paradlarını fəth edir. Duetin adı “Modern Talking” olur. Bir müddətlik uğurlu birgə fəaliyyətdən sonra, qrup üzvləri 1987-ci ildə qarşılıqlı razılıq əsasında ayrılırlar. Bir xeyli müddətdən sonra, 1998-ci ildə "Modern Talking" yenidən bir araya gəlir, lakin 2003-cü ildə qarşılıqlı razılıq əsasında növbəti dəfə ayrılırlar. 2003-cü ildən etibarən Tomas Anders öz solo karyerasına başlayır və yenidən böyük məşhurluq qazanır.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!