Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
11-11-2023, 14:24
Mir Şahin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi


Mir Şahin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

Mir Şahin Mirdilavər oğlu Ağayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
O, Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, M.Ağayev 1963-cü ildə Yardımlı rayonunda anadan olub. Sabah onun 60 illik yubileyidir.
11-11-2023, 14:02
Cüdoçumuz Avstraliyada keçirilən turnirdə qızıl medal qazandı


Cüdoçumuz Avstraliyada keçirilən turnirdə qızıl medal qazandı

Azərbaycan cüdoçusu Murad Fətiyev Avstraliyanın Pert şəhərində keçirilən açıq Okeaniya turnirində qızıl medal qazanıb.
90 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Estoniya təmsilçisi Klen Kristofer Kalyulaidlə üz-üzə gəlib.
Rəqibinə ipponla qalib gələn Fətiyev yarışın qalibi olub.
Qeyd edək ki, ötən gün Aydan Vəliyeva (52 kq) bürünc medala sahib çıxıb.
11-11-2023, 13:39
Avropa İttifaqında İrana yeni sanksiyaların tətbiqiylə bağlı fikir ayrılığı var


Avropa İttifaqında İrana yeni sanksiyaların tətbiqiylə bağlı fikir ayrılığı var

Avropa İttifaqında HƏMAS hərəkatına verdiyi dəstəyə görə İrana qarşı yeni sanksiyaların tətbiqi ehtimalı ilə bağlı fikir ayrılığı var.
Bu barədə "Politico" nəşri məlumat yayıb.
“Aİ HƏMAS-a verdiyi dəstəyə görə İrana qarşı sərt sanksiyaları müzakirə edir, lakin bunun yaxşı ideya olub-olmaması ilə bağlı Aİ diplomatları arasında ciddi fikir ayrılığı var”, - deyə nəşr bildirib.
Məlumata görə, Aİ-nin bir sıra ölkələri hesab edir ki, yeni sanksiyalar Yaxın Şərqdə münaqişənin genişlənməsinə səbəb ola bilər.
Qeyd olunur ki, İsrail və ABŞ HƏMAS-a qarşı əlavə məhdudiyyətlər tətbiq etmək üçün Aİ-yə təzyiq göstərir.
11-11-2023, 13:23
Siyasi təzadların artması böyük toqquşmaların başlanğıcıdır - TBMM sədri


Siyasi təzadların artması böyük toqquşmaların başlanğıcıdır - TBMM sədri

“Dünyada siyasi təzadlar artır. Bu, daha böyük toqquşmaların başlanğıcı ola bilər”.
Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Əsrin İşadamları Dərnəyinin toplantısında çıxışı zamanı deyib.
O bildirib ki, Birinci və İkinci dünya müharibəsinin əsas səbəbi siyasi ambisiyalar idi: “Üçüncü Dünya müharibəsi isə artıq çoxdan başlayıb. Yaxın Şərqəki müharibə birdən-birə başlamadı”.
N.Kurtulmuşun sözlərinə görə, dünyada siyasi sistemin dəyişməsinə ehtiyac var.
11-11-2023, 12:47
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Noyabrın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi şəhərətrafı ərazilərdə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 17-22° isti, dağlarda gecə 3° şaxtadan 2°- dək isti, gündüz 4-8° isti olacaq.
11-11-2023, 12:25
Ermənistan və Fransa XİN rəhbərləri regional məsələləri müzakirə etdi


Ermənistan və Fransa XİN rəhbərləri regional məsələləri müzakirə etdi

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parisdə keçirilən 6-cı Sülh Konfransı çərçivəsində fransalı həmkarı Ketrin Kolonna ilə görüşüb.
Bu barədə erməni nazir X hesabında bildirib.
Ermənistan KİV-in məlumatına görə, nazirlər regional məsələləri müzakirə edib.
A.Mirzoyan, həmçinin şəhərin meri Ann Hidalqo ilə də müzakirə aparıb.
11-11-2023, 12:16
Rusiya Kiyevə “İsgəndər” ballistik raketini atdı


Rusiya Kiyevə “İsgəndər” ballistik raketini atdı

Bu gün Rusiya tərəfindən Ukraynanın paytaxtı Kiyevə “İsgəndər” ballistik raketi atılıb.
52 günlük fasilədən sonra bu gün səhər saat 08:00 radələrində yenidən Kiyevə raket hücumları olub.
Məlumata görə, raket şəhərə yaxınlaşarkən hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.
İlkin məlumatlara görə, tələfat və dağıntı yoxdur.
11-11-2023, 11:06
İsrail ordusu HƏMAS-ın 11 hərbi mövqeyini ələ keçirib


İsrail ordusu HƏMAS-ın 11 hərbi mövqeyini ələ keçirib

İsrail ordusu Qəzza zolağında HƏMAS-ın 11 möhkəmləndirilmiş hərbi mövqeyini ələ keçirib.
Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Bildirilib ki, İsrail ordusunun bölmələri Qəzza zolağında hərbi əməliyyatları davam etdirir.
11-11-2023, 10:38
Azərbaycandan Türkiyəyə maddi 100 milyon dollarlıq dəstək - Saziş təsdiqləndi


Azərbaycandan Türkiyəyə maddi 100 milyon dollarlıq dəstək - Saziş təsdiqləndi

Türkiyə Pezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin zəlzələ nəticəsində böyük dağıntılara məruz qalan Kahramanmaraş vilayətində Azərbaycan hökumətinin yaşayış binaları və sosial infrastruktur obyektləri tikməsini nəzərdə tutan sazişi təsdiqləyib.
Bu barədə qərar “Rəsmi Gazete”də dərc olunub.
Sazişə əsasən, Azərbaycan Kahramanmaraş vilayətində baş verən zəlzələdən zərərçəkmiş bölgələrin birində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi tikəcək.
Azərbaycan hökuməti layihənin reallaşması üçün 100 milyon ABŞ dolları ayıracaq.
Sənəd 2 il müddətinə qüvvədə qalacaq.
Əməkdaşlıq sazişi çərçivəsində Türkiyənin Ətraf, Şəhərsalma və İqlim dəyişikliyi Nazirliyinin Mənzil İnkişaf İdarəsi (TOKİ), Azərbaycandan isə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) icraçı qurum qismində iştirak edəcək.
MİDA və TOKİ məsul şəxslərindən ibarət İşçi qrup formalaşdırılacaq. Qrup layihəni müəyyənləşdirilmiş vaxt ərzində başa çatdırmaq və tikinti işlərinin həyata keçirilməsi zamanı yarana biləcək təşkilati və hüquqi problemleri ilkin olaraq aradan qaldırmaq məqsədilə birgə çalışacaq.
Xatırladaq ki, “Azərbaycan və Türkiyə arasında Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçaçı və mədəniyyət mərkəzi tikintisi barədə əməkdaşlıq haqqında” saziş 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanıb. Sənədi Azərbaycan tərəfdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Türkiyə tərəfdən isə ətraf, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki imzalayıblar.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ olub.
Yeraltı təkanlar ölkənin 11 əyalətində və qonşu dövlətlərdə hiss olunub. Türkiyə hakimiyyəti zəlzələni “əsrin fəlakəti” adlandırıb. Təbii fəlakət nəticəsində Türkiyədə 50,5 min nəfər ölüb.
11-11-2023, 10:26
Beynəlxalq Federasiyası Futbol dünya reytinqini açıqladı - “Neftçi” və “Sabah” geriləyib


Beynəlxalq Federasiyası Futbol dünya reytinqini açıqladı - “Neftçi” və “Sabah” geriləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
403 komandadan ibarət siyahıya Azərbaycanın yenə 3 təmsilçisi düşüb.
Ötən ay 61-ci yerdə qərarlaşan “Qarabağ” (131,5 xal) hazırkı reytinqdə 70-ci ola bilib.
"Neftçi" və "Sabah" klubları da geriləyiblər. "Ağ-qaralar" 318-ci sıradan 340-a, "bayquşlar" isə 302-ci mövqedən 342-ci pilləyə düşüblər.
Qeyd edək ki, dünya reytinqinə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının son qalibi “Mançester Siti” (296 xal) başçılıq edir. İspaniya təmsilçisi “Real” 288 xalla ikincidirsə, Misirin "Əl-Əhli" (244) komandası üçüncü yerə yüksəlib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!