Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
13-09-2023, 14:33
Ermənistana tabe olan qanunsuz rejim yolların açılmasından imtina edir


Ermənistana tabe olan qanunsuz rejim yolların açılmasından imtina edir

Biz sentyabrın 1-də Prezident İlham Əliyevlə ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı zamanı razılaşdırıldığı kimi, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının BQXK yük maşınları üçün ən tez və eynivaxtlı açılmasını təmin etmək üçün əlaqələri davam etdiririk.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X (Tvitter) platformasında paylaşımında qeyd edib.
“Həmin vaxtdan 12 təqvim günü ötüb, lakin Ermənistana tabe olan qanunsuz rejim bu keçidə icazə verməkdən və yolların açılmasından imtina edir. Biz beynəlxalq tərəfdaşlarımızı öz səylərini ikiqat artırmağa, Ermənistana və onun proksisi, ona tabe olan qanunsuz rejimə bu dağıdıcı siyasətinə son verməsi üçün təzyiq göstərməyə çağırırıq. “Boz zona” status-kvosunun saxlanılması və humanitar məsələlərdən qəsdən silah kimi istifadəsi onların faydasız strategiyasıdır”, - Hikmət Hacıyev qeyd edib.
13-09-2023, 14:25
Azərbaycanla Ermənistan arasında müharibə ehtimalı yoxdur - İranlı nazir


Azərbaycanla Ermənistan arasında müharibə ehtimalı yoxdur - İranlı nazir

İranın müdafiə naziri Məhəmməd Rza Aştiyani Azərbaycanla Ermənistan arasında yeni müharibə ehtimalını istisna edib.
Bu barədə "Irna" agentliyi məlumat yayıb.
Bildirilir ki, Aştiyani Ermənistanla Azərbaycan arasında yeni mühaibə ehtimalını şərh edib.
"İnanırıq ki, regionda yeni müharibə olmayacaq", - o deyib.
13-09-2023, 13:54
Hikmət Hacıyev ABŞ Senatına cavab verdi: Utancvericidir!


Hikmət Hacıyev ABŞ Senatına cavab verdi: Utancvericidir!

"Bu cür lobbizm, “pul danışıqları”, azərbaycanlılara və başqalarına qarşı açıq-aşkar yalan və irqçi nifrət ABŞ Konqresinin imicinə və qlobal reputasiyasına xələl gətirir. Utancvericidir!".
Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında ABŞ Senatının Xarici əlaqələr komitəsinin sədri, senator Bob Menendezə cavab olaraq yazıb.
13-09-2023, 13:21
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında sentyabrın 14-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-17° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.
12-09-2023, 22:52
Şamaxıda iki qadın bıçaqlandı


Şamaxıda iki qadın bıçaqlandı

Sentyabrın 12-si saat 19 radələrində Şamaxı rayon sakinləri - 1997-ci il təvəllüdlü Elmira Babayeva və 2000-ci il təvəllüdlü Günel Babayevanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olmaları barədə polisə məlumat daxil olub.
Bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.
Məlumata görə, keçirilmiş tədbirlər nəticəsində hər iki qadına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən E.Babayevanın əri, 1996-cı il təvəllüdlü Novruz Babayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
12-09-2023, 22:38
“İPhone 15” modeli təqdim olundu


“İPhone 15” modeli təqdim olundu

"Apple" şirkəti "iPhone" smartfonunun yeni nəslini təqdim edib.
"iPhone 15" modeli əvvəlki dizaynı saxlasa da, texniki təkmilləşdirmələrə malikdir.
Smartfon iki versiyada təklif olunur - 6,1 düymlük ekrana malik əsas "iPhone 15" və sələfindən daha parlaq "Super Retina XDR" ekranlarına malik daha böyük 6,7 düymlük "iPhone 15 Plus".
"iPhone 15" ailəsi yeni "A16 Bionic" prosessoru , həmçinin smartfonun ən azı bir gün enerji doldurmadan işləməsinə imkan verən batareya ilə təchiz olunub.
Cihazda artıq "Lightning" konnektoru yoxdur və şarj üçün "USB-C" portu istifadə olunur.
"iPhone 15" və "iPhone 15 Plus" beş rəngdə təklif olunur və onların qiyməti müvafiq olaraq 799 və 899 dollardan başlayır.
12-09-2023, 21:59
Azərbaycanla əsl dostluq münasibətindəyik - Bolqarıstan Prezidenti


Azərbaycanla əsl dostluq münasibətindəyik - Bolqarıstan Prezidenti

Bolqarıstan və Azərbaycan təkcə strateji tərəfdaş deyil, həm də ən yüksək siyasi səviyyədə dialoq aparan və bir sıra sahələrdə birgə layihələr həyata keçirən əsl dostlardır.
Bunu Bolqarıstan Prezidenti Rumen Radev Sofiyada rəsmi səfərdə olan Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova ilə görüşündə deyib.
Radev qeyd edib ki, “Azərbaycan etibarlı tərəfdaşdır və təkcə Bolqarıstanın deyil, həm də Aİ-nin enerji şaxələndirilməsinin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edir”. O xatırladıb ki, Yunanıstanla qaz interkonnektorunun tikintisi və Azərbaycan təbii qazının təhlükəsiz marşrutla Avropa İttifaqı ölkələrinə nəqlinin həcmini artırmağa imkan verən “Həmrəylik Halqası” layihəsinin həyata keçirilməsi, həmçinin ofisin açılması Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Sofiyada fəaliyyət göstərməsi regionun enerji təhlükəsizliyinin artırılmasına kömək edib.
R.Radev və S.Qafarova iqtisadiyyat, yüksək texnologiyalar, avtomobil sənayesi, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün potensialın olduğunu bildiriblər.
Bolqarıstan Prezidenti vurğulayıb ki, Sofiya ilə Bakı arasında birbaşa hava əlaqəsinin bərpası Azərbaycanla əlaqələrin genişləndirilməsinə kömək edəcək.
12-09-2023, 21:44
Qırğızıstan XİN Qarabağda baş verənlərlə bağlı bəyanat yaydı


Qırğızıstan XİN Qarabağda baş verənlərlə bağlı bəyanat yaydı

Qırğızıstan Xarici İşlər Nazirliyi Qarabağda baş verənlərlə bağlı bəyanat yayıb.
Bu barədə Qırğızıstan XİN məlumat yayıb.
Qeyd olunub ki, Qırğızıstan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.
“Beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını qətiyyətlə müdafiə edən Qırğızıstan Respublikası bütün məsələlərin BMT Nizamnaməsinə və beynəlxalq hüququn əsas prinsip və normalarına uyğun olaraq siyasi və diplomatik vasitələrlə həllinə çağırır”, - deyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
12-09-2023, 21:13
Daşqınlar nəticəsində ölənlərin sayı 5 mini ötdü


Daşqınlar nəticəsində ölənlərin sayı 5 mini ötdü

Liviyada daşqınlar nəticəsində ölənlərin sayı 5,2 min nəfərə çatıb.
Bu barədə "Əl-Cəzirə" telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Yerli Qırmızı Xaç könüllüləri 10 000 nəfərin itkin düşdüyünü bildiriblər. Telekanalın məlumatına görə, sel nəticəsində sahilyanı Derna şəhərinin dörddə birini dağıdıb.
Daşqınlara "Daniel" qasırğası səbəb olub. Təbii fəlakət sahilyanı Cəbəl əl-Əxdar, Derna və Benqazi şəhərlərinə təsir edib. Hazırda Kirenaika əyalətinin şərqində üç ərazidə komendant saatı tətbiq olunur.
12-09-2023, 20:50
Putin Sovet İttifaqının bu addımını səhv qərar olduğunu bildirdi


Putin Sovet İttifaqının bu addımını səhv qərar olduğunu bildirdi

Soyuq Müharibə dövründə Sovet İttifaqının kütləvi etirazları yatırmaq üçün Macarıstan və Çexoslovakiyaya tanklar göndərmək qərarı səhv idi.
Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
"Xarici siyasətdə başqa xalqların maraqlarına xələl gətirən hər hansı bir hərəkət etmək düzgün deyil", - o bildirib.
Putin qeyd edib ki, ABŞ Sovet İttifaqı ilə eyni səhvləri edir. O deyib ki, Vaşinqtonun “dostları yoxdur, yalnız maraqları var”.
Qeyd edək ki, 1956-cı il Macarıstanda başlayan qiyam sovet tankları və qoşunları tərəfindən yatırılıb. Döyüşlərdə ən azı 2600 macar və 600 sovet əsgəri həlak olub.
1968-ci il Praqa baharı Sovet başçılıq etdiyi Varşava Müqaviləsi qüvvələrinin Çexoslovakiya Sosialist Respublikasına hücumu ilə sona çatdı. Çex tarixçilərinin məlumatına görə, işğal nəticəsində təxminən 137 çex və slovak həlak olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!