30-11-2023, 17:55
“Abzas Media” saytının daha bir əməkdaşı saxlanıldı“Abzas Media” saytının daha bir əməkdaşı saxlanılıb.
Jurnalist Nərgiz Absalamovanın Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanıldığı bildirilir.
Məlumata görə, ona qarşı "Abzas Media" rəhbərliyi ilə eyni maddə (Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçalmalçılıq) üzrə ittiham irəli sürülüb.
Qeyd edək ki, ötən həftə “Abzas Media”nın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov və baş redaktoru Sevinc Vaqifqızı saxlanılıblar. Onlar barəsində “qrup halında qaçaqmalçılıq” ittihamı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.
30-11-2023, 17:46
Bəzi məktəblərdə şagird sıxlığı səbəbindən 6 günlük dərs həftəsi olur - Nazir"Bəzi məktəblərdə şagird sıxlığı səbəbindən 6 günlük dərs həftəsi olur. 5 günlük dərs həftəsi ilə həmin məktəblərdə sıxlıq çox ola bilər".
Bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 30-da keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, elə məktəblər də var ki, onların 6 günlük ənənəsi var və bunu davam etdirir:
"Biz də buna razı oluruq".
30-11-2023, 17:28
Xankəndi, Ağdərə və Xocalıda radiorabitə şəbəkəsi istifadəyə verildiAzərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində, o cümlədən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında dövlət qurumlarının etibarlı idarə olunması və məlumat mübadiləsinin təşkili məqsədilə TETRA radiorabitə şəbəkəsi istifadəyə verilib.
Bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.
“Həmçinin sözügedən ərazilərdə fəaliyyət göstərən dövlət qurumları “AzStateNet” şəbəkəsi üzərindən təhlükəsiz data və internet kanalları ilə təmin olunublar”, - məlumatda deyilir.
Hazırda XRİTDX tərəfindən cari ilin ötən dövrü ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində fəaliyyət göstərən 15 dövlət qurumu “AzStateNet” şəbəkəsi üzərindən data və internet kanalları ilə təmin olunub.
30-11-2023, 17:24
Azərbaycan tolerant ölkədir - Emin ƏmrullayevAzərbaycan etnik, dini, milli kimliyindən asılı olmayaraq tolerant ölkədir.
Bunu media üçün keçirdiyi brifinqdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.
"Odur ki, erməniəsilli müəllimlər də Qarabağ Universitetində tədrisə cəlb oluna bilər" - nazir deyib.
30-11-2023, 17:23
Donbasda hər şey çox çətin olacaq - ZelenskiUkrayna üçün Krımı qaytarmaq daha asandır, çünki orada hərbi əməliyyatlar olmayıb, lakin Donbasda hər şey çox çətin olacaq.
Bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
"Donbasın böyük hissəsi işğal olunub və maksimum dərəcədə hərbiləşdirilib”,- Zelenski bildirib.
Ukrayna liderinin sözlərinə görə, Donbası qaytarmaq psixi cəhətdən daha çətindir, çünki orada 10 il təmas xətti olub və davamlı döyüşlər gedirdi.