"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
15-09-2023, 18:49
Latviyada yeni Baş nazir seçildi


Latviyada yeni Baş nazir seçildi

Latviyanın yeni Baş naziri təyin olunub.
Qərar Latviya Seymi tərəfindən qəbul edilib.
Parlamentdə bu gün keçirilən səsvermədə sağ mərkəzçi Yeni Birlik partiyasından olan Evika Silinanı Baltikyanı ölkənin növbəti Baş naziri postuna təsdiq edib.
Evika Silinanın rəhbərlik etdiyi hökumətdə xarici işlər naziri vəzifəsini isə sabiq Baş nazir Krişjanis Karinş icra edəcək.
15-09-2023, 18:25
Rusiya “Vaqner” hərbi şirkətini terror siyahısına əlavə etdi


Rusiya “Vaqner” hərbi şirkətini terror siyahısına əlavə etdi

Britaniya hökuməti Rusiyanın "Vaqner" özəl hərbi şirkətini terror təşkilatları siyahısına əlavə edib.
Bu barədə Böyük Britaniya Daxili İşlər Nazirliyinin rəsmi saytında məlumat yayılıb.
Müvafiq qərar sentyabrın 6-da Britaniya parlamenti tərəfindən qəbul edilib.
Bununla da Böyük Britaniyada "Vaqner"in fəaliyyətini dəstəkləmək cinayət sayılır. Maksimum həbs müddəti 14 ildir. Böyük Britaniyada terrorçu kimi tanınan qrupun simvollarını geymək 6,3 min dollara qədər cərimə və ya altı aya qədər həbslə cəzalandırılır.
15-09-2023, 18:02
İranın XİN Başçısı ABŞ-Ermənistan birgə təlimlərini tənqid etdi


İranın XİN Başçısı ABŞ-Ermənistan birgə təlimlərini tənqid etdi

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla telefon danışığında ABŞ-Ermənistan birgə təlimlərini tənqid edib.
Bu barədə məlumat İran Xarici İşlər Nazirliyinin X (Tvitter) sosial şəbəkə hesabında paylaşılıb.
Abdullahian erməni həmkarı ilə telefon danışığında regionda xarici qüvvələrin iştirakının yolverilməz olduğunu və bunun vəziyyəti gərginləşdirdiyini bildirib.
İranlı nazirin sözlərinə görə, regionda dayanıqlı sülhə nail olmağın ən səmərəli həll yolu 3+3 (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İran) formatıdır.
Qeyd edək ki, "EAGLE PARTNER-2023" ABŞ-Ermənistan birgə təlimləri 11-20 sentyabr tarixlərində Ermənistanın "Zar" tədris mərkəzinin bazasında keçirilir.
15-09-2023, 17:42
Azərbaycan və Ermənistan ekspertləri arasında görüş keçirildi


Azərbaycan və Ermənistan ekspertləri arasında görüş keçirildi

Bu gün Tbilisidə Azərbaycan və Ermənistandan olan ekspert heyətləri arasında görüş keçirilib.
Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən məlumat verilib.
Qeyd edilib ki, heyətlərə Azərbaycan tərəfdən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Ermənistan tərəfdən Qafqaz Araşdırmaları İnstitutunun direktoru Aleksandr İskəndəryan rəhbərlik edib.
Tərəflər iki ölkə arasındakı məsələləri müzakirə ediblər.
15-09-2023, 17:17
ABŞ Ukrayna üzrə xüsusi nümayəndəsini təyin etdi


ABŞ Ukrayna üzrə xüsusi nümayəndəsini təyin etdi

ABŞ prezidenti Co Bayden ölkəsinin Ukraynada iqtisadiyyatın bərpası üzrə xüsusi nümayəndəsinin təyin olunduğunu açıqlayıb.
Bu posta Penni Pritzker təyin edilib.
“Bu gün mən qürurla elan edirəm ki, Penni Pritzkeri ABŞ-ın Ukraynanın İqtisadiyyatının Bərpası üzrə yeni xüsusi nümayəndəsi təyin edirəm. Ukrayna hökuməti, müttəfiqlərimiz və tərəfdaşlarımız, beynəlxalq maliyyə institutları və özəl sektorla sıx əməkdaşlıq edərək, o, ABŞ-ın Ukraynanın iqtisadi bərpasına kömək etmək səylərinə rəhbərlik edəcək.
Buraya dövlət və özəl sərmayələrin səfərbər edilməsi, donor prioritetlərinin müəyyən edilməsi və Rusiyanın qəddar hücumları və dağıntılar nəticəsində bağlanmış ixrac bazarlarının və müəssisələrin yenidən açılması üçün iş daxildir. Pritzker Ukrayna hökumətinə ölkə iqtisadiyyatını gücləndirmək üçün lazım olan islahatları həyata keçirməyə kömək edəcək.
Biz Ukraynaya daha güclü gələcək qurmağa kömək etmək üçün bu növbəti addımı atarkən, bu gün də öz azadlığını müdafiə etməsinə kömək etməyə sadiqik. Cəsur Ukrayna xalqı öz möhkəmliyi və qətiyyəti ilə dünyanı ruhlandırıb və Birləşmiş Ştatlar zərurət olduğu müddətcə onları dəstəkləməyə davam edəcək”, - Bayden deyib.
15-09-2023, 15:56
Kılıçdaroğluna yeni rəqib gəlir


Kılıçdaroğluna yeni rəqib gəlir

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının parlamentdəki fraksiyasının sədri Özgür Özəl partiyanın sədri postuna namizədliyini irəli sürüb.
Bu barədə o, mətbuat konfransında məlumat verib.
Özgür Özəl CHP-nin noyabrın əvvəlində keçirilməsi planlaşdırılan 38-ci növbədənkənar qurultayında sədrliyə namizədlik uğrunda Kamal Kılıçdaroğlu ilə yarışmağa qərar verib.
O, seçkilərdə məğlubiyyətə görə partiya rəhbərliyini ittiham edib.
“Partiyamızın rəhbərliyi məğlubiyyətin səbəblərini araşdırmayıb, yeni yol xəritəsini cızmayıb”, - o deyib.
15-09-2023, 15:19
Prezident İƏT-ə üzv dövlətlərin baş prokurorlarına müraciət ünvanladı


Prezident İƏT-ə üzv dövlətlərin baş prokurorlarına müraciət ünvanladı

Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin baş prokurorlarının 4-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
"Hörmətli tədbir iştirakçıları!
Sizi İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin baş prokurorlarının Bakı şəhərində keçirilən 4-cü iclasında səmimiyyətlə salamlayıram.
Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının üzvü olduğu ilk təşkilatlardan biri də İƏT olmuşdur.
Sevindirici haldır ki, İƏT-in fəal üzvü kimi təşkilata üzv dövlətlərlə dostluq və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığımız beynəlxalq platformalar çərçivəsində də uğurla inkişaf edir.
Bildiyiniz kimi, Ermənistan Respublikası 30 ilə yaxın ölkəmizin 20% torpaqlarını işğal altında saxlamışdır. Fürsətdən istifadə edərək, işğal zamanı və sonrakı mərhələdə Azərbaycanın ədalətli mövqeyini dəstəkləməkdə göstərdikləri prinsipial mövqeyə görə İƏT-ə üzv ölkələrə minnətdarlığımı bildirmək istəyirəm. Bu dövr ərzində orada insanlıq əleyhinə və hərbi cinayətlər törədilmiş, etnik təmizləmə aparılmış, həmin ərazilərimiz narkotik vasitələrin yetişdirilməsi və daşınması, habelə beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilmişdir.
2020-ci ildə bu ərazilərimiz işğaldan azad edildikdən sonra isə Azərbaycan digər çağırışlarla qarşılaşmışdır. Ölkəmizin şəhər və kəndləri Ermənistan tərəfindən qəsdən dağıdılmış, talan olunmuş, bütün mədəni və dini abidələr dağıdılmış, məscidlər təhqir olunmuş, qarət edilmişdir. Birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə 4000-ə yaxın insan itkin düşmüşdür ki, onların taleyi ilə bağlı qarşı tərəf hələ də heç bir məlumat vermir. Ermənistan işğal etdiyi ərazilərimizdə bir milyona yaxın mina basdırmış, urbisid, kultursid və ekosid cinayətləri törətmişdir. İşğala son qoyulan kimi dövlətimiz bütün gücünü səfərbər edərək bu ərazilərdə geniş quruculuq və bərpa işlərinə, erməni vandalizminin nəticələrini aradan qaldırmağa başlamışdır.
Hörmətli iclas iştirakçıları, hər bir dövlətdə xalqın rifahının təmin edilməsini şərtləndirən iqtisadi inkişaf və hüquq qaydasının mövcudluğudur. Cinayətkarlıq qeyd olunan amillərə ciddi təhlükə olmaqla beynəlxalq səviyyədə mübarizənin aparılmasını tələb edən fenomendir. Bu sahədə, xüsusilə transmilli cinayətkarlıqla mübarizədə prokurorluq orqanlarının qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərməsi mühüm əhəmiyyət kəsb edir.
Qlobal və regional təhdidlərin, islamafobiya meyllərinin artdığı bir zamanda İƏT-ə üzv dövlətlərin prokurorlarının qarşısında yeni vəzifələr durur. Narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, korrupsiya, kibercinayətkarlıq, çirkli pulların yuyulması və sair cinayətlər beynəlxalq terrorçuluğun maliyyə mənbəyi olmaqla bəşəriyyətin gələcəyinə böyük təhlükə yaradır.
Əminəm ki, vacib məsələlərin müzakirəsi iştirakçılara beynəlxalq təcrübədən faydalanmaq imkanı verməklə insan hüquqlarının müdafiəsi və iqtisadiyyatın inkişafı üçün münbit şəraitin yaradılması istiqamətində əməkdaşlığı daha da möhkəmləndirəcəkdir.
Hesab edirəm ki, ölkəmizin İƏT-də sədrliyi dönəmində üzv dövlətlərin baş prokurorlarının bugünkü iclası regionumuzda insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə, cinayətkarlığın bütün formalarına qarşı mübarizədə səylərimizin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə mühüm töhfə verəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, iclasın işinə uğurlar diləyirəm".
15-09-2023, 15:01
KXDR-dən Rusiyaya silah ixracı qətnamələrin pozulması deməkdir - ABŞ rəsmisi


KXDR-dən Rusiyaya silah ixracı qətnamələrin pozulması deməkdir - ABŞ rəsmisi

"KXDR-dən Rusiyaya istənilən silah ixracı BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrinin, o cümlədən Rusiyanın özünün səs verdiyi qətnamələrin birbaşa pozulması deməkdir".
Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
O, Yaponiya və Koreya Respublikasından olan həmkarları arasında telefon danışığı zamanı bu məsələyə toxunub.
Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen İn bugünlərdə Rusiyaya səfər etmiş və prezident Vladimir Putinlə danışıqlar aparmışdı.
15-09-2023, 14:47
Körpünün bərpası 10 gün müddətində yekunlaşacaq - AAYDA


Körpünün bərpası 10 gün müddətində yekunlaşacaq - AAYDA

Xəbər verdiyimiz kimi, bu gün Xaçmaz-Xudat yolunun üzərindəki körpü uçub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov hadisə yerinə gedib. Açıqlama verən Saleh Məmmədov körpünün qəzalı olması ilə bağlı iddiaların mümkünsüz olduğunu deyib:
“Təxminən 50 il əvvəl tikilən körpünün dayaqlarının bünövrəsi sıvaylar üzərində qurulmayıb. O dövrün tələblərinə uyğun tikilib. İndi isə yeni tələblərə uyğun bərpa edəcəyik”.
AAYDA sədri körpünün bərpasının 10 gün müddətinə yekunlaşacağını diqqətə çatdırıb.
15-09-2023, 14:33
Güney Azərbaycanda milli fəallar həbs edilir


Güney Azərbaycanda milli fəallar həbs edilir

Güney Azərbaycan vətəndaşları və milli fəalların göndərdiyi xəbərlərə görə, İran təhlükəsizlik qüvvələri həbslər həyata keçirblər.
Məlumatlara görə, İran polisi Güney Azərbaycanın milli fəallarının yaşayış və iş yerlərinə hücum edərək, onlardan bir neçəsini naməlum istiqamətə aparıblar. Həbs edilən 8 fəalın adı belədir:
Peyman İbrahimi, Dinvər Murtuza Nurməhəmmədi, Nadarlı Əli Babayi, Davud Şiri, Məhəmməd Rza Movəhed, Araz İbrahimnejad, Cavad Sudbər, Əmir Hüseyn Ağayi Mehrdad Qadiri
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!