Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
16-11-2023, 16:12
Deputatdan təklif: Sənədsiz evlərə çıxarışlar verilsin


Deputatdan təklif: Sənədsiz evlərə çıxarışlar verilsin

Bu yaxınlarda polis bölmələrinə qeydiyyata düşənləri qeydiyyatdan çıxardılar. Həmin şəxslərin arasında Qərbi azərbaycanlılar və başqa katoriqoriyadan olanlar var.
Bunu Milli Məclisin deputatı Əziz Ələkbərov Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.
“Bununla da onlar həm işə düzəlmə, həm də dövlətin digər sosial güzəştlərindən istifadə imkanlarını itirirlər. Bu sahədə çoxlu müraciətlər olur. Hesab edirəm ki, bu məsələyə diqqət yermək lazımdır. Sənədsiz evlərə çıxarışlar verilməklə məsələni həll etmək olar”.
16-11-2023, 16:07
ABŞ seperatçı rejimi dəstəkləyir - XİN


ABŞ seperatçı rejimi dəstəkləyir - XİN

ABŞ separatçı rejimi dəstəkləyən tərəf olaraq ikili standart yanaşmasının qarşısını almamağa görə də cavabdehdir.
Bu fikir Azərbaycan XİN-in ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına dair şərhində yer alıb.
Bildirilib ki, Azərbaycan nəinki 2020-ci ilin 44 günlük müharibəsindən sonra, hətta ərazilərinin işğal olunduğu 30 ilə yaxın müddət ərzində də beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən sülh prosesinə sadiq olub. Əksinə, vasitəçilərdən biri olan ABŞ tərəfi, təcavüzkar və regionda sabitliyin pozulmasına səbəb olan Ermənistana beynəlxalq hüquqa uyğun davranması ilə bağlı heç vaxt çağırış etməməklə bağlı da məsuliyyət daşıyır. Bundan əlavə, ABŞ, separatçı rejimi dəstəkləyən tərəf olaraq, sözügedən rejimi rəsmi olaraq maliyyələşdirən və müntəzəm şəkildə onların ABŞ-a səyahətlərini və ABŞ rəsmiləri ilə görüşlərini təşkil edən yeganə ölkə olmaqla, ikili standart yanaşmasının qarşısını almamağa görə də cavabdehdir.
16-11-2023, 15:48
İtaliya Azərbaycandakı səfirliyində hərbi attaşelik ofisi açdı


İtaliya Azərbaycandakı səfirliyində hərbi attaşelik ofisi açdı

İtaliyanın Azərbaycandakı səfirliyində hərbi attaşelik ofisi açılıb.
Bu barədə İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri məlumat verib.
"Bizim hərbi sahədə də əməkdaşlığımız var və bu, vacibdir”, - səfir deyib.
16-11-2023, 15:33
İtaliyanın Azərbaycandakı səfirliyinin yeni Viza Mərkəzinin açılışı oldu


İtaliyanın Azərbaycandakı səfirliyinin yeni Viza Mərkəzinin açılışı oldu

Bakıda İtaliyanın Azərbaycandakı səfirliyinin yeni Viza Mərkəzinin açılışı olub.
Tədbirin açılışında İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri çıxış edib.
“İtaliyanın Azərbaycandakı səfiri kimi xidmətə başlayandan viza məsələləri ilə bağlı göstərilən xidmətlərin keyfiyyətini artırmaq üçün qarşıma yeni Viza Mərkəzinin açılması vəzifəsini qoymuşdum. İtaliya azərbaycanlı turistlərin ən çox səfər etmək istədiyi ölkələrdən biri olduğundan bu mərkəzin açılması vacibdir”, - səfir qeyd edib.
Diplomat vurğulayıb ki, mərkəz təkcə İtaliyaya deyil, Maltaya da səfər etmək üçün vizaların alınmasına kömək edəcək.
16-11-2023, 15:26
Qubad İbadoğlunun həbs müddəti uzadıldı


Qubad İbadoğlunun həbs müddəti uzadıldı

Qubad İbadoğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Qərar Nərimanov rayon məhkəməsi tərəfindən qəbul edilib.
Siyasətçi barəsində həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.
Qeyd edək ki, Qubad İbadoğlu avqust ayında həbs edilib. O, ilk olaraq Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Sonradan ona qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb.
16-11-2023, 15:04
Azərbaycan Vaşinqton görüşündən imtina etdi


Azərbaycan Vaşinqton görüşündən imtina etdi

ABŞ-ın belə birtərəfli yanaşması ABŞ-ın vasitəçilik rolunu itirməsinə gətirib çıxara bilər. Bu şərtlər altında bizim 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmədiyimizi qeyd etmək vacibdir.
Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarına dair şərhində əksini tapıb.
Bildirilib ki, beynəlxalq hüququn norma və prinsipləri Azərbaycan xarici siyasətində həmişə prioritet olub. Azərbaycan həmişə beynəlxalq öhdəliklərinə uyğun hərəkət edəcək. Eyni zamanda, Azərbaycan öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat şəkildə cavablandıracaqdır.
16-11-2023, 14:57
Bu öhdəliyi yerinə yetirən kişilərə yeni hüquq verilir


Bu öhdəliyi yerinə
yetirən kişilərə yeni hüquq verilir


Üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərə yeni hüquq verilir.
Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə görə, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər gecə vaxtı yerinə yetirilən işlərə yalnız onların yazılı razılığı ilə cəlb edilə biləcəklər.
16-11-2023, 12:19
İƏT-in Bakıda Əmək Mərkəzi yaradılır


İƏT-in Bakıda Əmək Mərkəzi yaradılır

Prezident İlham Əliyev tərəfindən Mərkəzi Qərargahı Bakıda olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsü İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənib. Artıq gələn həftə Bakıda Əmək Mərkəzinin fəaliyyətə başlayacaq.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Əmək Nazirlərinin Bakıda keçiriləcək 5-ci konfransı barədə brifinqdə deyib.
Onun sözlərinə görə, bu mərkəz sosial tərəfdaşlıq, əmək münasibətləri çərçivəsində əməkdaşlığı genişləndirəcək.
"Gələn həftə rəhbər seçiləcək. Qərargah Bakıda fəaliyyət göstərəcək. Mərkəzin birinci mərhələdə DOST mərkəzlərinin birində fəaliyyət göstərməsi nəzərdə tutulub. Bu mərkəzdə 10-dan çox dövlət üzvdür və onlar DOST mərkəzləri ilə təmasda olacaq".
16-11-2023, 11:37
Alim yol qəzasında vəfat etdi


Alim yol qəzasında vəfat etdi

Türkiyədə yaşayan türkoloq alim, İstanbul Mərmərə Universitetinin müəllimi Arif Acaloğlu Bakıda yol qəzasında vəfat edib.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Hadisə Bakı Olimpiya Stadionunun yaxınlığında baş verib. Məlumata görə, Azər Maqsudov adlı sürücünün idarə etdiyi "Mercedes" markalı avtomobil yolu keçən Acaloğlu Arif Mikayıl oğlunu vurub.
Məlumata görə, o, Azərbaycan Milli Elmlər Akademiyasının dəvəti ilə konfransda iştirak üçün gəldiyi Bakıda yol qəzasında həyatını itirib.
A.Acaloğlu 1956-cı ildə Borçalıda anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1982-ci ildə Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində elmi işçi kimi fəaliyyətə başlayıb. O, 1983-1986-cı illərdə Tartu Universitetində (Estoniya) Semiologiya üzrə doktorantura təhsili alıb. 1987-1990-cı illərdə folklor kafedrasında ekspert, 1990-cı ildə Bakı Dövlət Universitetində müəllim olmuşdur.
O, 1992-1993-cü illərdə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin müşaviri vəzifəsində çalışıb. 1993-cü ilin ortalarında işini tərk edərək Türkiyədə məskunlaşıb. Uzun müddət Bilgi Universitetinin Rus Dili Proqramında, 2008-2019-cu illərdə isə Yeditəpə Universitetinin Antropologiya bölməsində müəllim vəzifəsində çalışıb. O, akademik və siyasi araşdırmalarla yanaşı, bir çox televiziya proqramları, müsahibələr və populyar məqalələr hazırlayıb, 30-dan çox tərcümə kitabı nəşr edilib.
16-11-2023, 11:30
Hərbi qulluqçumuz vəfat etdi


Hərbi qulluqçumuz vəfat etdi

Dövlət Sərhəd Xidmətinin (DSX) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Salmanlı Mirhüseyn Həsən oğlu Masallı rayon Mərkəzi Xəstəxanasında müalicədə olarkən həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq 16 noyabr 2023-cü il tarixdə xəstəlikdən vəfat edib.
Bu barədə DSX-nin Mətbuat Mərkəzindən bildirilib.
"Dövlət Sərhəd Xidmətinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir", - məlumatda qeyd edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!