20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
4-08-2023, 21:37
Şahmatçılarımız Dünya Kubokunda qələbə qazandı


Şahmatçılarımız Dünya Kubokunda qələbə qazandı

Bakıda keçirilən Dünya Kubokunda ikinci mərhələnin tay-brek görüşləri sona çatıb.
Azərbaycan şahmatçısı Nicat Abasov Fransa təmsilçisi Loran Fressine ilə dueldən qalib ayrılıb. İlk görüşdə qalib olan Nicat növbəti oyunda heç-heçə oynamaqla mərhələ adlayıb.
Təmsilçimiz Rauf Məmmədov Aleksandr Predkeni mübarizədən kənarlaşdırıb. Serbiyalı şahmatçı ilk iki görüşdə heç-heçəyə razılaşıb. Üçüncü partiyada Rauf Məmmədov qələbə qazanıb. Dördüncü oyun növbəti heç-heçəni rəsmiləşdirib. Yekunda 2,5-1,5 hesablı nəticə Rauf Məmmədovu üçüncü mərhələyə daşıyıb.
Abdulla Qədimbəyli İspaniya şahmatçısı David Quijjaronu üstələyib. İyirmi yaşlı şahmatçılar arasında dünya çempionu olan Qədimbəyli ilk partiyada rəqibini mat edib. İkinci görüş isə heç-heçə yekunlaşıb.
Günün ən uzun davam edən görüşlərindən biri Qədir Hüseynovla danimarkalı Yonas Byerre arasında oynanılıb. İlk iki görüş heç-heçə ilə başa çatandan sonra şahmatçılar hərəyə bir qələbə qazanıb. Beşinci oyunu qazanan Qədir altıncı görüşdə heç-heçəyə nail olub.
Qeyd edək ki, III mərhələnin görüşləri sabah keçiriləcək.
4-08-2023, 20:29
Çin Ukraynayla bağlı beynəlxalq konfransda iştirak edəcək


Çin Ukraynayla bağlı beynəlxalq konfransda iştirak edəcək

Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi, Çinin Moskvadakı keçmiş səfiri Li Hui Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı beynəlxalq konfransda iştirak edəcək.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib
30-dan çox ölkənin nümayəndələrinin görüşü avqustun 5-6-da keçiriləcək. Rusiya sammitə dəvət edilməyib.
"Səudiyyə Ərəbistanı Krallığının dəvəti ilə Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Ukrayna üzrə Beynəlxalq Konfransda iştirak etmək üçün Ciddəyə gedəcək", - sözçü qeyd edib.
O bildirib ki, Pekin Ukrayna böhranının siyasi yollarla həlli üçün beynəlxalq ictimaiyyətlə işləməyə hazırdır.
4-08-2023, 20:13
Quranı yandıran şəxs barədə həbs qərarı çıxarıldı


Quranı yandıran şəxs barədə həbs qərarı çıxarıldı

Türkiyə Prokurorluğu İsveçdə Quranı yandıran şəxs barədə həbs qərarı çıxarıb.
Bu barədə TRT kanalı məlumat yayıb.
Bildirilir ki, Ankara Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində İsveçin paytaxtı Stokholmda Quranı yandıran Bəhrami Mərcanın qiyabi həbsinə qərar verilib.
Qeyd edək ki, İran əsilli Bəhrami Mərcan dünən Stokholmda polisin iştirakı ilə Quranı yandırıb.
4-08-2023, 19:40
Futbola baxmağa gedən 17 yaşlı gənc itkin düşdü


Futbola baxmağa gedən 17 yaşlı gənc itkin düşdü

Bakıda 17 yaşlı yeniyetmə itkin düşüb.
Ötən gün Abdulrəhmanlı Əli “Neftçi”nin oyununa baxmaq adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Binəqədi RPİ-nin 5-ci Polis Bölməsində araşdırma aparılır.
Məlumata görə, Ə.Abdulrəhmanlı bu il universitetə qəbul olub.
Onu görənlərdən 051 506 12 82 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.
4-08-2023, 19:31
ABŞ-dan Moldovaya 3 milyon dollarlıq hərbi yardım


ABŞ-dan Moldovaya 3 milyon dollarlıq hərbi yardım

ABŞ Moldova ordusu üçün yeni silahlar göndərib.
Bu barədə Moldovanın müdafiə naziri Anatoli Nosatı məlumat yayıb.
O bildirib ki, silahların ümumi dəyəri 3 milyon dollardır.
Yardım paketinə 600 metr mənzilə malik snayper tüfəngləri, NATO çaplı avtomatlar, həmçinin minalardan təmizləmə vasitələri daxildir
4-08-2023, 18:21
Rusiyanın müxalifət lideri 19 il azadlıqdan məhrum edildi


Rusiyanın müxalifət lideri 19 il azadlıqdan məhrum edildi

Moskva Şəhər Məhkəməsində Rusiya müxalifət lideri Aleksey Navalnının işinə baxılıb.
Məhkəmə dövlət ittihamçısının tələbini qəbul edib
Qərara əsasən, ona xüsusi rejimli koloniyada 19 il həbs cəzası verilib. Dövlət ittihamçısı onun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Aleksey Navalnı altı maddə ilə təqsirli bilinib. Bunlar ekstremist icmanın yaradılması, ekstremizmə çağırışlar, vətəndaşların hüquqlarını pozan QHT yaradılması, ekstremizmin maliyyələşdirilməsi, həmçinin azyaşlıların təhlükəli əməllərə cəlb edilməsi və nasizmin reabilitasiyasıdır.
4-08-2023, 18:12
Kahramanmaraş meşələrini yanğın bürüdü


Kahramanmaraş meşələrini yanğın bürüdü

Türkiyənin Kahramanmaraş vilayətinin Onikisubat rayonunda meşə yanğını başlayıb.
Yanğına havadan və qurudan müdaxilə edilir.
Bulutoğlu Məhəlləsi çölündə meşə yanğınını görən vətəndaşlar vəziyyəti səlahiyyətlilərə xəbər verib.
Bölgəyə Kahramanmaraş Meşə Region İdarəsinə bağlı 2 helikopter, 6 su çiləyici maşın və 2 su çəni göndərilib.
Yanğınsöndürmə işləri davam edir.
4-08-2023, 17:45
SOCAR “Microsoft” şirkətiylə Anlaşma Memorandumuna imza atdı


SOCAR “Microsoft” şirkətiylə Anlaşma Memorandumuna imza atdı

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandum rəqəmsallaşma, innovasiya, informasiya texnologiyaları sahəsində infrastrukturun təkmilləşdirilməsi, insan kapitalının inkişafı, habelə kəşfiyyat, hasilat, emal, marketinq, nəqliyyat, kibertəhlükəsizlik sahələrində əməkdaşlığı nəzərdə tutur.
SOCAR-ın biləvasitə təşəbbüsü və aparılan uğurlu danışıqların nəticəsində dünyanın qlobal texnologiya şirkəti olan “Microsoft” ilə əməkdaşlıq sənədinin imzalanması SOCAR-la yanaşı, ümumilikdə ölkə üzrə innovativ mükəmməlik mərkəzinin yaradılmasına əlverişli zəmin yaradacaq. Beləliklə, “Microsoft” bundan sonra Azərbaycandakı fəaliyyətini daha da genişləndirəcək.
Qeyd edək ki, “SOCAR-ın 2035-ci ilə kimi Korporativ Strategiyası”nda enerji təhlükəsizliyi, rəqəmsallaşma, biznes dayanıqlılığı, səmərəlilik və optimallaşdırma, enerji keçidi kimi 5 təməl element üzrə şirkətin hədəfləri və onlara çatma yolları müəyyən edilib.
Bu xüsusda, “Microsoft” şirkəti ilə imzalanan memorandum şirkətin uzunmüddətli strategiyasının tərkib hissəsidir və SOCAR-ın müəssisələrində təmiz, rəqəmsal və innovativ texnologiyaların tətbiqi ilə əməliyyat modelinin müasirləşdirilməsinə, texniki və texnoloji əməliyyatların daha səmərəli həyata keçirilməsinə, biznes dayanıqlılığın gücləndirilməsinə və yüksək ixtisaslı kadr potensialının inkişafına dəyərli töhfə verəcəkdir.
4-08-2023, 17:33
Türkiyə-İran avtomobil yolu bağlandı


Türkiyə-İran avtomobil yolu bağlandı

Türkiyənin Ağrı vilayətinə yağan leysan yağışlar səbəbindən Türkiyə-İran avtomobil yolu bağlanıb.
Bu barədə TRT kanalı məlumat yayıb.
Bildirilir ki, leysan yağışdan sonra bölgədə daşqınlar baş verib. İran sərhədinə yaxın yaşayış məntəqələrində kənd təsərrüfatı sahələrinə ziyan dəyib.
Türkiyə-İran magistral yolunda maşın növbəsi yaranıb. Əraziyə xilasetmə qrupları göndərilib.
4-08-2023, 16:40
Xətaidə yanğın - Geniş ərazi alışmağa başladı


Xətaidə yanğın - Geniş ərazi alışmağa başladı

Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidəki yanğınla mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Ərazidə yüksək gərginlikli hava elektrik xətləri, yanacaq çənləri parkı, neft boru kəmərləri və yaşayış evləri üçün yaranmış təhlükə havanın küləkli olmasına baxmayaraq Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində aradan qaldırılıb.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!