Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
4-09-2023, 18:07
Soçi görüşündə Cənubi Qafqazda baş verən hadisələr də müzakirə olundu


Soçi görüşündə Cənubi Qafqazda baş verən hadisələr də müzakirə olundu

Türkiyə və Rusiya prezidentləri Soçidə keçirilən görüş zamanı Cənubi Qafqazda baş verən hadisələri müzakirə edib.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşünün nəticələrinə dair mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, bundan əlavə Afrika, Suriya və digər bölgələrlə bağlı da fikir mübailəsi aparılıb.
4-09-2023, 17:55
Azərbaycan bir sıra Avropa ölkələrinin etibarlı tərəfdaşıdır - XİN Başçısı


Azərbaycan bir sıra Avropa ölkələrinin etibarlı tərəfdaşıdır - XİN Başçısı

Azərbaycan neft və qaz təhcizatı baxımından uzun illərdir ki, bir sıra Avropa ölkələrinin etibarlı tərəfdaşıdır.
Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Budapeştdə macar həmkarı Peter Siyarto ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
"Xam neft və neft məhsullarının ixracı baxımından Azərbaycan artıq uzun illərdir ki, bir sıra Avropa ölkələrinin etibarlı tərəfdaşıdır. 2020-ci il sonlarından etibarən isə Azərbaycan Avropa ölkələri üçün qaz təhcizatı baxımından etibarlı tərəfdaş olmağa başladı. Əlavə qaz ixracı ilə yanaşı yeni mənbələrdən qaz hasilatına, Xəzər dənizindəki mənbələrdən çıxarılan qaz Avropa bazarılarına çatdırılmağa başlandı".
Azərbaycan xarici işlər naziri xatırladıb ki, ilk razılaşmaya əsasən 10 bcm həcmində qaz Avropanın 3 ölkəsinə - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılıb.
"Enerji sahəsində əməkdaşlığın artırılması üçün 2022-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Anlaşma Memorandumu imzalandı. Bu Memorandumun əsas məqamlarından biri Avropa bazarına çıxarılacaq Azərbaycan qazının həcminin artırlması ilə bağlıdır".
Ceyhun Bayramov deyib ki, 2021-ci ildə Azərbaycandan Avropa bazarına ixrac olunan qazın həcmi 8 bcm idi, ötən il bu rəqəm 11.4 bcm olub, bu il isə bu rəqəmin 12.5-dən çox olacağı gözlənilir.
"Bu ildən etibarən Rumıniya və Macarıstan da qaz alan ölkələr sırasına qoşuldu və biz görürük ki, daha çox Avropa ölkəsi Azərbaycan qazı almaqda istəklidir. Biz Azərbaycan və Aİ arasında imzalanmış Anlaşma Memorandumunu reallaşdırmaq üçün tərəfdaşlarımızla birlikdə işləyirik ki, həcmi 2027-ci ilə qədər 20 bcm-ə çatdıraq", Ceyhun Bayramov vurğulayıb.
4-09-2023, 17:38
Latviya Azərbaycana yeni səfir təyin etdi


Latviya Azərbaycana yeni səfir təyin etdi

Latviya Azərbaycana yeni səfir təyin edib.
Bu barədə Latviya Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, qeyd edilən vəzifəni Edqars Skuja icra edəcək.
E.Skuja indiyədək Latviyanı BMT, ATƏT və digər beynəlxalq təşkilatlarda, həmçinin Avstriya, Estoniya və Rusiyada təmsil edib.
Qeyd edək ki, bundan əvvəl Latviyanın Azərbaycandakı səfiri Daynis Qarançs idi.
4-09-2023, 17:27
Rusiya və Türkiyənin müdafiə nazirləri ayrıca görüş keçirirlər - Peskov


Rusiya və Türkiyənin müdafiə nazirləri ayrıca görüş keçirirlər - Peskov

"Türkiyə Nazirlər Kabinetinin yenilənməsi ikitərəfli münasibətlərin gündəliyinə təsir etməyib".
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
"Danışıqlarda "Azov"-çuların Ukraynaya verilməsi mövzusu qaldırılmayıb, çox həssasdır. Rusiya və Türkiyənin müdafiə nazirləri ayrıca görüş keçirirlər", - deyə o qeyd edib.
4-09-2023, 17:13
Ərdoğan rusiyalı həmkarıyla 3 saat görüş keçirdi


Ərdoğan rusiyalı həmkarıyla 3 saat görüş keçirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasındakı görüş başa çatıb.
Fasilə ilə davam edən görüş ümumilikdə 3 saat davam edib.
4-09-2023, 16:56
Ceyhun Bayramov macarıstanlı həmkarıyla protokol imzaladı


Ceyhun Bayramov macarıstanlı həmkarıyla protokol imzaladı

Azərbaycan və Macarıstan Xarici İşlər Nazirlikləri arasında Strateji Dialoqun birinci iclası keçirilib.
Strateji Dialoq Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Macarıstana səfəri çərçivəsində baş tutub.
Nazirlər ilk Stateji Dialoqun keçirilməsi ilə bağlı protokol imzalayıblar.

4-09-2023, 16:16
“Qayıdış Könüllüləri” Proqramına qeydiyyata yenidən start verilir

“Qayıdış Könüllüləri” Proqramına qeydiyyata yenidən start verilir

Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə müvafiq xüsusi nümayəndəliklərinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən “Qayıdış Könüllüləri” Proqramına müraciətlər növbəti dəfə açıq elan edilib.
Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb olunması çağırışına uyğun olaraq başladılan “Qayıdış Könüllüləri” proqramının əsas məqsədi, işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən həmin bölgələrdən olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin zəngin tarixi-mədəni irsinin təbliğində iştirakını təşviq etmək və Böyük Qayıdış prosesinə töhfə verməkdir.
Proqrama işğaldan azad olunmuş rayonlardan olan 18-29 yaş arası hər bir gənc təhsil səviyyəsindən asılı olmayaraq 30 sentyabr 2023-cü il tarixinə qədər https://qayidish.konullu.az saytından qeydiyyatdan keçərək müraciət edə bilər.
Könüllü qruplarda təmsil olunmaq üçün gənclər ardıcıl olaraq müsahibə, baza təlimləndirmə kursu və imtahan mərhəsinə cəlb olunurlar. Təlimlər əvvəlcədən müəyyən edilmiş peşəkar təlimçilər tərəfindən “Könüllülük fəaliyyətinin əsasları”, “Könüllü xidmətin təşkili”, “Gənclərin ideoloji hazırlığı”, “Yumşaq bacarıqlar”, “Psixoloji inkişaf”, “Liderlik və natiqlik bacarıqları” və “Minalardan qorunma qaydaları” mövzularında həyata keçirilir. Təlimlərin keçirilməsində məqsəd gənclərin könüllülüyün prinsip və dəyərləri, könüllülük kodeksi, vətəndaşlar və xarici qonaqlarla ünsiyyət qaydaları, tapşırıqların yerinə yetirilməsi və subordinasiya, peşəkar fəaliyyətlərdə emosiaların idarəolunması, situasiyalardan çıxış yolları, effektiv ünsiyyət, Azərbaycan Gənclər siyasətinin priorotetləri, həmçinin təhlükəsizlik qaydaları haqqında bilik və bacarıqlarının artırılmasıdır.
Proqrama cəlb olunan könüllülər Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş ərazilərdə müvafiq xüsusi nümayəndəliklərinə müxtəlif fəaliyyət istiqamətləri üzrə dəstək göstərəcək, həmçinin mütəmadi olaraq burada keçirilən tədbirlərin təşkilində iştirak edəcək, buraya səfər edən yerli və xarici qonaqlarla işləyəcək, bərpa və yenidənqurma işlərinə, qayıdışa hazırlıq və məskunlaşmaya könüllü dəstəyinin göstərilməsinə cəlb olunacaqlar.
Qeyd edək ki, hazırda proqram çərçivəsində “Şuşa Könüllüləri”, “Ağdam Könüllüləri” və “Zəngilan Könüllüləri” qrupları fəaliyyət göstərir. Sözügedən qruplar üzrə fəaliyyət göstərən könüllülər müvafiq ərazilərdə müxtəlif könüllü fəaliyyətlərinə cəlb olunur və aktiv iştirak edirlər. Növbəti mərhələdə digər işğaldan azad olunmuş inzibati ərazi vahidlərinə uyğun olaraq könüllü qruplarının yaradılması nəzərdə tutulub.

4-09-2023, 15:53
Bugünə qədər 95 min hektardan çox ərazi minalardan təmizlənib


Bugünə qədər 95 min hektardan çox ərazi minalardan təmizlənib

"2020-ci ilin noyabrından bu yana işğaldan azad olunmuş rayonlarda 95 min hektardan çox ərazi minalardan təmizlənib".
Bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.
"Bu vaxta qədər 30 minə yaxın piayada əleyhinə mina, 17 minə yaxın tank əleyhinə mina və 40 mindən çox partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. İkinci Qarabağ müharibəsi bitdikdən sonra 305 nəfər mina qurbanı olub. Onlardan 57 nəfəri həyatını itirib, qalanları isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - sədr qeyd edib.
4-09-2023, 15:49
Nazir müavini Rusiyayla bağlı sualı cavabsız qoydu


Nazir müavini Rusiyayla bağlı sualı cavabsız qoydu

Rusiyanın "RİA Novosti" agentliyi diplomatik mənbələrdən aldığı məlumatı dərc edib.
Məlumata görə, Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdırmağa çalışan qüvvələr var və onlar Ermənistandan bunu həyata keçirmək üçün alət kimi istifadə edirlər.
Mənbənin sözlərinə görə, Moskva Ermənistan rəhbərliyinin son bəyanatlarından olduqca narazı qalıb.
Ermənistan xarici işlər nazirinin təhlükəsizlik məsələləri üzrə müavini Vahan Kostanyan isə jurnalistlərin mövzu ilə bağlı sualını belə cavablandırıb:
"Ermənistan tərəfi Rusiyanın lazımi addım atmaması ilə bağlı bütün narahatlığını bildirir. Bütün məsələlərlə bağlı müzakirələr davam edir", - o qeyd edib.
Nazir müavini Rusiya tərəfinin öz öhdəliklərini niyə yerinə yetirməməsi ilə bağlı sualdan yayınıb.
4-09-2023, 15:27
“Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasına yeni sədr təyin edildi


“Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasına yeni sədr təyin edildi

Fərid Axundov “Bakı Fond Birjası” QSC-nin Müşahidə Şurasının sədri təyin edilib.
Bu barədə “Bakı Fond Birjası”nın səhmdarlarınının növbədənkənar iclasında qərar verilib.
Məlumata görə, F. Axundov BFB-nin Müşahidə Şurasının üzvü və sədri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Fərid Axundov daha öncə Azərbaycanın qabaqcıl maliyyə qurumlarında çalışıb. 1996-cı ildən 2003-cü ilədək HSBC-nin subsidiar bankı olan "British Bank of the Middle East"də bir sıra rəhbər vəzifələrdə, "PAŞA Bank"da öz fəaliyyətini 2007-ci ildə İdarə Heyətinin sədri qismində başlayraq, 2015-ci ildə Müşahidə Şurasının üzvü vəzifəsinə təyin olunub.
F. Axundov 23 may 1971-ci ildə anadan olub. 1992-ci Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. O, Nottingem Trent Universitetinin İdarəetmə Kurslarını bitirib.
1994-cü ildə Fərid Axundov Böyük Britaniya Dövlətinin təltif etdiyi nüfuzlu Chevening Təqaüdünü qazanan ilk Azərbaycanlılardan biri olub və 1995-ci ildə Böyük Britaniya Mançesterin, Salford Universitetinin MBA dərəcəsini alıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!