Mehriban Əliyevadan COP29-la bağlı daha bir paylaşım .....                        ABŞ, Azərbaycan və Çin birgə iclas keçirdi .....                        Dünya liderləri Bakıda... .....                        "Hərəkətə keçməsək, tarix bizi mühakimə edəcək" - Sandu Bakıdan səsləndi .....                        Bakıya gələn liderlərə ziyafət verildi .....                        Görkəmli alim, böyük şəxsiyyət .....                        Mirziyoyev COP29 kürsüsündən hansı mesajları verdi? .....                        Mehriban Əliyeva COP29-da çıxış etdi .....                        Ceyhun Bayramov dəyirmi masada çıxış etdi .....                       
19-10-2023, 13:10
Qazaxıstan Rusiyaya hərbi məhsulların tədarükünü dayandırdı


Qazaxıstan Rusiyaya hərbi məhsulların tədarükünü dayandırdı

Qazaxıstan qərbin sanksiyaları səbəbindən Rusiyaya 106 adda hərbi məhsulun və onların ehtiyat hissələrinin tədarükünü dayandırıb.
Bunu Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Kayrat Torebayev deyib.
O bildirib ki, tətbiq olunan sanksiyalar səbəbindən Rusiyaya pilotsuz təyyarələr, onların ehtiyat hissələri, ixtisaslaşdırılmış elektronika, çiplər və buna bənzər məhsulların ixracı dayandırılıb.
19-10-2023, 13:08
Qarabağdakı 3000-dən çox erməni sakini Ermənistanı tərk edib -Paşinyan


Qarabağdakı 3000-dən çox erməni sakini Ermənistanı tərk edib - Paşinyan

Bu günə kimi Qarabağdan olan 3000-dən çox erməni sakin Ermənistan Respublikasını tərk edib.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 19-da hökumətin iclasında deyib.
Paşinyan Qarabağ ermənilərini Ermənistanda qalmağa çağırıb:
“Mən bu mövzuda nəticə çıxarmaq istəmirəm, bəlkə də onların çoxu qohumlarını ziyarət etməyə, bir az vaxt keçirməyə gedib. Ümid edirəm ki, biz bu mesajı çox aydın şəkildə çatdırırıq və mən məcburi köçkün bacı və qardaşlarımızı Ermənistanda qalmağa çağırıram. Biz onları dəstəkləmək üçün hər şeyi edirik, de-fakto Qarabağa qayıtmaq arzusu və ya buna imkan olmadığı halda, bizim siyasətimiz onların Ermənistanda qalmaları üçün hər şeyi etməkdir.
Paşinyan Qarabağdan olan ermənilərin ehtiyaclarını ödəmək üçün Ermənistan hökumətinin artıq 100 milyon dollar ayırdığını, müxtəlif proqramlar hazırladığını xatırladıb.
19-10-2023, 12:59
Ağdama məskunlaşma prosesinin tarixi açıqlandı


Ağdama məskunlaşma prosesinin tarixi açıqlandı

2025-ci ilin ortasından başlayaraq Ağdam şəhərində və onun ətraf kəndlərində məskunlaşma prosesi həyata keçirilə bilər.
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib.
"Ağdam şəhərində görüləcək işlərin miqyası çoxdur. Bu gün orada genişmiqyaslı tikinti işləri gedir. Artıq 3 məhəllənin təməli qoyulub. İki məhəllədə artıq işlərə başlanılıb. Bundan sonra daha 3 məhəllə hazırlanaraq, yaxın zamanda təməli qoyulacaq. Gələn ilin əvvəlində bütün bu tikinti işlərinə başlanılacaq. 2025-ci ilin ortasından başlayaraq biz Ağdam şəhərinə və onun ətraf kəndlərinə məskunlaşmanı həyata keçirə bilərik", - deyə E. Hüseynov bildirib.
19-10-2023, 12:53
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.
Yağıntılar səhər kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 11-14° isti, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-60 % olacaq.
Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 16-21° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-9° isti olacaq.
19-10-2023, 12:41
Şolts HƏMAS tərəfindən girov götürülən insanların azad edilməsini tələb etdi


Şolts HƏMAS tərəfindən girov götürülən insanların azad edilməsini tələb etdi

Almaniya kansleri Olaf Şolts HƏMAS silahlıları tərəfindən girov götürülən bütün insanların azad edilməsini tələb edib.
Bu barədə o, Bundestaqda çıxışı zamanı danışıb.
Kansler bildirib ki, girovlar “heç bir ilkin şərt olmadan” azad edilməlidir. O, girovlar arasında bir neçə Almaniya vətəndaşının da olduğunu qeyd edib.
Şoltsun ​​sözlərinə görə, İsrailə səfəri zamanı o, Qəzza zolağında əsir götürülən insanların qohumları ilə danışıb və çox təsirlənib. Kansler HƏMAS-ın İsrailə hücumunun nəticələrini “Yaxın Şərqin son onilliklərdə yaşadığı ən ciddi böhran” adlandırıb.
Bundan əlavə, Şolts HƏMAS-ın müttəfiqlərini - xüsusən də İran və Hizbullahı münaqişəyə girməkdən çəkindirib. Eyni zamanda, kansler Qəzza zolağının mülki əhalisinin HƏMAS-ın qurbanı və girovları olduğunu vurğulayıb.
O, Rusiya prezidenti Vladimir Putinin mövqeyini də tənqid edib. Kansler Ukraynaya qarşı müharibəyə başlayan Rusiya prezidentinin Qəzza zolağının mülki əhalisi arasında itkilərə laqeyd qalmasına qəzəblənib. Şoltsun fikrincə, Yaxın Şərqdəki vəziyyət Ukraynaya yardıma təsir etməyəcək:
"Almaniya hökuməti Ukrayna Silahlı Qüvvələrinə daha bir yardım paketi təqdim etməyi planlaşdırır. Bura, xüsusən, "Patriot", "Gepard" və IRIS-T hava hücumundan müdafiə sistemləri daxil olacaq".
19-10-2023, 12:21
Çin ABŞ-ın veto qərarını qınadı


Çin ABŞ-ın veto qərarını qınadı

Çin ABŞ-ın BMT Təhlükəsizlik Şurasının İsrail və HƏMAS arasındakı münaqişədə “humanitar fasilə” tələb edən qətnaməsinə veto qoyması qərarından “dərin məyus” olduğunu bildirib.
Bunu Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning açıqlayıb.
"Çin Birləşmiş Ştatların Təhlükəsizlik Şurasının Fələstin məsələsi ilə bağlı qətnamə layihəsini qəbul etməsinə mane olmasından dərin məyusluq keçirir", - o deyib.
Mətbuat xidmətinin rəhbəri BMT Təhlükəsizlik Şurasını "atəşkəsin əldə edilməsində və müharibənin dayandırılmasında öz rolunu oynamağa" çağırıb.
Qeyd edək ki, ABŞ İsrailin özünümüdafiə hüququnun qətnamədə əksini tapmaması səbəbindən veto qoyduğunu elan edib.
19-10-2023, 12:04
Hərbi qulluqçuların telefondan istifadəsi qadağan olunur


Hərbi qulluqçuların telefondan istifadəsi qadağan olunur

"Azərbaycan Ordusunda informasiya təhlükəsizliyi, eləcə də məxfilik qaydaları ilə bağlı mütəmadi olaraq şəxsi heyətlə maarifləndirici söhbətlər aparılır, iltizamnamələrə imza atılaraq bununla bağlı öhdəçilik götürürlər. Buna baxmayaraq bir neçə hərbi qulluqçunun xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilmişdir".
Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
"Bu hərbi qulluqçulardan bəziləri Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından xaric edilib, digərləri barəsində isə ciddi intizam tədbirləri görülüb. Ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcəkdir. Əlavə olaraq qeyd edək ki, qaydaların daha da sərtləşdirilməsi ilə bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi üçün aidiyyəti üzrə yeni təkliflər hazırlanaraq təqdim edilib", - deyə məlumatda qeyd olunur.



19-10-2023, 11:42
Netanyahunun ailəsinin sürücüsü HƏMAS tərəfindən öldürüldü


Netanyahunun ailəsinin sürücüsü HƏMAS tərəfindən öldürüldü

İsrailin baş naziri Benyamin Netanyahunun müşavirinin qardaşı oğlu HƏMAS terrorçuları tərəfindən əsir götürülüb.
Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu özü açıqlayıb.
Netanyahu bildirib ki, ailəsinin keçmiş sürücüsü olan Yonatan isə öldürülüb.
19-10-2023, 11:29
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Aralıq dənizinə daxil oldu


ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Aralıq dənizinə daxil oldu

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Mount Whitney" gəmisi Aralıq dənizinə daxil olub.
Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı Donanmasının mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, gəmi Yaxın Şərqdə eskalasiya fonunda ABŞ-ın əməliyyatlarına dəstək verəcək.
"Gəmi Aralıq dənizinin şərqinə doğru hərəkət edir. "Blue Ridge" sinfinə daxil olan "USS Mount Whitney" gəmisi ABŞ-ın Aralıq dənizinin şərqindəki əməliyyatlarını dəstəkləmək üçün 2023-cü il oktyabrın 18-də İtaliyanın Qaeta şəhərindən yola düşüb ", - mətbuat xidmətinin bəyanatında deyilir.
18-10-2023, 23:25
İsrail BMT-dən üzr istəməsini tələb etdi


İsrail BMT-dən üzr istəməsini tələb etdi

İsrail HƏMAS-ın “döyüş maşını” çevrilməsinə imkan verən BMT və Təhlükəsizlik Şurasının bəzi üzvlərindən üzr istəməsini tələb edib.
Bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Gilard Erdan çıxış edərkən deyib.
“Çoxunuz siyasi səbəblərdən dolayı HƏMAS-ı terror təşkilatı kimi tanımaq istəmirsiniz. Bu, faktları dəyişmir: HƏMAS imkan olduqca şüurlu şəkildə mülki əhaliyə hücum edir, uşaqları öldürür. Bu səbəbdən HƏMAS İŞİD-dən fərqlənməyən terror təşkilatıdır. HƏMAS dialoqa inanmır, dialoq istəmir, siyasi həlldə maraqlı deyil; HƏMAS yalnız yəhudilərin yox edilməsi və yəhudi dövlətinin məhv edilməsinə inanır. Heç nə belə soyqırımı ideologiyasını dəyişə bilməz. HƏMAS heç beynəlxalq hüququn varlığını tanımır. Əgər “iki dövlət” çözümü və beynəlxalq hüquq haqqında danışırsınızsa, xərçəngin müalicəsinin yalnız bir həlli var – bu hər xərçəng hüceyrəsinin məhv edilməsidir: İŞİD və “Əl-Qaidə” ilə edildiyi kimi – tam zərərsizləşdirilmə”, - o qeyd edib.
Eyni zamanda, səfir HƏMAS-ın oktyabrın 7-də törətdiyi hücumun soyqırımı cəhdi olduğunu vurğulayaraq, BMT TŞ-nin diqqət ayırmadığını bildirib:
“HƏMAS yəhudilərə qarşı daha bir soyqırımı törətmək istəyib, Təhlükəsizlik Şurası bu alçaq hücuma heç köklənmədi belə. Bu günədək heç ən sadə şeyi – Təhlükəsizlik Şurası olaraq, HƏMAS-ın terror hücumunu qınamayıbsınız <<…>> Təhlükəsizlik Şurası sadəcə humanitar yardım və humanitar dəhlizlərdən danışır. Bu, təbii ki, xoşniyyətli və vacib məqsədlərdir, lakin HƏMAS-ın növbəti kütləvi qırğınını qabaqlanması üçün həll deyil”.
Diplomat HƏMAS-ın öz xalqının arxasında gizlənərək İsrail şəhərlərini atəşə tutduğunu xatırladıb və BMT-nin bunu pisləmədiyini qeyd edib:
“HƏMAS seçkilərdə Qəzza xalqı tərəfindən seçilib <<...>> Sonra HƏMAS Qəzza zolağının hər qarışını döyüş maşına çevirib. Təhlükəsizlik Şurası harada idi? HƏMAS beynəlxalq yardımı insanların sıx məskunlaşdığı məhəllələrdə tunel tikməyə istifadə edir. Təhlükəsizlik Şurası harada idi? Susurdu. HƏMAS öz mülki əhalisinin arxasında gizlənərək İsrail şəhərlərinə minlərlə raketlər atırdı. Təhlükəsizlik Şurası harada idi? << ... >> HƏMAS-ın məqsədi Qəzzada mülki itkilərin sayını artırmaqdır: bu, ssenarinin parçasıdır. Onlar İsraili savaş meydanında yenə bilməyəcəklərini yaxşı bilirlər <<...>> Təhlükəsizlik Şurası HƏMAS-ın terror hücumlarını pisləmək yerinə humanitar dəhlizləri müzakirə edir. Başa düşmürsünüz ki, sakitlik, atəşkəsə çağırışlar necə gülməlidir? Bu, sadəcə güllə yarasına leykoplastır vurmaqdır. Humanitar yardımlar gələcək caniliyə əngəl olmayacaq, yeganə variant bu şeytani quruluşun zərərsizləşdirilməsidir”.
Yekunda Gilard Erdan BMT və Təhlükəsizlik Şurasının “bəzi” üzvlərindən üzr tələb edib:
“Biz üzr tələb edirik. BMT və bu Şuradakıların bəziləri İŞİD kimi terrorçuların yalanlarını dərhal qəbul edib və qanunun aliliyini tanıyan demokratiyanın açıq dəlillərini tanımaqdan imtina ediblər. Siz üzr istəməli, HƏMAS İsrail xəstəxanalarına raketlər atdığı zaman Şuranı heç vaxt çağırmadığınız üçün üzr istəməlisiniz. <<…>> HƏMAS Qəzzada nəzarətsiz döyüş maşını qurarkən, illərdir başınızı quma soxduğunuz üçün üzr istəyin”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!