Azərbaycanın “Kəlağayı Bayramı” .....                        Fəridə Səfiyevanın “İrəvan tarixi sənədlərin dili ilə” .....                        "Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                       
7-08-2023, 12:27
Cənubi Qafqazda sabitliyin formalaşması üçün çalışırıq - Hakan Fidan


Cənubi Qafqazda sabitliyin formalaşması üçün çalışırıq - Hakan Fidan

Cənubi Qafqazda normallaşma prosesi sürətlənib.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən “14-cü Səfirlər Konfransı”nın açılış mərasimində deyib.
“Cənubi Qafqazda sabitlik, rifah və təhlükəsizliyin təminatı üçün Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılma prosesinin paralel olaraq irəliləməsi vacibdir”, - nazir bildirib.
Onun sözlərinə görə, regionda sabitliyin təmin olunmasında koordinasiyalı fəaliyyət önəmlidir. “Cənubi Qafqazda sabitliyin formalaşması üçün çalışırıq” - XİN başçısı əlavə edib.
7-08-2023, 11:53
Prezident Samux Xəstəxanasının yeni binasının açılışında


Prezident Samux Xəstəxanasının yeni binasının açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Samux Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.
Dövlətimizin başçısına xəstəxanada yaradılan şərait barədə məlumat verildi.
Qeyd olundu ki, Samux Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 2019-cu ildə başlanılıb. İnşaat işləri bu ilin avqustunda başa çatdırılıb. İki hektar sahədə inşa olunan xəstəxana 90 çarpayılıqdır. Tibb müəssisəsinin üçmərtəbəli binasında əhaliyə ən müasir tələblər səviyyəsində səhiyyə xidməti göstərilməsi üçün lazımı şərait yaradılıb. Belə ki, xəstəxana Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyə istehsalı olan ən müasir avadanlıqla təchiz edilib.
Tibb müəssisəsində cərrahiyyə, terapiya, uşaq xəstəlikləri, nevrologiya, ginekologiya, travmatologiya, LOR, infeksion xəstəliklər, şüa-diaqnostika, reanimasiya, qəbul, laboratoriya, doğuş, hemodializ, təcili tibbi yardım şöbələri fəaliyyət göstərəcək. Ərazidə əsas korpusla yanaşı, yoluxucu xəstəliklər korpusu və digər yardımçı sahələr üçün binalar inşa olunub.
Burada yaradılan şəraitdən görünür ki, vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlətimizin başçısının daim diqqətində və nəzarətindədir.






7-08-2023, 10:45
Şovi kurort mərkəzi tamamilə məhv oldu


Şovi kurort mərkəzi tamamilə məhv oldu

Gürcüstanın qərbində, Raça yüksək dağlıq rayonunda baş vermiş torpaq sürüşməsi nəticəsində Şovi kurort mərkəzi tamamilə məhv olub.
Bunu jurnalistlərə açıqlamasında Tbilisi şəhərinin meri, “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının baş katibi Kaxa Kaladze bildirib.
Onun sözlərinə görə, Şovidə baş verənlər çox ciddi problemlər yaradıb. Belə ki, infrastruktur dağılıb, Şovi palçıq altında qalıb. Kaladze deyib ki, sürüşmə zonasında fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, faciə nəticəsində həlak olmuş 18 nəfərin cəsədi tapılıb, təxminən 20 nəfərin axtarışları davam etdirilir. Ölənlərdən 14-nün şəxsiyyəti müəyyən edilib. Onlar arasında Rustavidən olan 18 yaşlı etnik azərbaycanlı Samirə İsayeva, həmçinin bir Rusiya vətəndaşı var.
6-08-2023, 22:30
Hər şey edilməlidir ki, Ukrayna Silahlı Qüvvələri səmada qalib gəlsin - Zelenski


Hər şey edilməlidir ki, Ukrayna Silahlı Qüvvələri səmada qalib gəlsin - Zelenski

"Ukraynanın hava qalxanı bütün Avropanın təhlükəsizliyinə zəmanət verəcək
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, təkcə bu həftə Rusiya Silahlı Qüvvələri Ukraynaya 65 müxtəlif raketdən, 178 hücum pilotsuz uçuş aparatından istifadə edib, onlardan 87-si "Şahed"dir:
"Əhəmiyyətli bir hissəsi məhv edilib. Ona görə hər şey edilməlidir ki, Ukrayna Silahlı Qüvvələri səmada qalib gəlsin".
6-08-2023, 21:57
Krım körpüsü vuruldu


Krım körpüsü vuruldu

Krımı Ukrayna ilə birləşdirən Çonqarski və Geniçesk körpülərinə raket zərbələri endirilib.
Rusiya rəsmiləri hücumun Ukrayna tərəfindən həyata keçirildiyini bildirib.
Ukrayna Silahlı Qüvvələri məlumatı təsdiqləyib. Ordunun Strateji Rabitə Mərkəzinin rəsmi Telegram kanalında bu barədə məlumat yayılıb.
“Saat 15:00 radələrində Ukrayna Müdafiə Qüvvələri işğalçıların iki əsas rabitə marşrutunu - Çonqarski və Geniyski avtomobil körpülərini vurdu”, - kanalda qeyd olunur.
6-08-2023, 21:12
Üçüncü dünya müharibəsinin qarşısını yalnız mən ala bilərəm - Tramp


Üçüncü dünya müharibəsinin qarşısını yalnız mən ala bilərəm - Tramp

Üçüncü dünya müharibəsinin qarşısını yalnız mən ala bilərəm.
Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
“Hazırda silahlar o qədər güclüdür ki, bütün dünyanı məhv etməyə qadirdir. Mən buna icazə verməyəcəyəm. Və inanıram ki, bunu edə bilən yeganə şəxs mənəm”, - deyə o, ABŞ-ın Cənubi Karolina ştatında çıxışı zamanı bildirib.
Trampın sözlərinə görə, o, 2024-cü ildə ABŞ prezidenti seçkilərində qalib gələ bilsə, dünyada siyasi vəziyyəti sabitləşdirmək niyyətindədir. O vurğulayıb ki, Ağ Evin hazırkı sahibi Co Baydenin administrasiyası üçüncü dünya müharibəsinin qarşısını almaq iqtidarında deyil.
6-08-2023, 20:41
Tehranda yerləşən beş binada uçqun baş verdi - 3 ölü, 11 yaralı


Tehranda yerləşən beş binada uçqun baş verdi - 3 ölü, 11 yaralı

İranın paytaxtı Tehranda yerləşən beş binada uçqun baş verib.
Hadisə nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.
Qəza qanunsuz tikililərin sökülməsi zamanı baş verib. Dağıntılar altında qalan şəxslərin polis və bələdiyyə işçiləri olduğu bildirilir.
Məlumata görə, ölən şəxslərdən biri polis polkovnikidir.
6-08-2023, 19:39
Səudiyyə Ərəbistanının hazırladığı sülh planı müzakirə edildi


Səudiyyə Ərəbistanının hazırladığı sülh planı müzakirə edildi

Ciddədə Rusiya və Ukrayna arasında hərbi münaqişənin nizamlanması üzrə danışıqlarda Səudiyyə Ərəbistanı və bir sıra digər ölkələrin hazırladığı sülh planı müzakirə edilib.
Bu barədə DPA agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, yeni sülh planına Ukraynanın ərazi bütövlüyünün qorunması, bütün cəbhələrdə atəşkəs, BMT-nin nəzarəti altında sülh danışıqlarının başlanması və əsirlərin dəyişdirilməsi maddələri daxildir.
DPA mənbələri yeni sülh planının hazırlanmasında Səudiyyə Ərəbistanından başqa hansı ölkələrin iştirak etdiyini açıqlamayıb. Bildirilir ki, Səudiyyə hakimiyyəti məsləhətləşmələrin gedişi barədə Rusiyanı məlumatlandırıb.
Xatırladaq ki, Ciddədə iki günlük danışıqlar avqustun 5- də başlayıb. İclasda 30-dan çox ölkə iştirak edir. Rusiya görüşə dəvət edilməsə də, nəticələr barədə Moskvaya məlumat veriləcək.
6-08-2023, 14:48
Basketbol yığmamız Avropa çempionatında beşinci oldu


Basketbol yığmamız Avropa çempionatında beşinci oldu

Azərbaycanın 18 yaşadək oğlan basketbolçulardan ibarət milli komandası Bakıda keçirilən Avropa çempionatının "C" divizionunda 5-ci olub.
5-9-cu yerlər uğrunda mübarizədə sonuncu oyununa çıxan yığma "Sərhədçi" İdman Mərkəzində San Marino ilə qarşılaşıb və rəqibinə 69:63 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, final oyunu saat 20:00-da Monako və Cənubi Kipr yığmaları arasında keçiriləcək.
6-08-2023, 14:41
Türkiyənin viza rejiminin sadələşdirilməsi məsələsi payızda müzakirə olunacaq - Aİ


Türkiyənin viza rejiminin sadələşdirilməsi məsələsi payızda müzakirə olunacaq - Aİ

"Türkiyənin viza rejiminin sadələşdirilməsi məsələsi payızda müzakirə olunacaq".
Bunu Avropa İttifaqının (Aİ) yüksək rütbəli rəsmisi İHA-ya bildirib.
"Biz bu müzakirənin nəticəsini proqnozlaşdıra bilmərik. Türkiyə ortaq maraq doğuran bir çox sahədə namizəd ölkə və əsas tərəfdaş olmaqda davam edir", - o vurğulayıb.
Türkiyənin Aİ-yə üzvlük prosesində qısa müddətdə hansı addımların atılacağını qiymətləndirən Aİ rəsmisi qeyd edib ki, Aİ-Türkiyə münasibətləri barədə Avropa Şurasının müəyyən etdiyi alətlər və variantlar əsasında strateji və gələcəyə hesablanmış bir şəkildə irəliləmək məqsədi ilə Şuraya təqdim olunacaq hesabat payızda müzakirə ediləcək. Hələ iyul ayında xarici işlər nazirləri mövcud fikir ayrılıqlarını aradan qaldırmağa çalışarkən Aİ-nin Türkiyə ilə yenidən əlaqə saxlaması və ortaq maraqlar üzərində qurulmasının zəruriliyi barədə fikir mübadiləsi aparıblar.
O, Türkiyənin Avropa Birliyinə tam üzvlüklə bağlı hansı mərhələləri tamamladığını da açıqlayıb: "Üzvlük danışıqlarındakı fasilədən əvvəl (2018-ci ildən) Aİ və Türkiyə cəmi 35 müzakirə fəslindən 16-nı açdı. Yalnız elm və tədqiqat bölməsi müvəqqəti olaraq bağlanıldı. 2006-cı ildə Şura Türkiyənin Kiprlə əlaqəli məhdudiyyətləri ilə bağlı 8 fəslin açılmayacağına və Türkiyənin Aİ-Türkiyə Tərəfdaşlıq Anlaşmasına Əlavə Protokol üzrə götürdüyü öhdəlikləri yerinə yetirənə qədər heç bir fəslin müvəqqəti bağlanmayacağına qərar verdi”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!