"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
3-11-2023, 22:30
Mina terrorunun qurbanlarının sayı açıqlandı


Mina terrorunun qurbanlarının sayı açıqlandı

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanla münaqişədən sonra ölkədə qalan mina probleminin həll olunmamasından növbəti dəfə narahatlığını bildirib.
Nazirliyin "X" sosial şəbəkəsindəki səhifəsində dərc olunmuş rəsmi açıqlamada Ermənistan silahlı qüvvələri tərəfindən yerləşdirilmiş minaların “Azərbaycan vətəndaşlarını öldürmək və şikəst etmək”də davam etdiyi bildirilir.
XİN bildirib ki, Tərtər rayonunda bu yaxınlarda baş vermiş mina partlayışı nəticəsində 24 yaşlı mülki vətəndaşın ayağı amputasiya olunub. Münaqişə bitdikdən sonra mina terroru qurbanlarının sayı 336 nəfərə çatıb.
3-11-2023, 21:46
Millimiz rəqibinə məğlub oldu


Millimiz rəqibinə məğlub oldu

Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununa çıxıb.
Elşad Quliyevin baş məşqçisi olduğu komanda yarımfinalda Qazaxıstan seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə bitib. Yığmamızın qollarını Eşqin Tağıyev vurub.
Azərbaycan millisi üçüncü yer uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.
3-11-2023, 20:55
Rusiya və İranın XİN Başçıları danışıqlar apardı


Rusiya və İranın XİN Başçıları danışıqlar apardı

Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla danışıqlar aparıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə olunub.
Lavrov Abdullahianla Qəzza zolağında davam edən silahlı qarşıdurmadan narahat olduqlarını bildiriblər.
3-11-2023, 20:42
Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi təsdiq edildi


Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi təsdiq edildi

Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi təsdiq edilib.
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinin təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Sənəddə bildirilir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi Yığıncağında qəbul olunmuş “Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi” təsdiq edilsin.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
3-11-2023, 19:34
Növbəti Zirvə görüşünün yeri və tarixi müəyyənləşdi


Növbəti Zirvə
görüşünün yeri və tarixi müəyyənləşdi


Türk Dövlətləri Təşkilatının növbəti Zirvə görüşü 2024-cü ildə keçiriləcək.
Bu barədə noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında keçirilən 10-cu yubiley Zirvə görüşündə qəbul edilmiş Bəyannamədə bildirilib.
Qeyd edilib ki, növbəti Zirvə görüşü Qırğız Respublikasında baş tutacaq.
3-11-2023, 18:57
Azərbaycanla Ermənistan arasında münasibətlər  beynəlxalq səviyyədə tanınıb


Azərbaycanla Ermənistan arasında münasibətlər
beynəlxalq səviyyədə tanınıb


"Azərbaycanla Ermənistan arasında münasibətlər qarşılıqlı olaraq suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınıb".
Bu barədə Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşünün yekun bəyannaməsində deyilir.
Bəyanata imza atan türk dövlətləri lideriləri sərhədlərin toxunulmazlığının tanınması və hörmət edilməsi əsasında normallaşmaya dəstək verdiklərini bir daha təsdiqləyiblər.
3-11-2023, 18:26
Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıyıq - Almaniya XİN


Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıyıq - Almaniya XİN

Almaniya Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün tərəfdarıdır.
Bunu Almaniyanın xarici işlər naziri Annalena Barbok Ararat Mirzoyanla mətbuat konfransında deyib.
O bildirib ki, rəsmi Berlin ərazi bütövlüyünü sülhün bərqərar edilməsinə yönəlmiş bütün danışıqlar üçün əsas hesab edir.
“Biz Ermənistan və Azərbaycan arasında münasibətlərdə sabitlik və təhlükəsizliyin bərqərar olması, danışıqların davam etdirilməsi üçün şərait yaratmaq istəyirik”, - nazir vurğulayıb.
3-11-2023, 18:02
Türk dövlətlərinin liderləri Azərbaycancanı təbrik etdilər


Türk dövlətlərinin liderləri Azərbaycancanı təbrik etdilər

Xəbər verdiyimiz kimi, noyabrın 3-də Astanada Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşü keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.
Sonra birgə foto çəkdirilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Zirvə görüşünü açaraq qonaqları salamlayıb. Prezident Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi və Azərbaycan xalqını ölkəmizin ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edərək deyib: “Hörmətli İlham Heydər oğlu Əliyevi və Azərbaycan xalqını dövlətçiliyin möhkəmləndirilməsi münasibətilə təbrik edirəm. Ölkəniz ərazi bütövlüyünü bərpa edib və yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu tarixi addım Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq atılıb”.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Zirvə görüşündəki çıxışında son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan söz açaraq deyib: “Sizin də yaxşı bildiyiniz kimi, dost Azərbaycan xalqı Türk dünyasında layiqli yer tutur, böyük hörmətə və nüfuza malikdir. Azərbaycan xalqı son illər əziz dostum İlham Heydər oğlunun rəhbərliyi ilə möhtəşəm uğurlar əldə edir”.
Prezident Şavkat Mirziyoyev, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı tədbirlərdən danışıb. “Tarixi ədalət zəfər çaldı. Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın quruculuq ərazisinə çevrilməsi istiqamətində mühüm nəticələr əldə olunur. Avqust ayında Şuşa və Füzuli şəhərlərində olarkən irimiqyaslı quruculuq işlərinin, müasir infrastrukturun yaradılmasının, dağıdılmış mədəni irs obyektlərinin bərpasının şəxsən şahidi oldum. Azərbaycan xalqını böyük Zəfər – ölkənin ərazi bütövlüyünün tam bərpası münasibətilə bir daha səmimi-qəlbdən təbrik edirəm”, - deyə Özbəkistan Prezidenti vurğulayıb.
Zirvə görüşündə çıxış edən Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanın suverenliyinin bərpası istiqamətində hər zaman mühüm addımlar atdığını qeyd edərək deyib: “Bu fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, Qırğızıstan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü dəstəkləyir”.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin bütün Türk dövlətlərində qürur doğurduğunu və bunun sülh üçün geniş imkanlar açdığını vurğulayaraq deyiv: “Can Azərbaycan Qarabağın otuzillik işğalına Vətən müharibəsindən sonra birdəfəlik son qoydu. Bu tarixi uğurdan son dərəcə qürur və sevinc hissi duyuruq. Bununla da bölgəmizdə davamlı sülhə bir addım da yaxınlaşdıq. Açılan fürsət pəncərəsinin dəyərləndirilməsi ən böyük arzumuzdur. Ermənistanın Azərbaycan qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir. Azərbaycanın qərb bölgəsi ilə Naxçıvanı birləşdirəcək kommunikasiya xəttinin həyata keçirilməsi də böyük önəm daşıyır. Bu xəttin açılması bütün bölgə ölkələrinin rifahına ciddi töhfə verməklə yanaşı, Türkiyəni də Ata yurdumuz olan Orta Asiya ilə birləşdirəcək. Bu prosesin uğurla başa çatdırılması üçün Türk dünyası olaraq Azərbaycana dəstəyimizi davam etdirməliyik”.
Türkiyə Prezidenti Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokolla bağlı ardıcıl işlərin görüldüyünü də diqqətə çatdıraraq bildirib: “Naxçıvan Sazişinə dəyişikliklər edilməsinə dair Protokol Məclisimiz tərəfindən Türk Dövlətləri Əməkdaşlıq Günü olan 3 oktyabr tarixində qəbul edildi. Noyabrın 1-də Protokolun təsdiqlənməsi prosesini başa çatdırdıq. Bütün üzv ölkələri Protokolun ən qısa müddətdə həyata keçirilməsi üçün lazımi addımları atmağa dəvət edirəm”.
Türk dövlətləri arasında enerji sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində də ardıcıl tədbirlərin reallaşdırıldığını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan qeyd edib: “Nəhəng enerji və nəqliyyat infrastrukturu layihələri Türk dövlətləri arasında daim əsas və mühüm əməkdaşlıq sahəsi olub. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərləri və Trans-Anadolu boru kəməri bunun konkret nümunələridir. Xəzərin təbii qazının Türkiyəyə və Avropaya nəqli həm Türk dövlətlərinin rifahına, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. Ölkələrimiz arasındakı nəqliyyat şəbəkəsini inkişaf etdirmək hədəfini də xüsusi vurğulamalıyıq. Bu düşüncə ilə Xəzərdən keçən Şərq-Qərb - Orta Dəhlizin rolunun artırılması istiqamətində səylərimizi davam etdiririk”.
Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Türk dövlətləri arasında reallaşdırılan layihələrdən danışaraq deyib: “Qırğızıstan, Özbəkistan, Türkmənistan marşrutu boyunca Xəzər dənizinədək uzanacaq, sonra Azərbaycana və Türkiyəyə qədər genişləndiriləcək nəqliyyat dəhlizinin yaradılması üzərində iş gedir. Hazırda Türkmənistan qonşu və qardaş ölkələr olan Özbəkistana və Azərbaycana təbii qaz ixrac edir. Eyni zamanda, bizim Türkmənistan qazını Xəzər dənizi vasitəsilə Azərbaycan, Türkiyə və gələcəkdə dünya bazarına ixrac etmək imkanımız var. Yaxın gələcəkdə qardaş ölkələr olan Azərbaycana və Türkiyəyə elektrik enerjisi də nəql etmək imkanımız olacaq”.
Macarıstanın Baş naziri Viktor Orban bu Zirvə görüşünün tərəflər arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində xüsusi rolunu vurğulayıb. Azərbaycanın uğurlarını görüş iştirakçılarının diqqətinə bir daha çatdıran Viktor Orban bildirib: “Mən fürsətdən istifadə edərək, regionda sabitliyə nail olunması istiqamətində göstərdiyi səylərdə və Qarabağın bərpası işlərində Prezident Əliyevə çoxlu uğurlar arzulayıram. Cənab Prezident, Sizi nailiyyətləriniz münasibətilə təbrik edirəm”.
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev isə görülən işlər haqqında ətraflı məlumat verərək qeyd edib ki, ötən dövrdə müxtəlif sahələrdə bir sıra mühüm qərarlar qəbul olunub. “İstanbulda BMT-nin Məskunlaşma Proqramının Regional nümayəndəliyinin yaradılmasına dair planlar var. Eyni zamanda, BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycan arasında tərəfdaşlıq mövcuddur. Xüsusi vurğulamaq istəyirəm ki, sentyabrın sonunda Azərbaycanda Milli Şəhərsalma Forumu uğurla keçirildi”, - deyə Kubanıçbek Ömüralıyev bildirib.
3-11-2023, 17:37
“Neftçi”nin əsas komandasını daşıyan avtobus qəzaya uğradı


“Neftçi”nin əsas komandasını daşıyan avtobus qəzaya uğradı

“Neftçi”nin əsas komandasını daşıyan avtobus bu gün Qəbələyə yola düşərkən qəzaya düşüb.
Bu barədə Bakı klubundan məlumat verilib.
Bildirilib ki, hadisə Bayıl qəsəbəsində qara rəngli “Hyundai” markalı avtomobilin ehtiyatsızlığı səbəbindən baş verib. Xoşbəxtlikdən hər iki tərəfdə xəsarət alan olmayıb.
Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasının XII turunda Qəbələnin qonağı olacaq. Noyabrın 5-də keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq
3-11-2023, 17:19
Putin: “Xaricdəki fiqurların mövqeyi təəccüblüdür”


Putin: “Xaricdəki fiqurların mövqeyi təəccüblüdür”

Rusiya prezidenti Vladimir Putin Mahaçqala hava limanında iğtişaşların təşkilində “xarici fiqurların” əli olduğunu deyib.
Putin "okeanın o tayındakıları" günahlandırıb.
Onun sözlərinə görə, bu işə “qanun çərçivəsində” cavab vermək lazımdır.
"Xaricdəki fiqurların mövqeyi təəccüblüdür - onlar İsraili dəstəkləyirlər, amma burada yəhudi qırğınlarını təşkil etməyə çalışırlar, bu, sadəcə olaraq iyrəncdir", -Putin iddia edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!