Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
20-09-2023, 22:46
Müdafiə Nazirliyindən Rusiyaya başsağlığı


Müdafiə Nazirliyindən Rusiyaya başsağlığı

Sentyabrın 20-si Canyataq yaşayış məntəqəsi yaxınlığında Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus UAZ Patriot avtomobilinin atəşə tutulması nəticəsində sülhməramlı kontingentin hərbi qulluqçularının faciəvi şəkildə həlak olması faktı qeydə alınıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, hadisənin bütün baş verməsi səbəblərini araşdırmaq üçün Azərbaycan və Rusiyanın istintaq orqanları yerində əməkdaşlıq şəraitində çalışırlar.
Baş vermiş hadisədən təəssüf hissi keçirir, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəhbərliyi, Rusiya sülhməramlı kontingentinin komandanlığı və həlak olmuş hərbi qulluqçuların ailələri və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.
20-09-2023, 22:37
Hikmət Hacıyev: “Azərbaycan Ermənistandan fərqlidir”


Hikmət Hacıyev: “Azərbaycan Ermənistandan fərqlidir”

Azərbaycan Konstitusiyaya uyğun olaraq Qarabağın bütün sadə erməni sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək, eləcə də ölkədə 30 ildir mövcud olan "boz zona”ya son qoymaq niyyətindədir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev CNN telekanalına müsahibəsində deyib.
Prezidentin köməkçisi qeyd edib ki, CNN-in hesabatı bütün reallıqları əks etdirmir və balansı pozur, bütün faktlar diqqətlə yoxlanılmalıdır.
H.Hacıyev bildirib ki, hər bir ölkə kimi Azərbaycanın da öz suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək hüququ var.
Onun sözlərinə görə, Qarabağ bölgəsində həyata keçirilən lokal antiterror tədbirləri Azərbaycanın və bütün regionun təhlükəsizliyinə təhdid yaradan silahlı qüvvələrə qarşı yönəldilib:
"Reallıq ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələrinin qalıqları – Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalı kimi ölkəmizin suveren ərazilərində qalmaqda davam edirdi. Amma indi buna son qoyulub. Azərbaycan antiterror tədbirlərinə başlamaq məcburiyyətində qalıb və yüksək dəqiqlikli silahlardan istifadə etməklə mülki əhali arasında ölüm hallarının qarşısını almaq üçün yalnız Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövqeləri sıradan çıxarılıb. Belə ki, hərbi obyektlərdən uzaq durmaq üçün yerli sakinlərə radio və SMS vasitəsilə xəbərdarlıq edilib".
"Azərbaycan Ermənistandan fərqlidir. Ermənistan hətta 44 günlük müharibə zamanı Azərbaycanın dinc şəhərlərinə, O cümlədən bir gecədə onlarla dinc sakinin həlak olduğu doğma şəhərim Gəncəyə qarşı SCAD və "İsgəndər" raketlərindən istifadə edib", - H.Hacıyev əlavə edib.
20-09-2023, 22:14
Ermənistanda etirazçılarla polis arasında qarşıdurma yarandı


Ermənistanda etirazçılarla polis arasında qarşıdurma yarandı

Ermənistan hökumətinin binası önündə gərgin vəziyyət yaranıb.
Etirazçılarla polis arasında qarşıdurma yaranıb.
Polis etiraz edən şəxslərin hərəkətlərinin qanunsuz olduğunu bəyan edib.
Hökumət binasının qarşısında etiraz edən şəxslər polisə müxtəlif əşyalar atıblar.
Hüquq-mühafizə orqanları xüsusi tədbir görməyə hazırlaşdıqlarını açıqlayıb və etirazçıları kütləvi həbslərlə hədələyib.
20-09-2023, 21:48
Polis Seymur Mahmudov Binəqədi qəbiristanlığında dəfn olundu


Polis Seymur Mahmudov Binəqədi qəbiristanlığında dəfn olundu

Xəbər verdiyimiz kimi, sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partladılması ilə törədilən terror aktı nəticəsində həlak olan polis Seymur Mahmudov dəfn edilib.
Binəqədi qəbiristanlığında keçirilən dəfn mərasimində mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
20-09-2023, 21:32
Ceyhun Bayramov İƏT-in Baş katibiylə görüşdü


Ceyhun Bayramov İƏT-in Baş katibiylə görüşdü

20 sentyabr 2023-cü il tarixində BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, görüşdə, Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi, cari ilin sonunda Qambiyada keçiriləcək İƏT-in Zirvə Görüşünə hazırlıq məsələləri, habelə bölgədə cari vəziyyət müzakirə olunub.
C.Bayramov, Azərbaycanın İƏT-ə üzv olduğundan bəri Təşkilatla qurulan sıx əməkdaşlıqdan məmnunluqla bəhs edərək, bu xüsusda İƏT-in hər zaman ölkəmizin ərazi bütövlüyü və suverenliyi ilə bağlı ədalətli mövqedən çıxış etməsini minnətdarlıqla xatırlayıb. Bu istiqamətdə, xüsusilə Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “seçkilər” adlandırdığı qanunsuz fəaliyyətinin İƏT tərəfindən pislənilməsinin təqdirəlayiq olduğu bildirilib.
Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi dövründə QH ilə İƏT arasında əlaqələrin inkişafı istiqamətində əməli tədbirlərin görüldüyü, bundan sonra bu tərəfdaşlığın institusional çərçivəsinin də müəyyən edilməsinin faydalı olacağına inandığımız bildirilib.
C.Bayramov, həmçinin bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Azərbaycanın Qarabağ bölgəsində mövcud erməni silahlı birləşmələrinin bölgədəki sülh və stabilliyə əsas təhdid mənbəyi olduğu, bu xüsusda, baş verə biləcək təxribatların qarşısının alınması, habelə vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması məqsədilə lokal xarakterli antiterror tədbirlərinin həyata keçirildiyi diqqətə çatdırılıb. Görülən tədbirlərin hədəfinin qanunsuz hərbi birləşmələr və hərbi infrastruktur olduğu, mülki əhalinin hədəf alınmadığı, onların təhlükəsizliyinin təmin olunması üçün bütün lazımi tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Azərbaycanın suveren torpaqlarında 30 illik işğal dövründən qalma, milli qanunvericilik və beynəlxalq hüquqa zidd olan hər hansı hərbi mövcudluğun qəbuledilməz olduğu, bu xüsusda tərəfimizdən görülən tədbirlərin bu qanunsuz qüvvələrin çıxarılmasına və qondarma rejimin buraxılmasına istiqamətləndiyi vurğulanıb.
Baş katib Hissein Brahim Taha, İƏT-in ölkəmizin suverenliyi və ərazi bütövlüyünü tam şəkildə dəstəklədiyini diqqətə çatdıraraq, bölgədə sabitliyin bərqərar edilməsi istiqamətində göstərilən səylərin dayanıqlı sülh quruculuğu prosesində əhəmiyyətli rolu olduğunu bildirib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
20-09-2023, 21:13
Niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır


Niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır

Mən bunu demişəm, bir daha demək istəyirəm, Qarabağdakı erməni əhalisi bizim vətəndaşlarımızdır.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası “rəhbərləri” o insanları (Qarabağın erməni əhalisini – red.) girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir.“Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur”, - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.
20-09-2023, 20:58
Haqsızlara baxmayaraq erməni xalqını bu cinayətlərdə günahlandırmamışıq - Prezident


Haqsızlara baxmayaraq erməni xalqını bu cinayətlərdə günahlandırmamışıq - Prezident

Bütün haqsızlıqlara baxmayaraq, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində söyləyib.
Dövlətimizin başçısı qeyd edib: “Biz Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin, dağıdılmasında, qəbirlərin qazılmasında erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranları ittiham etmişik. Biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıb, bəziləri də alacaqlar”.
20-09-2023, 20:51
Ermənistan artıq Qarabağın Azərbaycan əraizi olduğunu başa düşüb - Prezident


Ermənistan artıq Qarabağın Azərbaycan əraizi olduğunu başa düşüb - Prezident

Qarabağ Azərbaycan ərazisidir və bunu bütün dünya tanıyır, o cümlədən Ermənistan rəhbərliyi artıq bunu başa düşüb.
Bu fikirləri Prezident İlham Əliyev xalqa müraciətində səsləndirib.
“Əgər vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyirdisə, indi “Qarabağ Azərbaycandır” deyir və nəinki deyir, hətta bizim ərazimizin ölçülərini də dilə gətirməyi unutmur. Düzdür, öz xoşu ilə bunu etməyib, “dəmir yumruq” hesabına bunu etməyə məcbur olub. Amma fakt göz qabağındadır. Ermənistan Qarabağı Azərbaycanın ayrılmaz hissəsi tanıyandan sonra Qarabağda 30 il at oynadan kriminal rejimin hansı status ola bilər? Hansı dövlət atributları ola bilər? Hansı seçkilər ola bilər?”, - deyə dövlətimizin başçısı vurğulayıb.
20-09-2023, 20:49
Paşinyan Putinlə telefon danışığı apardı


Paşinyan Putinlə telefon danışığı apardı

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlayıb.
Bu barədə Ermənistan Nazirlər Kabineti məlumat yayıb.
Tərəflər Qarabağdakı vəziyyəti və Ermənistan-Rusiya münasibətlərini müzakirə ediblər.
20-09-2023, 20:36
Allah bütün şəhidlərimizə rəhmət eləsin - İlham Əliyev


Allah bütün şəhidlərimizə rəhmət eləsin - İlham Əliyev

"Əfsuslar olsun ki, antiterror tədbirləri zamanı şəhidlərimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgər, zabitlərimiz olub. Allah onlara şəfa versin".
Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.
Onların Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etdiklərini vurğulayan dövlətimizin başçısı şəhidlərin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağını bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!