Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
12-09-2023, 14:18
Azərbaycandan qorxduqları üçün Şahramanyanı təbrik etmədilər - Sabiq nazir


Azərbaycandan qorxduqları üçün Şahramanyanı təbrik etmədilər - Sabiq nazir

Ermənistanın sabiq müdafiə naziri, parlamentdəki müxalif “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan baş nazir Nikol Paşinyanın və hakimiyyətdəki digər rəhbər şəxslərin Qarabağdakı separatçı rejimin qondarma "prezident"i olan Samvel Şahramanyanı təbrik etməmələrinə münasibət bildirib.
Ohanyan bunu qorxu ilə əlaqələndirib.
"Ermənistan hakimiyyəti Samvel Şahramanyanı Azərbaycanla və beynəlxalq aləmdə əldə olunan razılaşmalardan qorxduğu üçün təbrik etməyib. Cəsur liderlər təbrik edərdilər. Rusiya Federasiyasından Qarabağa humanitar yüklərin çatdırılmasına gəlincə, bu addım Laçın dəhlizinin tam açılmasına töhfə verəcək", - deyə o qeyd edib.
"Rusiya tərəfi də addımlar atmalıdır", - Ohanyan əlavə edib. O hesab edir ki, qondarma rejim "daha müstəqil və azad quruma" çevrilməlidir.
12-09-2023, 14:06
Ermənistanın “blokada” iddialarının əsassızdır - Ceyhun Bayramov


Ermənistanın “blokada” iddialarının əsassızdır - Ceyhun Bayramov

Xarici işlər naziri Ceyhun Bayramov İsveçrədə BQXK prezidenti Miryana Spolyariç Eqqer ilə görüşü zamanı Azərbaycan qanunvericiliyinə və müvafiq prosedurlara əməl etməklə BQXK vasitəsilə erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan paralel istifadənin zəruriliyi vurğulayıb.
Nazir əldə olunmuş razılıqlara baxmayaraq, Ermənistanın və onun yaratdığı qondarma rejimin bu razılıqları kobud şəkildə pozduğunu xatırladıb.
XİN rəhbəri hazırda Laçın yolundan gündəlik əsasda hər iki istiqamətdə erməni sakinlərin keçidinin təmin edildiyi halda Ermənistanın “blokada” iddialarının əsassız olduğunu diqqətə çatdırıb.
Ümumiyyətlə, Azərbaycan vasitəsilə əraziyə yüklərin daşınmasına maneçilik törədilməsinin siyasi manipulyasiya olduğu, Ermənistanın separatçılığı qızışdırmaq cəhdlərinin tərkib hissəsi olduğu qeyd edilib.
Görüş zamanı həmçinin 44 günlük müharibədən sonra Ermənistanın Laçın yolu vasitəsilə mina və silahların daşınması, hərbi qulluqçuların rotasiyası kimi qanunsuz fəaliyyətləri xatırlanıb.
12-09-2023, 13:52
Səfirliklər viza verilməsinə əngəl törədir


Səfirliklər viza verilməsinə əngəl törədir

Səfirliklər viza verilməsinə süni maneələr yaradır.
Bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) bir illik fəaliyyətinə həsr edilmiş tədbirdə çıxış edən ATAA-nın Getmə Turizm Komissiyasının rəhbəri Şaiq Məmmədov deyib.
“Bəzi Şengen zonası ölkələrinin səfirliklərində görüş günü təyin etmək üçün sistem, demək olar ki, bağlı olur. Görüş günü həftədə 1 dəfə, ayda 4 dəfə qısa müddətə günün öncədən bilinməyən saatında açılır. Bu isə görüş gününü təyin etmək istəyən turistlərdə çaşqınlıq yaradır. Bir sıra hallarda təhsil viza müraciətlərində tələbələr çətinliklə viza ala bilirlər.
Bəzən səfirliklərdən viza müraciətinə cavab 21 iş günü ərzində deyil, 2 ay və daha gec gəlir. Ya da orta büdcəli turistlər qəbul edilmir.
Təəssüf ki bir sıra hallarda səfirliklər çox yüksək əmək haqqı və ya gəlirlər tələb edir ki, turist vizası verməkdə maraqlı olsun. Bəzən isə səfirliklər hotelin ödənilmiş qəbzini tələb etməklə turizm agentlikləri və turistlər üçün problem yaradır”, - o qeyd edib.
12-09-2023, 13:44
Qaribaşvili təyyarə skandalıyla bağlı açıqlama verdi


Qaribaşvili təyyarə skandalıyla bağlı açıqlama verdi

Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin təyyarə skandalına aydınlıq gətirilib.
Bu barədə Dövlət Mühafizə Xidmətinin rəhbəri Anzor Çubinidze danışıb.
Çubinidze qeyd edib ki, hökumət təyyarəsinin Münhenə və geriyə özəl çarter reysi ilə bağlı baş nazirin atası Tariel Qaribaşvili avans ödəyib. Onun sözlərinə görə, ilkin ödəniş 34 min avro ekvivalenti təşkil edib və məbləğ bütün xərclər hesablandıqdan sonra tənzimlənə bilər.
Qeyd olunub ki, Qaribaşvilinin atası Kaxeti bölgəsinin Dedoplistskaro bələdiyyəsinin Xornabuji kəndində qeydiyyatdadır. Hazırda o, şərab şirkətinin 50% səhmlərinin sahibi kimi siyahıya alınıb.
Bu, atasının baş nazirə ilk bahalı hədiyyəsi deyil. 2021-ci ildə İrakli Qaribaşvilinin valideynləri - təqaüdçü ata-ana ona 150 min lari məbləğində əmanətlərini bağışlayıb. Bu məlumatlar Qaribaşvilinin vergi bəyannaməsində yer alıb.
12-09-2023, 13:37
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu


Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Sentyabrın 12-si saat 11:25 radələrində Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdə yerləşən bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.
12-09-2023, 13:23
Səbinə Əliyeva Assosiasiyanın vitse-prezidenti seçildi


Səbinə Əliyeva Assosiasiyanın vitse-prezidenti seçildi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) Baş Assambleyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçirilmiş 17-ci iclasında Assosiasiyanın vitse-prezidenti seçilib.
Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib ki, iclasda çıxış edən Səbinə Əliyeva insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində ombudsman təsisatlarının mühüm rolunu vurğulayıb. O, AOA-nın Asiya qitəsində insan hüquqlarının daha səmərəli müdafiəsi, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin təmin edilməsi sahəsində mühüm addımlar atdığını, həmçinin insan hüquqlarının qorunması və təşviqində mühüm rol oynayan ortaq dəyərlər və prinsiplər əsasında fəaliyyət göstərən ombudsman təsisatlarını birləşdirdiyini vurğulayıb.
Azərbaycan ombudsmanının çıxışı zamanı toxunduğu əsas mövzulardan biri AOA tərəfindən ombudsman təsisatları arasında yaradılmış səmərəli dialoq və şəbəkələşmə platforması olub. Səbinə Əliyeva bu Assosiasiyanın insan hüquqlarının müdafiəsi istiqamətində yeni əməkdaşlıq imkanları yaratdığını bildirib. O, çıxışının sonunda Assosiasiya üzvlərini insan hüquqlarının müdafiəsi sahəsində əldə etdikləri qabaqcıl təcrübələri bölüşməyə, həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsində bir-birinə dəstək verməyə dəvət edib.
12-09-2023, 13:10
Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb - Putin


Ermənistan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb - Putin

Ermənistan rəhbərliyi Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıyıb.
Bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında bildirib.
“Ermənistan rəhbərliyi bunu Praqa bəyanatında, kağız üzərində də qeyd edib. Biz bu barədə bilirik. İndi mənə Azərbaycan Prezidenti İlham Əliyev deyir ki, Ermənistan Qarabağın bizim olduğumuzu tanıyıb, Qarabağın statusu məsələsi daha gündəmdə deyil, o həll olunub, Ermənistan rəhbərliyi bu barədə publik bəyan edib, 1991-ci il Azərbaycan SSR-in sərhədləri daxilində bütün əraziləri və rəqəmi açıqlayıb, hansı ki, bura Qarabağın ərazisi də daxildir. Bu baş verib və bu, bizim qərarımız deyil. Bu, bugünkü Ermənistan rəhbərliyinin qərarıdır. Əgər belədirsə, bizə deyirlər ki, əgər siz Qarabağla bağlı nə iləsə məşğul olmaq istəyirsinizsə, o zaman bizimlə ikitərəfli əsasda həll etməlisiniz. Onda biz nə deməliyik? Burada deməyə söz yoxdur. Əgər Ermənistan özü Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıbsa… Əlbəttə, burada başqa məsələlər yaranır. Humanitar tərkibli və bizim sülhməramlıların mandatı ilə bağlı məsələlər… Mandat hələ ki fəaliyyətdədir. Humanitar xarakterli məsələlər, hansısa etnik təmizləməyə imkan verilməməsi məsələləri heç yerə getməyib. Mən bununla tam razıyam. Azərbaycan rəhbərliyi hər zaman deyir ki, etnik təmizləmədə maraqlı deyil”, - Rusiya Prezidenti əlavə edib.
12-09-2023, 12:57
Paşinyan Putinə məktub yollayıb


Paşinyan Putinə məktub yollayıb

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə məktub göndərib.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında bildirib.
Moderatorun “bu günlərdə Paşinyan Fransa və İran prezidentləri ilə danışıb, sizinlə də təması olubmu?” sualına Putin Paşinyanın ona ətraflı məktub göndərdiyini açıqlayıb və bildirib ki, o, Ermənistan Baş naziri ilə təmasdadır:
“Biz onunla təmasdayıq. Ermənistanla, Baş nazir Paşinyanla heç bir problemimiz yoxdur”.
12-09-2023, 00:12
Ərdoğanla söhbət əsaslı və faydalı oldu - Paşinyan


Ərdoğanla söhbət əsaslı və faydalı oldu - Paşinyan

Ermənistan baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığını mənalı və faydalı adlandırıb.
Bu barədə o, dövlət televiziyasına müsahibəsində bildirib.
“Ərdoğanla söhbət də çox rəsmi idi, deyə bilərəm ki, söhbət əsaslı və faydalı oldu. Bir sıra qarşılıqlı nüansların olması vacibdir, bu nüanslar, mövqelər, qiymətləndirmələr haqqında daimi ünsiyyət olmalıdır”, - deyə o qeyd edib.
Xatırladaq ki, danışıqlar zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.
Bundan əlavə, tərəflər regionda uzunmüddətli sülh və sabitliyin bütün region ölkələrinin inkişafına töhfə verəcəyini vurğulayıblar, bu istiqamətdə diplomatik səylərini davam etdirəcəklərini qeyd ediblər.
11-09-2023, 23:40
3 istiqamətdə mövqelərimiz atəşə tutuldu


3 istiqamətdə mövqelərimiz atəşə tutuldu

Sentyabrın 11-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil və İmirli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng, Göyəli və Qaravəllər yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!