Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
29-11-2023, 22:52
Rusiyaya getmək istəyənlər sənəd imzalayıb öhdəlik götürməlidir


Rusiyaya getmək istəyənlər sənəd imzalayıb öhdəlik götürməlidir

Rusiya Daxili İşlər Nazirliyi “loyallıq müqaviləsi”
hazırlamağı və ölkəyə daxil olan əcnəbilərə bu sənədi imzalatmağı təklif edib.
Bu barədə qurum tərəfindən hazırlanan qanun layihəsindən aydın olub.
Yeni sənəddə ölkəyə daxil olan əcnəbi vətəndaşlar üçün bir sıra məhdudiyyətlər, o cümlədən Rusiyanın dövlət siyasətini gözdən salmağa, ənənəvi ailə dəyərlərini inkar etməyə və sovet xalqının faşizm üzərində qələbəyə verdiyi töhfəni təhrif etməyə qadağa qoyulur.
“Sadiqlik müqaviləsi - bir tərəfdən, Rusiyanın dövlət orqanlarının əcnəbi vətəndaşın ölkəyə daxil olması üçün icazəsidir, digər tərəfdən, Rusiyaya daxil olan əcnəbi vətəndaşın Rusiyanın milli maraqlarını qorumaq üçün müəyyən edilmiş qadağalarla razılaşmasıdır”, - deyə sənəddə bildirilir.
Qanun layihəsinə əsasən, Rusiya ərazisində olduğu (yaşadığı) müddət ərzində Rusiyaya gələn əcnəbiyə dövlət orqanlarının fəaliyyətinə müdaxilə etmək, xarici və daxili dövlət siyasətini, dövlət orqanlarını və onların vəzifəli şəxslərini hər hansı formada nüfuzdan salmaq qadağandır.
Xatırladaq ki, Rusiya Daxili İşlər Nazirliyi qeyri-qanuni miqrantlar üçün bir sıra qadağalar və məhdudiyyətləri nəzərdə tutan nəzarətdə qalma rejimi tətbiq etməyi də təklif edir. Miqrantların həyatını çətinləşdirəcək yeni qanun layihəsinə onların avtomobil idarə etməsi, sürücülük vəsiqəsi alması, nikah qeydiyyatı və pul köçürməsinə aid qadağalar daxil edilib.
Bundan əvvəl Rusiyada miqrantlar üçün qanunların sərtləşdirildiyi barədə məlumat vermişdik. Belə ki, qaydalardan birinə görə, artıq vətəndaşlıq üçün təkcə nikah kifayət eləmir, mütləq uşaq da olmalıdır.
Həmçinin xəbər verilmişdi ki, Rusiyaya gedən miqrantlar aeroportlarda daktiloskopiyadan (barmaq izi) keçəcəklər və fotoları çəkiləcək.
29-11-2023, 21:59
Daha iki güləşçimiz qızıl medal qazandı


Daha iki güləşçimiz qızıl medal qazandı

Bakıda hərbçilər arasında keçirilən güləş üzrə 36-cı dünya çempionatında daha iki idmançımız qızıl medal qazanıb.
74 kiloqram çəki dərəcəsində mübarizə aparan Turan Bayramov final görüşündə İran pəhləvanını böyük xal fərqi ilə məğlub edərək dünya çempionu olub.
Çempionatda 92 kiloqram çəki dərəcəsində mübarizə aparan İbrahim Yusubov həlledici döyüşdə türk rəqibindən üstün olub və ölkəmizə bu yarışda dördüncü qızıl medalı qazandırıb.
29-11-2023, 21:47
Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirildi


Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirildi

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
İclasda Qəzzadakı vəziyyət müzakirə olunub.
İclasın sonunda yayılan bəyanatda deyilir ki, Türkiyə Azərbaycan-Ermənistan danışıqlarının daimi sülh sazişi ilə nəticələnəcəyinə ümid edir.
“Türkiyə Ermənistan da daxil olmaqla regionun bütün ölkələrinin sülh və rifahına töhfə verəcək davamlı sülhün bərqərar olması istiqamətində bütün səmimi səyləri dəstəkləyəcək”, - bəyanatda bildirilir.
İclasda qeyri-regional aktorların məsələyə müdaxilə etmək cəhdləri də dəyərləndirilib.
29-11-2023, 21:00
Mingəçevirdə baş vermiş zəlzələ Ermənistanda da hiss edilib


Mingəçevirdə baş vermiş zəlzələ Ermənistanda da hiss edilib

Xəbər verdiyimiz kimi, Mingəçevir şəhərində zəlzələ olub. Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar Gəncə, Yevlax, Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.
Zəlzələ Ermənistanda da hiss edilib.
Bildirilir ki, zəlzələ Tavuş vilayətinin Noyemberyan, İcevan, Dilican və Berd şəhərlərində, həmçinin Azatamut kəndində 3 bal gücündə hiss olunub.
29-11-2023, 20:52
FHN Mingəçevirdə baş vermiş zəlzələylə bağlı açıqlama verdi


FHN Mingəçevirdə baş vermiş zəlzələylə bağlı açıqlama verdi

Mingəçevirdə qeydə alınan zəlzələdə dağıntı qeydə alınmayıb, xəsarət alan yoxdur.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Qeyd edək ki, bu gün yerli vaxtla saat 19:49-da Mingəçevir ərazisində 4.5 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ Mingəçevir, Gəncə, Yevlax və Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.
29-11-2023, 20:00
Mingəçevirdə zəlzələ oldu


Mingəçevirdə zəlzələ oldu

Azərbaycanın Mingəçevir şəhərində zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar Gəncə, Yevlax, Goranboy ərazilərində 4-3 bala qədər hiss olunub.
29-11-2023, 18:57
Qəpiklərə 10-500 AZN arası alanlar kimlərdir


Qəpiklərə 10-500 AZN arası alanlar kimlərdir

Son zamanlar sosial şəbəkədə üzərində milli atributumuz əks olan 5, 10, 20 və 50 qəpiklər dəyərindən qat-qat baha qiymətə satışa çıxarılır.
Üzərində gerb olan bu qəpiklərə 10 - 500 AZN arasında qiymət qoyulub.
Qəpikləri təsadüfən əldə edən və internetdə satış olduğunu görən sakinlər də bu "trend"ə qoşulurlar.
Əslində bu praktika dünyanın bir çox ölkəsində baş verir və insanların aldadılmasına hesablanıb. Satışa çıxarılan qəpiklərin digərlərindən heç bir fərqi yoxdur və onu alanlarlar əlavə üstünlük qazanmırlar.

29-11-2023, 18:43
Rusiya bu təşkilatın komitəsinə seçilə bilmədi


Rusiya bu təşkilatın komitəsinə seçilə bilmədi

Rusiya Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının (KSQT) icraiyyə komitəsinə seçilə bilməyib.
Bu barədə qurum X hesabında məlumat yayıb.
TASS bildirir ki, səsvermənin nəticələrinə əsasən, Rusiya tələb olunan minimum 66 səsdən 65 səs toplayıb. Gələn il üçün şuraya 21 ölkə seçilib.
Şərqi Avropa Qrupundan Polşa, Litva və Ukrayna, Afrika ölkələrindən Qana, Əlcəzair, Nigeriya və Cənubi Afrika, Asiya qrupundan Banqladeş, Pakistan, Malayziya və İran Latın Amerikası və Karib hövzəsindən Qvatemala, El Salvador, Çili və Ekvador, Qərbi Avropa qrupunda Belçika, Yunanıstan, Danimarka, Yeni Zelandiya və İspaniya seçilib.
Qeyd edək ki, noyabrın 27-dən dekabrın 1-dək Haaqada KSQT iştirakçısı olan Dövlətlərin Konfransının 28-ci sessiyası keçirilir.
29-11-2023, 18:05
Dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behiştinin məhkəməsi başladı


Dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behiştinin məhkəməsi başladı

Dövlətə xəyanətdə ittiham olunan Hacı Əli Behiştinin (Əliyev) cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda ittiham aktı elan olunub.İttihama görə, təqsirləndirilən şəxs 2007-ci ildə qəsdən və tamah məqsədilə İranın Qum şəhərində həmin ölkənin xüsusi xidmət orqanı olan SEPAH-a bağlı olan Əkbər adlı şəxslə əməkdaşlığa başlayıb. Hacı Əliyev orada olarkən Behişti təxəllüsünü götürüb.
O, 2007-2014-cü illərdə Bakının Binə, Maştağa və Nardaran ərazilərində olan məscidlərə gedib, orada İrana yaxınlığı ilə seçilən şəxslər barədə məlumatlar toplayıb.
Təqsirləndirilən şəxs bu məlumatlar qarşılığında 2007-ci ildə 3 min, 2008-ci ildə 3 min, 2009-cu ildə 3 min, 2010-cu ildə 2 min, 2011-ci ildə 2 min, 2012-ci ildə 1500 və 2013-cü ildə 1000 dollar alıb.
Hacı Əliyev özünü təqsirli bilmədiyini deyib.
Daha sonra şahid qismində Rasim Niftullayev ifadə verib. O, təqsirləndirilən şəxslə Qum şəhərində tanış olduğunu deyib: "10 il Qumda dini təhsil almışam. Hacı Əli Əliyevlə orada tanış olmuşam. Orada oxuyan hər kəsə təxəllüs verilirdi. Bu, orada soyad kimi istifadə edilirdi. Azərbaycanca gələndən sonra da Hacı ilə əlaqəmiz qalıb. O, bizə gəlirdi və ya mən gedirdim onlara. Telefonla danışırdıq. Danışıqlarımız əsasən, dini məsələlər üzərində olurdu. Məsələn, Ramazanda Ayın görünüb-görünməməsi barədə söhbətlərimiz olurdu. Hacı da, mən də camaat içində ruhani kimi tanınırıq".
Təqsirləndirilən şəxs Hacı Əli Əliyev məhkəməyə Azərbaycan Ruhanilər Məclisi adında icmalarının olduğunu, orada gündəlik məsələlər və dini söhbətlər etdiklərini deyib.
Digər şahid Yaşar Əliyev təqsirləndirilən şəxsi uzun müddətdir tanıdığını bildirib: "İran İslam Respublikasının Qum şəhərində dini təhsil alarkən tanış olmuşuq. Azərbaycanda İslam Universitetini bitirəndən sonra İrana təhsil üçün getmişəm. Yaş fərqimiz çox olduğu üçün təhsil aldığımız zaman kənarda görüşürdük. Təhsilimi bitirib gələndən sonra da əlaqəmiz qalmışdı. Azərbaycan Ruhanilər Məclisinin üzvüyəm. Bu məclisin İran İslam Respublikası tərəfindən qurulduğu barədə deyilir. Bu məclisi biz özümüz qurmuşuq. Gündəlik məsələlər barədə söhbətlər aparırdıq".
Məhkəmə prosesi dekabrın 7-də davam etdiriləcək.
Qeyd edək ki, bu il aprelin 6-da həyata keçirilən əməliyyatlar zamanı Binə qəsəbə sakini Hacı Əli Behişti (Əliyev) saxlanılıb.
Hacı Əli Behişti Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
29-11-2023, 17:59
Bakı-Sumqayıt yoluna avtobus zolağı çəkilir - AYNA-dan açıqlama


Bakı-Sumqayıt yoluna avtobus zolağı çəkilir - AYNA-dan açıqlama

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkir.
Bu barədə AYNA-dan bildirilib.
Məlumata görə, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkili ilə bağlı tədbirlər davam etdirilir. Sumqayıt şəhərindən Bakı şəhəri istiqamətində təşkil edilmiş avtobus zolağının effektivliyi nəzərə alınaraq, eyni zamanda görülən işlərin davamı olaraq əks istiqamətdə də xüsusi hərəkət zolağının təşkili həyata keçirilir.
Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!