Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
20-09-2023, 16:33
Zavodda güclü parlatış baş verdi - 21 nəfər xəsarət aldı


Zavodda güclü parlatış baş verdi - 21 nəfər xəsarət aldı

İranın şimal-qərbində yerləşən zavodda güclü parlatış baş verib.
Yerli mətbuata istinadən xəbər verir ki, partlayış nəticəsində azı 21 nəfər xəsarət alıb.
Hadisə metallurgiya zavodunda olub. Yaralılar müxtəlif dərəcəli yanıq xəsarətləri alıb, onlardan birinin vəziyyəti ağırdır.
Partlayış olan bölgəyə 4 təcili yardım maşını göndərilib.
20-09-2023, 16:20
Duma rəhbəri Ermənistanın Avrasiya ittifaqından çıxması barədə açıqlama verdi


Duma rəhbəri Ermənistanın Avrasiya ittifaqından çıxması barədə açıqlama verdi

"Paşinyanın ritorikası fonunda Ermənistanın Aİİ-dən çıxarılması məsələsi hələ qaldırılmayıb".
Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski jurnalistlərə bildirib.
"Ermənistanla əməkdaşlığı ləğv etmək hələ tezdir, çünki baş nazir bütün Ermənistan demək deyil", deyə o qeyd edib.
20-09-2023, 16:11
Təxribat nəticəsində həlak olan polislərimiz dəfn olundu


Təxribat nəticəsində həlak olan polislərimiz dəfn olundu

Dünən Füzuli və Xocavənddə həlak olan Daxili İşlər Nazirliyinin 7 əməkdaşı bu gün dəfn edilib.
Dəfn mərasimlərində ictimaiyyət nümayəndələri, yerli sakinlər, polislərin xidmət yoldaşları iştirak edib.
Həlak olan polislər Azərbaycanın Dövlət Himni və fəxri qarovulun yaylım atəşi ilə dəfn ediliblər.
Dəfn mərasimlərindən fotolar təqdim edirik:



















20-09-2023, 16:00
Şoyqu İran Təhlükəsizlik Şurasının katibiylə danışıqlar apardı


Şoyqu İran Təhlükəsizlik Şurasının katibiylə danışıqlar apardı

Tehranda səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu çərşənbə günü İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla görüşərək iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı danışıqlar aparıb.
Görüş zamanı tərəflər ikitərəfli, regional və beynəlxalq məsələləri, xüsusilə də Qafqaz regionunda baş verənləri müzakirə ediblər.
Tehran və Moskva arasında hərtərəfli əlaqələrin genişləndirilməsini və mütəşəkkil terrorizmlə qəti mübarizəni vurğulayan Əhmədian və Şoyqu regiondan kənar ölkələrin bu işə qarışmasını regionda təhlükəsizlik və qeyri-sabitliyə ən böyük maneə adlandırıblar.
Tərəflər həmçinin kollektiv təhlükəsizliyə nail olmaq üçün regional əməkdaşlığın genişləndirilməsini xarici müdaxilələrə son qoymağın təsirli yollarından biri kimi qiymətləndiriblər.
Yüksək rütbəli hərbi nümayəndə heyətinə başçılıq edən Şoyqu çərşənbə axşamı İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqirinin rəsmi dəvəti ilə Tehrana səfər edib.
Görüşdən sonra Baqeri bildirib ki, Tehran və Moskva yaxın vaxtlarda uzunmüddətli hərbi əməkdaşlıq sazişinin hazırlanması üzərində işləyirlər.
Çərşənbə günü səhər Şoyqu iranlı həmkarı briqada generalı Məhəmməd Rza Aştiani ilə görüşündə deyib ki, Qərbin hər iki ölkəni hədəf alan təzyiq kampaniyasına zidd olaraq İranla münasibətlər “yeni zirvələrə çatır”.
Nazir vurğulayıb ki, Rusiya və İran ABŞ və onun Qərb müttəfiqlərinin müqavimətinə baxmayaraq, planlı fəaliyyətlər həyata keçirməkdə qərarlıdır.
20-09-2023, 15:48
Bu, bir daha Ordumuzun gücünü, qüdrətini göstərdi - İlham Əliyev


Bu, bir daha Ordumuzun gücünü, qüdrətini göstərdi - İlham Əliyev

“Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə böyük qələbələrə imza atan yenilməz Azərbaycan Ordusu daha böyük bir missiyanı - ölkəmizin Qarabağ iqtisadi rayonunda keçirdiyi antiterror tədbirlərini uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Bu, bir daha Ordumuzun gücünü, qüdrətini göstərdi. Sübut etdi ki, Azərbaycanın əsgər və zabitləri istənilən tapşırığı qələbə ilə yekunlaşdırmağa qadirdir. Bu, bütövlükdə Azərbaycan xalqının qələbəsidir. Xalqımız həmişəki kimi, bir oldu, bütöv oldu, dəmir yumruğa dönərək Prezidentinin ətrafında birləşdi və göstərdi ki, güc birlikdədir”.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, qısa müddətdə - cəmi bir sutkadan da az vaxtda qələbə qazanmağı, qarşı tərəfi təslim olmağa məcbur etməyi yalnız Azərbaycan Ordusu bacara bilərdi və etdi də: “Ordumuz bir daha peşəkarlığını və yüksək döyüş hazırlığını ortaya qoymuş oldu. Heç bir mülki şəxsə ziyan vurmadı, dinc sakinləri hədəfə almadı, mülki obyektlərə atəş açmadı. Tapşırığı səliqəli və nümunəvi şəkildə həyata keçirərək yalnız legitim hərbi hədəfləri zərərsiz hala gətirdi. Mina terroru nəticəsində həlak olanların qisasını misli ilə aldı”.
“Azərbaycanı antiterror tədbirləri görməyə qarşı tərəf məcbur etdi. Məğlub və fərari ordusunun qalıqlarını Azərbaycan ərazilərindən çıxarmadı, qanunsuz silahlı birləşmələr tərksilah edilmədi, mütəmadi olaraq ölkəmizin daxili işlərinə qarışdılar, müxtəlif silahlı təxribatlara əl atdılar, mina terrorunu davam etdirdilər, separatizmə hərtərəfli dəstək göstərdilər və s. Bir sözlə, təkrar olaraq təcavüzkar niyyətlərinin arxasına düşərək münasibətlərin normalaşmasında maraqlı olmadılar. Təbii ki, Azərbaycanın səbri tükənməz deyil. Odur ki, ölkəmiz bu yolu seçərək separatçıları diz çökdürdü”, - Milli Məclisin deputatı bildirib.
“Bu arada mən bir məsələyə də toxunmaq istərdim. Bir sıra dövlətlər Silahlı Qüvvələrimizin Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərini tənqid edən bəyanatlar səsləndirdilər. Təbii ki, belə boş və mənasız bəyanatlar Azərbaycanı nə yolundan döndərər, nə də məqsədindən daşındırar. Dövlətimizin başçısı cənab İlham Əliyevin sözləri ilə desək, bizimlə heç kim təzyiq dili ilə danışa bilməz. Azərbaycan heç bir dövlətin daxili işinə qarışmır. Kənar dövlətlərin də bizim daxili məsələlərimizə qarışmağa haqqı yoxdur”, - AHİK sədri əlavə edib
20-09-2023, 15:43
Güney Azərbaycanlı fəal saxlanıldı


Güney Azərbaycanlı fəal saxlanıldı

Dünən axşam İranın təhlükəsizlik qüvvələri Zəncan şəhərində yaşayan milli və vətəndaş cəmiyyəti fəalı Fərhad Hüseynini həbs edərək naməlum yerə aparıblar. Bununla bağlı onun yaxınları məlumat veriblər.
Bu barədə “Azad İran” “Telegram” kanalında xəbər verilib.
Milli fəala məxsus sosial media hesabları bağlanıb, onun nədə ittiham olunduğu haqqında məlumat əldə etmək mümkün olmayıb.
Qeyd edək ki, sentyabr ayında Güney Azərbaycanın müxtəlif bölgələrində çox sayda fəal həbs edilib. Aidiyyəti hökumət orqanları onların həbs səbəbləri və ittihamları barədə açıqlama vermir.
20-09-2023, 15:34
İrəvanda etiraz - Paşinyanın istefa etməsi tələb olundu


İrəvanda etiraz - Paşinyanın istefa etməsi tələb olundu

Ermənistanın paytaxtı İrəvanın mərkəzində Nazirlər Kabinetinin binası yaxınlığında onlarla etirazçı toplaşmağa başlayıb.
Bu barədə TASS məlumat yayıb.
Toplananlar hökumət əleyhinə şüarlar səsləndirərək baş nazir Nikol Paşinyanın istefasını tələb ediblər. Hökumət binası xüsusi təyinatlı polis qüvvələrinin gücləndirilmiş kordonu ilə əhatə olunub.



20-09-2023, 15:26
İranın müdafiə naziri Şoyqu ilə Cənubi Qafqazı müzakirə etdi


İranın müdafiə naziri Şoyqu ilə Cənubi Qafqazı müzakirə etdi

İranın müdafiə naziri Məhəmməd Rza Aştiani Tehranda səfərdə olan rusiyalı həmkarı Sergey Şoyqu ilə görüşdə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.
Aştiani bildirib ki, Qafqaz regionu ölkələrinin ərazi bütövlüyünün qorunması İran üçün “qırmızı xətlər”dən biridir.
O, həmçinin Rusiya Federasiyası ilə, o cümlədən Yaxın Şərqdə terrorizmə qarşı mübarizə sahəsində uğurlu əməkdaşlıq təcrübəsini yüksək qiymətləndirib. İran Müdafiə Nazirliyinin başçısı əmin olduğunu bildirib ki, iki dövlət arasında hərbi və müdafiə sahəsində qarşılıqlı fəaliyyət zaman keçdikcə inkişaf edəcək, çünki bu, tərəflərin maraqlarına tam cavab verir.
20-09-2023, 15:10
İsveç PKK/YPG üzvünü Türkiyəyə təhvil verməkdən imtina etdi


İsveç PKK/YPG üzvünü Türkiyəyə təhvil verməkdən imtina etdi

İsveç PKK/YPG üzvünü Türkiyəyə təhvil verməkdən imtina edib.
İsveçin Ali Məhkəməsi adı açıqlanmayan terrorçu haqqında həbs cəzası çıxarıb.
Həbs müddəti başa çatdıqdan sonra onun Türkiyəyə ekstradisiyası nəzərdə tutulurdu. Lakin Stokholm bu şərti yerinə yetirməkdən imtina edib.
Bununla belə, İsveçdə PKK/YPG üçün xərac toplayan şəxs barədə ilk dəfə idi ki, həbs cəzası çıxarılıb.
Qeyd edək ki, İsveç və Finlandiya 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət etmişdi. Türkiyə bu ölkələrin Alyansa üzvlüyü üçün terrorçuları dəstəkləməmələri ilə bağlı şərt irəli sürmüşdü. Finlandiya Ankaranın bu tələblərini yerinə yetirib. Nəticədə Finlandiya bu ilin aprelində NATO-ya üzv olub. Lakin İsveç Türkiyənin şərtlərinə əməl etmədiyinə görə Ankara Stokholmun quruma qoşulmasının əleyhinə səs verib. Nəticədə İsveç hələlik NATO-ya qəbul edilməyib.
İyulun 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İsveçin Baş naziri Ulf Kristersson və NATO-nun Baş katibi Yens Stoltenberq Vilnüsdə görüşüblər. Müzakirələrin sonunda R.T.Ərdoğan İsveçin Alyansa üzvlüyünə razılıq verib. Lakin Türkiyə parlamenti hələlik bunu təsdiqləməyib.
20-09-2023, 15:05
“TikTok”a giriş bərpa olundu


“TikTok”a giriş bərpa olundu

Azərbaycanda “TikTok” sosial şəbəkəsinə giriş bərpa edilib.
Sosial şəbəkəyə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Xatırladaq ki, ötən gün “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib. "19 sentyabr tarixindən Azərbaycan ərazisində “TikTok” sosial şəbəkəsinin fəaliyyətinə müvəqqəti məhdudiyyət tətbiq edilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları sosial şəbəkələrdə paylaşım edərkən Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə və sosial şəbəkə inzibatçılarının müəyyən etdiyi qayda və şərtlərə riayət etməyə çağırır", - məlumatda deyilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!