Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
8-11-2023, 22:38
Zəfər Günüylə bağlı Şuşada möhtəşəm atəşfəşanlıq oldu


Zəfər Günüylə bağlı Şuşada möhtəşəm atəşfəşanlıq oldu

8 Noyabr - Zəfər Günü münasibətilə Şuşa şəhərində möhtəşəm atəşfəşanlıq olub.
Bayram atəşfəşanlığı Qarabağın, qədim Şuşanın səmasını al-əlvan rənglərə boyayıb.

8-11-2023, 22:20
Ukrayna Silahlı Qüvvələrinin sonrakı illər üçün döyüş planı var - Zelenski


Ukrayna Silahlı Qüvvələrinin sonrakı illər üçün döyüş planı var - Zelenski

Ukrayna Silahlı Qüvvələrinin bu və sonrakı illər üçün döyüş planı var.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski "Reuters NEXT" konfransında deyib.
O, Ukrayna ordusunun uğur qazanacağına əmin olduğunu bildirib.
“Bizim planımız var, konkret şəhərlərimiz, konkret istiqamətlərimiz var, hədəfimiz var, hara gedəcəyik, hansı istiqamətdə hücum edəcəyik, bilirik”, - deyə Ukrayna prezidenti vurğulayıb.
8-11-2023, 21:55
Təbrizdə Zəfər Günü ilə əlaqədar təbdir keçirildi


Təbrizdə Zəfər Günü ilə əlaqədar təbdir keçirildi

Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş konsulluğu tərəfindən 8 Noyabr – Zəfər Günü ilə əlaqədar təbdir keçirilib.
Tədbirdə Zəfər Gününə həsr edilmiş tarixi-sənədli film nümayiş etdirilib və fotosərgi təşkil olunub.
Tədbirdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Baş konsul Əliyənnağı Hüseynov çıxış edərək 8 Noyabr - Zəfər Gününün müstəqil Azərbaycanın tarixində ən şərəfli günlər sırasında özünə layiqli yer tutduğunu əbədiyyətə qədər müstəqilliyimizə qızıl hərflərlə yazılmış tarixi gün olduğunu qeyd edib. Baş konsul "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı ilə öz azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizəsini əzmlə davam etdirən Azərbaycan xalqının 2020-ci ilin payızında növbəti dəfə bir yumruq kimi birləşərək öz torpaqlarını düşməndən azad etdiyini, Azərbaycanın regionda yeni geosiyasi reallıq yaratdığını qeyd edib. O vurğulayıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə qəhrəman Azərbaycan Ordusu öz şücaəti ilə bütün dünyaya onilliklər boyu xalqımızı təslimçiliyə məcbur etmək cəhdlərinin əbəs olduğunu nümayiş etdirdi. Azərbaycan xalqı heç bir halda Ana Vətən torpağından kimsəyə güzəşt etməz. Vətən müharibəsinin tarixi nəticələri, eyni zamanda, iki yüz illik erməni təcavüzkarlığının ifşası üçün tarixi şans yaratdı. Azərbaycan bu tarixi Zəfəri ilə həm də öz döyüşkənliyi ilə bərabər, humanistliyini və insansevərliyini ortaya qoydu. Bütün dünya aydın şəkildə gördü ki, təcavüzkar Ermənistan 30 illik işğal dövründə Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı kimi ağır cinayətlərlə sakitləşməyərək, zəbt etdiyi ərazilərdə ağır vandalizmlər törədib. Ermənistanın işğal olunmuş ərazilərdə mədəni-tarixi abidələrimizi məhv etməsi erməni vandalizminin və barbarlığının ən bariz göstəricisidir. İşğaldan azad edilmiş ərazilərimizdə məscidlərin, tarixi və mədəni abidələrin tamamilə məhv edilməsi faktlarının Vətən müharibəsindən sonra üzə çıxması bu ölkənin əsl simasını bütün dünyaya göstərdi.
Baş konsul vurğulayıb ki, 2023-cü ilin sentyabrında təxminən 24 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda qanunsuz erməni silahlı birləşmələri tam olaraq diz çökdürüldü. Uzun illər separatçı fəaliyyəti ilə beynəlxalq hüququn bütün aspektlərinə qarşı həqarət edən qanunsuz rejimin terrorçu başbilənləri ağ bayraq qaldıraraq təslim oldular. Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağını ucaldaraq növbəti dəfə regionda hamı üçün əhəmiyyətli olan sülh, sabitlik və ortaq inkişaf mesajı verdi.
Ə.Hüseynov, həmçinin azad olunmuş ərazilərdə uğurla davam edən quruculuq işlərindən, Ermənistanın mina terrorundan bəhs edib. O, sonda vurğulayıb: "Bu gün iftixarla deyə bilərik ki, bu tarixi Zəfər ömrünü Azərbaycan xalqına həsr etmiş və ölkəmizin ərazi bütövlüyünün bərpasını ən böyük arzusu və həyat amalı kimi qəbul edən Ümummilli Lider Heydər Əliyevin ruhunu şad edən milli şərafət səltənətidir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının bütün elementləri 44 günlük Vətən müharibəsində özünü bir daha təsdiqlədi. Prezident İlham Əliyevin liderliyində dövlət-xalq vəhdəti Azərbaycanın gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirdi. Ona görə də Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir. Bu Qələbə hər bir Azərbaycanlı üçün sonsuz qürur mənbəyidir və tariximizdə əbədi qalacaq".


8-11-2023, 21:17
Naxçıvanda Zəfər Gününə həsr olunan konsert təşkil olundu


Naxçıvanda Zəfər Gününə həsr olunan konsert təşkil olundu

Naxçıvan şəhərinin mərkəzi meydanında Zəfər Gününə həsr olunan konsert təşkil edilib.
Konsertdə Naxçıvan Qarnizonu Hərbi Orkestrinin və Naxçıvan Dövlət Filarmoniyasının təqdimatında vətənpərvərlik ruhunda musiqi nömrələri və ifalar səsləndirilib. Gecəyə rəng qatan ifalar muxtar respublika sakinlərində xoş ovqat yaradıb.
Sonda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub.
Qeyd edək ki, bu gün, həmçinin Naxçıvanda Ulu Öndərin 100 illiyinə və Zəfər Gününə həsr olunan genişmiqyaslı ağacəkmə aksiyası da keçirilib.
8-11-2023, 19:53
İlham Əliyev Özbəkistana səfər etdi


İlham Əliyev Özbəkistana səfər etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün noyabrın 8-də Özbəkistana səfərə gəlib.
Daşkənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentini Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşıladılar.


8-11-2023, 19:22
DTX-nin Laçın rayon şöbəsinin inzibati binasının açılış mərasimi keçirildi


DTX-nin Laçın rayon şöbəsinin inzibati binasının açılış mərasimi keçirildi

8 Noyabr - Zəfər Günündə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Laçın rayon şöbəsinin inzibati binasının açılış mərasimi keçirilib.
DTX-nin Mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, DTX-nin rəhbər əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Öncə tədbir iştirakçıları binanın foyesində Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi fəaliyyətlərinin müxtəlif dövrlərini özündə əks etdirən fotostendə baxıb, daha sonra müasir standartlara uyğun şəkildə yenidən rekonstruksiya edilmiş binada əməkdaşların öz xidmətlərini səmərəli təşkil etmələri və əməliyyat imkanlarını daima genişləndirə bilmələri üçün yaradılan hərtərəfli şəraitlə yaxından tanış olublar.
Belə bir inzibati binanın istifadəyə verilməsinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin təhlükəsizlik orqanlarına göstərdiyi diqqət və qayğının növbəti təzahürü olduğu vurğulanıb, Xidmətin şəxsi heyəti adından dövlət başçısına minnətdarlıq ifadə edilib.
8-11-2023, 18:49
Ukraynalı nazir istefa verdi


Ukraynalı nazir istefa verdi

Ukraynanın gənclər və idman naziri Vadim Qutseyt istefa ərizəsi yazıb.
Bu barədə parlamentin spikeri Ruslan Stefançuk məlumat verib.
"Ukrayna Ali Radası Ukraynanın gənclər və idman naziri V. M. Qutseytdən istefası barədə məlumat alıb", - Stefançuk "Facebook"da bildirib.
O, Qutseytin niyə istefa vermək qərarına gəldiyi barədə məlumat verməyib.
8-11-2023, 18:35
Bayraktardan Zəfər Günü paylaşımı


Bayraktardan Zəfər Günü paylaşımı

Silahlı pilotsuz uçuş aparatları (SİHA) ilə qazanılan ilk qələbə kimi tarixə keçən Azərbaycan Zəfərini təbrik edir, şəhidlərimizi rəhmətlə anıram.
Bu fikirlər Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın Zəfər Günü ilə bağlı sosial media hesabında etdiyi paylaşımda bildirib.
Təbrik mesajında deyilir: “Çətin günlərdə bütün dünyaya göstərdiyimiz qardaşlığımızla hər zaman həmrəy olmağa davam edəcəyik”.
Paylaşım Türk və Azərbaycan dillərində edilib.
Selçuk Bayraktar mesajına şanlı Qarabağ Zəfəri ilə bağlı hazırlanan xüsusi videoçarxı əlavə edib.
8-11-2023, 17:44
Bundan sonra da ordu quruculuğu bizim üçün prioritet məsələlərdən olacaq - Prezident


Bundan sonra da ordu quruculuğu bizim üçün prioritet məsələlərdən olacaq - Prezident

Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə
nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə yerini göstərdik. Düşmən bizim qabağımızda diz çökdü və bu gün mən burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında deyib.
“Biz bütün vəzifələri icra etmişik, ancaq bununla bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin və heç kim bunu unutmasın”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
8-11-2023, 17:32
Əziz şəhidlərimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq - Prezident


Əziz şəhidlərimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq - Prezident

Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, o, ölümə getməyə hazırdır və biz bunu göstərmişik. Ən çətin, əlverişsiz coğrafi vəziyyətdə altı müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstərmişdir.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında deyib.
“Əziz şəhidlərimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq və biz bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərmişdik. Yəni, hazırlıq işləri apararkən, bax, biz bu günü gözləyirdik. Mən bu 20 il ərzində heç vaxt şübhə etmirdim ki, bu gün gələcək və Xankəndi şəhərində Azərbaycan Bayrağı altında hərbi parad keçiriləcək”, - deyə dövlətimizin başçısı bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!